Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6517/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Elton qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə, cavabdehin istifadə hüququ olmayan şəxs hesab edilməsi və mənzildən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh Elton qızının vəkili Vəkil1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1289/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Elton qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh Elton qızına qarşı “mənzilə köçürülmə, yaşayış sahəsinə maneəsiz daxil olma, cavabdehin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi və cavabdehin həmin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə öz mülkiyyətində olan ünvan 1-yə köçürülməsi, Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 10, 12-yə maneəsiz daxil olmağı və orada yaşamağının (olmağı) təmin olunması, Cavabdeh Elton qızının ünvan 1-yə istifadə hüququ olmayan şəxs hesab edilməsi və Cavabdeh Elton qızının əmlakları ilə birlikdə Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzildən mənzil 12-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Elton qızının ünvan 1-yə istifadə hüququ olmayan şəxs hesab edilməsi və Cavabdeh Elton qızının əmlakları ilə birlikdə Göyçay şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzildən mənzil 12-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Elton qızı oğlu ilə 2016-cı ildə nikah bağlayaraq evlənmişlər. Oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra, Cavabdeh Elton qızı şəxsi əmlaklarını xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında mənzilə gətirmiş və həmin evə köçmüşd ür. Cavabdehin oğlu ilə birgə nikahından iki uşaqları anadan olmuşdur. İlk vaxtlar Cavabdeh Elton qızı ilə gəlin-qaynata kimi münasibətləri normal olmuşdur. Bir müddət sonra cavadbeh Cavabdeh Elton qızı birgə yaşayış qaydalarına əməl etməmiş, onu qıcıqlandıran hərəkətlərə yol vermişdir. Buna görə də aralarında mübahisələr baş vermişdir. Cavabdeh hazırda onu öz mülkiyyətində olan evdə yaşamağa imkan vermir. Göyçay rayon Polis Şöbəsinə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. Hal-hazırda məcburiyyət qarşısında qalıb, ailəsi ilə birlikdə qızının evində yaşayır. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 aprel 2021ci il tarixli 2(046)-331/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia tələbi qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 2 mənzildən Cavabdeh Elton qızının əmlakı ilə birlikdə çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan mənzildən cavabdeh olan gəlini Cavabdeh Elton qızını həmin mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini və cavabdehin əmlakı ilə birlikdə çıxarılmasını xahiş edir. Cavabdeh Elton qızı iddiaçının oğlu ilə 25.06.2016-cı il tarixdə nikah bağlayaraq həmin mənzilə köçmüşdür. Mülkiyyətçi ilə cavabdeh arasında mənzildən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada bağlanmış müqavilə mövcud deyildir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh Elton qızı əmlakı ilə birlikd ə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzlindən heç bir hüquqi əsas olmadan istifadə etməklə həmin mənzildə yaşayaraq İddiaçı qeyd edilən mülkiyyət üzərində hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, Cavabdeh Elton qızının mübahisəli mənzildə istifadə hüququ yaranmadığından, iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini tələb etməkdə haqlı deyildir. Buna görə də iddia bu hissədə təmin edilə bilməz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi hazırki iş üzrə Cavabdeh Elton qızı İddiaçı ailə üzvü olmadığından iddiaçı mü lkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 29, 71.2ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16.12.2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının ( hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) 05 iyul 2021-ci il tarixli, 2(107)-1289/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 09 aprel 2021ci il tarixli 2(046)-331/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göst ərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Elton qızı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk öncə qeyd edilməlidir ki, o, 2 uşaq anası olaraq apelyasiya məhkəməsinə baxış iclasına gələ bilməməsi barədə məlumat verərək, iclasın 10 gün müddətinə təxirə salınmasını xahiş etmiş, apelyasiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə istinad edərək, onun xahişini nəzərə a lmayıb məhkəmə baxışını keçirmiş, iş üzrə qətnamə qəbul edərək onun apelyasiya şikayətini müdafiə etmək hüququnu pozmuşdur. Bundan başqa, hər iki aşağı instansiya məhkəmələri iddiaçının heç bir sübutla təsdiq edilməyən sözlərinə inanaraq onun məişət zorakılığına məruz qalmasını görməzdən gəlib qəbul etdikləri qətnamədə buna şərait yaratmışlar. Öncəki məhkəmələr öz qətnamələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16.12.2014-cü il tarixli qərarı ilə əsaslandırmışlar. Lakin məhkəmələrin rəhbər tutduğu həmin müddəaların bu halda tətbiq edilməsi mənəviyyat və qanunvericilik baxımından yanlışdır. Belə ki, iddiaç ı hazırki vəziyyətdə onu və 2 azyaşlı nəvəsini mülkiyətində olan mənzildən çıxarmaqla həm ona, həm də azyaşlı nəvələrinə qarşı iqtisadi xarakterli məişət zorakılığı etmiş olur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh Elton qızı və 3-cü şəxs Göyçay Rayon Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Elto n qızının vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə d axildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklər i sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya ins tansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətində ilkin olaraq onun apelyasiya şikayətini müdafiə etmək hüququnun pozulmasını bildirsə də, bu dəlil üzrə kasasiya yoxlaması nəticəsinə müəyyən edilmişdir ki, cavabdeh məhkəmə iclasının keçirildiyi gün apelyasiya kollegiyasına teleqr am ünvanlayaraq, teleqramda məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib məhkəmə iclasının 10 gün müddətinə təxirə salınmasını xahiş etmiş, lakin iştirak edə bilməməsinin səbəbi barədə teleqramda hər hansı qeyd etməmiş və ya teleqrama hər hansı sənəd əlavə etməmişdir. Belə olan halda apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməkdə haqlı olmuşdur. Digər tərəfdən, cavabdeh kasasiya şikayətində hər iki instansiya məhkəməsinin onun iddiaçı tərəfindən məişət zorakılığına məruz qalmağına biganə yanaşılmasını göstərmişdir ki, bununla bağlı da qeyd edilməlidir ki, ictimai asayişin, həyatın təhlükəsizliyinin qorunması müvafiq olaraq polis orqanının səlahiyyətindədir ki, cavabdeh də göstərdiyi xüsusatla bağlı polis orqanına müraciət etməmiş, yalnız hazırki kasasiya şi kayətində söz olaraq bu barədə qeyd etmişdir. Daha sonra kasasiya şikayətində göstərilmiş digər xüsusatlarla bağlı isə qeyd edilməlidir ki, cavabdeh onun iddiaçının mülkiyyətində çıxarılmasının qanunsuz olmasına istinad etsə də, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ isə həm Azərbaycan Respublikasının Konstitusiyası, həm digər qanunvericilik aktları və həmçinin beynəlxalq qanunvericilik aktları ilə qorunmaqdadır. Hazırki halda da cavabdehin iddiaçının mülkiyyət hüququna qanuni əsaslarla müdaxilə etməsinə yol verən hallar iş materialları və işin halları ilə müəyyən edilməməkdədir. Ümumi kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyası tərəfindən qətnamə qəbul edilərkən hər hansı mad di və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Elton qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1289/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüv