Məhkəmə qərarları › İş №2(102)-653/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-653/2022

15.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-653/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Məmmədova Dürdanə Aydın qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-653/22 (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli, 2(103)6828/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, işəgötürənin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 02 may 2020-ci il tarixli əmrinin ləğv edilməsi, cavabdehə məxsus şirniyyat sexində əvvəlki, yəni şirniyyat ustası vəzifəsinə bərpa edilməsi, 2020-ci ilin mart, aprel ayları üçün ödənilməyən 1.200 manat əmək haqqının, habelə məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim P.M.Zamanlı) iddia qismən təmin edilərək, işəgötürənin 02 may 2020ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə bərpa edilməsi, cavabdehdən 2020-ci ilin mart, aprel ayları üçün ödənilməyən 500 manat əmək haqqının, habelə 02 may 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında 17 dekabr 2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanıb və iddiaçı cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə işə qəbul edilib. Sonradan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02 may 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilib. 02 may 2020-ci il tarixli əmrin surət i cavabdeh tərəfindən nə iddiaçıya, nə də məhkəməyə təqdim edilməyib. Cavabdeh iddiaçı ilə 02 may 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən qanunvericiliyin tələbini pozaraq xitam verdiyi və ona son haqq-hesabı ödəmədiyindən X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib. Ona görə də cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv edərkən qanunvericiliklə müəyyən edilmiş tələbləri pozduğundan, 02 may 2020-ci il tarixli əmr ləğv edilməli və iddiaçı cavabdehə məxsus şirniyyat sexində şirniyyat ustası vəzifəsinə bərpa edilməlidir. Həmçinin, cavabdeh əmri n surətini iddiaçıya verməməklə də Əmək Məcəlləsinin tələblərini pozub. Bundan başqa, əmək müqaviləsi ləğv edilərkən iddiaçıya son iki ayın əmək haqqının verilməməsi mülki iş materialları ilə öz təsdiqini tapır. Belə ki, X2 Xidmətinin Bakı şəhər İdarəsi eyni zamanda müəyyən etmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən ona son haqq-hesab ödəməyib. İddiaçı, hər ay 600 manat əmək haqqı aldığını iddia etsə də, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçının aylıq əmək haqqı 250 manat olub. İddiaçı isə aylıq 600 manat əmək haqqı alması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə iddia tələbi həmin hissədə də qismən təmin edilməklə cavabdehdən 2020-ci ilin mart və aprel ayları üzrə ödənilməyən hər ay üzrə 250 manat olmaqla, cəmi 500 manat əmək haqqı tutularaq iddiaçıya verilməlidir. Həmçinin, iddiaçıya 02 may 2020-ci ildən işə bərpa olunduğu günədək məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməlidir. Ona görə iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68-cu maddəsinin 2-ci hissəsinin “a” bəndinin, 69, 70-74-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, R.M.Həsənov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin, 69, 70-74, 77-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Azad Məmmədov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməs i Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələ rinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Maddənin 2-ci hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Maddənin 3-cü hissəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, 17 dekabr 2019-cu il tarixli müddətsiz əmək müqaviləsinə əsasən iddiaçı, cavabdehə məxsus şirniyyat sexinə şirniyyat ustası vəzifəsinə işə qəbul edilib və iddiaçının aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilib və elə həmin tarixdə də əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişi elektron informasiya sistemə daxil edilib. Daha sonra, işəgötürənin 02 may 2020-ci il tarixli, 02-05/20-X saylı əmri ilə iddiaçı ilə bağlınmış əmək müqaviləsinə öz ərizəsinə əsasən 02 may 2020-ci il tarixdən xitam verilib. Əmrin verilməsinə əsas kimi iddiaçının ərizəsi göstərilib. 02 may 2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi elek tron informasiya sisteminə daxil edilib. Hazırda iddiaçı, 2019-cu ilin sentyabr ayından cavabdehə məxsus “Darçın” şirniyyat evində işə başladığını, hər ay 600 manat əmək haqqı aldığını, əmək haqqının rəsmi olaraq 250 manat olduğunu bilmədiyini, 02 may 2020-ci il tarixədək həmin şirniyyat sexində işlədiyini, 2020-ci ilin mart, aprel ayları üçün ona əmək haqqının ödənilmədiyini, 02 may 2020-ci il tarixdən karantin rejimi ilə əlaqədar olaraq işə çıxmadığını, 2020-ci ilin iyun ayında işə gəldikdə isə cavabdehin onu işə buraxmadığını, bu barədə əmək müfəttişliyinə müraciət etdiyini və sonuncunun ona ünvanladığı 13 oktyabr 2020-ci il tarixli məktubu 05 noyabr 2020-ci il tarixdə aldığını, həmin məktubda cavabdehin əmək qanunvericiliyinin tələblərini pozaraq onunla bağladığı əmək müqaviləsinə xi tam verdiyi və ona son haqqhesab ödəmədiyi üçün onun müvafiq inzibati məsuliyyətə cəlb edildiyini, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermədiyini göstərib, işəgötürənin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 02 may 2020-ci il tarixli əmrinin ləğv edilməsini, cavabdehə məxsus şirniyyat sexində əvvəlki, yəni şirniyyat ustası vəzifəsinə bərpa edilməsini, 2020-ci ilin mart, aprel ayları üçün ödənilməyən 1.200 manat əmək haqqının, habelə məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsini iddia edir. Cavabdeh isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz ərizəsinə əsasən xitam verildiyini, onda iddiaçının son haqq-hesabı almasına dair sənədin olduğunu, lakin həmin vaxt pandemiya olduğundan işdən çıxdığı gün iddiaçıdan ərizəsini ala bilmədiy ini, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02 may 2020-ci il tarixdən xitam verildiyi halda o, hazırki iddia ərizəsi ilə məhkəməyə 24 noyabr 2020-ci il tarixdə müraciət etməklə iddia müddətini ötürdüyünü, əksinə iddiaçının 2020-ci ilin avqust ayında əmək müfəttişliyinə müraciət etdiyini, bu barədə 10 sentyabr 2020-ci il tarixdə protokol tərtib edildiyini, həmçinin əmək müfəttişliyi tərəfindən 28 sentyabr 2020-ci il tarixdə onun barəsində inzibati qərar qəbul edilməklə cərimə edildiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı 09 mart 2021-ci il tarixli elektron müraciətində (iş vərəq 32-34) iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürdüyünü göstərib, iddiaya etiraz etsə də, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi onun bu dəlili ilə bağlı heç bir araşdırma aparmayıb. Halbuki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Maddənin mənasına görə iddia müddəti dedikdə- məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçü n qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. İddia hüququnun əmələ gəldiyi gün isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi). Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozuldu ğu gündür. Digər tərəfdən iddia ərizəsindən, iddiaçının əmək müfəttişliyinə və digər qurumlara olan müraciətlərindən (iş vərəq 28-31; 87-89) görünür ki, o cavabdehin onunla bağlanmış əmək müqaviləsinə 02 may 2020-ci il tarixdən xitam verilməsini 08 iyun 2020-ci il tarixdən bilib. İşin bu halı onun müraciətlərində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tarixini, yəni gününü, ayını, habelə Əmək Məcəlləsinin hansı maddəsı ilə işdən çıxarıldığını göstərməsi ilə də təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, mübahisə tərəfi olan cavabdehin hazırki əmək mübahisəsinə iddia müddətinin tətbiqi barədə müraciətinə münasibət bildirmədən, başqa sözlə iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyənləşdirmədən, onun 08 iyun 2020-ci il tarixli müraciətində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tarixini, yəni gününü, ayını, habelə Əmək Məcəlləsinin hansı maddəsı ilə işdən çıxarıldığını göstərməsini, lakin iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə yalnız 24 noyabr 2020-ci il tarixdə (5 aydan sonra) müraciət etməsini nəzərə almadan və iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində göstərilən 1 aylıq müddəti ötürüb-ötürməməsini araşdırmadan, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan qətnamə qəbul edib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün ə sasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli, 2(103)-6828/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar