Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-651/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-651/2023 (Açar sözlər: mənzilə köçürülmə) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X8 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4209/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil) tərəfindən verilmiş kassasi ya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ev Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 117/126 saylı müqaviləyə əsasən mülkiyyətçiyə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 39,56 kv.m. yaşayış, 56,43 kv.m. ümumi sahəsi olan 2 otaqlı 44 saylı fərdi yaşayış evi sökülmüş, yerinə yeni hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Hazırda həmin yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən 6 nömrəli mənzil Cavabdeh1 sahibliyindədir, cavabdeh həmin mənzildə ailəsi ilə birlikdə yaşamaqdadır. Mübahisəli ev tərəflərdən heç birinin adına dövlət qeydiyyatın dan keçməmişdir.
2. İddiaçı qeyd edilən evdə pasport qeydiyyatında olduğunu, habelə həmin evin onların ata evinin olduğunu bildirərək, mübahisəli evə ailəsi ilə birlikdə köçürülməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının həmin evdə yaşamasının mümkün olmadığını bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun arvadı X5 ilə birlikdə Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır. Uşaqlıqdan valideynləri ilə birlikdə həmin mə nzildə qeydiyyatda olmaqla yaşamışdır. 2005ci ildə anası ölmüş, bundan sonra atası, hazırkı iş üzrə Cavabdeh1la münasibətləri pozulmuş və birlikdə yaşamaları mümkün olmamışdır. Məcburiyyət qarşısında mənzil kirayə götürərək ailəsi ilə birlikdə yaşamışdır. Fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 44 saylı fərdi yaşayış evi sökülmüş, MTK ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 117/126 nömrəli müqavilə bağlanmışdır. O, qeydiyyatda olduqları mənzilin sökülməzdən əvvəl Cavabdeh2 MTK-ya mənzilin sökülməsinə razı olmadığını bildirmiş və yazılı razılıq vermədiyi halda heç bir söküntü işi aparılmaması barədə xəbərdarlıq etmişdir. Həmçinin müqavilənin 2.1.2-ci maddəsinə əsasən söküləc ək evdə qeydiyyatda olan hər hansı şəxsin müvafiq razılığı verməməsi ilə bağlı gələcəkdə ortaya çıxa biləcək bütün problemlərə görə məsuliyyəti Cavabdeh1 öz üzərinə götürmüşdür. Lakin hazırda Cavabdeh1 ona müxtəlif maneələrlə mənzildə yaşamağa imkan vermir. O, doğulduqdan qeydiyyatda olduğu mənzildə ailəsi ilə birlikdə yaşamaq hüququ olduğu halda ailəsi ilə kirayə evdə yaşayır. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, İddiaçı ilə aralarındakı münasibətlər gərgindir. Emin ailə quraraq ünvan 2 ünvanında yerləşən ev 44, mənzil 6-dan köçmüşdür. Hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. Özü isə hazırda ikinci dəfə ailə həyatı qurduğu ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır və iddiaçın ın həyat yoldaşı ilə birlikdə mənzilə köçürülməsinə etiraz edir.
6. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş Şahid məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı xalasıdır. Eminin anası vəfat etdikdən sonra Cavabdeh1 ilə iddiaçı arasındakı münasibətləri pisləşmiş, tərəflər mübahisəli evdə birlikdə yaşaya bilməmişlər. İddiaçı mübahisəli mənzildə anadan olmuş və orada böyümüşdür. 2019-cu ildə iddiaçı ailə həyatı quraraq həyat yoldaşı ilə birlikdə Qazaxda yaşamışdır. Belə ki, Cavabdeh1 İddiaçı və onun həyat yoldaşının mübahisəli mənzildə yaşamalarına imkan verməmişdir.
7. İş materiallarına daxil olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı, Cavabdeh 1 ünvan 4 ünvanında pasport qeydiyyatındadırlar.
8. İş materiallarına daxil olan mülkiyyətçi Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 117/126 saylı müqavilənin surətinə əsasən Cavabdeh2 MTK Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyət çərçivəsində, yaşayış üçün təhlükəli vəziyyətdə olan “Mülkiyyətçiyə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 39,56 kv.m. yaşayış, 56,43 kv.m. ümumi sahəsi olan 2 otaqlı 44 saylı fərdi yaşayış evini sökməyi və bunun müqabilində həmin ərazidə inşa etdiyi yeni hündürmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 6 nömrəli, 3 otaqlı 113,54 kv.metrdən ibarət təmirsiz mənzili, həmçinin həmin mənzilin təmiri üçün, eləcə də kirayə haqqı olaraq 28.500 manat pul vəsaitini “Mülkiyyətçi”yə nağd qaydada verməyi, “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan evin söküntü üçün Cavabdeh2 MTK-ya təhvil verilməyi və müəyyən olunmuş şərtlər daxilində yeni binada tikilmiş təmirsiz mənzili və təmir, habelə kirayə üçün veriləcək 28.500 manat pul vəsaitini qəbul etməyi öhdəsinə götürmüşlər.
9. İş materiallarına daxil olan Bakı şəhəri Nərimanov rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 144262 saylı ölüm haqqında şəhadətnamən in surətinə əsasən X2 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 326 nömrə ilə qeyd edilmişdir.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-4768/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən 44 saylı evin, 6 nömrəli mənzilinə köçürülməsi qərara alınmışdır.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış sahəsi cavabdeh və ailəsi tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış iddiaçının da həmin şərtlər daxilində həmi n evdə yaşamaq hüququ vardır.
12. Məhkəmə iddianın “İddiaçı arvadı X5 ilə birlikdə Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilinə köçürülməsi” hissəsində tələbi X4 münasibətdə əsaslı hesab etməmişdir. Belə ki, X3 həmin mənzilə dair hər hansı hüququ mövcud deyil.
13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə və 43-cü maddəsinin 1-ci bəndinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuşdur ) 48, 53, 60, 87-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.1, 27.1, 158.1 və 158.1.2, 158.2, 158.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mərhum arvadının adına Binəqədi rayonu, S.Məmmədov küçəsi 203 saylı, 53 nömrəli mənzili olmuşdur. O, həmin mənzili iddiaçıya vermiş, iddiaçı isə həmin mənzili formal olaraq xalasına satmışdır. Həmçinin oğlunun kirayə qaldığı vaxt onların kirayə haqqını da o, ödəmişdir. Dəfələrl ə iddiaçıya 15.000 manat kompensasiya veriləcəyini bildirsə də, iddiaçı bununla razılaşmayaraq məhkəməyə müraciət etmişdir.
16. Qətnamədən həmçinin İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun arvadına münasibətdə iddia tələbinin təmin edilməməsi əsassızdır. Belə ki, onların rəsmi nikahları var. İstifadə hüququ olduğu mənzilə arvadı ilə birlikdə köçürülməlidir.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş, həmçinin cavabdehin apellyasiya şikayətinin onun anasının mənzili olması ba rədə dəlilini təkzib edərək bildirmişdir ki, həmin mənzil onun Rusiyada yaşayan yaxın qohumlarının olmuş, bu səbəbdən sözügedən ev anasının adına rəsmiləşdirilmişdir. Anası vəfat etdikdən sonra mənzil onun adına keçmiş, bundan sonra o, mənzili həqiqi sahiblərinə qaytarmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, mənzil onun olsa idi, ailəsi ilə birlikdə kirayə evdə yox, həmin mənzildə yaşayardı.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4209/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nə ticə və müvafiq əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, iddiaçı uzun müddət (doğulduğu vaxtdan) ünvan 4 ünvanında yaşadığından 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Belə olan halda, məlum olur ki, həmin mənzilin sökülərək onun əvəzinə verilmiş ünvan 2 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilinə də iddiaçı cavabdeh atası ilə eyni qaydada hüquq əldə etdiyindən rayon məhkəməsi iddia tələbini iddiaçının həmin mənzilə köçürülməsi hissəsində təmin etməkdə haqlı olmuşdur.
21. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlili kimi, birinci arvadının adına Binəqədi rayonu, S.Məmmədov küçəsi 203 saylı evdə 53 nömrəli mənzili olması, onun həmin mənzili iddiaçıya verməsi, iddiaçının isə həmin mənzili formal olaraq xalasına satması barədə dəlilinə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh həmin dəlillə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən cavabdehin apellyasiya şikayəti əsassızdır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixdə nikah bağladığı arvadı X6 hazırda sökülərək yerinə yeni mənzil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 44 saylı fərdi yaşayış evində yaşamadığından və həmin evə hər hansı hüquq əldə etmədiyindən, rayon məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Həmçinin iddiaçı nəzərə almamışdır ki, mənzilə köçürülməsini tələb etdiyi arvadı X6 fəaliyyət qabiliyyətlidir və mülki hüququn müstəqil subyektidir. O, hazırkı tələblə özü müraciət etməli idi. Onun iddia tələbi bu hissədə həm də həmin hala görə əsassız olmuşdur. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 (Vəkil) qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yekun qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, mənzildən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı İddiaçı və onun arvadı X6 ilə cavabdeh arasında notarial qaydada təsdiqlənən hər hansı yazılı razılaşma olmamasına baxmayaraq, o dəfələrlə iddiaçıya 15.000 manat kompensasiya verməyi təklif etmiş, lakin iddiaçı razılaşmadığından məhkəməyə müraciət etmişdir. Bundan başqa, mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən mənzili İddiaçı vermiş, lakin o həmin mənzili xalasına satmışdır. Həmçinin Eminin kirayədə qaldığı vaxt onun kirayə haqqını ödəmişdir.
25. Kassasiya şikayəti əsaslandırılarkən maddi hüquq normasının pozuntusu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, prosessual hüquq normasının pozuntusu kimi Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə istinad edilmişdi r. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı cavabdeh İddiaçı tərəfindən etiraz verilmiş, etirazda apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur.
27. İddiaçı etirazı onunla əsaslandırmışdır ki, kassasiya şikayətində qeyd olunan hallar əsassız və yalandır. Cavabdeh tərəf onlara pul təklif etməmişdir. Həmçinin cavabdehin göstərdiyi ev məsələsi, yəni 6-cı Mikrorayon Svetlana Məmmədova ünvanındakı mənzili belə cavabdeh almamışdır Mənzilin əsil sahibləri Rusiya Federasiyasında çalışdıqları zaman işləyib övladları üçün ev almışlar. Həmin ev etibar etdiyləri şəxs kimi qaynanası X1 adına alınmış, qaynanası dünyasını dəişəndən sonra ev qanuni olaraq varisləri olan övladlarının adına faiz etibarı ilə bölünmüşdür. Onlar isə qarşı tərəfin evini əsil sahib lərinə qaytarmışlar. Bu məsələni bütün nəsil bilməkdədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək olmuşdur)
28. Maddə
48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
29. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 6.1 və 6.1.1. Mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsiplərindən biridir.
31. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
32. Maddə 158.1 və 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.
33. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
34. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Mə cəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilməsi hissəsində qismən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı, mübahisələndirilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan q ətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
50. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı uzun müddət (doğulduğu vaxtdan) ünvan 4 ünvanında yaşadığından 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Belə olan ha lda, məlum olur ki, həmin mənzilin sökülərək onun əvəzinə verilmiş ünvan 2 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilinə də iddiaçı cavabdeh atası ilə eyni qaydada hüquq əldə etdiyindən rayon məhkəməsi iddia tələbini iddiaçının həmin mənzilə köçürülməsi hissəsində təmin etməkdə haqlı olmuşdur.
51. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qey d edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbd ən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
53. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
54. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırk ı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
56. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4209/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.