Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6499/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1774/2021 nömrəli iş üzrə 23.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş kassa siya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ASC-nin “Metallurq-1 Ceyranbatan” kollektiv kooperativ bağçılıq cəmiyyətinin verdiyi 28 oktyabr 2019-cu il tarixli, 10 saylı arayışda göstərilir ki, Əbdüləzimov X1 ərazisində Cavabdeh1 ASC-yə məxsus “Metallurq” kollektiv bağçılıq sahəsində yerləşən 738 saylı bağın sahibidir. 2. 02 fevral 2014-cü il tarixli aktda göstərilir ki, 1963-cü ildən 2014-cü ilə qədər “Metallurq” bağçılıq cəmiyyətinin bağ sahələrinə verilmiş protokollar və bağların sxematik planı xəritəsi “Metallurq” bağlar Cəmiyyətinin keçmiş sədri olmuş Qurban Hüseynov tərəfindən cəmiyyətin yeni seçilmiş sədrinə təhvil verilməmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060 )- 3037/2018 saylı, 18 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh2 tərəfindən zəbt olunmuş, Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, Cavabdeh1 ASCnin “Metallurq” kollektiv bağçılıq cəmiyyəti tərəfindən Qubadlı şəhərində qeydiyyatda olan Cavabdeh3 adına verilmiş bağçının üzvülük kitabçasının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.
4. Azərba ycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi MA ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri ə/d,”Samur-Abşeron” kanalının şimalı, Yeni Yaşayış massivi, 6-cı məhəllə, 46/1 ünvanında yerləşən 0,06 ha ümumi sahəsi olan torpaq sahəsinin mülkiyyətçisi Sumqayıt Şəhər Bələdiyyəsidir. Sumqayıt Bələdiyyəsinin 02 saylı, 07 fevral 2018-ci il tarixli qərarı ilə “Samur-Abşeron” kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni yaşayış massivinin 6-cı məhəlləsində sahəsi 315 m² olan 46/3 saylı həyatyanı torpaq sahəsi X3 ayrılmışdır.
5. Cavabdeh1 ASC-nin “Metallurq” Bağçılıq Cəmiyyətinin bağçının üzvülük kitabçasının surətindən görünür ki, Cavabdeh3 bağçılıq cəmiyyətinə 15 may 1997-ci ildə üzv qəbul edilmişdir və bağçılıq cəmiyyəti üzvlərinin 15.10.2000-ci il tarixli, 1 saylı protokoluna əsasən ümumi sahəsi 8 sot olan 738 saylı bağ sahəsi onun daimi istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Sumqayıt Bələdiyyəsi cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün ( inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olduğu göstərilmiş “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 1 saylı iclas protokolunun qərarının etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Cavabdeh X2 birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş və iddia tələbinə qarşı yazılı mülahizə bildirməmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, 08 noyabr 20 19-cu il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) iddianın Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olduğu göstərilmiş “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti üzv lərin etibarsız sayılması” hissəsində iş üzrə icraata xitam verilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti tərəfindən bağçılıq üzvlük kitabçasının verilməsi üçün əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 1 saylı iclas protokolunun etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə Sumqayıt Bələdiyyəsinin iddia tələbi təmin edilməmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) Sumqay ıt Bələdiyyəsinin Cavabdeh1SC-nin Həmkarlar İttifaqı Komitəsinə və qeyrilərinə qarşı iddia tələbinin “Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış « Metallurq » Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının etibarsız hesab edilməsi hi ssəsində iş üzrə icraata xitam verilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin qeyd olunan torpaq sahəsi ilə əlaqədar hər hansı bir əlaqəsi, yəni hal-hazırda və ya vaxtı ilə onun mülkiyyətində olması ilə bağlı dəlil təqdim edilməmişdir. Qeyd olunan torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmaması eyni mübahisəyə baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3285/2019 saylı, 15 may 2019-cu il tarixli qərarın əsaslandırma hissəsində də öz əksini tapmışdır. Sumqayıt Bələdiyyəsi məhkəmə iclasında qeyd olunan 46/3 saylı torpaq sahəsinin ona məxsus olmasını onunla əsaslandırmışdır ki, 26 iyun 2001-ci il tarixli protokol, ekspilaksiya aktı və digər torpaqayırma sənədləri əsasında qeyd olunan torpaqlar onun mülkiyyətinə veri lmişdir. Lakin məhkəmə qeyd olunan sənədləri mülkiyyət hüququna dair verilən çıxarışa bərabər tutulmasını düzgün hesab etməmişdir. Halbuki, Sumqayıt Bələdiyyəsinə Azərbaycan Respublikası ƏMDK-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 46/3 saylı torpaq sahəsinin müsabiqə və hərrac yolu ilə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilməsi təklif edilmiş, lakin Sumqayıt Bələdiyyəsi nə hərrac, nə də ki, müsabiqə yolu ilə həmin torpaq sahəsini əldə etməmişdir. Lakin nəzərə alınmalıdır ki, Sumqayıt Bələdiyyəsi tərəfindən müəyyən torpaq sahələri üçün o, cümlədən “Samur-Abşeron” kanalının şimalı, Yeni Yaşayış massivi, 6-cı məhəllə ünvanında yerləşən 46/1 saylı torpaq sahəsi ilə bağlı ƏMDK yanında DƏDRX tərəfindən mülkiyyət hüququna dair çıxarış əldə edilmişdir. Qeyd olunanların hamısı “Samur-Abşeron” kan alının şimalı, Yeni Yaşayış massivi, 6-cı məhəllə ünvanında yerləşən 46/3 saylı torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinə aid olmamasına dəlalət edir və buna görə də məhkəmə hesab etmişdir ki, Sumqayıt Bələdiyyəsinin “Samur-Abşeron” kanalının şimalı, Yeni Yaşayış massivi, 6-cı məhəllə ünvanında yerləşən 46/3 saylı torpaq sahəsinin ayrılmasına əsas olmuş “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız sayılması barədə iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur.
12. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 01 saylı iclas protokolunun etibarsız sayılması hissəsində təmin edilə bilməz.
13. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin Sumqayıt ş əhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı torpaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmirağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubalı rayonundan məcburi köçkün Cavabdeh3 adına Azərboru ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv-Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının etibarsız hesab edilməsi hissəsini araşdıraraq məhkəmə hesab etmişdir ki, bu hissədə iddia tələbi üzrə icraata xitam verilməlidir. b) Apellyasiya inst ansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı Sumqayıt Bələdiyyəsi həmin qətnamədən və qərardaddan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi,iddia tələbinin təmin edilməsi, qərardadın ləğv edilməsi və iddia tələblərinə mahiyyəti üzrə baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-687/2020 nömrəli iş üzrə 31 yanvar 2020-ci il tarixli qərardadı ilə (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) iddiaçı Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6823/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iddiaçı Sumqayıt şəhər Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə, C avabdeh2 və Cavabdeh3 qarşı bağçılıq kitabçasının verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının, icraata xitam verilmiş Sumqayıt Bələdiyyəsinin Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə və qeyrilərinə qarşı iddia tələbinin “Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı torpaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 tərəfindən zəbt olunmuş torpaq sahəsindən Cavabdeh2 çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmirağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının etibarsız hesab edilməsi hissəsində də mahiyyəti üzrə araşdırılması qərara alınmışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-687/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) Sumqayıt Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6823/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salına n Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olmuş “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 1 saylı iclas protokolunun etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdud iyyətlərin yaradılmasının cavabdehlərə qadağan olunması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqlarını qeydə aldırmasa da, bu hal iddiaçının həmin torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. Həmin torpaq sahəsinin hazırda cavabdehlərin istifadəsində olduğu müəyyən olunsa da, bütün hallarda torpaq sahəsi iddiaçı Sumqayıt Bələdiyyəsinin qanuni sahibliyindədir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə olduğu halda mübahisəli torpaq sahəsinə dair iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır.
19. Bələ diyyələr formalaşana qədər müvafiq icra hakimiyyəti orqanlarının vətəndaşlara qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələrinin, sonradan bələdiyyələr yarandıqdan sonra bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasının yolverilməzliyi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, mübahisəli torpaq sahəsinin məhz cavabdehlər Cavabdeh2, yaxud Cavabdeh3 qanuni istifadəsində olması barədə işdə mötəbər hüquq müəyyənedici sənəd mövcud deyildir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Cavabdeh1 ASC-nin “Metallurq” Bağçılıq Cəmiyyətinin Bağçının Üzvülük Kitabçası, yaxud onun verilməsi üçün əsas kimi istinad olunan bağçılıq cəmiyyəti üzvlərinin 15.05.2000-ci il tarixli, 1 saylı protokolu mübahisəli torpaq sahəsinin onun istifadəsində və sahibliyində olmasını qəbul etmək üçün kifayət etmir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 faktiki istifadə etdiyi mübahisəli torpaq sahəsinə dair ümumiyyətlə heç bir sənədi yoxdur. O, həmin torpağı qeyri-rəsmi digər cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 almışdır. Sonuncunun isə ona aid olmayan torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.03.2021-ci il tarixli, 2(102)-1372/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edi lərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-687/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
23. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Sumqayıt Bələdiyyəsi iddia tələbində Sumqayıt şəhərinin cənubunda, SamurAbşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisində yerləşən 46/3 saylı həyətyanı topaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olmuş “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 1 saylı iclas protokolunun qərarının etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi onun mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsinə dair iddiaçı Sumqayıt Bələdiyyəsin in hüquqları dövlət qeydiyyatına alınmamışdır. Lakin iddia ərizəsinə əlavə edilmiş işin 9-cu vərəqindəki ******* №-li MA seriyalı çıxarışda Sumqayıt Şəhər Bələdiyyəsinin digər 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hansı səbəbdən mübahisələndirilən torpaq sahəsinə iddiaçının hüquqlarının qeydə alınmamasını araşdırmamış və bununla əlaqədar iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hansı səbəblərdən mübahisələnd irilən torpaq sahəsinə hüquqlarının qeydə alınmamasını iddia tələbində ümumiyyətlə əsaslandırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1774/2021 nömrəli iş üzrə 23.06.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər H.Ç.Babayeva (sədrlik edən və məruzəçi), Z.İ.Məmmədov və E.M.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6823/2019 saylı, 08 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı Sumqayıt şəhərinin cənubunda, Samur-Abşeron kanalının şimalında salınan Yeni yaşayış massivinin 6-cı məhəlləsinin ərazisind ə yerləşən 46/3 saylı həyətyanı torpaq sahələri də daxil olmaqla cavabdeh Füzuli rayonundan məcburi köçkün Cavabdeh2 zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən qoyulmuş dəmir-ağac konstruksiyadan hazırlanmış 2 otaqlı köşkün (inşaat köşkü) onun hesabına götürülməsi, cavabdeh Qubadlı rayonundan məcburi köçkün Cavabdeh3 adına Cavabdeh1 ASC-nin Həmkarlar İttifaqı Komitəsinin nəzdində yaradılmış “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş bağçılıq üzvlük kitabçasının və onun verilməsinə əsas olduğu göstərilmiş “Metallurq” Kollektiv Bağçılıq Cəmiyyəti üzvlərinin 15 may 2000-ci il tarixli, 1 saylı iclas protokolunun qərarının etibarsız sayılması və qeyd edilən torpaq sahəsindən istifadəyə hər hansı məhdudiyyətlərin yaradılmasının cavab dehlərə qadağan edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi də hazırkı iş üzrə apellyasiya məhkəməsinin qərarını ləğv edib işi təkrar baxışa göndərərkən qərarda qeyd etmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi onun mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsinə dair iddiaçı Sumqayıt Bələdiyyəsinin hüquqları dövlət qeydiyyatına alınmamışdır.Lakin iddia ərizəsinə əlavə edilmiş işin 9-cu vərəqindəki ******* №-li MA seriyalı çıxarışda Sumqayıt Şəhər Bələdiy yəsinin digər 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hansı səbəbdən mübahisələndirilən torpaq sahəsinə iddiaçının hüquqlarının qeydə alınmamasını araşdırmamış və bununla əlaqədar iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
27. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı hansı səbəblərdən mübahisələndirilən torpaq sahəsinə hüquqlarının qeydə alınmamasını iddia tələbində ümumiyyətlə əsaslandırmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməs inin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz Kassasiya şikayətinin və o na etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı Sumqayıt Bələdiyyəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mülkiyyət hüququna dair məsələyə yanaşmaqda ziddiyyətli fikirlərə və aşkar səhvlərə yol vermiş, formal mülahizələrə əsaslanmaqla, müvafiq qanun normasına tamamilə səhv yanaşma nümayiş etdirməklə qanunazidd qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mülki prosessual qanunvericiliyin tələbləri aşkar şəkildə pozulmuşdur. Məhkəmə mübahisələndirilən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinə, zəbt olunmuş torpaq sahəsinin ölçüsü və hüquqi statusu barədə, habelə həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmamasına aydınlıq gətirməmiş, xüsusi bilik tələb olunan suallara cavab almadan əsassız şəkildə torpağın guya zəbt edilməməsi kimi nəticəyə gəlmişdir. Bütün bu sadalananlar apellyasiya instansiyası məhkəməsinin işə səthi yanaşdığını və müvafiq qanunun normalarına riayət etmədiyini sübuta yetirir ki, bu halda qanunsuz çıxarılmış məhkəmə qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmaqla onun obyektiv və hərtərəfli araşdırılması təmin edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iza hatları
32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Madd ə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi il ə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması zəbt edilməsi qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada ola binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyy ən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya baxışının hədləri
37. MPM-in 407.2-ci maddəsinə əsasən ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
38. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni maddi hüquq normalarının tələbinə uyğun sayır, gəldiyi nəticə və əsaslandırması ilə razılaşır (bu qərarın 26 - 28-ci paraqrafları).
43. Belə ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq su byektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır (“İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı).
44. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
45. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
46. Ap ellyasiya instansiyası məhkəməsi də mübahisənin həllinə məhz iddiaçının subyektiv hüququnun araşdırılmasından başlamış və iddia daşınmaz əmlaka – torpağa dair hüquqla bağlı olduğuna görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə istinadla, iddiaçının mübahisəli torpaq sahəsinə hüququnun olmadığı barədə nəticəyə gəlmişdir.
47. Subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edi r.
48. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
49. İddia olunan hüququn obyekti torpaq sahəsi olduğuna görə, baxılan iş üzrə iddiaçının subyektiv hüququnun müəyyən olunması, torpağa hüquqların yaranmasını tənzimləyən qanun vericilik normaları əsasında araşdırılmalıdır.
50. Torpaq Məcəlləsinin 47-ci maddəsinə görə torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
51. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat k imi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
53. Buna görə də iddianın təmin olunması üçün ilkin şərt iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasıdır. Hazırki işdə iddiaçı bu cür qeydəalma barədə sübut təqdim etməmişdir.
54. Kassatorun digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 5
5. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1774/2021 nömrəli iş üzrə 23.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.