Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6515/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Rühəddin qızının cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı və iddiaçı Cavabdeh1 Abdulhəşim oğlunun cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi, məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Rühəddin qızının cavabdehlər C avabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin (bundan sonra – DƏDRX) 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması, iddiaçı Cavabdeh1 Abdulhəşim oğlunun cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı mülkiyyətində olan torpaq sahəsindən cavabdeh X2 çıxarılması və sözügedən torpaq sahəsinin boşaldılması tələblərinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1539/2021 nömrəli mülki iş üzrə 30 iyun 2021-ci il tarixli qərardadından İddiaçı Rühəddin qızı tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dəvəç i rayon AİK-nın 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı ilə 0,05 ha həyətyanı torpaq sahəsi Sevil Məmmədovanın, Şabran şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 0,05 ha torpaq sahəsi isə Cavabdeh1 mülkiyyətindədir.
2. İddiaçı iddia tələbi qanunsuz sahiblikdən torpağın geri qaytarılması, iddiaçı Cavabdeh1 iddia tələbi isə torpaq sahəsindən S.Məmmədova (Aslanovanın) çıxarılması və həmin torpaq sahəsinin boşaldılmasından ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmədə Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahə sinin sərhədlərinin naturada müəyyən edilməsi və Cavabdeh1 Abdulhəşim oğlunun qanunsuz sahibliyindən onun torpağının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Eləcə də, iddiaçı Cavabdeh1 Abdulhəşim oğlu cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən verilmiş qeydiyyat nömrəsi ********** olan, 29 yanvar 2020-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 500 kv.m. torpaq sahəsindən cavabdeh X2 çıxarılması və sözügedən torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Şabran Rayon Məhkəməsinin (X1) 2(031)- 36/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Abdulhəşim oğ luna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbi barədə iddiası əsassız olduğundan təmin edilməmiş, Cavabdeh1 Abdulhəşim oğlunun iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən verilmiş qeydiyyat nömrəsi ********** olan, 29 yanvar 2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 Abdulhəşim oğlunun mülkiyyətində olan 500 kvm torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı çıxarılması və sözü gedən torpaq sahəsi boşaldılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyas iya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X5) 2(105)-1539/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 09 fevral 2021- ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Rühəddin qızının cavabdehlər Cavabdeh1 qarşı özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbinə dair iddia tələbi rədd edilmiş, iddiaçı Cavabdeh1 Abdulhəşim oğlu cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh1 Abdulhəşim oğlunun mülkiyyətində ola n 500 kv.m. torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı çıxarılması və həmin torpaq sahəsi boşaldılması qət edilmişdir.
8. Apellyasiya instansiya məhkəməsinin eyni tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Rühəddin qızının cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
9. Apellyasiya instansiya məhkəməsi İddiaçı Rühəddin qızının ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, ilk növbədə münasibətlər publik hüququn nizamasalma predmetinə aiddir. Yəni, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin cizgiləri şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgilərindən fərqli olmaqla mübahisəli olduğundan, reyestr xidməti tərəfindən imtina edilmişdir. Həmin torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi üçün iddiaçı ilə DƏDRX-i arasında yaranan mübahisələndirilən hüquq münasibəti inzibati münasibətdir. Bu mənada, torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı münasibətlər publik hüququnun nizamasalma predmetinə aid olduğundan, bu tələblər ilə iddia irəli sürən şəxslər hüquqlarının məhkəmə müdafiəsini həyata keçirərkən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdırlar.
10. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla məhkəmə aidiyyəti qaydalarını pozmuş, məhkəmə isə bu hala diqqət yetirmədən işə prosessual qanunvericiliyin tələblərini pozmaqla mahiyyəti üzrə baxmışdır.
11. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı tələbə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli, torpaq sahəsinin naturada müəyyən edilməsi ilə bağlı həmin reyestri aparan dövlət orqanına qarşı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunma lıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (Vəkil) apelyasiya instansiya məhkəməsinin qətnamə və qərardadından kassasiya şikayətləri vermişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (102)5224/2022 tarixli qərarı ilə apelyasiya instansiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
14. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı hazırki məsələ ilə bağlı Sumqayıt İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt İnzibati məhkəməsinin sərəncamı ilə iş mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. İddiaçı ərizə ilə Sumqayıt Apellyas iya məhkəməsinin hakimi Səyyad Qafariyə bu barədə məlumat verilmiş və Sumqayıt İnzibati məhkəməsinin arayışı ona təqdim olunmuşdur. Belə olan halda Sumqayıt İnzibati məhkəməsində işə baxılıb qərar qanuni qüvvəsini alanadək Sumqayıt Apellyasiya məhkəməsində iş dayandırılmalı idi, lakin həmin maddənin tələbləri pozulmuşdur. Sumqayıt Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara obyektiv qiymət verməmiş, ümumiyyətlə onları sübut kimi qiymətləndirməmiş və işə baxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kən ar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
17. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
18. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.
19. Maddə 261.0 və 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, Hakim iş üzrə icraata xitam verir
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməm əsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.
25. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir.
26. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keç irilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
27. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır.
28. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndinə əsasən, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahi sələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
29. Həmin qərarda eyni zamanda göstərilib ki, reyestrdəki qeydiyyat hər hansı mülkihüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisə lərə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
30. İşdən göründüyü kimi iddiaçının tələbi torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsindən ibarətdir. Həmin torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi üçün iddiaçı ilə DƏDRX arasında yaranan hüquq münasibəti isə inzibati icraat qaydası ilə tənzim edilən məsələdir.
31. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına uyğundur. Kassasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1539/2021 nömrəli mülki iş üzrə 30 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.