Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6508/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar Əzizov X2 və qeyrilərinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin alınması və təmiri üçün verilmiş pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar Əzizov X2, Əzizova (Qarayeva) Elnarə Çingiz qızının, İddiaçı2 vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2593/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tari xli qətnaməsindən iddiaçılar Əzizov X6, Əzizova (Qarayeva) Elnarə Çingiz qızı və İddiaçı2 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar Əzizov X6, Əzizova (Qarayeva) Elnarə Çingiz qızı və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinin alınması və təmiri üçün verilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Masazır qəsəbəsi, Qurtuluş 93, ev 8, mənzil 46-da yerləşən evin alınmasına ödənilmiş ilkin ödəniş üçün verilmiş 2500 manatın Əzizova (Qarayeva) Elnarə Çingiz qızının və İddiaçı2 xeyrinə, fərdi yaşayış evinin tikintisi üçün verilmiş 18000 manatın Əzizov X2 xeyrinə, mənəvi zərərə görə 10000 manatın Əz izova (Qarayeva) Elnarə Çingiz qızının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətəbiq edilməsi barədə ərizə ünvanlayaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, X1 Cavabdeh ilə nişanlı olduğu zaman ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil əldə etmişlər. Tərəflər arasında olan razılaşmaya əsasən, Elnarə Əzizovanın atası İddiaçı1 cehizin əvəzində evin təmirini üzərinə götürmüş və təmirə ümumilikdə 18000 manat məbləğində xərc çəkmişdir. Mənzilin ilkin ödənişi olan 5000 manat pul və aylıq ödənişləri Elnarə Əzizova və Cavabdeh tərəfindən bərabər ödənilmişdir. Bunda n başqa Elnarə Əzizovanın anası İddiaçı2 adına kredit götürülərək evin ödənişlərinə sərf edilmişdir. Evin təmiri başa çatdıqdan sonra X5 Qarayevlə birlikdə uzun müddət həmin evdə yaşamışlar. Sonradan xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrılmışlar və aralarına olan nikah Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsəsən pozulmuşdur. Cavabdeh Elnarə Əzizovaya və uşağına həmin evda yaşamağa imkan verməmiş və onları evdən çıxarmışdır. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(062)-164/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nofəl Mustafayev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 15947 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun alınıb iddiaçı Əzizov X4 veri lməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmədə müəyyən olundu ki, iddiaçı X1 Cavabdeh ilə 21 iyun 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından 30 iyun 2016-cı il tarixdə Esmanur adlı bir nəfər uşaqları anadan olmuşdur, xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrılmışlar və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh isə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzili 2010-cu ildə əldə etmişdir. İddiaçılar həmin mənzilin satın alınmasında 2500 manat, təmiri işlərinin görülməsində 18000 manat məbləğində xərc çəkmələrini iddia etsələr də məhkəmə iclasında mənzilin təmiri xərcinə iddiaçı Əzizov X6 tərəfindən 4000 və 1200 manat, təmir aparılması üçün tikinti m ateriallarının alınmasına isə 10747 manat olmaqla ümumilikdə 15947 manat məbləğində xərc çəkməsinə dair sübut təqdim edə bildilər, iddia tələbinin qalan hissələrinə dair məhkəməyə heç bir sübut növü təqdim edə bilmədilər. İddiaçılar tərəfindən məhkəməyə şahid ifadələri kimi təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizələri isə məhkəmə iclasında həmin şəxslər şahid qismində dindirilmədiyindən və həmin ifadələr məhkəmə iclas zalında səsləndirilmədiyindən mötəbər sübut kimi qəbul etmir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 222.2-ci maddələri ilə əsasland ırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azər Bayramov - sədrlik edən və məruzəçi, Rəşad Mamedov, Əlizamin Abdullayev) 2(104)-2593/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 2(062)- 164/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəm əsinin qətnaməsi mübahisələndirlən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. İş materiallarından göründüyü kimi, iddaçı X1 ilə Cavabdeh 21.06.2013-cü ildə rəsmi şəkildə evlənmişlər. Mübahisəli ünvan 2 ünvanında yerləşən 46 saylı mənzil isə Abşeron rayon İH-nin 18 sentyabr 2012-ci il tarixli, 2234 saylı orderi ilə Cavabdeh adına qeydə alınmışdır. Göründüyü kimi, mübahisəli mənzil tərəflər nikaha iaxil olmamışdan əvvəl cavabdehin adma qeydə alınmışdır. Buna görə də, iddiaçıların mənzilə ilkin ödəniş etmələri, mənzilin təmir xərclərini çəkmələrinə dair göstərdikləri xüsusatlar inandırıcı deyildir. Digər tərəfdən, Cavabdeh iddiaçı Əzizov X4 və qeyrilərinə ona məxsus mənzildə təmir işlərinin aparılmasına dair tapşırıq verməsi və bununla bağlı tər əflər arasında hər hansı öhdəlik münasibətlərinin yaranması iş materialları ilə müəyyən edilmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarmda olan qətnamələrdən görünür ki, Abşeron Rayon Məhkəməsində, sonradan apelyasiya və kasasiya icraatı qaydasında iddiaçı tərəfindən hazırda mübahisələndirilən evə köçürülmə və evdən çıxarılma tələblərinə baxılmış, düzdür bu zaman tələb fərqli olsa da, lakin nübahisənin predmetini ünvan 4 ünvanında yerləşən 46 saylı mənzil təşkil etmişdir. İddiaçı E.Qarayeva həmin məhkəmə mübahisəsi üzrə keçirilmiş məhkəmə proseslərində evin ilkin ödənişinin və təmir xərclərinin atasının çəkməsi ilə bağlı heç bir izahat verməmiş, hazırda mübahisləndirdiyi tələbini daha da əsaslandıracaq heç bİr dəlil irəli sürməmişdir. Digər tərəfdən birinci insansiya məh kəməsi iddia tələbini qismən təmin edərkən iddiaçılar tərəfindən verilmiş qaimə-fakturaları əsas götürsə də, məhkəmə kollegiyası tərəfindən araşdırılmalar zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş qaimə-fakturalar qanunvericiliklə nüəyyən edilmiş hesabat blanklarınm tərtibi və tətbiqi qaydalarına, forma və rekvizitlərə cavab vermir. Belə ki, sözügedən qaimə-faturaların hansı tarixdə verilməsi, nömrəsi, kim tərəfindən verilməsi və kimə təqdim edilməsi, hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi kimi qaydalara cavab vermir. Bun görə də, həmin qaimə-fakturalar mötəbər sübut kimi qəbul edilə filməz. Məhkəmə kollegiyası şahid ifadələrinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş şahid ifadələri işin tədqiq edilmiş digər halları ilə kompleks təşk il etmir və təsdiq edilmir, əksinə təkzib edilir. Belə ki, ifadələrində qeyd etdikləri kimi, onların cavabdehə məxsus evdə işləməsi və evin sahibinin bundan məlumatının olmaması, evində işləyən ustaları tanımaması inandırıcı deyildir. Məhkəmə kollegiyası şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən düzgün hüquqi qiymət verilməməklə, maddi və prosessual hüquq normalarım düzgün tətbiq etməməklə çıxarılmışdır. Apelyasiya şikayətinin dəliləri əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri işin halları və müvafiq normativ aktlarla təsdiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin iddianın mübahisələndirilən hissədə təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar Əzizov X6, Əzizova (Qarayeva) Elnarə Çingiz qızı və İddiaçı2 (vəkilləri Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin ləğv edilərək, Cavabdeh 15947 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun al ınıb iddiaçı Əzizov X4 ödənilməsi hissəsində iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya inistansiya məhkəməsinin göstərilən əsaslarla nəticəyə gələrək apellyasiya şikayətini təmin edib Tovuz rayon məhkəsinin qətnaməsini ləğv edərək iddia ərizəsini rədd etməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçı Elnarə Əzizova ilə Cavabdeh 2010-cu ildə nişanlanmışlar və qeyd olunan mənzil isə nişandan təxminən 2 il sonra cavabdeh tərəfindən alınmışdır. İddiaçılar ilə cavabdeh arasında qarşılıqlı razılıq əsasında, yəni iddiaçının aparacağı cehiz əvəzinə mənzilin təmir ilə əlaqədar ustaya və materiallara çəkilən məsrəflər iddiaçı Elnarə Əzizovanın atası Əzizov X6 öz üzərinə götürmüşdür və bu öhdəlikd ə onun özü tərəfindən icra edilmişdir. Ona görə də hesab edirlər ki apelyasiya məhkəməsinin mənzilin nikahdan qabaq alınması və ustalara mal-materiallara pul verməməsi mövqeyi nəticəsinə gəlməsi qanunsuz və əsassızdır. AR-nın MPM-nin 76.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində şahid kimi dindirilən şəxslər qeyd olunan mənzildə usta kimi işləmələrini və tikinti materiallarının İddiaçı1 tərəfindən alınmasını göstərmişlər. Amma buna baxmayaraq heç əsas olmadan apelyasiya məhkəməsi şahid ifadələrini inandırıcı hesab etməmiş, lakin bu inandırıcı olmamasını qətnaməsində əsaslandıra bilməmişdir. Beləliklə apelyasiya məhkəməsi bu hissədə də maddi və prosessual hüquq normalarını pozmuşdur. Bundan əlavə apelyasiya instansiya məhkəməsi qətnamənin ləğv edilməsi üçün əsas kimi evin təmiri üçün alınmış tikinti materiallarının alınmasına dair qaimə fakturaları sübut kimi qəbul etməmiş və buna əsas kimi qaimədə tarixin və möhürün olamamasmı əsas götürmüşdür. Hamıya bəllidir ki, bazar iqtisadiyyatı şəraitində tikinti materiallarını satan şəxslər bir qayda olaraq tikinti materialları satarkən qaimə fakturalar yazmış olsalar da, qaimə fakturalarda bəzi rekvizitləri qeyd etmirlər. Hesab edirlər ki, apelyasiya instansiya məhkəməsi qaimə fakturaları bu əsaslarla sübut növü kimi qəbul etməməklə yanlışlığa yol verərək maddi və prosessual hüquq normalarını pozmuş və nəticədə birinci instansiya məhkəməsinin qətnaməsini əsassız və qanunsuz olaraq ləğv etmiş iddia ərizəsini rədd etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz əri zəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar Əzizov X6, Əzizova (Qarayeva) Elnarə Çingiz qızı, İddiaçı2 və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar Əzizov X2, Əzizova (Qarayeva) Elnarə Çingiz qızının və İddiaçı2 vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzin in ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslan nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 29 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya i nstansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası iddia tələbini rədd etməsi barədə qənaətini tərəflər arasında müqavilənin mövcud olmaması, şahid ifadələrinin digər sübutlarla kompleks təşkil etməməsi və məhkəməyə sübut kimi təqdim edilmiş qaimə fakturaların bu tip sənədlər üçün uyğun olan formaya uyğun olmaması ilə əsaslandırmışdır. Kasasiya kollegiyası apelyasiya kollegiyasının əsaslandırması ilə razılaşmır və ilkin olaraq qeyd edir ki, apelyasiya kollegiyası tərəflər arasında müqavilə mövcud olmamasına istinad etsə də, nəzərə almamışdır ki, iddiaçılar cavabdeh tərəflə aralarında olan razılaşma əsasında, yəni cehiz əşyalarının verilməsi əvəzinə mənzilin təmir edilməsi barədə razılıq əsasında cavabdehə məxsus mə nzilin təmir edilməsini öhdələrinə götürmələrini əsas gətirib mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsini tələb etmişlər. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış iddiaya etiraz ərizəsindən (səh 73) də görünür ki, cavabdeh mənzilin iddiaçılardan Elnarə ilə nişanlı olduğu zaman təmir edildiyini göstərmişdir. Digər tərəfdən apelyasiya kollegiyası şahid ifadələrini onların cavabdehə məxsus evdə işləməsi və evin sahibinin bundan məlumatının olmaması, evində işləyən ustaları tanımamasını inandırıcı qəbul etməsə də, yenə də cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, cavabdeh bütün günü işdə olduğuna görə təmirə nəzarəti İddiaçı1 həyata keçirməsini göstərmişdir ki, bu hal da şahid ifadələrinin inandırıcı qəbul edilməməsinin əsassız olmasını g östərir. Belə ki, cavabdehin qeyd etdiyi kimi, mənzilin təmirinə nəzarəti Çingiz Əsgərov həyata keçirmişdirsə, cavabdeüh bütün günü işdə olmuşdursa, onun mənzildə işləmiş ustaları tanımaması real və inandırıcı qəbul edilməlidir. Qaimə fakturaların zəruri formaya uğyun olmaması əsası ilə sübut kimi qəbul edilməməsinə gəldikdə isə, apelyasiya kollegiyasının bununla da bağlı mövqeyi yanlış olmuşdur. Belə ki, işdən də göründüyü kimi, təmir işlərinin həyata keçirilməsi üçün satın alınmış ləvazimat və digər əşyaların əldə edilməsi proseduru hər hansı hüquqi şəxslər arasında baş verməmişdir ki, külli miqdarda əşya, əmlak alqı-satqısı baş versin ki, həmin qaimə fakturaların müəyyən formaya cavab verməsi tələb olunsun. Görünən və bəlli olan hal odur ki, vətəndaş mənzil təmiri üçün müxtəlif pərakənd ə satış obyektlərindən məhdud sayda təmir üçün əşyalar satın almış və bunun üçün də hər hansı xüsusi formada qaimə faktura tələb etməsinə zərurət görməmişdir. Odur ki, təqdim edilmiş qaimə fakturaların sübut kimi nəzərə alınmaması əsaslı hesab edilə bilməz. Göstərilənlərdən əlavə qeyd edilməlidir ki, apelyasiya kollegiyası qəbul etdiyi qətnamədə iş materiallarında olan qanuni qüvvəsinə müəyyən mənada istinad etsə də, həmin qətnamələri tədqiq edərkən nəzərə almamışdır ki, cavabdeh qüvvədə olan qətnamələrdə vermiş olduğu izahatlarında özünün sürücü işləməsini, başqa yaşayış yeri olmamasını, iddiaçının atasının mənzilə ehtiyacı olmadığını, iki mənzilinin olduğunu göstərmişdir ki, bu xüsus da onu deməyə əsas verir ki, cavabdehin mənzil təmiri üçün vəsaitinin olmaması, buna görə də iddiaçı tərə flə cehiz əşya əvəzinə mənzilin təmiri barədə razılığa gəlmələrinə dair iddiaçı tərəfin göstərdikləri daha inandırıcıdır. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və tərəflərin qarşılıqlı münasibətləri əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların təl əblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli, düzgün və müqayisəli araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.06.2021-ci il tarixli, 2(104)-2593/2021 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və M PM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar Əzizov X6, Əzizova (Qarayeva) Elnarə Çingiz qızı və İddiaçı2 tərəfindən birgə verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29.06.2021-ci il tarixli, 2(104)-2593/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.