Məhkəmə qərarları › İş №2(102)-65/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-65/2020

09.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-65/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh2tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)12213/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Ayaz Məmmədov) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinə göndərilməsi barədə Cavabdeh2 vəsatəti təmin edilməmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Ayaz Məmmədov) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməyərək mülki işin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, Abiddin Hüseynov) xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh2 şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh2 qarşı mənzilə dair çıxarışın və onun verilməsinə əsas olan hüquqi əməliyyatların etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarının bərpa edilm əsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh mülki işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatət vermişdir. Vəsatət üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddia tələbi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirilmiş, DƏDRX-nin 1 saylı Bakı Ərazi İd arəsi və 12 saylı notariat kontoru üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. Həmin tələblərə ümumi məhkəmədə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanu nun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kas sasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar y aranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İşdən göründüyü kimi hazırkı iddia tələbi fiziki şəxslər arasında mülki mübahisədən irəli gəlməklə həmin iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla həmin iddia tələbinin nə iqtisadi, nə də inzibati məhkəmə icraatına aidiyyəti yoxdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Çıxarışın mübahisələndirilməsi mülki hüquq münasibətlərinə aiddir. Ona görə də, işə ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiya məhkəməsi vəsatəti rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12213/2019 nömrəli iş üzrə xx xxxxxxxx 201 9-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar