Məhkəmə qərarları › İş №2(102)-651/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-651/2020

30.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-651/2020 30.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(003)-233/2018, hakim T.X.Əkbərov) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, X aşa-xuna bağ massivi ünvanında yerləşən 1D/10 saylı bağ sahəsindən çıxarılması və həmin bağa dair ölçü işlərinin görülməsi üçün cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12820/2018, hakimlər X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, “zəbt edilmiş bağ sahəsindən çıxarılma” tələbinə dair iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli əlavə qətnaməsi ilə (iş № 2(103)-12820/2018, hakimlər X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) İddiaçı əlavə qətnamə qəbul edilməsinə dair ərizəsi təmin edilmiş və İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-4278/2019, hakimlər Ə.G.Nurməmmədov, M.T.Əhmədova və Ə.M.Rüstəmov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli əlavə qətnaməsi tam, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, mübahisələndirilən hissədə, yəni iddia tələbinin “cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəri lmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11168/2019, hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivi ünvanında yerləşən 1D/10 saylı bağ sahəsinə dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib həmin hissədə iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: Bakı şəhəri X7 İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli qərarı ilə X3 Bak ı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivi ünvanında yerləşən 1D/10 saylı bağ sahəsi ayrılmışdır. Əsli Məmmədova xx xxx 2016-cı ildə vəfat etmişdir. Mərhumun qardaşı İddiaçı və bacısı oğlu Cavabdeh onun qanun üzrə vərəsələridir. xx xxxx 2017-ci il tarixdə İddiaçı mərhum Əsli Məmmədovaya ayrılmış bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq orqana müraciət etdiyinə, lakin ölçü işlərinin görülməsinə Cavabdeh tərəfindən şərait yaradılmamasına istinad etməklə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivi ünvanında yerləşən 1D/10 saylı bağ sahəsindən çıxarılması və cavabdeh tərəfindən həmin bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəb ul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən cavabdehin torpaq sahəsinə hüququ olmaması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayə ti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Mübahisə predmeti olan bağ sahəsi Bakı şəhəri X7 İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli qərarı ilə X3 ayrılmış, sonuncu xx xxx 2016-cı ildə vəfat etmişdir. Bağ sahəsi cavabdehin sahibliyində və istifadəsindədir. İddiaçı cavabdehin həmin bağ sahəsindən çıxarılması və cavabdeh tərəfindən həmin bağa dair ölçü iş lərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, həmin qətnaməni ləğv edib iddianı rədd edən apellyasiya məhkəməsi tərəfindən cavabdeh notariat kontorunda açılmış vərəsəlik işi ilə bağlı sözügedən bağ sahəsinə münasibətdə vərəsə kimi tanındığından və onun gözlənilən mülkiyyət hüququ olduğundan iddia əsassız hesab edilmişdir. İddiaçı həmin qətnamənin “zəbt edilmiş bağ sahəsindən çıxarılma” tələbinin rədd eidlməsi hissəsi ilə razılaşaraq həmin hissədə qətnamədən kassasiya şikayəti verməmiş, qətnamənin “cavabdeh tərəfindən həmin bağ sahəsinə dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” hissəsini kassasiya qaydasında mübahisələndirmiş, kassasiya instansiya məhkəməsi qət naməni həmin hissədə ləğv edərək iş həmin hissədə yenidən baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərmişdir. İşə “cavabdeh tərəfindən həmin bağ sahəsinə dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” hissəsində yenidən baxan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia həmin hissədə əsassızdır. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün hansı maneələri yaradılmasını əsaslandırmamaqla, bu maneələrin ümumiyyətlə nədən ibarət olduğunu göstərməmişdir. Digər tərəfdən, artıq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən bağa dair ölçü işləri aparılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar