Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6491/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli 2(107)-2416/2019 nömrəli qərardadından X5 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər 3 saylı məktəbin direktoru xxx 19 saylı 14 mart 2018-ci il tarixli əmrinin ləğv edilməsini, onun işə bərpa edilməsini və üzrsüz səbəbdən iş buraxdığına görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(051)-1415/2018 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin edilmiş, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında Mingəçevir şəhər 3 saylı məktəbin 19 saylı, 14 mart 2018-ci il tarixli əmrinin ləğv edilməsi və X1 X3 şəhər 3 saylı məktəbində Uşaq birliyi rəhbəri işinə bərpa edilməsi, İddiaçı 14 mart 2018-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Məcidov - sədrlik edən və məru zəçi, M.Əsədli, İ.Quliyev) 24 yanvar 2019-cu il tarixli, 2(107)-388/2019 saylı qətnaməsi ilə Mingəçevir şəhər M.Hüseynzadə adına 3 saylı tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(051)1415/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin (hakimlər E.Hüseynov - sədrlik edən və məruzəçi, A.Mahmudov, V.Məlikov) 11.07.2019-cu il tarixli 2(107)-2416/2019 nömrəli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(051)-1415/2018 saylı qətnaməsindən Mingəçevir şəhər 3 saylı tam orta məktəbin Uşaq Birliyinin rəhbəri X5 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, X4 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(107)388/2019 saylı qətnaməsindən təqdimat vermək üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmək hüququnun olması izah edilmişdir. Mingəçevir şəhər 3 saylı tam orta məktəbin Uşaq Birliyinin rəhbəri X5 və vəkili Vəkil kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 11.07.2019-cu il tarixli qərardadının ləğv edilməsinə və verilmiş apellyasiya şikayətinin mümkün hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının MPM-nin 357.2-ci maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi Mingəçevir şəhər 3 saylı tam orta məktəbin Uşaq Birliy inin rəhbəri X2 hüquqlarına toxunmuş və həmin işə cəlb edilmədiyindən vaxtında həmin məhkəmə aktına münasibətini bildirə bilməmişdir. Buna baxmayaraq məhkəmə X2 mənafeyini nəzərə almadan, həmin iş yerinə əvəzçiliklə əvvəllər işləmiş şəxsi tam qanunsuz olaraq işə bərpa etmişdir. Bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur. Bu qətnamə barəsində 3 saylı tam orta məktəbə yeni direktor təyin edilmiş şəxs 07.06.2019-cu il tarixdə ona məlumat vermiş, o, dərhal apellyasiya şikayəti vermək məqsədi ilə qətnamənin surətini almaq üçün Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək qətnamənin surətini aldıqdan sonra apellyasiya şikayəti vermişdir. Lakin həmin qərardada əsasən məhkəmədə pozulmuş hüquqlarının müdafiəsi məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konistitusyasının 60-cı maddəsin in İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Mingəçevir şəhər 3 saylı tam orta məktəbin Uşaq Birliyinin rəhbəri X5 hüquqlarının müdafiəsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etməli olduğu halda, Mingəçevir Şəhər Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(051)-1415/2018 saylı qətnaməsindən 12 iyun 2019-cu il tarixdə apelyasiya şikayəti vermişdir. Buna görə də, apelyasiya şikayəti icraata qəbul edilmədən qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər özünə qaytarılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etməsi izah olunmuşdur. Məhkəmə kollegiyas ı hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 11.07.2019-cu il tarixli qərardadı əsaslı və prosessual hüquq normalarını tələblərinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinin tələbinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Lakin hazırki iş materiallarından görünür ki, apellyasiya şikayəti verilən birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında yoxlanılmış və Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən Mingəçevir Şəhər Məhkəməsinin qeyd edilən qətnaməsi qanuni qüvvəsini almışdır. Ona görə də, X5 iş üzrə qəbul edilmiş məhkəmə qərarı ilə onun hüquqlarının pozulmasını hesab edirsə, iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(107)-388/2019 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri həmin məhkəmənin Mülki Kollegiyasının qərarlarından təqdimat vermək hüququna malikdir. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, qanunverici hüquq və azadlıqların məhkəmə müdafiəsindən qanunvericiliklə müəyyən edilmiş qaydaya əməl olunmaqla istifadə edilməli olduğunu göstərmişdir. Qeyd olunan norma şəxsin məhkəməyə ərizə ilə müraciət etdiyi andan milli qanunvericiliklə müəyyən olunmuş qaydada sonuncu məhkəmə instansiyasına qədər həmin qaydaya əməl edilməli olduğunu qanunvericiliyin tələbi olaraq müəyyən etmişdir. Ona görə də istər birinci instansiya məhkəməsinə, apellyasiya və istərsə də kassasiya instansiya məhkəməsinə iddia ərizəsi, apellyasiya və kassasiya şikayətləri ilə müraciət olunarkən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydaya əməl olunması hər bir fiziki və hüquqi şəxsin vəzifəsidir. Odur ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli 2(107)2416/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli 2(107)2416/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6491/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6491/2019
09.10.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver