Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-652/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmək stajı faktının müəyyən olunması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10041/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 25 avqust 1958-ci il təvəllüdlü Ərizəçi Əkbər qızı yaşa görə ona pensiya təyin olunması üçün 2020-ci ilin mart ayında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmiş və fondun rayon şöbəsi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının pensiya təminatına imkan verməməsi və tələb olunan iş stajının olmamasını əsas göstərməklə ona yaşa görə pensiya təyin olunmasından imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin aprel ayında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Ermənistan Respublikasının Axda rayonunun Axundov kəndində anadan olmaqla 26 mart 1975-ci ildən 26 mart 1980-ci il tarixə kimi Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləməsini, bu barədə ona məxsus əmək kitabçasında qeydiyyat aparılsa da, həmin səhifəyə möhür vurulmamasını və nəticədə həmin müddətin iş stajı kimi qəbul olunmamasını və s. əsas göstərməklə həmin müddətdə Yaşıllaşdırma İdarəsində işləməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2400/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim: A.N.Novruzova) ərizə təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ər izənin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10041/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2400/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Ərizəçi kassasiya şikayəti verərək qərardadın sübutlara düzgün qiymət verilmədən, mülki prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və ərizənin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 261.0.1 İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğ u faktları müəyyən edir. MPM-nin 307.2-ci maddəsində məhkəmə tərəfindən müəyyən edilməli olan hüquqi əhəmiyyəti olan faktların dairəsi müəyyən edilmişdir. 307.2.11-ci maddəyə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ərizəçi 1975-1980-ci illərdə Ermənistan Respublikası Razdan rayon Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edərkən ərizəsinə əmək kitabçasını əlavə etmiş və həmin əmək kitabçasında onun 19751980-ci illərdə Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləməsi barədə qeydiyyat aparılmışdır. Göstərilən vəziyyətdə hüquqi əhəmiyyəti olan həmin fa ktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsasların olmaması barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası həmin nəticəsini əsaslandırarkən əmək kitabçasının işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd olmasını müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci maddəsinə əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstə rilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10041/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-652/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-652/2022
12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver