Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6519/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh XXX oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddianın predmeti, iddianın əsası, eyni tərəflər arasında eyni əsaslar üzrə eyni predmet barədə iddia, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçı və onun vəkili Vəkil1, cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh XXX oğluna qarşı dəymiş ziyanın ödənilməsi və əldən ç ıxmış fayda tələbi barədə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1273/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh XXX oğlu arasında 22 iyul 2010-cu il tarixdə Təsis Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, tərəflər aşağıdakı şərtlərlə ortaq təsis müqaviləsi bağlanması barədə razılığa gəlmişlər: “Oğuz şəhəri İcra başçısı xxxx 08 sentyabr 2008-ci il tarixli sərəncamı ilə Oğuz rayon Xalxal kəndi ərazisində dövlət ehtiyat fondu torpağından 12 ha torpaq Azərbaycan Respublikasi Torpaq Məcəlləsinin 51-ci maddəsinin 6-cı bəndinə, “Torpaq i carəsi haqqında” Qanuna, “Yerli icra hakimiyyətləri orqanları haqqında Əsasnamənin 28-ci maddəsinin 1 hissəsinə əsasən 15 illiyinə icarəyə götürmüş olduğu və eyni İcra hakimiyyətinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə balıqçılıqla məşğul olmaq üçün verilmiş sərəncamına əsasən bu ərazidə yenidən qurma və ya qurulacaq olan balıqçılıq üçün lazımlı işlərin aparılması üçün Türkiyə Cümhuriyyəti vətəndaşı XXX X14 (ziyan və xeyir daxil olmaqla) 50 % pulunu alıb özünə şərik qəbul edir, eyni zamanda Oğuz rayonu Mollalı kəndi ərazisi üzərindən keçməkdə olan (çayın ətrafinda icarəyə və ya çıxarışlı ərazidə yapılacaq olan balıqçılığa da ortaqlığa davam ediləcəkdir. İcarə vaxtının sonunda icarə vaxtının artırılması, torpaqların özəlləşdirilməsi və ya dəyişdirmə yolu ilə özəlləşdirilməsi halınd a da ortaqlıq davam ediləcəkdir. Bu ortaqlıq tərəflərın dünyasının dəyişməsi halında arxada qalan varislərinə təhvil veriləcəkdir. Tərəflərin birinin razılığı olmadan başqa birinə öz haqqını sata bilməz, bağışlaya bilməz”. Oğuz Rayon Məhkəməsinin 2(054)-6/11 nömrəli iş üzrə 14 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh XXX oğluna və üçüncü şəxs Oğuz rayon Dövlət Notariat Kontoruna qarşı 22 iyul 2010-cu il tarixli təsis müqaviləsinin etibarsız hesab edilməsi, icarəsində olan torpaq sahəsindən və üzərində yerləşən yardımçı binadan cavabdehin ailə üzvləri və əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmaları və 316.560 (üç yüz on altı min beş yüz altmış) manat pul tələbi barədə iddiası qismən təmin edilib X4 ilə Cavabdeh XXX oğlu arasında bağlanmış və Oğuz rayon Dövlət Nota riat Kontorunda təsdiq edilmiş 22 iyul 2010-cu il tarixli təsis müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh XXX oğlunun ailə üzvləri və əmlakları ilə birlikdə Oğuz rayonu Xal-Xal kəndində yerləşən, İddiaçı icarəsində olan torpaq sahəsindən və üzərində yerləşən yardımçı binadan məcburi qaydada çıxarılması qət edilmiş, 316.560 (üç yüz on altı min beş yüz altmış) manat pul tələbi barədə hissəsində iddia tələbi və Cavabdeh XXX oğlunun İddiaçı qarşı 139.400 (bir yüz otuz doqquz min dörd yüz) manat pul tələbi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-191/12 nömrəli iş üzrə 25 aprel 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Cavabdeh XXX oğlunun apellyasiya şikayəti qismən təmin olunmuş, Oğuz Rayon Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, yeni qətnamə çıxarılaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh XXX oğlunun qarşılıqlı iddia tələbi 22 iyul 2010-cu il tarixli təsis müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı icarəsində olan torpaq sahəsindən və üzərində yerləşən yardımçı binadan cavabdehin ailə üzvləri və əmlakları ilə birlikdə məcburi qaydada çıxarılmaları ilə bağlı iddianın rədd olunması hissəsində təmin edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3039/2012 nömrəli iş üzrə 11 oktyabr 2012-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2012-ci il tarixl i qətnaməsi qismən, 22 iyul 2010-cu il tarixli təsis müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh XXX oğlunun ailə üzvləri və əmlakları ilə birlikdə İddiaçı icarəsində olan torpaq sahəsindən və üzərində yerləşən yardımçı binadan məcburi qaydada çıxarılmasının təmin olunması hissəsində qətnamənin əsaslandırıcı hissəsi nəticə hissəsinə uyğun gəlmədiyindən ləğv edilib, həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə X3 316.560 manat pul tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh XXX oğlunun qarşılıqlı iddiası 139.400 manat pul tələbinə dair iş üzrə kassasiya şikayəti verilmədiyindən baxış predmeti olmamışdır. Qax Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh XXX oğluna və üçüncü şəxs Oğuz rayon Dövlət Notariat Kontoruna qa rşı iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh XXX oğlu arasında 22 iyul 2010-cu il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda bağlanmış təsis müqaviləsi ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 mart 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh XXX oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qax Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3366/2015 nömrəli iş üzrə 05 avqust 2015-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X10 tərtib etdiyi 24.11.2015-ci il tarixli Protokolda qeyd edilmişdir ki, “Mən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X10 tərtib edirəm həmin protokolu Azərbaycan Respublikası CPM-in 51 və 85-ci maddələrinin tələblərinə riayət etməklə XXX X18, X5 və Abşeron rayon hüquq məsləhətxanasının vəkili X7 iştirakı ilə ondan ötrü ki, icraatımda olan Türkiyə Respublikasının vətəndaşı XXX X15 şikayət ərizəsi əsasında yuxarıda qeyd edilən tarixdə X1 XXXın təsərrüfatda olan payından tələb etdiyi 150.000 manat puldan 90.000 manatını ödədi, qalan 57.300 ABŞ dolları nisbətind ə olan 60.000 manat pulu isə 27.11.2015-ci il tarixdə ödəyəcəyinə söz verdi. Ona görə də 90.000 manat pul Cavabdeh təqdim edilməsi üçün tərəfimdən götürüldü”. Həmin şəxs tərəfindən tərtib edilmiş 27.11.2015-ci il tarixli protokolda qeyd edilmişdir ki, “Mən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X10 tərtib edirəm həmin protokolu Azərbaycan Respublikası CPM-in 51 və 85-ci maddələrinin tələblərinə riayət etməklə XXX X18, X5 və Abşeron rayon hüquq məsləhətxanasının vəkili X7 iştirakı ilə ondan ötrü ki, icraatımda olan Türkiyə Respublikasının vətəndaşı XXX X15 şikayət ərizəsi əsasında yuxarıda qeyd edilən tarixdə X1 XXXın təsərrüfatda olan payından tələb etdiyi 150.000 ma nat puldan qalan 60.000 manatını ödədi və bununla da Cavabdeh təsərrüfatda olan payından tələb etdiyi 150.000 manat pul XXXtərəfindən tam olaraq ödənildi. Cavabdeh Oğuz rayon dövlət notarial kontorunda bağlanmış 22 iyul 2010cu il tarixli təsis müqaviləsini ləğv edəcəyini və Qəbələ rayon məhkəməsində təsis müqaviləsindən yaranan pul tələbinə dair iddiasından imtina edəcəyini bildirdi. Bundan sonra da X2 və balıqçılıq təsərrüfatından heç bir tələbi və şikayəti olmayacağını bildirdi.” Qəbələ Rayon Məhkəməsinin 2(025)-03/2016 nömrəli iş üzrə 28 mart 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh XXX oğlunun İddiaçı qarşı “vurulmuş ziyana görə pul” tələbi barədə ilkin iddiası və İddiaçı Cavabdeh XXX oğluna qarşı “müqavilənin (protokolun) etibarsız hesab olunması, protokol əsasında alınmış pulun qayt arılması və vurulmuş zərərə görə pul tələbi” barədə qarşılıqlı iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-848/2016 nömrəli iş üzrə 14 iyul 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh XXX oğlunun və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-74/2018 nömrəli iş üzrə 07 fevral 2017-ci il tarixli qərarı ilə Cavabdeh XXX oğlunun kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyul 2016-cı il tarixli qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, qətnamə qarş ılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-304/2018 nömrəli iş üzrə 30 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh XXX oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 28 mart 2016-cı il tarixli qətnaməsi qismən, Cavabdeh XXX oğlunun İddiaçı qarşı cavabdehin ödəməli olduğu payın məbləği olaraq 132.500 manat pul tələbinə dair ilkin iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, İddiaçı 132.500 manat məbləğində pulun tutularaq Cavabdeh XXX oğluna verilməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-5596/2018 nömrəli iş üzrə 27 sentyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Oğuz Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh XXX oğlunun cavabdeh İddiaçı qarşı 2015 - 2019-cu illər üçün vurulmuş zərərə görə 150000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin birdəfəlik və Oğuz rayon dövlət notariat kontorunda 22 iyul 2010-cu il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin qüvvədə olduğu müddətdə hər ay üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1256/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təm in edilməyərək Oğuz Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-5231/2020 nömrəli iş üzrə 02 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh XXX oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh XXX oğluna (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 150000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə poçt vasitəsi ilə iddia tələbinin dəq iqləşdirilməsi (artırılması) barədə ərizə göndərərək, cavabdehdən 150000 manat əsas məbləğ, 37500 manat illik 5 faiz olmaqla cəmi 187500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildən Oğuz rayonunun Xalxal kəndində kiçik balıqçılıq təsərrüfatı yaratmışdır. 2010-cu ildə Türkiyədən gəlmiş cavabdeh özünü iş adamı və balıqçılıq üzrə mütəxəssis kimi ona tanıdaraq birgə iş qurmağı təklif etdikdə ona etimad edərək 2010-cu ildə birgə fəaliyyət haqqında təklif etdiyi müqaviləni imzalamışlar. 1 ay keçəndən sonra bilmişdir ki, cavabdeh yalançıdır və təsərrüfata heç bir sərmayə qoymaq imkanı və niyyəti yoxdur. Müqavilə imzalamazdan əvvəl vəd verdiyi sərmayə qoyuluşunu icra etmədiyinə və təsərrüfata hər hansı xeyir vermədiyinə görə aralarında məhkəmə mübahisələri yaranmışdır. Aralarında bağlanmış müqavilənin etibarsızlığına dair iddia qaldırmaq məcburiyyətində qalmış, cavabdeh isə, guya, birgə işbirliyində təsərrüfata sərf etdiyi pulun ondan alınmasına dair qarşı iddialar qaldırmışdır. Məhkəmə mübahisəsi təzə başlayan ərəfədə cavabdehin vəkili xxx Bakıda Nərimanov rayonunda yerləşən ofisinə onu (iddiaçını) çağırmış, ona qarşı 150000 manatlıq iddia qaldırıldığını, özünün və cavabdehin hüquq mühafizə orqanlarında əlaqələrindən istifadə edərək, əvvəlcə 150000 manatı, sonra da təsərrüfatı əlindən alacaqlarını, müqavimət göstərdiyi halda özünü də həbs etdirəcəklərini, onun özünə 50000 manat verəcəyi halda bu işdən kənarda duracağını demişdi. O zaman xxxbu hədələrini ciddiyə almayaraq onlarla heç b ir danışığa getməmişdir. Bundan sonra cavabdeh məhkəmədə ona qarşı iddia qaldıraraq, guya, təsərrüfata kapital qoyuluşu kimi xərclədiyi 139000 manat pulun ondan tutulmasını tələb etmişdir. Oğuz və Qax Rayon Məhkəmələrinin ayrı-ayrı işlər üzrə qəbul etdikləri qətnamələrlə cavabdehin təsərrüfata 139000 manat vəsait qoyuluşuna dair iddiasının əsassızlığı müəyyən olunaraq iddia tələbi rədd olunmuşdur. Sözügedən qətnamələr Şəki Apellyasiya Məhkəməsinin qətnamələri ilə dəyişdirilmədən, apellyasiya qətnamələri isə Ali Məhkəmənin qərarları ilə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. 2010-cu ildən davam edən məhkəmə çəkişmələrindən birdəfəlik bitirmək üçün qarşılıqlı razılıq əsasında 150000 manatı BMCMİ-nin müstəntiqi vasitəsilə cavabdehə vermiş, bununla bağlı 24.11.2015-ci il tarix li və 27.11.2015-ci il tarixli protokollar tərtib edilmişdir. Cavabdeh protokollara (razılaşmaya) əsasən ondan 150 min manat pul aldıqdan sonra həmin məbləğin alınması müqabilində üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əksinə, məhkəmədə ona qarşı iddiasını davam etdirmiş və nəticədə ondan əlavə 132500 manat pul alınması qət edilmişdir. Tələb etdiyi 150 min manat pulu özündə saxlamaqla ona vaxtında qaytarmadığına görə, 150 min manat məbləğdən əlavə, 2015-ci ildən hazırkı vaxtadək həmin məbləğə illik 5% əlavə pul tələb etməkdə haqlıdır. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmiş və izahatında göstərmişdir ki, 2015-ci ilin noyabr ayında iddiaçıdan 60 min manat və 90 min manat olmaqla, cəmi 150 min manat pul almışdır. Lakin iddiaçıya qarşı i ddialarından əl çəkəcəyini, məhkəmədən iddiasını geri götürəcəyini vəd verməmişdir. Cavabdeh, həmçinin göstərmişdir ki, hazırkı iddia tələbi ilə qanunla nəzərdə tutulmuş müddət ötmüşdür. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(025)-209/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 150000 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə təqdim edilmiş qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, tərəflər arasındakı əvvəlki mübahisələrdə cavabdeh 22.07.2010-cu il tarixli müqavilə üzrə təsərrüfata 139.000 manat pul xərclədiyini iddia edərək iddia çıdan həmin məbləğin ödənilməsinə dair məhkəmədə iddia qaldırmış, Oğuz və Qax Rayon Məhkəmələrinin ayrı-ayrılıqda qəbul etdikləri qətnamələrlə cavabdehin iddiaçıya qarşı 139000 manat pul tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvədə olan məhkəmə aktları ilə cavabdehin 22.07.2010-cu il tarixli müqavilə üzrə birgə fəaliyyətə hansısa məbləğdə xərc qoyduğunun sübut edilməməsi müəyyən olunmuşdur. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia tələbi illik 5 faiz olmaqla 37500 manat pulun cavabdehdən tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Lakin iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.5, 385.1, 386.1, 405.1, 406, 442, 448.1, 375.1, 375.2, 21.1, 21.2, 445.7, 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3, 233.3, 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onu nla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normasının tələbləri nəzərə alınmadan və tətbiq edilən hüquq düzgün təfsir edilmədiyindən, iddia tələbinin təmin edilməyən hissəsi üzrə əsassız və qanunsuz nəticəyə gəlinmişdir. Cavabdehin ondan 150 min manat alması müqabilində üzərinə götürdüyü öhdəliyi icra etməməklə maddi ziyan vurması işin birmənalı olaraq məhkəmə tərəfindən müəyyən olunan halıdır. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə MPM-in 153.2.2-ci maddəsinin və 261.0.2-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmənin tətbiq etməli olduğu akt Şəki Apellyasiya Məhkəməsinin 30 mart 2018-ci il tarixli 2(107)-304/2018 saylı qətnaməsidir. Həmin akt qanuni qüvvədə olmaqla preyudisialdır. Gö ründüyü kimi hazırda mübahisə edilən qətnamə ilə təmin olunmuş iddia tələbi qanuni qüvvədə olan qətnamədəki iddia tələbinin bir hissəsidir. Digər tərəfdən cavabdeh tərəfindən eyni zamanda məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1273/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 385.1, 386.1, 389.1, 390, 405.1, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. Hər iki tərəf qətnamədən kassasiya şikayəti vermiş dir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iddia tələbinin illik 5% olmaqla əlavə 37500 manat pulun tutulması hiss əsinin təmin edilməli olmadığını qeyd edərək, Mülki Məcəllənin 21-ci, 445, 449-cu maddələrini, Konstitusiya Məhkəməsinin bəzi qərarlarını sadalamışdır. İddia tələbinin bu hissədə təmin edilməməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin dəlillərini sadalamaqla, yalnız ümumi qaydada qətnamənin əsaslı və qanuni olduğunu qeyd etmiş və şikayətini təmin etməmişdir. Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblə rini pozmuş, maddi və prosessual hüquq normalarının hazırkı mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 153.2.2-ci maddəsini (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa) və 261.0.2-ci maddəsini (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa icraata xitam verilir) tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Bu maddənin tətbiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanmış, lakin apellyasiya məhkəməsi həmin ərizəyə münasibət bildirməmişdir. Şəki Apelyasiya Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı vurulmuş zərərə görə pul tələbi barədə ilk, iddiaçının cavabdehə qarşı müqavilənin (protokolun) etibarsız hesab edilməsi, protokol əsasında alınmış pulun qaytarılması və vurulmuş zərərə görə pul tələbi barədə qarşılıqlı iddia əsasında” qəbul olunmuşdur. Göründüyü kimi hazırda mübahisə edilən qətnamə ilə təmin olunmuş iddia tələbi qanuni qüvvədə olan qətnamədəki iddia tələbinin bir hissəsidir. Qanuni qüvv ədə olan qətnamə ilə iddiaçının iddiası rəd edilmişdir. Həmin hissədə artıq mübahisəyə baxılmışdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı və vəkili cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişlər. Etirazda cavabdehin kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayətində işlə bağlı irəli sürdüyü dəlilləri Qəbələ Rayon Məhkəməsində vəsatətlər şəklində təqdim etmiş, həmçinin, apellyasiya şikayətinin də dəlilləri eyni olmuşdur. İş üzrə həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya məhkəməsinin qətnamələrində həmin dəlillərə hüquqi qiymət verilərək münasibət bildirilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərin münasibətini düzgün qiymətləndirmiş, işin hallarını düzgün araşdırmış, iddianın faktiki və hüquqi əsaslarını obyektiv müəyyənləşdirmiş, iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə əsaslı və qanunidir. İddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdilər. Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı tərəflərin kassasiya şikayətlərinə əsasən tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı: “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini geci kdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır”. MPM Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa... Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəs ində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa... Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddələr 417.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarı Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir....İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər no rmativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 261.0.2-ci maddəsinə müvafiq olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üz rə icraata xitam verir. Baxılan iş üzrə iddiaçı və cavabdeh Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş 2(025)-03/2016 nömrəli mülki iş üzrə də tərəflər olmuşlar. Həmin iş üzrə İddiaçı Cavabdeh XXX oğluna qarşı irəli sürdüyü qarşılıqlı iddia tələbində 27.11.2015-ci il tarixli müqaviləprotokol razılaşmasının etibarsız hesab olunması, Cavabdeh verdiyi 150000 manat pulun ABŞ dolları məzənnəsində, vurulmuş zərərə görə 150000 manat pulun sonuncudan alınaraq ona verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həmin işə baxılarkən Cavabdeh onu aldatdığı məlum olmuşdur. Belə ki, o, istintaq idarəsində aralarında əldə edilmiş razılaşmanın bütün şərtlərinə əməl etmiş 150000 manat pulu sonuncuya vermiş, lakin Cavabdeh onu növbəti dəfə aldadaraq iş üzrə zərərlə bağlı iddia tə ləbindən imtina etməmiş, təsis müqaviləsinin ləğv olunması üçün ərizə verməmişdir. Qeyd olunan iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə İddiaçı qarşılıqlı iddia ərizəsi təmin olumamışdır. Hazırkı iş üzrə də İddiaçı Cavabdeh 150000 manat pul tələb edir. İddia onunla əsaslandırılmışdır ki, 2010-cu ildən davam edən məhkəmə çəkişmələrindən birdəfəlik bitirmək üçün qarşılıqlı razılıq əsasında 150000 manatı BMCMİ-nin müstəntiqi vasitəsilə cavabdehə vermiş, bununla bağlı 24.11.2015-ci il tarixli və 27.11.2015-ci il tarixli protokollar tərtib edilmişdir. Cavabdeh protokollara (razılaşmaya) əsasən ondan 150000 manat pul aldıqdan sonra həmin məbləğin alınması müqabilində üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əksinə məhkəmədə ona qarşı iddiasını davam etdirmiş və nəticədə ondan əlavə 132500 manat pul alınması qət edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh ondan 150000 manat pul alaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə və əsassız iddialarını davam etdirməklə, həmçinin təsis müqaviləsini ləğv etmək üçün onunla notariat orqanına getməməklə ona 150000 manat ziyan vurmuşdur. Göründüyü kimi tərəfləri eyni olan hər iki iş üzrə iddianın predmeti və əsasları eynidir. Qeyd olunan tələblərin predmetinin və hüquqi əsaslarının fərqli olması barədə iddiaçının dəlilləri əsassızdır. Belə ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüquq u, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələ blərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir. Həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Beləliklə, baxılan iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Qəbələ Rayon Məhkəməsinin başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu hal MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2- ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraatın bir hissəsinə xitam verilməsi üçün əsas olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının verdiyi şikayət əsasında işə baxmış apelyasiya instansiyası məhkəməsi də eyni prosessual pozuntuya yol vermiş, MPM-in iş üzrə tətbiq edilməli olan 261.0.2-ci maddəsini tətbiq etməmişdir. Nəzərə alınmalıdır ki, eyni tərəflər arasında eyni əsaslarla və eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı varsa əlavə tərəflərin cəlb olunması və əlavə tələblərin irəli sürülməsi iş üzrə icraata təkrarlanan tərəflər və predmetə aid hissədə xitam verilməsinə ma ne olan hal kimi qiymətləndirilə bilməz. Belə olan halda işə baxan məhkəmə təkrarlanan tərəflər və predmetə aid hissədə iş üzrə icraata xitam verməklə, qalan hissədə işə mahiyyəti üzrə baxılmasını davam etdirməlidir. Bu baxımdan hazırkı iş üzrə məhkəmələr əldə çıxmış fayda qismində 37500 manat pul tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmuşlar və həmin hissədə də iş üzrə icraata xitam verilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi 150000 manat pul tələbinə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin işin hallarını, habelə hazırkı iş üzr ə icraata 150000 manat pulun tutulması hissəsində xitam verildiyini, 37500 manat əldə çıxmış fayda tələbinin həmin tələbdən törədiyini nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 37500 manat pul tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh XXX oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1273/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 150000 manat pulun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraat xitam verilsin. Qətnamə qalan hissədə, y əni 37500 manat pulun tutulması tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın.. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6519/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6519/2021
06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver