Məhkəmə qərarları › İş №2(102)-649/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-649/2025

10.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-649/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi 10.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(104)1294/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2025-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı 1. 19 dekabr 2009-cu il tarixdə X15 və X18 arasında olan nikah xx.xx.2009-cu ildə X17 şəhərində bağlanmışdır.

2. Gəncə şəhəri, Kəpəz rayonu, Sürəyya Qacar küçəsi, 1-ci döngə, mülkiyyətdə olan 0.0432 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 78.50 kv.metr olan 9 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 30 may 2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır. 3. 30 may 2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sürəyya Qacar küçəsi, 1-ci döngə, mülkiyyətdə olan 0.0432 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 78.50 kv.metr olan 9 saylı fərdi yaşayış evini oğlu X12 bağışlanmaışdır.

4. Gəncə şəhəri, Kəpəz rayonu, Sürəyya Qacar küçəsi, 1-ci döngə, mülkiyyətdə olan 0.0432 h a torpaq sahəsində yerləşən, ümumi sahəsi 78.50 kv.metr olan 9 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 18 iyun 2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində X10 adına qeydiyyata alınmışdır. 5. 23 dekabr 2022-ci il tarixdə X4 şəhərində vəfat etmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(125)-3821/2023 saylı qətnaməsi ilə Cavabdeh2 ərizəsi təmin edilərək, X10 25 noyabr 2022-ci il tarixdə Ukrayna Respublikası, Donetsk şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. 7. 23 dekabr 2022-ci il tarixdə X4 şəhərində vəfat etmişdir. 8. 09 sentyabr 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, X7 miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Sürəyya Qacar küçəsi, 1-ci döngə, mülkiyyətdə olan 0.0432 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 78.50 kv.metr olan 9 saylı fərdi yaşayış evinə dair anası Cavabdeh2 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Gəncə şəhəri, 6 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum əri X10 xüsusi mülkiyyətində olmuş Gəncə şəhəri, Sürəyya Qaçar küçəsi, 1-ci döngə, 9 saylı fərdi fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi və vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Sonradan iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 (bundan sonra- iddiaçı) iş üzrə cavabdeh qismində cəlb edilməsini, iddiaçının mərh um əri X10 xüsusi mülkiyyətində olmuş Gəncə şəhəri, Sürəyya Qaçar küçəsi 1-ci döngə, 9 saylı fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi və vərəsəlik hüququnun tanınması və cavabdehin adına verilmiş “Vərəsəlik hüququ haqqında” Şəhadətnamənin qismən, ½ hissədə etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında bildirmişdir ki, X10 iddiaçı ilə nikahları 19 dekabr 2009-cu il tarixdə Rusiya Federasiyası, Moskva şəhərinin vətəndaşlıq vəziyyətinin qeydə alınma aktı idarəsində 3 nömrəli nikah sarayında qeydə alınmışdır. Rusiya Federasiyası hərbi komissarlığı tərəfindən X15 hərbi xidmətə çağrılaraq, Rusiya və Ukrayna arasında gedən müharibəyə göndərilmişdir. X15 həmin müharibədəki döyüşlərdən birində h əlak olmuş və həmin şəxsin ölümü Gəncə şəhər Qeydiyyat Şöbəsində xx.xx.2023-cü il tarixdə 721 nömrə ilə qeydə alınmışdır. İddiaçı mərhum əri X10 vərəsəsi olaraq, Azərbaycan Respublikası, Ədliyyə Nazirliyinin Gəncə şəhər 6 saylı Notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Lakin, Gəncə şəhər 6 saylı Notariat ofisinin 06 dekabr 2023-cü il tarixli cavabında iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçının mərhum əri X10 Gəncə şəhəri, Sürəyya Qacar küçəsi, 1-ci döngədə yerləşən 9 nömrəli fərdi yaşayış evi miras qalmışdır. X10 “Ölümü haqqında” X19 Respublikası tərəfindən verildiyi, Azərbaycan Respublikası qanunvericiliyi ilə tanınmadığı və yenidən Şəhadətnamənin verilməsindən Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən im tina edildiyi üçün X7 qalmış mirasın rəsmi qəbul müddəti uzanmışdır. X3 ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət edilmiş, Gəncə Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina olunmuşdur. X1 anası, yəni cavabdehin müraciəti əsasında Gəncə Şəhər Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə X10 ölməsi faktı müəyyən edilmiş və Gəncə şəhəri Qeydiyyat şöbəsi tərəfindən X10 “Ölümü haqqında” Şəhadətnamə verilmişdir. Bundan sonra, cavabdeh həmin Şəhadətnamə əsasında 09 sentyabr 2023-cü il tarixdə “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə almışdır. 18 oktyabr 2023-cü il tarixdə iddiaçı, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almaq üçün Notariat ofisinə müraciət edərkən, cavabdehin “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almasından xəbərdar olumuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.

12. Cavabdeh isə məhkəmə iclasında izahatında bildirmişdir ki, mübahisə edilən Gəncə şəhəri, Sürəyya Qacar küçəsi, 1-ci döngədə yerləşən 9 saylı fərdi yaşayış evi əvvəllər onun mərhum əri X11 adına olmuş və onun ölümündən sonra həmin əmlak ona miras qalmış, 2013-cü ildə onun adına “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Daha sonra isə həmin əmlak onun tərəfindən 30 may 2021-cü il tarixdə Gəncə şəhəri 3 saylı notariat ofisində bağlanmış bağışlama müqaviləsi əsasında mərhum oğlu X12 hədiyyə olunmuşdur. Lakin X5 və Ukrayna arasında gedən müharibədəki döyüşlərdən birində həlak olmuş, onun özünün əvvəllər hədiyyə etdiyi əmlak X7 miras qalmış və Gəncə şəhəri, 6 Notariat ofisində həmin mira s əmlaka dair ona “Vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Göründüyü kimi, iddiaçının hazırda miras əmlak kimi mübahisələndirdiyi əmlak onun adına rəsmiləşdirilməmişdən əvvəl məhz onun özünün mərhum əri X11 adına olmuş və onun ölümündən sonra miras qismində onun mülkiyyətinə keçmişdir. Sonradan o, həmin əmlakı mərhum oğlu X12 bağışlamış və sonuncunun ölümündən sonra isə həmin əmlak vərəsəlik qaydasında yenidən onun mülkiyyətinə keçmişdir. Buna görə də iddiaçı mərhum oğlu X7 miras qalmış əmlaka vərəsə ola bilməz. Bundan başqa, mülki qanunvericiliyin tələbinə görə ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun və ya vəsiyyət üzrə və yaxud hər iki əsasla keçir. Hazırki iş üzrə iddiaçı miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun tanınması tələbi ilə çıxış edir. İddiaçı, onun mərh um oğlu X15 ilə rəsmi nikahda olduğu və özünü onun vərəsəsi olduğunu fərz etsək belə, iddiaçının mübahisə predmeti olan əmlakı qəbul etməməsi müəyyən olunur. Belə ki, iddiaçı özü də mirası qəbul etməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməsini iddia ərizəsində etiraf edir, bunun səbəbini isə müxtəlif bəhanələr gətirməklə əsaslandırmağa çalışır. Lakin, iddiaçı nədənsə onun bu ailə ilə ümumiyyətlə əlaqəsinin olmamasını, heç kimin, xüsusilə onun özünün iddiaçını ailə üzvü kimi qəbul etməmələrini unutmuşdur. Bütün ailə üzvlərinə, qohumlarına və qonşularına, iddiaçı ilə mərhum oğlu rəsmi nikahda olsa da, onların nikahının formal xarakterli olduğu məlum olmuşdur. Belə ki, oğlu X5 Federasiyasına işləmək üçün getiyinə görə onun orada rəsmi yaşayış hüququnun tanınması üçün Rusiya Federasiyası vətəndaşı olan qadınla nikaha girməsi vacib olmuşdur. Məhz qeyd olunan səbəbdən oğlu X15 iddiaçı ilə nikaha girmişdir. Həmçinin oğlu X5 Federasiyası ərazisində törətdiyi cinayətlərlə əlaqədar uzun müddət cəzaçəkmə müəssisələrində cəza çəkmiş, sonuncu dəfə cəzaçəkmə müəssisəsində olarkən “Vaqnerlər” adlanan muzdlu döyüşçülərdən ibarət dəstənin təklifi ilə iştirak etdiyi döyüşlərdən birində həlak olmuşdur. İddiaçı onun mülkiyyətində olan əmlakı ələ keçirməsi xəyalları qəbul edilməməli və bu onun qanunla qorunan mülkiyyət hüququnun pozulmasına səbəb olmamalıdır. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir.

13. Gəncə Şəhər Məhkəməsinin 8 aprel 2024-cü il tarixli, 2(125)-828/2024 saylı qətnaməsi ilə (hakim C.Quliyev) iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən 0,0432 ha t orpaq sahəsinə və 78,50 kv.metr tikintidən ibarət fərdi yaşayış evinə dair Gəncə şəhəri, 3 saylı Notariat ofisi tərəfindən cavabdehin adına verilmiş 09 sentyabr 2023-cü il tarixli, 2V-80 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin qismən, yəni ½ hissədə etibarsız hesab edilməsi, X7 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0432 ha torpaq sahəsinin və 78,50 kv.metr tikintidən ibarət fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının, həmin miras əmlakın digər ½ hissəsinə isə cavabdehin payının müəyyən edilməsi və X7 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0432 ha torpaq sahəsinin və 78,50 kv.metr tikintidən ibarət daşınmaz əmlakın ½ hissəsinə aid torpaq sahəsini 1 (bir) il müddətində özgəninkiləşdirmək vəzifəsinin iddiaçıya izah olunması qət edilmişdir.

14. Birinci instansi ya məhkəməsi, cavabdehin iddia tələbinə etirazının əsası kimi mərhum oğlu X10 iddiaçı ilə faktiki deyil, yalnız formal nikahda olmasına və mirası qəbul etmə müddətini ötürməsinə dair xüsusatları, eləcə də şahid qismində dindirilmiş şəxslərin ifadələrini məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müqayisəli şəkildə tədqiq edərək, qeyd etmişdir ki, şahid qismində dindirilmiş şəxslərin ifadələri həqiqətə uyğun olmadığına görə, sübutlar siyahısından çıxarılmalı və cavabdehin etirazının əsasları kimi göstərdiyi hallar iddianın rədd olunması üçün əsas hesab olunmamalıdır.

15. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli əmlak X10 mülkiyyətində olmuş və onun ölməsi ilə həmin əmlaka vərəsəlik açılmışdır. X10 ölümündən sonra ondan miras qalmış əmlakda birinci növb əli vərələri olan arvadı İddiaçı və anası Cavabdeh2 yaşamışlar. İşə əlavə edilmiş foto şəkillərlə müəyyən olunur ki, iddiaçı dəfələrlə Azərbaycan Respublikasında X2 ailə üzvləri ilə birlikdə görüşmüş, hətta cavabdehlə birlikdə fotoşəkillər çəkdirmişdir. Bundan başqa, iddiaçının adına 2013-cü il tarixdə Rusiya Federasiyasının vətəndaşlığına dair pasport verilmiş və həmin pasportdan görünür ki, iddiaçı 2014, 2015, 2016 və 2023-cü illərdə bir neçə dəfə olmaqla Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan xüsusatlar iddiaçının mərhum X15 ilə həm rəsmi, həm də faktiki nikahda olmasını təsdiq edir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras əmlaka vərəsəlik X10 25 noyabr 2022-ci il tarixdə ölməsi ilə açıldığından, hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Mülki qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı mirasa vərəsəlik açılandan, yəni X9 25 noyabr 2022-ci il tarixdə ölümündən 4 ay 11 gündən sonra, 06 aprel 2023-cü il tarixdə Reyestr Xidmətinə, 4 ay 18 gündən sonra, 13 aprel 2024-cü il tarixdə X10 “Ölümü haqqında” Şəhadətnamə almaq üçün Gəncə şəhər Qeydiyyat şöbəsinə, 5 ay 13 gündən sonra, 08 may 2023-cü il tarixdə X10 ölməsi faktının müəyyən edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan hallar X7 qalmış mirasın qəbul edilməsinə dair iddiaçının iradəsi və həmin iradənin aşkar bəyanını özündə ehtiva etmişdir. Bununla da X7 qalmış mirasın iddiaçı tərəfindən qəbul edilmə müddəti ötürülməmişdir.

17. Birinci instansiya məhkəməsi həmçinin qeyd e tmişdir ki, miras əmlaka vərəsəlik açıldığı gündən 6 ay sonra cavabdeh tərəfindən də miras əmlak rəsmi olaraq qəbul edilmişdir. Belə olan halda qanun üzrə bir vərəsəyə, yəni cavabdehə münasibətdə mirasın qəbul edilməsi müddətinin nəzərə alınmaması, digər vərəsəyə, yəni iddiaçıya münasibətdə isə nəzərə alınması isə bərəbərlik hüququnun və hüququn müəyyənliyi prinsipinin pozulmasına səbəb ola bilər.

18. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçı, Rusiya Federasiyasının vətəndaşı olduğundan o, mübahisəli torpaq sahəsini yalnız icarə yolu ilə əldə edə bilər və belə olan halda torpaq sahəsi vərəsəlik nəticəsində keçdiyindən, o torpaq sahəsinə mülkiyyət hüququnu bir il müddətində Azərbaycan Respublikasının qanunverciliyinə uyğun olaraq özgəninkiləşdirməlidir. Ona görə də iddia təmin edilməlidir.

19. Birinci instansiya məhkəməsi öz hüquqi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci, Mülki Məcəllənin 1151.1, 1151.2, 1159.1-1159.1.1, 1246, 1255-ci, habelə Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 80, 440.1, 440.2-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. İşin faktiki halları ilə və eləcə də məhkəmə qətnaməsi ilə müə yyən edilir ki, iddiaçı qanunla müəyyən olunmuş üç ay ərzində mirası qəbul edilməsi ilə bağlı müddəti ötürülmüşdür. Məhkəməyə təqdim olunmuş sübutlar, eləcə də şahid ifadələri düzgün araşdırılmamışdır. Bundan başqa, cavabdehin mərhum oğlu X15 ilə iddiaçı arasında bağlanmış nikah formal olmuşdur. Həmçinin, məhkəməyə təqdim olunmuş cəzaçəkmə müəssisəsinin arayışdan görünür ki, mərhum X15 qəsdən adam öldürməyə görə məhkum edilmiş və Rusiya Federasiyasının cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman Rusiya və Ukrayna arasında olan münaqişədə iştirak etmək üçün müharibəyə göndərilmiş və müharibədə həlak olmuşdur.

22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(104)-1294/2024 saylı qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və X.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli əmlak X10 mülkiyyətində olmuş və onun ölməsi ilə həmin əmlaka vərəsəlik açılmışdır. X10 ölümündən sonra ondan miras qalmış əmlakda birinci növbəli vərələri olan arvadı İddiaçı və anası Cavabdeh2 yaşamışlar. İşə əlavə edilmiş foto şəkillərlə müəyyən olunur ki, iddiaçı dəfələrlə Azərbaycan Respublikasında X2 ailə üzvləri ilə birlikdə görüşmüş, hətta cavabdehlə birlikdə fotoşəkillər çəkdirmişdir. Bundan başqa, iddiaçının adına 2013-cü il tarixdə Rusiya Federasiyasının vətəndaşlığına dair pasport verilmiş və həmin pasportdan görünür k i, iddiaçı 2014, 2015, 2016 və 2023-cü illərdə bir neçə dəfə olmaqla Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan xüsusatlar iddiaçının mərhum X15 ilə həm rəsmi, həm də faktiki nikahda olmasını təsdiq edir.

24. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, mirası qoyan X10 25 noyabr 2022-ci il tarixdə ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açıldığından, hazırkı mübahisəli hüquq münasibətinə 01 sentyabr 2000ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Mülki qanunvercilikdə mirasın qəbul edilməsinin iki üsulu fərqləndirilir, mirasın formal və qeyri-formal üsulla qəbulu. Formal üsulla mirasın qəbul edilməsi mirasın hüquqi cəhətdən qəbul edilməsini nəzərdə tutur. Mülki iş materiall arında iddiaçının mirası qəbul etməsi barədə notariat orqanına müraciət etməsi görünmür. Qeyri-formal üsul isə, mirasın faktiki cəhətdən qəbul edilməsini nəzərdə tutur.

25. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, fotoşəkillərə istinad edərək qeyd etmişdir ki, yuxarıda qeyd olunan xüsusatlar iddiaçının mərhum X15 ilə həm rəsmi, həm də faktiki nikahda olmasını təsdiq edir. Belə olan halda miras əmlak cavabdehə məxsus deyil və həmin əmlak iddiaçıya mərhum əri X7 miras qalmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş, mübahisənin faktiki halları və tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı birin ci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 529, 552ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 217.2, 385.2- ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Cavabdeh kassasiya şikayətini onunla əsasl andırmışdır ki, işə baxan məhkəmələr işin faktiki hallarını düzgün araşdırmamış, təqdim edilmiş sübutları lazımi şəkildə təhlil etməmişdir. Şahidlərin ifadələrində iddiaçının mərhum X15 ilə nikahda olması və mübahisəli evdə yaşaması təsdiq edilməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi həmin şahidlərin ifadələrini sübutlar siyahısından çıxarmışdır. X2 həbs olunması və Rusiya-Ukrayna müharibəsində vəfat etməsi ilə bağlı olan məlumatlar birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə bu faktlar üzərində hüquqi nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim olunan yeni sübutlar, xüsusilə də cəzaçəkmə müəssisəsindən alınan arayış, mərhumun rəsmi nikahda olan İddiaçı ilə heç bir əlaqəsinin olmadığını göstərsə də, bu sübutlar nəzərə alınmamışdır. Bundan başqa, işə baxan məhkəmələr iddiaçının mübahisəli əmlakla əlaqəli rolu və orada yaşamaması faktını düzgün qiymətləndirməmişdir. İddiaçının 2009-cu ildən indiyənədək Gəncə şəhərindəki mübahisəli evdə yaşamaması, həmçinin onun miras əmlakın idarə olunmasında heç bir rolu olmaması da nəzərə alınmamışdır. Cavabdeh, iddiaçının mübahisəli əmlakla bağlı heç bir hüquqi maraq daşımadığını və əmlakın əvvəlcə cavabdehin adına, sonra isə bağışlama müqaviləsi əsasında mərhum oğlu X10 adına keçdiyini qeyd edərək, vərəsəlik hüququnun tanınmaması tələbinin düzgün qiymətləndirilmədiyini irəli sürmüşdür. Həmçinin, hər iki məhkəmə baxışı zamanı miras əmlakla bağlılığı olan digər vərəsələr işə cəlb edilməmiş, onların həmin əmlakla əlaqəliliyi yoxlanılmamışdır. Bununla da işə baxan məhkəmələr çəkişmə prinsipi ni pozmuş və qeyd olunan halları tam, hərtərəfli araşdırmamışlar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

31. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 3

4. Maddə 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilirsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

35. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

36. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 40.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 41.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 42.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 43.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

46. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verib.

47. Belə ki, əvvəla işdən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sürəyya Qacar küçəsi, 1-ci döngə, mülkiyyətdə olan 0.0432 ha torpaq sahəsində yerləşən 9 saylı fərdi yaşayış evi X10 mülkiyyətində olduğu və onun 25 noyabr 2022-ci il tarixdə ölməsi ilə sözügedən əmlaka vərəsəlik açıldığı halda, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəli hüquq münasibətinə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 528, 529, 552-ci maddələrinin tələblərini tətbiq etməklə, maddi hüquq normalarının tətbiqində səhvə yol verib, tətbiq edilməli olan normaları tətbiq etməməklə MPM-in 217.2, 386, 418.1, 418.2-ci maddələrinin tələblərini pozub. Halbuki, sözügedən normaların mənasına görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına...uyğun çıxarılmalıdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, işə baxan məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya d igər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddi...hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə...kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

48. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən mirasa vərəsəlik X10 25 noyabr 2022-ci il tarixdə ölməsi ilə açıldığından, hazırkı mübahisəli hüquq münasibətinə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir.

49. Digər tərəfdən, cavabdehin etiraz ərizəsindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, miras qoyan X15 ilə iddiaçının nikahına mirasa vərəsəlik açılmasından əvvəl fak tiki xitam verilib, onlar uzun müddət ayrı yaşayıblar və hətta X15 uzun müddət Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkməsinə baxmayaraq iddiaçı bir dəfə də olsun onun görüşünə getməyib.

50. Həmçinin işə əlavə edilmiş sənədlərdən görünür ki, X15 barəsində Rusiya Federasiysında cinayət işi olub, ona Moskva şəhəri, İzmailovski Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli hökmü, habelə Lyublino Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə yekunda 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə onunla yalnız qardaşı M.T.Quliyevin uzunmüddətli və qısamüddətli görüşləri olub, ona bağlamaları məhz qardışı M.T.Quliyev göndərib.

51. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı mübah isənin obyektiv həlli üçün ilk növbədə Mülki Məcəllənin 1164-cü maddəsinin tələbləri nəzərdən keçirilə bilər.

52. Həmin normanın mənasına görə, əgər arvadın (ərin) mirası qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilirsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

53. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, miras qoyanın əri (arvadı) qanun üzrə vərəsəlikdə birinci növbəli vərəsələr sayılırlar. Bu hüquqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9-13-cü maddələrinə əsasən, aralarında nikah bağlanmış ər (arvad) statusuna malik olan şəxlər malikdirlər. Ərin (arvadın) ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi halları istisna olmaqla, ni kahına xitam verilmiş ər (arvad) bir-birindən sonra vərəsə ola bilməzlər.

54. Ailə qanunverciliyində nikaha xitam verilməsi iki yola həyata keçirilir: birincisi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14-24-cü maddələrində nəzərdə tutulumuş qaydalarda nikaha xitam verilməsi; ikincisi, nikaha qanında müəyyən edilmiş qaydalara riayət etməklə rəsmi xitam verilmədiyi halda, nikah münasibətlərinə faktiki xitam verilməsi.

55. Göründüyü kimi, birinci halda, ər (arvad) bir-birindən sonra vərəsə ola bilməzlər, ikinci halda isə, ərin(arvadın) vərəsəlik hüququnu itirməsi bir sıra şərtlərlə məhdudlaşdırılmışdır. Yəni, nikah münasibətlərinə mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verilmiş olmalıdır. Belə bir müddətin müəyyən edilməsi nikah münasibətlərinə faktiki xitam verilməsinin ciddi olduğunun və bu münasibtlərin bərpa ediləcəyini istisna edildiyinin yoxlanılması üçündür.

56. Digər tərəfdən, ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildiyi göstərilən üç ildən az olmayan müddət ərzində onların bir-birindən ayrı yaşamaları tələb olunur. Ərlə arvadın bir-birindən belə uzun müddət ərzində ayrı yaşamaları onların həqiqətən öz nikah münasibətlərinə xitam vermək iradələrini ehtiva edir. Nəhayət, nikah münasibətlərinə faktiki xitam vermiş ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsinə yalnız məhkəmə qaydasında yol verilir.

57. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər üzrə heç bir araşdırma aparmadan, iddiaçının miras qoyan X15 ilə nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam veril ib-verilmədiyini, onların 2019-cu ildən sonra bir ailədə yaşayıb ümumi təsərrüfat aparıb-aparmadığını, başqa sözlə X10 Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə iddiaçının onunla əlaqə saxlamamasının səbəblərini aydınlaşdırmadan, 2019cu ildən sonra onlar arasındakı münasibətlərə Mülki Məcəllənin 1164-cü maddəsinin tələbləri baxımından araşdırıb hüquqi qiymət vermədən, yalnız iddiaçının irəli sürdüyü arqumentlərə, habelə işə əlavə edilmiş və nə vaxt çəkilməsi məlum olmayan fotoşəkillərə, o cümlədən iddiaçının Azərbaycan Respublikasına 2014, 2015, 2016 və 2023-cü illərdə gəlib-getməsinə dair pasportunda olan qeydlərə əsaslanaraq, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmışdır. Halbuki, işdə, iddiaçının miras qoyan X15 ilə 2019-cu il dən sonra birgə yaşayıb, ümumi təsərrüat aparmasını və ya cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə ona baş çəkməsini, onunla görüşməsini, ona hər hansı bağlama və sair göndərməsini özündə ehtiva edən heç bir sübut yoxdur.

58. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının 2016-cı ildən ötən 7 il müddət ərzində ölkəyə giriş etmədiyi halda, yalnız sonuncu dəfə 2023-cü ildə ölkəyə səfər etməsi, onun mərhum X15 ilə birgə yaşayıb ümumi təsərrüfat aparması və onların nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verilməməsi anlamına gəlməyə əsas vermir. Əksinə, işə əlavə edilmiş etibarnamədən və digər sənədlərdən görünür ki, iddiaçının 2023-cü ildə ölkəyə səfər etməsinin məqsədi əslində mərhum X7 miras qalmış sözügedən evdən pay almaq məqsədi daşıyıb. 5

9. Bundan başqa, iddia ərizəsindən, işə əlavə edilmiş sənədlərdən, habelə foto şəkillərindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə yalnız 13 dekabr 2023cü il tarixdə müraciət edib, foto şəkillərdən isə onların 2019-cu ildən sonra çəkilməsini müəyyən etmək mümkün deyil. Eyni zamanda, X2 2019-cu ildən Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkməsi də iddiaçının onunla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və onların 2019-cu ildən faktiki olaraq ayrı yaşadıqlarını istisna etmir.

60. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə mərhum X7 miras qalmış əmlaka iddiaçının qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi üçün əsasların olubolmadığı bir daha yoxla nılmalı və bundan sonra hazırkı iddianın əsaslılığına yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

61. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq edilməli və aidiyyət qaydalarının pozulmasına yol verilməməlidir.

62. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı Qərarında da ifadə olunub.

63. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

64. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə n ail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(104)-1294/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar