Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-65/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1492/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh ko mpyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını buna hüququ olmadığı halda texniki vasitələrdən istifadə etməklə qəsdən təkrarən qanunsuz ələ keçirmiş, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə İddiaçı ASCnin əmlakını gizli olaraq talayıb, ona külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-XXX/2019 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
2. Həmin hökmlə İddiaçı ASC-nin mülki iddiası təmin edilmiş, vurulmuş maddi ziyanla bağlı cavabdehdən 39.572,21 manat məbləğdə pulun tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya vurduğu 39.572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq xx.xx.2021-ci il tarixədək bank uçot dərəcəsi ilə hesablanmaqla, cəmi 7.287,87 manat əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, cavabdeh bu günədək vurulmuş maddi ziyanın ödənilməsini təmin etməmişdir. Bankın itkisi tək vurulmuş real zərəri deyil, həm də əldən çıxmış faydanı da əhatə edir. Belə ki, real zərərlə yanaşı bank hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də məhrum olmuşdur (əldən çıxmış fayda). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, cavabdeh cinayət əməlini xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində törətmişdir. Nəticədə cavabdeh xx.xx.2018-ci il tarixdən etibarən Banka külli miqdarda ziyan vurmuş və onu gəlir əldə etmək imkanından məhrum etmişdir. Əldən çıxmış faydanın hesablanmasının başlanğıcı həmin tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mərkəzi X3 tərəfindən xx.xx.2021-ci il tarixdən uçot dərəcəsi 6,5% müəyyən edilmişdir.
5. Abşeron Rayon Məhkəməsinin (sədrlik edən E.Məmmədov) 2(012)-XXX/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rəd d edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama.... Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehin gəlir əldə etməsi halı müəyyən edilməyib.Nəzərə alsaq ki,cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-XXX/2019 saylı, 09 dekabr 2019-cu il tarixli hökmü ilə cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2018-ci il tarixdən hesablanmaqla 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, bu hal cavabdehin həmin puldan gəlir əldə etməsini qeyri-mümkün edir. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir ki, bununla da bağlı sübutları təqdim etmək vəzifəsini AR MPM-in 77.1-ci maddəsinə əsasən iddia edən tərəf olaraq İddiaçı ASC daşıdığı halda bunu edə bilməmişdir.”
7. Bi rinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə Mülki Məcəllənin 449.1cimaddəsi ilə hüquqi əsasın olmaması qənaətinə gəlsəydi belə ən azından Mülki Məcəllənin 445.1 və 445.7-ci maddələrinin tələblərinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz mə bləğdə zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməli idi.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) 2(105)-1492/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Apellyasiya şikayətindən görünür ki, apellyant İddiaçı ASC-yə vurduğu 39572,21 manat real zərər üçün 2018-ci ilin noyabr ayından başlayaraq bugünədək (xx.xx.2021-ci il tarixinədək) bank uçot dərəcəsi ilə hesablanmaqla cəmi 7287,87 manat əldən çıxmış faydanın Cavabdeh tutulmasını xahiş etmişdir. Lakin apellyant cavabdehin məhkəmənin hökmü ilə ondan tutulmasını müəyyən etdiyi mülki iddianın ödənilməsinin təmin etməməsini əsaslandıra bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh 26 noyabr 2018-ci il tarixdən həbsdədir, yəni onun qeyd olunan pulu ödəməkdən yayınması iş materialları ilə təkzib olunur.... İş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş etsə də buna dair hər hansı bir sübüt təqdim etməmişdir. Onun apellyasiya şikayətində qeyd etdiyi dəlillər dəlillər də məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.”
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 449.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən edilmiş işin faktiki hallarına və cavabdehin etirafına istinad edilmişdir. Cavabdeh ifadəsində oğurlanmış puldan borclarının ödənilməsi və şəxsi maraqlarının təmin edilməsi məqsədi ilə istifadə etdiy ini etiraf etmişdir. O, bu faktı dolayı yolla Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində də etiraf etmişdir. Cavabdeh oğurladığı vəsait hesabına borclarını ödəməsini və şəxsi məqdəsdləri üçün xərcləməsini cinayətin səbəbi kimi izah etməyə çalışmışdır. Lakin unutmuşdur ki, o, eyni zamanda həmin vəsaitdən əmlak passivini azaltmaqla fayda (gəlir) əldə etmişdir. Hər bir halda məhkəmələr bu halları araşdırmalı, çəkişmə prinsipinin tələblərinə uyğun olaraq iddiaçı ilə müzakirə etməli və sonda bu sübutlara və faktlara hüquqi qiymət verməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli Qərarının 17-ci bəndində qeyd edilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəm ələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
15. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3, 21, 445.1, 445.7, 449, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddalarının şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli və S.Əliyevanın şikayəti ilə əlaqədar xx.xx.2006-ci il tarixli qərarlarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı əmlak müsadirəsi və ya ödənişlərin hissələrə bölünməsi üçün məhkəməyə müraciət etməyib. Cəzaçəkmə müəssisəsind ə olması onu ödəniş etməkdən məhrum edir. Digər tərəfdən, aylıq əmək haqqının 50 faizi müəssisə tərəfindən banka ödənilir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə m üəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.
2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə g öndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə ya lnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmas ına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: “... məhkəmə qətnaməsinin qanunvericiliy in tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.”
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rəd d edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə 9 dekabr 1994-cü il tarixli qərarı).”
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılması na xidmət etməlidir.”
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan m əhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.“
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı: Qərarın əsaslandırıcı hissəsi “Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.... MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gü n üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Qərarın nəticə hissəsi
2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək h üququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.”
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: - 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; - 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdi q olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; -
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; -
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
30. Kassasiya şikayətində Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli Qərarının 17-ci bəndinə istinad olunaraq qeyd edilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Məhkəmə kollegiyası tərəfindən həmin dəlillə bağlı araşdırma aparılarkən məlum olmuşdur ki, iddiaçı apellyasiya şikayətində “məhkəmə Mülki Məcəllənin 449.1-cimaddəsi ilə hüquqi əsasın olmaması qənaətinə gəl səydi belə ən azından Mülki Məcəllənin 445.1 və 445.7-ci maddələrinin tələblərinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğdə zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməli idi” məzmunda dəlil irəli sürmüş, apellyasiya instansiyası məhkəməsi isə həmin dəlilə heç bir münasibət bildirməmiş, hüquqi qiymət verməmiş, müvafiq araşdırma və əsaslandırma aparmaqla, dəlili təsdiq və ya təkzib etməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində şikayətin konkret olaraq hansı dəlillərdən ibarət olduğu ümumiyyətlə göstərilməmişdir.
33. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qətnaməsində şikayətin dəlillərinə qısa şəkildə “İş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddiasının təmi n olunmasını xahiş etsə də buna dair hər hansı bir sübüt təqdim etməmişdir. Onun apellyasiya şikayətində qeyd etdiyi dəlillər də məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir.” qaydada münasibət bildirsə də, hansı dəlillərin birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq, hüquqi qiymət verildiyini dəqiqləşdirməmişdir.
34. Halbuki, bu Qərarın yuxarıda müvafiq bəndlərində mətnləri verilən MPM-in normaları (o cümlədən 392-ci maddəsi), Konstitusiya Məhkəməsi Plenumunun qərarları (o cümlədən xx.xx.2011-ci il tarixli Qərarı) və Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 17-ci bəndi ilə tələb (şərh və izah) olunmuşdur ki, yuxarı instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayə tlərin dəlillərinə mütləq qaydada hüquqi qiymət verməlidirlər.
35. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməli, həmçinin, faktiki cəhətdən əldən çıxmış fayda, hüquqi cəhətdən isə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandırılan iddia tələbinə Mülki Məcəllənin 445.7-ci maddəsinin “zərər - re al zərər əldən çıxmış fayda” kontekstində tətbiqi məsələsi qanunvericilik, Konstitusiya Məhkəməsinin şərhləri və formalaşmış məhkəmə təcrübəsi baxımından müzakirə edilməli və bundan sonra iddianın əsaslılığı ilə bağlı müvafiq nəticəyə gəlinməlidir.
37. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1492/2022 nömrəli iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.