Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-652/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı; Cavabdeh2 İddiaçı qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma, əmlakın sahibliyə qaytarılması; qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5600/2 020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı1488742 №-li çıxarışın, fərdi yaşayış evinin texniki pasportunun surətləri ilə müəyyən olunur ki, 0,0543 ha torpaq sahəsində yerləşən sahəsi 48,3 kv.m olan ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanındakı fərdi yaşayış evi ½ hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 220 nömrəli reyestr kitabının 20323 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır, X5 adına olan ½ hissə isə açıq qalmışdır. X6 x x xxxx 2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 15273 №-li ekspert rəyi ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanındakı 48,3 kv.metr sahədən ibarət olan yaşayış evinin yerləşdiyi 0,0543 ha torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1969-cu ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən ünvana mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Faktiki olaraq 703.0 kv.metr torpaq sahəsindən istifadə edilir. Torpaq sahəsi iki hissəyə bölünmüşdür. Torpaq sahəsinin bir hissəsində qeydiyyatdan keçmiş S=48.3 kv.metr olan bir mərtəbəli yaşayış evi mövcuddur. Yaşayış evinə bitişik 40.7 kv.metr bağlı eyvan tikilmişdir və 26.2 kv.metr açıq eyvan qurulmuşdur. Digər hissədə isə bir mərtəbəli yaşayış evi, 8.6 kv.metr sanitar qovşağı və 88.2 kv.metr qeyri-yaşayış sahəsi tikilmişdir. Tikilmiş yaşayış evinin çox hissəsi artıq torpaq sahəsinə düşür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus əmlaklarla birlikdə ünvan 3 ünvanında yerləşən torpaq və qeyri-yaşayış sahəsindən çıxarıl maları, qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsində yerləşən 30 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və həmin yaşayış evinin 543 kv.metr torpaq sahəsi isə onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində tikilən qeyri-yaşayış sahəsi (mağaza) da iddiaçıya məxsusdur. Əvvəllər həmin mağaza atası tərəfindən cavabdehlərə icarəyə verilmişdir. İddiaçının atası vəfat etdikdən sonra cavabdehlər iddiaçıya həmin mağazanın öz hesabına təmir edəcəklərini bildirmişlər və iddiaçı təmir xərclərinin nəzərə alaraq onlarla razılaşmışdır ki, 2007-ci ildən 2012-ci il tarixinə kimi mağazadan istifadəyə görə h ər ay 120 manat icarə haqqı ödəyəcək, 2012-ci ildən sonra isə 240 manat icarə haqqı ödəyəcəkdir. Cavabdehlər 2012-ci ilə kimi 120 manat icarə haqqı əvəzinə mağazadan ərzaq vermişlər. 2012-ci ildən başlayaraq cavabdehlər iddiaçıya razılaşdırılmış 240 manat icarə haqqını ödəməmişlər. Həmin vaxtdan nə pul, nə ərzaq iddiaçıya verilməmişdir. Dəfələrlə cavbdehlərə mağazanın boşaldılması və iddiaçıya təhvil verilməsini tələb etsə də, cavabdehlər hər cür bəhanələrlə imtina etmişlər və aylıq 240 manat icarə haqqı ödəmədən iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən qanunsuz olaraq istifadə etməkdə davam edirlər. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə onun qanuni sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkə mədən xahiş etmişdir. İşin məhkəmə baxışında Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə onun qanuni sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı 30000 manat məbləğində pulun tutularaq ona verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, heç vaxt qardaşı Cavabdeh1 mağaza kimi işlətdiyi qeyri-yaşayış sahəsinə aidiyyatı olmamışdır. Heç vaxt iddiaçı ilə danışıq aparmamış və onunla bağlı heç bir öhdəlik barədə razılaşma olmamışdır. Mağaza kimi istifadə etdiyi qeyri-yaşayış sahəsini şahidlərin iştirakı ilə iddiaçıın atasıdan almış və bunun müqabilində onunla şərtlərinə uyğun olaraq Səttar kişi hər ay təxminən 100-110 manat civarında dəyərə malik olan ərzaq məhsullarını mağazadan götürmüşdür. Razılaşmalarına Səttar kişi vəfat edikdən sonra da əməl olunmuşdur. İddiaçının göstərdiyi qeyri-yaşayış sahəsi əvvəllər 2x3 ölçüdə balaca bir yer olmuşdur ki, hazırkı qeyri –yaşayış sahəsini Səttar kişinin razılığı ilə öz vəsaiti hesabına və ömürlük ona qalması şərti ilə tikmişdir. Hazırda həmin qeyri-yaşayış sahəsindən çıxarılma barədə məhkəmə araşdırması gedir. Onun mübahisəli qeyri-yaşayış sahəsinin tikintisinə, təmirinə, onun ticarət obyekti kimi istifadə olunmasına çəkilən xərclər kimi 30000 manat pulun iş üzrə İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-293/2020) ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus əmlaklarla birlikdə 0,0543 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən sahəsi 48,3 kv.m olan ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsindən çıxarılmaları, qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə qaytarılması qət edilmiş, Cavabdeh2 İddiaçı qarşı ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qanunun qeyd olunan tələblərinə uyğun olaraq tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin torpaq və qeyriyaşayış sahəsindən çıxmaması maneçilik törədir. Mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 məxsus olması, onun həmin qeyri-yaşayış sahəsinin tikintisinə, təmirinə, ticarət obyekti kimi istifadə olunmasına vəsait xərcləməsi öz təsdiqini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev, iş № 2(103)-5600/2020) Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)293/2 020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - ilk iddianın Cavabdeh2 qarşı təmin olunması, qarşılıqlı iddianın təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli tikili ilk iddia ərizəsi üzrə iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində yerləşir və ona görə də hazırkı iddia tələbi mülkiyyət hüqunun müdafiəsi üçün mülki qanunvericiliyin müddəalarına uyğun qaldırılmışdır. Mübahisəli tikilinin Maştağa-Nardaran şosse yoluna bitişik inşa olunmaqla yolun mühafizə zolağında olan torpağın üzərində yerləşdiyi halda dövlət mülkiyyətində olan torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinin araşdırılması barədə dəlili ilə əlaqədar qeyd edilmişdir tmək lazımdır ki, bu məsələ birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə baxışının predmeti olmadığından, apelyasiya instansiyası məhkəməsində baxıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə Cavabdeh2 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5600/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, qarşılıqlı iddia verərək mübahisəli qeyriyaşayış sahəsi üzərində sahiblik hüqu qunun tanınmasını xahiş etmiş, sonra həmin tələbi dəyişərək məhkəmənin iddia tələbini təmin edəcəyi təqdirdə İddiaçı özünün iddia ərizəsində qeyd etdiyi kimi qeyri-yaşayış sahəsini öz vəsaiti hesabına yenidən inşa etdirib ticarət obyektinə uyğun formaya saldığına görə 30000 manat pulun İddiaçı alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmədən tikinti-texniki ekspetizasının təyin olunmasını, ekspert qarşısında ünvan 5 ünvanında X4 miras qalmış torpaq sahəsinin ümumi ölçüsünün nə qədər olması, həmin torpağın hansı hissəsinin iddiaçının mülkiyyətində olması, mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı payına düşən torpaq sahəsinin üzərində yerləşib-yerləşməməsini aydınlaşdırmaq üçün suallara cavab alınmasını bildirmişdir. Alınmış rəylə mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyəti ndə olan sahə üzərində və ya zəbt olunmuş 160 kv.m ibarət olan torpaq sahəsinin üzərinə düşməsi müəyyən edilməmişdir. Bundan sonra alınmış mütəxxəsis rəyi verilərkən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin həyətin ortasından daş hasarla kəsilib qonşuluqda yaşayan bacısına verilməsi nəzərə alınmamış, ancaq İddiaçı istifadə etdiyi torpaq sahəsi və əlavə zəbt olunmuş torpaq sahəsi ölçülərək rəy verilmişdir ki, həmin rəydə mübahisəli torpaq sahəsinin sözü gedən özəl sahədə yerləşdiyi göstərilmişdir. Bundan sonra əlavə ekspertiza təyin olunması barədə vəsatət vermiş, lakin vəsatəti təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri ilk iddia üzrə İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və proses sual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5600/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları ilk iddia üzrə cavabdehin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5600/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilmə sini xahiş edir. İlk iddia üzrə iddiaçının vəkili X2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5600/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4 -cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qayta rılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsnin tələblərinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz y axşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddə sinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndir ilməlidir. 103.1 -ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2 -ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə ara şdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız ilk iddia üzrə Cavabdeh2 kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apelyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk iddia üzrə Cavabdeh2 kassasiya şikayətində apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Eyni zamanda cavabdeh kassasiya şikayətində göstərir ki, məhkəmə qeyri-yaşayış sahəsindən çıxarılma ilə bağlı nəticəyə gələrkən qeyri-yaşayış sahəsinin, onun altında yerləşən torpaq sahəsinin ilk iddiaçının mülkiyyətində və ya istifadəsində olmasını araşdırmamış, tikilinin zəbt olunmuş torpaq sahəsində yerləşib yerləşmədiyini müəyyən etməmiş, bununla bağlı məhkəmə tikinti texniki ekspertizasının keçirilməsinə dair vəsatət vermiş olsa da heç bir əsaslandırma aparılmadan əsassız olaraq vəsatətini təmin etməmiş, qarşılıqlı iddia tələbini dəyişdirmiş olsa da, məhkəmə ilk iddia tələb i həddində işə baxmış, apellyasiya məhkəməsi isə bunlarla bağlı dəlilləri üzrə hər hansı bir araşdırmaların aparılmasını təmin etməmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının mülkiyyətində ünvan 6 ünvanda ev olması və həmin evin yerləşdiyi 0,0543 ha torpaq sahəsinin olması işin mübahisəsiz haldır. Daşınmaz əmlakı Kadastrı və ünvan Reyestri Xidmtəinin xx xxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyi ilə isə müəyyən olunur ki, ilk iddiaçı faktiki olaraq 703,0 kv.m sahəsi olan torpaq sahəsindən istifadə edir. Torpaq sahəsi iki hissəyə bölünmüşdür. Torpaq sahəsinin bir hissəsində qeydiyyatdan keçmiş 48,3 kv.m 1 mərtəbəli yaşayış evi mövcuddur. Yaşayış evinə bitişik 40,7 kv.m bağlı eyvan tikilmişdir və 26,2 kv.m açıq eyvan qurulmuşdur. Digər hissədə isə 1 mərtəbəli yaşayış evi, 8,6 kv.m sanitar qovşağı və 88,2 kv.m qeyri-yaşayış sahəsi tikilmişdir. Tikilmiş yaşayış evinin çox hissəsi artıq torpaq sahəsinə düşür. Həmin mütəxəssis rəyinə əsaslanaraq Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2019-cu il tarixdə eyni məzmunlu ekspert rəyi vermişdir. Bundan sonra birinci instansiya məhkəməsi yenidən rəy verilməsi üçün eyni orqana müraciət etmiş və xx.xx.2020-ci il tarixdə yeni rəy verilmişdir. Rəydən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən təqdim olunmuş döngə nöqtələri daxilində yerləşən ümumi sahəyə çıxarılmış (İddiaçı və X5 adına) qeyd olunan mübahisəli 84,0 kv.m tikili sözügedən özəl sahədə yerləşir. Göründüyü kimi mütəxəssis tikilinin müvafiq olaraq özəl sahədə tikilməsini göstərmiş olsa da və faktiki olaraq torpaq sahəsi və üz ərində olan tikilinin mülkiyyətdə olmasını müəyyən etsə də, məhz tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya aid olan (mütəxəssis rəyinə görə torpaq sahəsi faktiki olaraq iki hissəyə ayrılmışdır, kimin istifadəsində qalması isə müəyyən deyil) sahənin hüdudları daxilində yerləşməsini müəyyən etməmişdir. Nəzərə alınsa ki, torpaq sahəsi və tikili üzərində iddiaçı paylı mülkiyyətçidir, naturada payların müəyyən edilməsi təmin edilməmişdir, belə olan halda məhz tikilinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının sərəncam vermək səlahiyyətinin olub-olmamasının müəyyən edilməsi əhəmiyyətlidir. Digər tərəfdən nəzərə alınmaldır ki, əmlakın digər hissəsi ½ olmaqla açıq qalmış, hər hansı şəxs tərəfindən qəbul edilməmişdir. Belə olan halda iddiaçının ilk iddia tələbi irəli sürülməsi üçün suby ektiv hüquqa malik olmasının müəyyən edilməsi üçün tikilinin iddiaçının mülkiyyətində olan 0,543 ha torpaq (göstərilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilmiş ½ hissə və ya tam sahə olması müəyyən edilməlidir) sahəsinin hüdudları daxilində yerləşməsinin müəyyən edilməsi üçün əhəmiyyətli olmasına baxmayaraq və məhz bu halın müəyyən edilməsi üçün cavabdeh tərəfindən əlavə məhkəmə-tikinti ekspertizasının təyin olunmasını xahiş etsə də, apellyasiya məhkəməsi həmin vəsatətin tam və hərtərəfli araşdırmadan əsassız olaraq onun təmin olunmaması nəticəsinə gəlmişdir. Mülki Prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüqu qudur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 47.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Vəsatətlərin həlli ilə bağlı qeyd edilməlidir ki, məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli v ə ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır. Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Sübutların düzgün qiymətləndirilməsi, i ş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır. Cavabdehin kassasiya şikayətinin digər dəlili iddia tələbini dəyişdirməsini və tələbinin müvafiq olaraq tikili üçün çəkilmiş xərcin ona ödənilməsindən ibarət olmasını göstərir, həmin tələbinə baxılmamasını qeyd edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdehin Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinad edərək bir ne çə dəfə qarşılıqlı iddia ərizəsinə dəyişiklik etmişdir. Həmin ərizələrdə irəli sürülən tələblərindən hansı üzrə məhkəmə müdafiə hüququnu davam etdirməklə bağlı iradəsini aydınlaşdırmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmələr qarşılıqlı iddia üzrə sonuncu edilmiş dəyişdirməni faktiki olaraq ilk iddiaya qarşı edilmiş etiraz kimi qəbul etmiş və bu baxımdan qiymətləndirmişdir. Nəticədə isə iddiaçının iddia tələbi faktiki olaraq araşdırılmamış və baxılmamış vəziyyətdə qalmışdır. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya dair etirazlarını, apellyasiya şikayətinin dəlillərini, həmin dəlilləri əsaslandıran və iş üzrə mühüm əhəmiyyət kəsb edən halı təsdiq etmək üçün sübutu əldə edə bilməməsini və məhkəmədən həmin sübutun əldə edilməsində ona köməklik göst ərilməsi (müvafiq ekspertiza təyin olunaraq rəy alınması) barədə vəsatətini, iddia tələbini dəyişdirməsini və dəyişdirmiş vəziyyətdə tələb irəli sürülməsini nəzərə almadan, bir tərəfin sübutlarını qiymətləndirərək, sübutların düzgün qiymətləndirilməsi, vəsatətlərin həll edilməsi, çəkişmə prinsipinin təmin edilməsi kimi vəzifələrini yerinə yetirməmiş, bununla da Mülki Prosessual Məcəllənin 9, 88, 184.4, 218.3 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5600/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.