Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6515/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: sökülmüş tikilinin bərpa edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5627/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları: Tərəflər qonşu olmaqla İddiaçı N küçəsində yerləşən 4 saylı evdə yaşayırlar. Tərəflər arasında torpaq sahəsindən istifadə ilə əlaqədar mübahisə olduğundan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə tərəflərin faktiki sahibliyi nəzərə alınmaqla mübahisəli torpaq sahəsində mişar daşından tikintisi başa çatdırılmamış hasarın tikilərək qonşu torpaqlar arasında mərz kimi müəyyən olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərardadına əsasən Cavabdeh İddiaçı və qeyrisinə qarşı tərəflərin faktiki mərz kimi müəyyən edilmiş hasarın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-n in 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar verilmiş icra sənədinin icrası İddiaçı evinin mübahisəli əraziyə düşən hissəsinin sökülməsinin qətnamədə öz əksini tapmaması səbəbindən təmin edilməmiş və bu barədə 13 oktyabr 2016-cı il tarixdə akt tərtib edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsi ilə Cavabdehlər İddiaçı və Salyan Rayon Mənzil İstismar hissəsinə qarşı 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar cavabdeh İddiaçı tərəfindən icraya qəsdən maneçilik törədilməsi məqsədi ilə qanunsuz tikilmiş otağın sökülməsi tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı tərəfindən qanunsuz tikilmiş otağın həmin mərzin üstünə düşən hiss əsinin sökülməsi qət edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən vaxtında apellyasiya şikayəti verilmədiyindən tikili sökülmüş və yalnız bundan sonra İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Bundan sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Qaradağ Rayon Məhkəməsinin ləğv edilmiş 16 avqust 2017-ci il tarixli qətnaməsi ilə ona məxsus tikilinin sökülməsini, lakin həmin qətnamənin icrasına dönüş edilməməsini əsas göstərməklə həmin qətnamənin icrasına dönüş edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qərardadı ilə qətnamənin icrasına dönüşün qanunda nəzərdə tutulması əsas göstərilməklə ərizə təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin fevral ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə onların arasında tikintisi başa çatdırılmamış hasarın tikilərək qonşu torpaqla arasında mərz kimi müəyyən olunmasını, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə isə onun tərəfindən mərzin üstünə düşən tikilinin sökülməsinə dair Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edil ərək Cavabdeh iddiasının rədd edilməsini, lakin həmin işə apellyasiya qaydasında baxılana qədər cavabdeh tərəfindən həmin tikilinin qanunsuz olaraq sökülməsini əsas göstərməklə Cavabdeh əsassız iddiası əsasında sökülmüş tikilinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-760/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: K.B.Əsədov) iddia təmin edilərək Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanında tikilmiş və cavabdehin əsassız iddiası nəticəsində sökülmüş tikilinin bərpa olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh Baldadaş oğlu apellyasiya şikayəti verərək mübahisəli tikilinin sökülməsi barədə Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tari xli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinin gec verilməsi ilə əlaqədar həmin tikilinin icraçılar tərəfindən sökülməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin ləğv edilməsini, bundan sonra İddiaçı 16 avqust 2017ci il tarixli qətnamənin icrasının geriyə dönüş barədə ərizəsinin Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2019-cu il tarixli qərardadı ilə təmin edilməməsini, işə onun iştirakının təmin edilmədən baxılmaqla birtərəfli qiymətləndirilmiş sübutlar əsasında qətnamə çıxarılmasını əsas göstərməklə Qaradağ Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilib iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5 627/2021 saylı, 05 iyul 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-760/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək mərzin üstünə düşən tikilinin sökülməsinə dair Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsinin icra edildikdən sonra həmin qətnamənin apellyasiya qaydasında ləğv edilərək iddianın rədd olunmasını, yaşadığı evin yerləşdiyi torpaq sahəsinin faktiki olar aq onun istifadəsində olmasını və əmlakdan istifadə hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsi ilə müdafiə olunmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 236-1.1 İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Mad də 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianı əsassız hesab edib rədd edərkən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən tikilmiş otağın sökülməsinin qət edilsə də, otağın sökülməsinin öz təsdiqini tapmamasını, əksinə cavabdeh tərəfindən təqdim edilmiş akta görə icra sənədi üzrə icraatın otağın mərzin üzərinə düşən hissəsinin üç mərtəbədən ibarət olmaqla bir gün ərzində sökülməsinin mümkün olmamasını və icra sənədinin icrasının təxirə alınmasını, İddiaçı bərpa olunmasını tələb etdiyi otağın qanunsuz tikili olmasını, həmin tikilinin tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində inşa olunmasını və belə vəziyyətdə sökülməsi təsdiq olunmayan tikilinin bərpa edilməsinin qanunsuz olmasını, həmin tikiliyə dair heç bir hüquqmüəyyənedici sənədin olmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə sübutlara düzgün qiymət vermədən və maddi hüquq normasının qüvvəsini düzgün tətbiq etmədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3) İş materiallarından görünür ki, İddiaçı tərəfindən inşa edilmiş tikilinin 16 avqust 2017-ci il tarixli qətnamənin icrası ilə əlaqədar sökülməsini həm iddiaçı, həm də cavabdeh təsdiq etmişlər. Belə ki, Cavabdeh hazırkı iş üzrə qəbul edilmiş qətnamədən verdiyi şikayətində (işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında iştirak etməmişdir) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar İddiaçı onun həyətyanı sahəsinə düşən damının sökülməsini təsdiq etmişdir. İşdə mübahisə predmeti olan tikilinin sökülməsini təkzib edəh heç bir mötəbər sübut olmadığı üçün həmin tikilinin s ökülməsinin təsdiq olunmaması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsinin bununla əlaqədar işdə olan bütün sübutları yoxlamamaqla, onlara müvafiq hüquqi qiymət verməməklə yanaşı hesab etmişdir ki, tikilinin sökülüb-sökülməməsindən asılı olmayaraq iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Yəni məhkəmə kollegiyası işin həmin halını iş üçün əhəmiyyətsiz saymışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən tikilinin qanunsuz olmasına əsaslanmışdır. Mübahisəli tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə qanunsuz olması hazırkı mübahisənin predmeti olmadığından məhkəmə Mülki Məcəllənin 180-ci maddəsinin tələbinə əsaslanmaqla iddianı əsassız saymaqda haqlı olmamışdır. Hazırkı mübahisə tikilinin məhkəmə qətnaməsi əsasında sökülməsi və həmin qətnamənin isə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilərək tikilinin sökülməsi tələbinin rədd edilməsi ilə bağlı olduğundan, kollegiya hesab edir ki, iddianın əsaslılığı həmin həddə yoxlanılmalı idi. İddiaçıya görə ona məxsus tikili məhkəmənin sonradan ləğv edilmiş qətnaməsi əsasında söküldüyündən həmin qətnamənin icrasına dönüş edilməklə tikilinin bərpası təmin edilməmişdir. Mülki prosessual qanunvericilikdə işə baxılan dövrdə qətnamənin icrasına dönüş edilməsi nəzərdə tutulmasa da, kollegiya hesab edir ki, qanunun analogiyasından istifadə olunmaqla icraya dönüşün mümkünlüyü məsələsinə qiymət verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edil ən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını nəzərə almadan iddianın əsassız olması barədə nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5627/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6515/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6515/2021
17.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver