Məhkəmə qərarları › İş №2(102)-65/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-65/2025

23.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-65/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi, ştat ixtisarı, iddia müddətinin keçməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Dövlətlərarası Teler adio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4136/2024 nömrəli, 8 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2007-ci il tarixli 44 nömrəli əmri ilə, İddiaçı 1 oktyabr 2007-ci il tarixdən ştat cədvəlinə uyğun olaraq 70 ma nat aylıq maaşla və aylıq əmək haqqına 60 manat əlavə əmək haqqı verilməklə sürücü vəzifəsinə qəbul edilmişdir.

2. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 16 saylı ştatın ləğvi barədə əmri ilə xx.xx.2023-cü il tarixində Nümayəndəliyin sürücü ştatının ləğv edilməsi, ştatın ləğv olunması ilə əlaqədar həmin vəzifəni tutan işçi İddiaçı işdən azad edilməsi, əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilən işçiyə qanunvericiliklə nəzərdə tutulan təminatların ödənilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 Xidmətini cəlb etməklə) Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan M illi Nümayəndəliyinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən çıxarılması barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışdır ki, 1 noyabr 2007-ci ildən Cavabdeh Doviətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyində, Nümayəndəliyin direktoru, X3 Paşazadənin sürücüsü işləmişdir. 15 iyun 2023-cü il tarixində nümayəndəliyin baş mühasibi onu otağına dəvət edərək işdən azad olunmağı ilə bağlı ərizə yazmağını təl əb etmişdir. Buna etiraz etdikdə, kiminləsə məsləhətləşib bildirmişdir ki, o zaman çalışdığı sürücü vəzifəsini ixtisara salacaq. İddiaçı qeyd etmişdir ki, 16 il ərzində ildə bir dəfə 13-cü əmək haqqı alsa da, bir dəfə də olsun məzuniyyətə çıxmamışdır. Eyni zamanda idarənin tabeliyində 3 maşın olmasına baxmayaraq, yalnız o, sürücü kimi çalışmışdır. Pozulmuş hüquqların bərpası üçün ilkin olaraq X2 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Cavab olaraq xx.xx.2023-cü il tarixli 3-17-5/2-1440645/2023 saylı məktubla bildirilmişdir ki, müraciətdə qeyd etdiyi pozuntuların dəqiqləşdirilməsi, izahatın alınması və onda olan sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə dəvət olunmağı ilə bağlı ünvanına xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. xx.xx.2023-cü il tarixində X2 Xidmətini n Bakı şəhər İdarəsinə əmək haqqına dair bank hesabı çıxarışını təqdim etsə də, lakin müraciətlə bağlı izahat təqdim edilməmişdir. Telefon əlaqəsi zamanı əmək kitabçasını işəgötürəndən təhvil aldığını, eyni zamanda müraciətdə qeyd etdiyi digər məsələlərlə bağlı Mediasiya Şurasına müraciət etdiyini, mediasiya prosesi zamanı işəgötürənlə razılıq əldə olunmadığı təqdirdə isə müvafiq qaydada məhkəməyə müraciət edəcəyini bildirmişdir. Müraciətilə bağlı cavabdehin hüquqi ünvanlarına 3-17-5/2-32984/2023 nömrəli, xx.xx.2023-cü il tarixli (SS867147407AZ,SS867147398AX) məktublarla müraciət olunaraq aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin poçt xidmətinə məxsus F-20 formasında “köçüb" qeydi edilərək məktub geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən cavabdeh tərəfindən əmək müqaviləsinin bağlanmasına dair bildirişin işə başlama tarixi xx.xx.2010cu il qeyd edilməklə xx.xx.2014-cü il tarixində qeydiyyata alındığı və həmin bildirişin xx.xx.2023-cü il tarixdə qüvvədən düşdüyü müəyyən edilmişdir. İddiaçı qeyd etmişdir ki, işdən çıxarılmağı qanunsuz hesab olunduğundan Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin işdən çıxarılmağı barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və müvafiq kompensasiyanın verilməsi zəruridir.

5. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi isə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1951/2024 nömrəli 1 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilməmişdir.

7. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi arasında bağlanan müqavilə ilə İddiaçı sürücü vəzifəsinə təyin olunmuşdur. “Xidmət-İş” Hİ Federasiyasının vitse-prezidentinin İddiaçı göndərilən 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı sürücü kimi çalışdığı ştat vahidinin ləğv olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə u yğun olaraq icra edilmişdir. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli Ştatın ixtisar edilməsi barədə N-1 xəbərdarlığı ilə orada aparılan ştat ixtisar edilməsi ilə əlaqədar olaraq işdən azad edilmə barədə İddiaçı xəbərdar edilmişdir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xəbərdarlıq təqdim ediləndən 9 həftə sonra və ya xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad olunacaq. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 16 saylı ştatın ləğvi barədə əmri ilə xx.xx.2023-cü il tarixində Nümayəndəliyin sürücü ştatının ləğv edilməsi, xx.xx.2023-cü il tarixində ştatın ləğv olunması ilə əlaqədar həmin vəzifəni tutan işçi İddiaçı işdən azad edilməsi, əmək müqa viləsinə xitam verilməsi və işdən azad edilən işçiyə qanunvericiliklə nəzərdə tutulan təminatların ödənilməsi əmr edilmişdir.

8. Məhkəmə iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiyaya müraciət etmiş və Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından xeyli müddət keçməsinə baxmayaraq, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına və həmçinin Mediasiya arayışı xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayar aq, 2024-cü ilin fevral ayında Binəqədi Rayon Məhkəməsinə, daha sonra xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.

9. Beləliklə, məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyini, həmçinin Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən arayış xx.xx.2023-cü il tarixdə qəbul edilməsini nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından xeyli müddət keçməsinə baxmayaraq, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki M əcəlləsinin 372.1, 372.2-ci, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə müddətin ötürüldüyü əsası ilə iddia tələbini rədd etsə də, müddətin ötürülməsi səbəblərini araşdırmamış və müddətin bərpasına dair ərizə yazılmasına şərait yaratmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4136/2024 nömrəli, 8 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Elşən Kazımov-sədrlik edən və məruzəçi, Namiq Cəfərov və İkram Şirinov) iddiaçının ap ellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü ildən işdən azad edilmişdir. İddiaçı ilkin mediasiya şurasına müraciət etmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 27 sentyabr 2023-cü ildə arayış verilmiş və 2024-cü ilin fevral ayında Binəqədi Rayon Məhkəməsinə, sonra isə xx.xx.2024-cü il tarixdə isə Yasamal Rayon Məhkəməsinə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.

15. Belə ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüq uqunun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə dair əmri alsa da, eləcə də xx.xx.2023-cü ilədək mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımı dayandırılmasına baxmayaraq yenə də iddia müddətini ötürmüşdür.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinə iddiaçı məhkəmənin müddətin ötürülməsi səbəblərini araşdırmadığını və müddətin bərpasına dair ərizə yazılmasına şərait yaratmadığını göstərsə də, apellyasiya baxışı zamanı da m üddətin ötürülməsinin hər hansı bir üzrlü səbəbi olduğu öz təsdiqini tapmamışdır.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, hətta mediasiya prosesindən sonra da məhkəməyə müraciət etmək üçün kifayət qədər onu vaxtı olmuşdur.

18. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün 1 aylıq idda müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. İddiaçı müddətin üzrlü səbəblərdən buraxıldığını qeyd etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əmək müfəttişliyinə müraciət edilməsi və həmin qurumun əməkdaşlarının iddiaçı ilə hansısa mövzuda danışıqları da müddətin üzrlü səbəblərdən ötürülməsi üçün əsas ola bilməz.

19. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci madəsinin 1,2,3,4, 6-cı hissələrinə, Əmək Məcəlləsinin 11-ci maddəsinin “f”, 12-ci madəsinin “c”, 47-ci maddəsinin “f”, 70-ci maddəsinin “b” bəndlərinə, 69-cu maddəsinin 7-ci hissəsinə, 287, 292-ci maddənin 1-ci, 296-cı maddənin 2, 6, 7-ci, 300-cü maddənin 1-ci hissələrinə, Mülki Məcəllənin 2.3, 372.2, 275.2, 377.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tələblərindən biri işləmədiyi müddət ərizində əmək haqqının ödənilməsi olmuşdur. İddiaçının işləmədiyi dövr ərzində alacağı əmək haqqının cavabdehdən tələbi, yəni pul vəsaitini n tələb edilməsinə aid iddia ərizəsinin əsasını mülkiyyət hüququ təşkil edir və Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən həmin tələb üzrə iddia müddət tətbiq edilmir.

22. Əlavə olaraq qeyd etmişdir ki, əgər Ali Məhkəmənin əmək haqqlarının tələb edilməsi ilə əlaqədar tələblər üzrə Əmək Məcəlləsinin 296 və ya Mülki Məcəlləsinin 384.0.4-cü maddəsini tətbiq etmə ilə bağlı birmənalı hüquqi mövqəyi mövcud deyilsə, həmin məsələ barədə Konstitusiya Məhkəməsinə sözügedən iş üzrə şərh verilməsi üçün müraciət edilməsini xahiş etmişdir.

23. Kassator şikayətində Mülki Məcəllənin 384.0.4-cü maddəsinə, Normativ hüquqi aktlar barədə Konstitusiya qanununun 2.5-ci maddəsi və İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasınına dair 1-ci əlavə protokolun 1-ci maddəsinə ist inad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 35 (hissə 1). Əmək fərdi və ictimai rifahın əsasıdır.

26. Maddə 35 (hissə 2).Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

27. Maddə 35 (hissə 3).Heç kəs zorla işlədilə bilməz.

28. Maddə 35 (hissə 4).Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

29. Maddə 35 (hissə 8).Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəllə si

30. Maddə 11 (bənd “f”). Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir.

31. Maddə 12 (bənd “c”). Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

32. Maddə 47 (bənd “f”) Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.

33. Maddə 68 (hissə 1).Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

34. Maddə 70 (bənd “b”) İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

35. Maddə 69 (hissə 7) İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

36. Maddə 287.Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

37. Maddə 292 (hissə 1). İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərd ə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

38. Maddə 296 (hissə 2) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

39. Maddə 296 (hissə 3) Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

40. Maddə 296 (hissə 6). Bu maddədə göstərilə n müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

41. Maddə 296 (hissə 7) Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

42. Maddə 300 (hissə 1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərd ə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

44. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

45. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

46. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

47. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Kassasiya şikayətinin əsas dəlili əmək haqqının ödənilməməsi barədə tələblərə iddia müddətinin şamil edilməməsi olmuşdur.

59. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə tələbi müstəqil tələb olmayıb işə bərpa tələbinin təminindən asılı olan tələbdir. İddiaçının işə bərpa tələbi təmin edilmədiyindən, məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə tələbi də əsassızdır.

60. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Ona g örə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4136/2024 nömrəli, 8 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar