Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6522/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Edrees Ali X1 vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Edrees Ali X1 vəkili-nümayəndəsi Vəkil2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(103)-767/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti apellyasiy a instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti üzrə dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilmədiyindən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, ilk olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia ərizəsi xx.xx.2021-ci il tarixdə verildiyindən iş üzrə ödənilməli olan rüsumların hesablanması qaydası da həmin zaman qüvvədə olan qanunvericiliyin müddəları tətbiq edilməklə müəyyən edilməlidir. Belə olan halda kollegiya qeyd edir ki, xx.xx.2021-ci il tarixədək qüvvədə olan “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat, apellyasiya və kassasiya şikayətləri üzrə isə bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırki iş üzrə kassator isə birinci instansiya məhkəməsinə iddia verilərkən düzgün olaraq 20 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin kassasiya şikayəti ilə məhkəməyə müraciət edərkən 5 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. Həmin Məcəllənin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosess ual əsasların olması daxildir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunubolunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Edrees Ali X1 vəkilinüm ayəndəsi Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 404-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Edrees Ali X1 vəkili-nümayəndəsi Vəkil2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(103)-767/2022 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6522/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6522/2022
06.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver