Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6530/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2500/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB X1 İstismar İdarəsinin 21.07.2020-ci il tarixli, 37-K saylı əmrinin ləğv edilməsi, işə bərpa, cavabdehdən iddiaçının xeyrinə 21 iyul 2020-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə aylıq əmək haqqının, maddi ziyana görə 5000 manat və mənəvi ziyana görə 5000 manat olmaqla, cəmi 10.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4317/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Abbasova) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2500/2021 saylı, 20 aprel 2 021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4317/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə “Azəriqaz” İB-nin X1 İstismar İdarəsinin 21.07.2020-ci il tarixli, 37-K saylı əmri ləğv edilmiş, İddiaçı “Azəriqaz” İB-nin X1 İstismarı İdarəsinin Saatlı rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsinə bərpa olunmuş, “Azəriqaz” İB tərəfindən İddiaçı işdən çıxarıldığı gündən işə bərpa olunduğu günədək məcburi iş buraxma müdd əti üçün əmək haqqının ödənilməsi, iddia tələbinin maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İB Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxılarkən cavabdeh “Azəriqaz” İB məhkəməyə kassasiya şikayətindən imtina edilməsi barədə ərizə təqdim edərək kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, cavabdeh “Azəriqaz” İB-nin məhkəməyə təqdim etdiyi ərizəni araşdıraraq hesab edir ki, kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. (410.1) Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. (410.2) Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. (410.3) Göstərilən Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh “Azəriqaz ” İB-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2500/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina təsdiq edilsin və kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6530/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6530/2021
17.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver