Məhkəmə qərarları › İş №2(102)-652/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-652/2019

23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-652/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-652/2019 23 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli 2(103)8612/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev, iş № 2(006)-577/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dai r iddiası qismən təmin edilərək cavabdehdən 37.680 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti isə təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi qismən – cavabdehdən iddiaçının xeyrinə 37.680 ABŞ dollarının manatla tutulmasına və dövlət rüsumuna dair hissədə ləğv edilərək iddianın həmin hissədə rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin hall arı: 10 avqust 2015-ci il tarixdə İddiaçı ilə «xxxx»ASC arasında cari hesab müqaviləsi və illik faiz dərəcəsi 5 faiz olmaqla 12 ay müddətinə 38.004 ABŞ dolları məbləğində əmanətin bankda açılmış əmanət hesabına yerləşdirilməsi barədə müddətli əmanət hesabı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən Cavabdeh 30 il müddətinə verilmiş 16 noyabr 2012-ci il tarixli etibarnamə əsasında sonuncu iddiaçının bank hesabından 10 sentyabr və 10 oktyabr 2015-ci il tarixlərdə əmanətə görə hesablanmış faizləri, 19 oktyabr 2015-ci il tarixdə isə qalıq əmanət olan 37.680 ABŞ dolları məbləğində pulu bütünlüklə bankdan götürmüşdür. 2017-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsusN saylı evin 40 saylı mənzilinə dair Dövlət Reyestrindən Çıxarışın alınması üçün verdiy i etibarnamədən istifadə etməklə Cavabdeh 2015-ci ildə banka qoyduğu əmanəti götürməklə ona məxsus pul vəsaitini mənimsəməsini, onun həmin əmanətin götürülməsi üçün cavabdehə səlahiyyət verməməsini əsas göstərməklə cavabdehdən 38.002 ABŞ dollarının və 19 oktyabr 2015-ci ildən həmin pulun ona ödənildiyi tarixə kimi hər il üçün faizlərə görə 3420 ABŞ dolları məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmi şdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbini rədd edərkən onun bank hesabına 40.000 ABŞ dolları məbləğində pul vəsaitinin faktiki əri X2 mərhum qardaşı Nin ölümündən sonra, onun 340.000 manat satılmış evindən əldə edilmiş vəsaitin qardaşlar arasında bölünməklə Cavabdeh ayrılmış pay kimi sonuncunun xahişi ilə qoyulmasını, İddiaçı həmin pul məbləğini təsərrüfatdan əldə etdiyi vəsait hesabına banka qoymasını sübuta yetirə bilməməsini, həmin məbləğin iddiaçıya məxsus olmamaqla əslində cavabdehin mülkiyyəti olmasını və onun da əmlakı üzərində istədiyi kimi sərəncam vermək hüququna malik olmasını əsas göstərmiş və bu zaman hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152,157-ci maddələrinə istinad etmişdir. Azərbaycan Res publikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Kollegiya hesab edir ki, qətnamə sübutlara, qanunun tələblərinə və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, mübahisə predmeti olan pul məbləği iddiaçı ilə bank arasında bağlanmış 10 avqust 2015-ci il tarixli müddətli əmanət hesabı müqaviləsinə əsasən iddiaçının adından bankdakı cari hesabına qoyulmuşdur. Həmin pul vəsaitini banka yerləşdirməmişdən əvvəl iddiaçının adına hesab açılmış və bundan sonra bağlanmış əmanət hesabı müqaviləsinə əsasən bank əmanət üzrə faizlərin ödənilməsi və əmanətin qaytarılm ası barədə iddiaçı qarşısında üzərinə öhdəlik götürmüşdür. Əmanət hesabı müqaviləsinin 4-cü maddəsinə görə əmanət üzərində sərəncam vermək hüququ əmanətçiyə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə görə bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 957-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sən ədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir.(957.1) Üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun.(957.2) Mübahisə predmeti olan pul vəsaiti əşya hüququ əsasında (Mülki Məcəllənin 135.1ci maddəsi) iddiaçıya məxsus olmaqla onun üzərində sərəncam vermək hüququ da ona aid olduğundan (Mülki Məcəllənin 954, 957-ci maddələri), kollegiya hesab edir ki, həmin pul vəsaiti mülkiyyət hüququ əsasında iddiaçıy a məxsus olmuşdur. Belə olan halda həmin pul vəsaitinin cavabdehə məxsus olmaqla onun mülkiyyəti olması barədə məhkəmə kollegiyasının göstərdikləri qanunun yuxarıda göstərilən normalarının tələblərinə ziddir. İşdən görünür ki, cavabdeh tərəfindən əmanət müqaviləsinin qanuniliyi mübahisələndirilməmiş, yalnız iddiaçının adından verilmiş etibarnamədən istifadə etməklə cavabdeh həmin pul məbləğini bankdan götürmüşdür. Bununla əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən həmin pul məbləğinin bankdan götürülməsinin qanuniliyinə və əsaslılığına qiymət verməklə mübahisəni həll etməli idi. Qeyd olunduğu kimi cavabdeh tərəfindən iddiaçının adından yerləşdirilmiş pul vəsaitinin götürülməsi onun banka təqdim etdiyi 16 noyabr 2012-ci il tarixli etibarnamə əsa sında həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən ona məxsus əmlaka sərəncam hüququ verən etibarnamə cavabdehə 16 noyabr 2012-ci il tarixdə verilmiş, mübahisə predmeti olan əmanət isə iddiaçı tərəfindən banka 10 avqust 2015-ci il tarixdə, yəni etibarnamənin verildiyi vaxtdan təxminən üç il sonra qoyulmuşdur. Bu isə mübahisəsiz təsdiq edir ki, etibarnamə verilərkən əmanət şəklində banka qoyulmuş pul məbləği iddiaçının mülkiyyətində olmamışdır. 16 noyabr 2012-ci il tarixli etibarnamənin məzmunundan isə görünür ki, iddiaçı göstərilən etibarnamə ilə həmin müddətə onun mülkiyyətində olan əmlakı üzərində sərəncam vermək hüququnu cavabdehə etibar etmişdir. Həmin etibarnamədə gələcəkdə yarana biləcək əmlak üzərində sərəncam vermək hüququnun cavabdehə etibar edilməsi nəzərdə tutulmamışd ır. Belə olduqda, cavabdehin iddiaçının adına qoyulmuş pul vəsaitini bankdan götürmək səlahiyyətinə malik olub-olmamasına hüquqi qiymət verilməli idi. İddiaçıya görə o, 16 noyabr 2012-ci il tarixli etibarnaməni cavabdehə ona məxsus yaşayış sahəsinə Dövlət Reyestrindən Çıxarışın alınması üçün vermişdir. Etibarnamənin verildiyi vaxtdan xeyli sonra yaranmış mülkiyyətinin cavabdeh tərəfindən ələ keçirilməsi iddiaçının iradəsinə uyğun olmamışdır. Cavabdehin vəkilinin məhkəmə kollegiyasının 18 sentyabr 2018-ci il tarixli məhkəmə iclasında verdiyi izahatından görünür ki, cavabdeh həmin pul vəsaitini qardaşı Azərlə onun faktiki arvadı olan İddiaçı arasında mübahisə yaranandan sonrakı gün bankdan götürmüşdür. (i/v 155) İşin yuxarıda göstərilən halları mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət k əsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işin həmin hallarına qanunun tələbinə uyğun qiymət vermədən nəticəyə gəldiyindən, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv e dilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar