Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-651/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əşya hüquq münasibətlərindən, əmlaka sahibik hüququnun müdafiəsi ilə bağlı mübahisə,əmlakın qanunsuz sahiblikdən qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qаrşı “mağazadan çıxarılma və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dаir mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1902/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə 4 aprel 2025-ci ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “İcarəyə verən” Bərdə Bələdiyyəsi və “İcarəçi” İddiaçı arasında bağlanmış 29 iyun 2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”yə əsasən, bələdiyyə tərəfindən icarə əsasında mağaza binası tikintisi üçün sahəsi 366 kv.m torpaq sahəsi 30 il müddətində icarəyə verilmişdir.
2. Torpaq sahəsində qeyri-yaşayış sahəsi-mağaza inşa edilmiş, lakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda həmin mağaza Cavabdeh faktiki istifadəsində və sahibliyindədir.
3. Tikilinin yerləşdiyi torpaq sahəsi xx.xx.2019-cu il tarixdə icarəçinin adından yazılmış ərizə əsasında Bərdə Bələdiyyəsinə geri qaytarılmışdır. Ərizəni İddiaçı tərə findən verilmiş xx.xx.2019-cu il tarixli AR-İ-737413 nömrəli etibarnamə əsasında onun adından qardaşı Cavabdeh imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2006-cı ildən həmin ərazidə mağaza tikərək oradan gəlir əldə etmiş və mağazanı istifadə etmişdir. Lakin uzun zamandır ki, cav abdeh ona məxsus olan mağazanı zəbt edərək, mağazanın qıfılını dəyişib mağazadan istifadə edir. Onun isə həmin mağazadan istifadə etməsinə maneəçilik törətmişdir. Dəfələrlə qardaşı Cavabdeh xəbardarlıq etsə də, onun sözlərinə məhəl qoymayaraq, öz istədiyini etmişdir.
6. Cavabdeh iddiaya etiraz etmiş, etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının Bərdə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 80 saylı qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi xx.xx.2019-cu il tarixli AR-İ-737413 nömrəli etibarnamə əsasında Cavabdeh xx.xx.2019-cu il tarixli Bərdə Bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən Bərdə Bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmışdır və hal-hazırda Bərdə Bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı 30 il müddətinə icarəyə verilməsinə baxmayaraq, həmin torpaq sahəs i və mağaza binası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsində qeydyyatdan keçməmişdir. Həmin torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanında qeydiyyatda alınmadığından mübahisəli torpaq sahəsi sayılır və iddiaçının mülkiyyətində hesab oluna bilməz. Həmçinin, mübahisəli torpaq sahəsi barədə Bərdə rayonu Bərdə Bələdiyyəsinin müvafiq qərarı verilməsinə baxmayaraq, həmin torpaq sahəsini o əldə etmiş, torpaq sahəsi üzərində mağazanı o inşa etdirmiş və mağazadan istifadə etmişdir. Sadəcə olaraq qardaşı olduğu üçün həmin dövürdə sözügedən torpaq sahəsini onun adına almışdır. Göstərdiyi faktları, X4, X8, X6, X12, X9, X1, X5 da şahid kimi təsdiq edə bilərlər.
7. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, sö zügedən mağaza əvvəllər aptek olmuş, 24000 min manata Elşənə satmışdır. Pulu ona Elşən vermişdir.
8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, sözü gedən mağazanın tikintisini aparmışdır və bunun müqabilində pulu ona Elşən vermişdir.
9. Bərdə Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(021)-811/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia təmin edilmiş, Cavabdeh qeyri-qanuni hərəkətlərinə son qoyulmaqla, həmin şəxsin Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılması və iddiaçının mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya verilməs i qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı iddia tələbini subut etmişdir. Belə ki, sahənin ilk başdan iddiaçıya ayrılması və orada mağazanın tikintisi, habelə mağazanın iddiaçının sahiblik və istifadəsində olması, həmin mağazanın cavabdehin qanunsuz istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olduğundan iddia tələbi təmin edilməlidir.
11. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, onlar iş üçün əhəmiyyət kəsb edən doğru və dəqiq məlumat və informasiya verə bilməmişdır. Belə ki, onların ifadələrində qeyd edilmiş mağazanın mübahisə edilən həmin və ya başqa mağaza olma sı, pulun miqdarı və nə vaxt cavabdeh tərəfindən onlara verilməsini ayırd etmək və dəqiqləşdirmək məhkəmə tərəfindən mümkün olmamışdır. Buna görə məhkəmə həmin ifadələri mötəbər sübut hesab etməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.4-cü maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə, Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə, 55, 66, 82, 84 və 11-ci maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasi ya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mağazaya dair tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışları mövcud deyil və mağaza binası rəsmi reyestrdə qeydə alınmamışdır. Həmin binanın tikintisi üçün əhəmiyyətli məbləğdə xərc çəkilmişdir və uzun illərdir ki, oradan istifadə olunur. Reyestr qeydiyyatı olmadığına görə daşınmaz əşya kimi heç kimin mülkiyyətində olmasa da, həmin mağazanın tikintisində istifadə olunan daşınan əşyalar komplekti ciddi iqtisadi dəyərə malik olmaqla həmin tikinti xərclərini çəkən şəxsin mülkiyyətindədir Həmin şəxs mağazanın “gözlənilən mülkiyyət hüququ” ilə sahibidir. Mülki Məcəllənin 166.1-ci maddəsinə əsasən, onun mağazaya “gözlənilən mülkiyyət hüququ” ilə sahiblik etdiyi ehtimal edilməlidir. Uzun illər ərzində cavabdeh tərəfindən ona heç bir ödəni ş həyata keçirilməmiş, əksinə o, mağazadan fərdi sahibar kimi gəlir əldə etmiş, daha sonra həmin mağazanı üçüncü şəxslərə icarəyə verərək icarə ödənişləri almışdır. Xüsusilə diqqət yetirilməlidir ki, o, fərdi sahibkar kimi gəlirlərdən iddiaçıya hər hansı ödəniş həyata keçirməmiş, iddiaçı tərəfindən də tələb edilməmişdir. Deməli o “gözlənilən mülkiyyət hüququ” ilə sahibliyi həyata keçirmişdir. Əgər iddiaçı “gözlənilən mülkiyyət hüququ”nun ona məxsus olduğunu və cavabdehin onun razılığı əsasında fəaliyyət göstərdiyini iddia edirsə, o zaman bu halı sübuta yetirmək məcburiyyətində olmuşdur. Onun ********** saylı VÖEN-i əsasında xx.xx.2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********-40001 saylı obyekt ko du müəyyən edilmişdir. Bu fakt da onun uzun illər mağazaya qanuni əsaslarla vasitəsiz sahiblik etdiyini təsdiq etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, həmçinin göstərmişdir ki, torpaq sahəsində olan aptek tikilisini Qədir adlı şəxsdən 24.000 manata almış, sonra həmin tikilini öz vəsaiti hesabına sökərək, orada 2012-ci ildə hazırkı mağaza tikmiş və həmin vaxtdan da, heç bir maneə olmadan istifadə etmişdir. İddiaçı qardaşı da, təsdiq edə bilər ki, tikilini öz vəsaiti ilə tikmişdir. Torpaq sahəsinin iddiaçının adına sənədləşməsi formal olmuşdur. 2019-cu ildə torpaq sahəsini bələdiyyəyə təhvil vermiş və icarə müqaviləsi qüvvədən düşmüşdür.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 04)-1902/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov - sədrlik edən və məruzəçi, İslam Həsənov və Şamil Rzaquliyev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-811/2024 nömrəli qətnaməsi ləğv edərək, İddiaçı Cavabdeh qarşı mağazadn çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair iddia tələbi rədd edilmişdir.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün icarə hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir.
18. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydal ardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
19. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin (icarədarın) öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qa dağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
20. Cavabdeh mübahisəli torpaq sahəsində yerləşən apteki 24.000 manat verərək əldə etmiş, daha sonra isə apteki sökərək hazırki mübahisələndirilən mağazanı tikdirmişdir. Cavabdeh ********** saylı VÖEN-i əsasında xx.xx.2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********-40001 saylı obyekt kodu müəyyən edilmişdir. Bu fakt Cavabdeh uzun illər mağazaya qanuni əsaslarla vasitəsiz sahiblik etdiyini təsdiq etmişdir. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 və X8 verdikləri izahatlarında qeyd olunanları təsdiqləmişlər.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi v ə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi həmin mağaza binasının Cavabdeh aid olduğunu məhz onun mağaza binasında vergi uçotuna alınmış olması ilə əlaqələndirsə də, həmin uçotun nə vaxta kimi davam etməsi, həmin mağaza binasında nə vaxta kimi fəaliyyət göstərməsini araşdırmamışdır. Əgər vergi orqanından sorğu əsasında Cavabdeh mağaza binasında nə vaxta kimi fəaliyyət göstərməsinə dair məlumat almış olsa idi, məlum olardı ki, 2016-cı ildən sonra Cavabdeh vergi hesabatında həmin mağaza binasında fəaliyyəti ilə bağlı hər hansı məlumat qeyd etməmişdir. Bütün bunlar isə onu göstərir ki, məhkəmə iş üzrə faktiki hallara və dəlillərə düzgün hüquqi qiymət verməmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin təqdim etdiyi şahidin ifadəsinə birinci instansiya məhkəməsinin tənqidi yanaşmasını qəbul etməyən apellyasiya instansiya məhkəməsi, şahidlərin təqdim etdiyi məlumatların həqiqliyinə dair heç bir araşdırma aparmamışdır. Həmin şahidləri təkrar çağıraraq dindirməmiş, onların barəsində ifadə verdikləri binanın məhz mübahisəli bina olmasına dair dəqiqləşdirmə aparmamış, sübutun mümkünlüyü məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Hazırkı məsələdə iki hal vardır ki, həmin halların müəyyən olunması şahid ifadəsinin mötəbər sübut kimi qəbul edilməsinə hüquqi imkan verə bilərdi. İstinad edilən aptek binasının şahid qismində ifadə verən X2 aid olması ilə bağlı iş materiallarında h eç bir sübut olmamışdır. Həmin aptek binasının nə ilkin sənədi (sərəncam, bələdiyyə qərarı və s), nə də yerləşdiyi torpağın icarəsində dair müqavilə iş materiallarında yoxdur. X4 binanı Elşənə satdığını bildirsə də, alqı-satqıya dair hər hansı müqavilə, akt, qəbz və s hər hansı formada təsdiqedici sənəd təqdim edə bilməmişdir. Əmlakın çıxarışının olmadığını nəzərə alaraq, qeyri-rəsmi alqısatqıya dair akt, qəbz və s formada hər hansı bir sənədin məhkəməyə təqdim edilməməsi onu göstərir ki, şahid ifadələri həqiqətə uyğun deyildir. Bundan əlavə birinci instansiya məhkəməsində ifadə verən X4 binanı Cavabdeh satdığını bildirsə də, Cavabdeh özü ifadəsində binanı Qədir adlı şəxsdən aldığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu faktın üzərindən keçərək, ifadələr arasındakı zidd iyətin fərqinə varmamış, onları mötəbər sübut kimi qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin rədd edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli 2(104)-1902/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edəsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin tələbini pozaraq həmin maddənin dispozisiyasında sadalan bütün hallara istinad etmişdir. Eləcə də, iddiaçı birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin heç birində bildirmədiyi yeni məlumatları va həmin instansiyalarda təqdim etmədiyi yeni sübutları kassasiya şikayə tində qeyd edərək, ona əlavə etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
27. Maddə
160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.
28. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və y a başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməlidir.
42. İşin mübahisəsiz halı olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi Bərdə Bələdiyyəsinin mülkiyyətində olmaqla 29 iyun 2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” əsasında məhz mağaza tikintisi üçün iddiaçıya icarəyə verilmişdir.
43. İddiaçı sahiblik hüququnun müdafiəsi ilə bağlı tələb irəli sürərək onun qanuni istifadəsində və sahibliyində olmuş daşınmaz əmlak üzərində sahiblik hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia etmiş və əmlakın qanunsuz sahiblikdən geri qaytarılmasını xahiş etmişdir.
44. İcarəyə verilmiş torpaq sahəsində icarəyəverənin razılığı ilə həyata keçirilmiş tikililər üzərində icarəçinin hüquqları “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsində qeyd edilir ki, əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların ba zar dəyərini icarəçiyə ödəməlidir.
45. Qeyd edilən normaya əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmazsa və əksi mötəbər sübutlarla təsdiq edilməzsə, icarəyə verilmiş boş torpaq sahəsi üzərində icarə müddəti ərzində inşa edilmiş tikili icarəçiyə məxsusdur.
46. Məhkəmə kollegiyası kassasiya şikayətini əsaslı hesab edərək qeyd edir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi tələbin hüquqi əsasını təşkil edən normaları düzgün müəyyən etməməklə yanaşı, sübutların qiymətləndirilməsi zamanı MPM-nin 77.1, 88-ci maddələrinin tələblərini nəzərə almamışdır. 47. “Qavazov Bolqarıstana qarşı iş üzrə” 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edili r.
48. MPM-nin 76.2-ci maddəsində şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları sübut növləri olsa da, məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş sübutlar MPM-nin 88-ci maddəsinə əsasən əlaqəli şəkildə yoxlanılaraq qiymətləndirilməlidir.
49. İşdən görünür ki, tərəflərin məhkəməyə verdiyi məlumatlarla şahid F.Bəndəliyevin ifadəsi arasında uyğunsuzluq olduğu halda, məhkəmə sübutların qiymətləndirilməsini həyata keçirərkən bu hala əhəmiyyət verməmişdir.
50. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya icarəyə verilmiş bələdiyyə torpağının əvvəllər “Qədir” adlı şəxsin istifadəsində olduğunu və həmin şəxsin torpağa istifadə hüququnu şifahi alqı-satqı müqaviləsi əsasında ötürdüyünü qeyd edərək həmin şəxsə pul vəsaitinin kim tərəfindən ödənildiyinin məhkəmə tərəfindən araşd ırılmalı olduğunu qeyd etmişdir. Halbuki şahid qismində ifadə vermiş X4 isə torpaq sahəsinin onun tərəfindən cavabdehə satıldığı bildirmişdir. Şahidin bu ifadəsinin işdəki digər sübutlarla təsdiq edilmədiyindən müəyyən olunur ki, iddiaçının icarəsində olmuş torpaq sahəsindəki mağazanın cavabdehin vəsaiti hesabına tikilməsi bu ifadə və cavabdehin izahatı əsasında müəyyən olunmuşdur.
51. Digər şahid X8 isə tikinti işlərinin həyata keçirilməsi üçün pulun ona cavabdeh tərəfindən verildiyini qeyd edərək həmin vəsaitin tərəflərdən kimə məxsus olması barədə məlumat verməmişdir.
52. MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşə birinci instansiya qaydasında baxılarkən xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında isə cavabdeh özü tikintinin qardaşından aldığı vəsait hesabına həyata keçirildiyini təsdiq etmiş, lakin həmin vəsaiti borc kimi aldığını və sonradan qaytardığını bildirmişdir. Cavabdehin tikinti üçün xərclənən vəsaiti iddiaçıdan aldığını təsdiq etməsi iddiaçını bu halı sübut etmək vəzifəsindən azad etdiyi və artıq həmin vəsaitin iddiaçıya qaytarıldığını sübut etmə vəzifəsi (sübut etmə yükü) MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşdüyü halda məhkəmə sübutların qiymətləndirilməsini həyata keçirərkən prosessual normaların tələblərini nəzərə almamışdır.
53. İşə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən həm maddi, həm prosessual normaların pozuntusuna yol verildiyindən məhkəmə kollegiyası belə nəticəyə g əlir ki, kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli 2(104)-1902/2024 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
54. Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli 2(104)-1902/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.