Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6492/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli, 2(107)-1746/2019 nömrəli qətnaməsindən cavabdehin hüquqi varisi Nümayəndə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(019)-44/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ca vabdeh 5775 manat alınıb iddiaçı X2 verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli, 2(107)-1746/2019 nömrəli qətnaməsi ilə cavabdehin hüquqi varisi Nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin hüquqi varisi Nümayəndə iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh evə və torpaq sahəsinə çəkdiyi 8000 (səkkiz min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkə mə iclasında məhkəməyə ərizə verərək Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsində mal damının, talvarın, ayaqyolunun dəmir və daş hasarın tikilməsinə çəkdiyi xərcə görə Cavabdeh 8000 (səkkiz min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmənin icratına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Balakən rayonu Meşəşambul kəndində yaşayır. Cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya verməklə xitam verilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli 2(019)-1879/2017 nömrəli qətnaməsi ilə o, uşaqları- 17 oktyabr 2005-ci ildə anadan olmuş X7 və 30 avqust 2007-ci ildə anadan olmuş Cavabdeh Elşan qızı ilə birlikdə iddiaçı Cavabdeh mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 107.20 kv/m evdən istifadə hüququna 9000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onların həmin evdən çıxarılması qət edilmişdir. O, 2002-ci ildə cavabdehin oğlu X8 ilə evlənib iddiaçının mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evinə gəlin gəlib həmin evdə yaşamışdır. Onların həmin nikahdan 2005-ci ildə Ramidə, 2007-ci ildə isə Sara adlı iki övladları dünyaya gəlmişdir. Əri Elşan 20 fevral 2016-cı ildə avtomobil qəzasında ölmüşdür.Yaşadıqları ev və torpaq sahəsi Cavabdeh adına olmu şdur. 2012-ci ildə Balakən rayonunda baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş, buna görə də dövlət tərəfindən onlara ümumi sahəsi 107.20 kv/m olan fərdi yaşayış evi tikilmişdir. Torpaq sahəsi qaynanasının adına olduğuna görə fərdi yaşayış evinə də onun adına çıxarış verilmişdir. Lakin o, həmin evə köçdüyü andan ərilə birlikdə həyətdə yenidənqurma işləri aparmışdır. Belə ki, həyətdə kubikdən böyük naves, mal damı, ayaqyolu tikmiş, həyətyanı torpaq sahəsinin kənarına dəmir hasar, digər hissəsinə isə kubik hasar çəkmişlər, həyətə dəmir darvaza qoymuşlar. Bütün bu işlərlə bağlı 8000 manatdan çox xərc çəkmişlər. Buna görə də o göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş ü zrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehin hüquqi varisi Nümayəndə iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə ekspertiza mərkəzinin 31 yanvar 2019-cu il tarixli, 26630 saylı rəyi ilə razı deyil. Belə ki, rəydə qeyd olunan tikintilərə çəkilmiş xərclər süni olaraq şişirdilmişdir. Həmin rəqəmlər özündə həqiqəti əks etdirmir və çəkilmiş həqiqi xərc 3000 manatdan yuxarı deyildir və həmin xərcin də iddiaçıya heç bir aidiyyatı yoxdur. Digər tərəfdən isə iddiaçının həqiqətən də qeyd olunan fərdi yaşayış evin ə xərc çəksə belə həmin əmlaklardan öz mənafeyi naminə 6 il müddətində istifadə etmiş və bununla da çəkdiyi xərcin töhvəsini götürmüşdür. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 21.05.2019-cu il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin iclаsındа şahid qismində dindirilmiş X4 göstərmişdir ki, tərəfləri tanıyır. Heç biri ilə qohumluğu və ədavəti yoxdur. İddiaçı əri Elşan Taşrayevin sağlığında onların yaşadıqları həyətdə 12 metr uzunluğunda 7 metr enində mal damının tikintisində iştirak etmişdir. Elşan ona 500 manat zəhmət haqqı vermişdir. Cavabdeh ona pul verməmi şdir. Birinci instansiya məhkəməsinin iclаsındа şahid qismində dindirilmiş X15 göstərmişdir ki, tərəfləri tanıyır. Heç biri ilə qohumluğu və ədavəti yoxdur. Ruhangiz Taşrayevanın əri Elşan Taşrayevin sağlığında onların yaşadıqları həyətdə mal damının tikintisində iştirak etmişdir. Onu Elşan çağırmış, pulunu da o vermişdir. Birinci instansiya məhkəməsinin iclаsındа şahid qismində dindirilmiş X14 göstərmişdir ki, tərəfləri tanıyır. Heç biri ilə qohumluğu və ədavəti yoxdur. Ruhangiz Taşrayevanın əri Elşan Taşrayevin dəvəti ilə onların yaşadıqları evdə bəzi tikinti işləri görmüş, ona zəhmət haqqı olaraq 30 manatı Elşan vermişdir. Birinci instansiya məhkəməsinin iclаsındа şahid qismində dindirilmiş X6 göstərmişdir ki, tərəfləri tanıyır. Heç biri ilə qohumluğu və ədavəti yoxdur. Ruhangiz Taşra yevanın əri Elşan Taşrayevin sağlığında onların yaşadıqları həyətdə, evdə tikinti işlərində iştirak etmişdir. Onu Elşan çağırmış, pulunu da o vermişdir. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 may 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 682776 23 nömrəli arayışdan görünür ki, Cavabdeh Elşan qızı 09 avqust 2007-ci ildə anadan olmuş, atası X9, anası X5 yazılmışdır. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 avqust 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 826326 nömrəli arayışdan görünür ki, X12 17 oktyabr 2005-ci ildə anadan olmuş, atası X9, anası X5 yazılmışdır. Balakən rayonu Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 16 iyul 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 770455 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 arasında 16 iyul 2012-ci il tarixdə 12 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Taşrayeva soyadı verilmişdir. Balakən Rayon Məhkəməsininin 23 noyabr 2017-ci il tarixli 2(019)-1879/2017 nömrəli qətnaməsininin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh X2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 yanvar 2019-cu il tarixli 26630 nömrəli rəydən görünür ki, Cavabdeh mülkiyyətində olan Balakən rayonunun Meşəşambul kəndində yerləşən torpaq sahəsində mal damı tikilmiş və həyətə dəmir hasar çəkilmişdir. Smeta üzrə aparılmış hesablamalar nəticəsində, Cavabdeh mülkiyyətində olan Balakən rayonunun Meşəşa mbul kəndində yerləşən torpaq sahəsində aparılmış yenidənqurma və təmir işlərinə çəkilmiş xərclərin, bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 5.775,00 manat məbləğində olduğu müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı X3 Cavabdeh oğlu X8 ilə 2002-ci ildə evlənmiş və sonuncunun mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evinə gəlin gəlib həmin evdə yaşamışdır. Onların həmin nikahdan 2005-ci ildə Ramidə, 2007-ci ildə isə Sara adlı iki övladları doğulmuşdur. Onlar həmin evdə yaşadıqları dövrdə həyətdə yenidənqurma işləri aparmış, həyətdə mal tövləsi, talvar, ayaqyolu tikdirmiş, həyətin kənarına dəmir hasar ç əkdirmişlər. Bu işlərin görülməsinə 5775,00 manat məbləğində pul xərclənmişdir. Cavabdeh iddiası əsasında Balakən Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli 2(019)-1879/2017 nömrəli qətnaməsi ilə iddiaçı X1, uşaqları- 17 oktyabr 2005-ci ildə anadan olmuş X7 və 30 avqust 2007-ci ildə anadan olmuş Cavabdeh Elşan qızı ilə birlikdə Cavabdeh mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 107.20 kv/m evdən istifadə hüququna 9000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onların həmin evdən çıxarılmaları qət edilmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbаycаn Respublikаsı Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini tənzimləyən 21-ci mаddəsi, habelə əsassız varlan ma və ondan irəli gələn hüquqi məsələləri tənzimləyən 1091.1-1092.2-ci maddələrinə istinad etmişdir. Kassasiya kollegiyası apellyasoiya instansiyası məhkəməsinin gəldiyi nəticə və onun əsaslandırılması ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etsə də, cavabdeh tərəfindən iddiaçıya hər hansı zərərin vuvulması məsələsinə aydınlıq gətirməmişdir. Halbuki, zərərin əvəzinin ödənilməsinin tələb edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şə xsin təqsirli olması. Hazırki işin elə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı şəkildə qanunun tələbi baxımından zərər vurulmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, hazırki mübahisyə əsassız varlanma ilə bağlı Mülki Məcəllənin müddəalarının da tətbiqi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür va rlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İstinad edilən müddəalardan göründüyü kimi, əsassız varlanma 2 halda baş verə bilər: 1) hər hansı hüquqi əsas olmadan şəxs digər şəxsin hesabına varlansın; 2) bu varlanma həyata keçirilməmiş əsasa söykənsin və ən nəhayət 3) sonradan aradan qaldırılmş əsasa söykənsin. İddiaçı pul tələbinin əsası kimi məhz cavabdehin evində gəlini kimi birgə yaşadığı dövrdə evə əri ilə birgə nikah dövründə əldə etdikləri qazanc hesabına müəyyən vəsaitin qoyulduğuna, lakin hazırda cavabdeh tərəfin onu mənzildən çıxarmaqla həmin vəsaitin qoyulması üçün əvvəllər mövcud olmuş əsasın aradan qalxmasına və cavabdehin qoyulmuş həmin vəsait hesabına əsassız olaraq varlandığına istinad etmişdir. Kassasiya kollegiyası ilk növbədə əsassız var lanma institutunun mahiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərərə düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də əsassız varlanma institutunun əsasında özgə işlərini tapşırıqsız aparma institutunda olduğu kimi ədalət mülahizələri durur. Belə ki, müəyyən bir şəxsə məxsus olan əmlakın lazımi əsas olmadan başqa şəxsin mülkiyyətində qalması ədalət prinsipinə və qaydasına ziddir. Əsassız varlanma institutu da əsassız olaraq əldə olunmuş əmlakın öz sahibinə qaytarılması öhdəliyi müəyyənləşdirmə k yolu ilə məhz ədalətin təmin olunmasına yönəlmişdir. Göründüyü kimi, əsassız varlanmadan irəli gələn öhdəliyin yaranması üçün təkcə əmlak əldə etmə faktı kifayət etmir, bunun üçün ikinci şərtin də olması tələb olunur. İkinci şərt isə ondan ibarətdir ki, əmlak əldə etmə hüquqi əsas olmadan, baş tutmamış hüquqi əsas əsasında və yaxud sonradan aradan qalxmış hüquqi əsas əsasında baş versin. İstinad olunduğu kimi, əsassız varlanma hüquqi əsası olmayan hadisədən irəli gəlir. Hüquqi əsas dedikdə isə hüquqa uyğun olan müvafiq, hüquqi faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd, vərəsəlik və s. çıxış edə bilər. Varlanma bu sadalanan hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Hazırki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş fa ktiki hallarından göründüyü kimi, iddiaçının tələb etdiyi vəsait cavabdehin mülkiyyətində olan evə yaşadıqları dövrdə əvəzsiz şəkildə, yəni faktiki olaraq hər hansı şərtlə şərtləşdirilməyərək sərf edilmişdir. Göründüyü kimi, bu xərclərin çəkilməsi hər hansı hüquqi əsası olmayan, baş tutmamış və yaxud sonradan aradan qaxmamış əsas baxımından deyil, şərtsiz qaydada bağlanmış və bu gündə qüvvədə olan şifahi bağışlanma müqaviləsi əsasında könüllü və əvəzsiz şəkidə baş vermişdir. Kassasiya kollegiyası hesab edir ki, xərcin çəkilməsi bir tərəfli, həmçinin hazırda qüvvədə olan şifahi əvəzsiz və şərtiz bağışlanma əqdinin əsasında baş verdiyindən onun geri tələb edilməsi yolverilməzdir. Buna baxmayaraq, aşağı instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verərək, bu əsası sonrada n aradan qalxmış əsas kimi qiymətləndirməklə iddianın təmin edilməsinə dair səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 417.1.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Beləliklə, kassasiya kollegiyası hesab edir ki, kasssiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilməlidir. Göstərilən lərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin hüquqi varisi Nümayəndə kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli, 2(107)1746/2019 nömrəli qətnaməsi ləğv edilsin İş üzrə yeni qərar qəbul edilsin və iddiaçı X1 Cavabdeh qarşı 8.000 manat məbləğində əsassız varlanmadan irəli gələn pul tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6492/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6492/2019
02.10.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver