Məhkəmə qərarları › İş №2(102)-6534/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6534/2019

31.10.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6534/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, vəkili X10, cavabdeh x X8, cavabdeh X3 və onların vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)3637/2019 saylı qətnaməsindən cavabdehlər x X8, X3 və x x oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2(00 4)2315/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.F.Babayev) İddiaçı cavabdeh x X8 və digərlərinə qarşı “mənzilin, payın adına keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzildə olan əmlakın məhv edilməsi ilə bağlı 30.000 manat pulun tutulması” barədə iddiası qismən təmin edilərək, mənzilin və payın Cavabdeh1 adına keçirilməsinə dair “Bakı” Mənzil Kooperativinin 06 dekabr 2014-cü il tarixli, 03 saylı protokolunun etibarsız hesab edilməsi, mülkiyyət hüququ üzrə mərhum X2 məxsus olmuş və qanun üzrə vərəsəlik hüququ ilə iddiaçıya çatan Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov küçəsi, 3 saylı evin 16-cı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilib. Cavabdeh1 qətnamədən apellyasi ya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 2(103)7868/2018 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(102)-7873/2018 saylı qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, məruzəçi, V.Ə.İbayev və A.K.Kalbalıyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilib, m ülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)3637/2019 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və V.T.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi qismən təmin edilərək, mənzilin və payın Cavabdeh1 adına keçirilməsinə dair “Bakı” Mənzil Kooperativinin 06 dekabr 2014-cü il tarixli, 03 saylı protokolunun etibarsız hesab edilməsi, Cavabdeh1 ailə üzvləri Zenfira Bağırova və Aslan Dadaşovla birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov küçəsi, 3 saylı evin 16-cı mənzilindən çıxarılmaları və qalan hissədə iddia ərizə sinin rədd edilməsi qət edilib. Cavabdehlər qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov küçəsi, 3 saylı evin 4 otaqlı 16-cı mənzilinin və payın Cavabdeh1 adına keçirilməsinə dair “Bakı” Mənzil Kooperativinin 06 dekabr 2014-cü il tarixli, 03 saylı protokolunun etibarsız hesab edilməsi, mülkiyyət hüququ ilə mərhum atası X2 məxsus olan və qanun üzrə vərəsəlik hüququ ilə ona çatan sözügedən mənzildən Cavabdeh1 və digər şəxslərin çıxarılması və mənzildə olan əmlakın məhv edilməsi ilə bağlı 30.000 manat pulun Cavabdeh1 tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİ LLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1, cavabdeh Zenfira Bağırova və onların vəkili Dünyamin Novruzov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili Nihat Əliyev məhkəmə iclasında kas sasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Aslan x və cavabdeh “Bakı” Mənzil Kooperativi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgü n tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini qismən təmin edərkən, mübahisəli mənzilin iddiaçının sahibliyində olmasına, onun iradəsi olmadan mənzilə münasibətdə sahiblikdən məhrum edilməsinə, bu səbəbdən də sahiblikdən məhrum edilən iddiaçının onun üçün qanunsuz sahibdən sahibliyin geri qaytarılmasını tələb etməkdə haqlı olmasına, Cavabdeh1 mənzil üzərində qanuni əsaslarla hər hansı hüququnun əmələ gəlməməsinə, aldadılmasına, onun və digər şəxslərin aldadılması faktına görə Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2 və 313-cü maddləri üzrə cinayət işinin başlanmasına, həmin cinayət işi üzrə müvafiq hökm çıxarılmasına, Cavabdeh1 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasına, mübahisəni mahiyyəti üzrə düzgün həll etsə də, Cavabdeh1 ailə üzvlərini işə cəlb etməməklə birinci instansiya məhkəməsinin mülki prosessual qanunvericiliyin tələblərini pozmasına və beləliklə də, iddia ərizəsinin qismən təmin edilməsi üçün əsasların olmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 164.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının MKT İdarəsinin 19 oktyabr 1994-cü il tarixli, 246 saylı sərəncamı əsas tutulmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.Sultanov küçəsi 3 saylı evin 4 otaqlı ümumi sahəsi 68,67 kv.metr olan 16-cı mənzilinə köçmək üçün Mikayıl Babayevin adına 27 oktyabr 1994-cü il tarixli, 024440 saylı order verilib və orderdə Mikayıl Babayevin ailə üzvləri kimi arvadı Cavahir Mikayılbəyli, oğlu Məmməd Babayev göstərilib. 09 mart 2014-cü il tarixdə Cəvahir Mikayılbəyli, 31 iyul 2015-ci il tarixdə isə Mikayıl Babayev vəfat etmişlər. Bundan sonra iddiaçının müraciətinə əsasən notariat orqanı tərəfindən onun adına atası Mikayıl Babayevdən miras qalmış Bakı şəhəri, x rayonu, x prospekti 114 saylı evin 37 saylı mənzilinə dair 16 yanvar 2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. İşə əlavə edilmiş digər sübutlardan, o cümlədən “Bakı” Mənzil Koopertivinin 02 iyun 2003-cü il tarixli arayışından, Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 08 yanvar 2017-ci il tarixli məktubundan görünür ki, 2004-cü ildən sözüged ən mənzildə daimi qeydiyyatda olmaqla mərhum Mikayıl Babayev, oğlu İddiaçı, sonuncunun arvadı Aytən Babayeva, uşaqları Cavahir Mikayılbəyli və Xəyalə Mikayılbəyli yaşamışlar. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından, o cümlədən iddia ərizəsindən görünür ki, sözügedən mənzil orderlə mərhum Mikayıl Babayevə və ailə üzvlərinə verilib, 2010-cu ildək sonuncu ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayıb və mənzil yaşayış üçün tam yararlı olub. 2010-cu ildə başqa mənzilə köçdükləri üçün mübahisəli mənzili kooperativin rəhbərliyinin vasitəsi ilə kirayəyə veriblər və 2013-cü ilədək mənzilin saxlanılması üçün müvafiq xərclər mərhum Mikayıl Babayev tərəfindən ödənilib. İddiaçının izahatına görə 2013-cü ildən başlayaraq ailələrində baş vermiş faciələr ü zündən, yəni qızının, valideynlərinin xəstələnərək vəfat etmələri səbəbindən 13 noyabr 2017-ci il tarixədək mənzilə baş çəkə bilməyiblər. Lakin, həmin tarixdə mənzilə daxil olmaq istərkən ona məlum olub ki, mənzil qanunsuz olaraq Cavabdeh1 satılıb və orada ailə üzvləri ilə birlikdə sonuncu yaşayır. Daha sonra işdən, cavabdeh tərəfin izahatından, eləcə də “Bakı” Mənzil Kooperativinin üzvlərinin ümumi yığıncağının 06 dekabr 2014-cü il tarixli, 03 saylı protokolundan, eləcə də Kooperativin 10 dekabr 2014-cü il tarixli maliyyə arayışından görünür ki, X7 yazılı ərizə ilə müraciət edərək, Kooperativ üzvlüyündən çaxırılmasını və payçısı olduğu sözügedən mənzilin və pay haqqının Cavabdeh1 adına keçirilməsini xahiş etdiyindən, eyni zamanda sonuncu da yazılı ərizə ilə müraciət edərək Kooperativə üzv qəbul edilməklə mənzilin və pay haqqının adına keçirilməsini xahiş etdiyindən, Kooperativ üzvlərinin ümumi yığıncağının 06 dekabr 2014-cü il tarixli, 03 saylı qərarı ilə x kooperativin üzvlüyündən çıxarılaraq Cavabdeh1 kooperativə üzv qəbul edilməklə, mənzil sonuncunun adına keçirilib. Həmin vaxtdan mənzildə ailə üzvləri ilə birlikdə Cavabdeh1 yaşayır və mənzilin pay haqqı onun tərəfindən tam məbləğdə ödənilib və hazırda onun kooperativə ödənilməmiş borcu yoxdur. Eləcə də işə əlavə edilmiş Cavabdeh1la x arasında bağlanan “New Europe” firmasının dairəvi möhürü ilə təsdiq edilmiş “beh haqqında” müqavilədən, həmin müqavilənin üzərində aparılan qeyddən, həmçinin x tərəfindən verilmiş 10 dekabr 2014-cü il tarixli yazılı qəbzdən görünür ki, sonuncu ilə Cavabdeh1 arasında sözügedən mənzilin 16 5.000 manata alqı-satıqısına dair razılaşma əldə edilib, sonuncu müqavilə bağlanan gün x a əvvəl 5.000 manat beh ödəyib, sonradan behin məbləği 01 dekabr 2014-cü il tarixdə 2.000 manat, 06 dekabr 2014-cü il tarixdə 8.000 manat artırılıb. Mənzilin alqı-satqısına görə X11 Dadaşovdan bütövlükdə 165.000 manat pul alıb və heç bir maddi tələbinin olmamasına dair sonuncuya yazılı qəbz verib. Həmçinin həmin müqavilədən görünür ki, “New Europe” firması göstərdiyi xidmətə görə Cavabdeh1 1.600 manat xidmət haqqı alıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayıb, işə əlavə edilmiş sübutları, o cümlədən işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının MKT İdarəsinin 19 oktyabr 1994-cü il tarixli, 246 saylı sərəncamına əsasən verilən 27 oktyabr 1994-cü il tarixli, 024440 saylı orderə görə iddiaçının atası mübahisəli mənzilin qanuni sahibidir, o, kooperativdə payçı kimi uçotda olub və mənzil onun şəxsi vəsaiti hesabına inşa edilib. İddiaçı isə mərhum Mikayıl Babayevin hüquqi varisidir və sonuncudan miras qalmış mənzilə dair onun adına notariat orqanı tərəfindən 16 yanvar 2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhalətnamə verilib. Bütün bunlar isə mənzilə hüququn əmələ gəlməsi üçün əsasdır. İddiaçıdan fərqli olaraq Cavabdeh1 və ailə üzvlərinin mənzilə dair heç bir hüquq müəyyənedici sənədləri yoxdur, sonuncunun əsaslandığı sənəd- kooperativ üzvlərinin ümumi yığıncağının 06 dekabr 2014-cü il tarixli, 03 saylı protokolu isə həqiqi deyil. Belə ki, həmin protokoldan görünür ki, kooperativ üzvlərinin ümumi yığıncağı qərara alıb ki, x kooperativin üzvlüyündən çıxarılsın, Cavabdeh1 kooperativə üzv qəbul edilsin və mənzil sonuncunun adına keçirilsin. Halbuki, işdə, x un kooperativin üzvü olmasına dair heç bir mötəbər yazılı sübut olmamışdır. Digər tərəfdən işdən, Cavabdeh1 izahatından, sonuncu ilə x arasında bağlanmış beh müqaviləsindən və ona əlavə edilmiş yazılı qəbzdən görünür ki, o, mənzili kooperativdən deyil, 165.000 manat pul ödəməklə x dan satın almışdır. Göründüyü kimi mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair kooperativin ümumi yığıncağı formal keçirilib və bütün bunlar əslində Cavabdeh1 kooperativin rəhbərliyi və x tərəfindən aldadılmasına yönəlmiş qanunsuz hərəkətlərdən ibarət olub. Belə ki, Cavabdeh1 və digər şəxslərin aldadılmaları faktına görə Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri üzrə cinayət işi başlanıb və həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 17 yanvar 2019-cu il tarixli hökm qəbul edilib və Cavabdeh1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Eyni zamanda həmin hökmlə Cavabdeh1 izah olunub ki, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında hüququnu pozmuş şəxslərə qarşı ayrıca iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı v ardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, idiaçının əlində mənzilə sahiblik etməyə hüquq verən sənədləri vardır, cavabdehlərin isə belə bir sənədləri yoxdur. Odur ki, cavabdehlə r mənzilə münasibətdə qanunsuz sahib sayılırlar və iddiaçı, onlara aid protokolun etibarsız hesab edilməsini və onların mənzildən çıxarılmalarını tələb etməkdə haqlı olmuşdur. Çünki, sadalanan maddələrin mənasına görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmçinin işdən, sözügedən məhkəmənin hökmündən görünür ki, iddiaçı, mənzilə münasibətdə sahiblikdən qanunsuz olaraq məhrum edilib və həmin mənzil Cavabdeh1 satılarkən, sonuncu kooperativin rəhbəriyi və x tərəfindən aldadılıb. Ona görə də iddiaçı, cavabdehlərin qanunsuz sahibliyindən mənzili və sahibliyin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Kassator kassasiya şikayətində sözügedən mənzilin 2014-cü ilin dekabr ayından cavabdehlərin qanuni sahibliyində olduğunu və bu səbəbd ən də Mülki Məcəllənin 164.2-ci maddəsinin tələblərinin məhz cavabdehlərin xeyrinə təfsir edilməli olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, cavabdehlərin mənzilə qanuni sahib olmaları mülki iş materialları ilə istisna olunur. Digər tərəfdən işdən görünür ki, sözügedən mənzil iddiaçının atasının sahibliyinə Bakı şəhər İcra Hakimiyyəti Aparatının MKT İdarəsinin 19 oktyabr 1994-cü il tarixli, 246 saylı sərəncamına və 27 oktyabr 1994-cü il tarixli, 024440 saylı orderə əsasən verilib və bu gün də həmin sənədlər qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Bundan başqa 1994-cü ildən iddiaçı və ailə üzvləri mənzildə qeydiyyatda olmaqla, onların həmin mənzildən sadalanan sənədlərə əsasən qanuni əsaslarla istifadə hüquqları əmələ gəlm işdir. Göründüyü kimi iddiaçının və ailə üzvlərinin mənzildən istifadə hüquqları itiriləmədiyi və mənzilin pay haqqının iddiaçının atası tərəfindən ödənilməsi mülki iş materialları ilə istisna edilmədiyi və Cavabdeh1 mənzilin alqı-satqısına görə 165.000 manat pul vəsaitini bilavasitə x a ödədiyi halda, kooperativin özünə aid olmayan mənzili kooperativ üzvlərinin ümumi yığıncağının 06 dekabr 2014-cü il tarixli, 03 saylı qərarı ilə Cavabdeh1 adına keçirməsi açıq-aşkar qanunsuz olmuşdur. İddiaçının atasının kooperativə üzv olub-olmaması, onun kooperativin üzvü kimi pay haqqını ödəyib-ödəməməsi məsələsinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, onun hazırki mübahisəli məsələyə heç bir aidiyyəti yoxdur. Çünki, hazırki mülki mübahisə əslində iddiaçı ilə mənzilə qanunsuz sahib olan cavabdehlər arasında yaranmışdır və qeyd olunan məsələlər ümümuiyyətlə hazırki işə baxılmasının predmeti olmamışdır. Şərti olaraq belə hesab olunsa ki, iddiaçının atası mənzilin pay haqqını tam məbləğdə ödəməyib, bu hal da hazırki mübahisəni qanunsuz sahibin xeyrinə həll etməyə əsas vermir. Başqa sözlə, mənzilin pay haqqının ödənilməməsi faktı qanunsuz sahibi qanuni sahibə çevirmir. Pay haqqı ilə bağlı məsələ kooperativ ilə kooperativ üzvünün arasında olan münasibətlərə aiddir. İşdən görünür ki, hazırki vaxtadək Kooperativ nə iddiaçının atasına qarşı “pay haqqının ödənilməsi barədə”, nə də ki, “pay haqqı ödənilmədiyinə görə onun kooperativ üzvlüyündən çıxarılması və ya mənzilin geri qaytarılması və sair” barədə məhkəmədə iddia qaldırmamış və bu barədə hər hansı mübahisə açmamışdır. B undan başqa kassator kassasiya şikayətində Cavabdeh1 kooperativə üzv qəbul edildiyini, mənzilin pay haqqını tam məbləğdə ödədiyini və bu halın kooperativ üzvlərinin ümumi yığıncağının 06 dekabr 2014-cü il tarixli, 03 saylı protokolu, maliyyə arayışı ilə təsdiq edildiyini və iddiaçının özünün də həmin tarixdə ümumi yığıncağın keçirildiyini mübahisələndirmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bu dəlili də əsassız hesab edir. Belə ki, əvvəla, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərin mənzildən çıxarılmaları ilə yanaşı, sözügedən protokolun da etibarsız hesab edilməsini tələb etmişdir. Digər tərəfdən işdən görünür ki, kooperativ tərəfindən Cavabdeh1 adına mənzilin pay haqqını tam məbləğdə ödəməsinə dair 10 dekabr 2014-cü il tarixli maliyyə arayışı verilsə də, elə hə min gündə x tərəfindən tərtib edilmiş 10 dekabr 2014-cü il tarixli yazılı qəbzə əsasən Cavabdeh1 mənzilə görə 165.000 manat pulu kooperativə deyil, bilavasitə x a ödəmişdir. Bu hal, o cümlədən Cavabdeh1 kooperativin rəhbərliyi və digər şəxslər tərəfindən aldadılması faktı isə mülki iş materialları və məhkəmənin hökmü ilə istisna olunmur. Kassasiya instansiyası məhkəməsi eyni zamanda kassatorun kassasiya şikayətində Mülki Məcəllənin 164.2-ci maddəsində nəzərdə tutulun kəsici müddətə istinad etməsi ilə də razılaşmır. Belə ki, həmin maddənin mənasına görə qanuni sahibin sahiblikdən məhrum olunduğunu bildiyi və ya bilməli olduğu gündən kəsici müddətin axımı başlanır. İşdən, iddia ərizəsindən görünür ki, iddiaçı qanuni sahiblikdən məhrum oluğunu yalnız 13 noyabr 2017ci il tarixdə bilmiş və bund an 3 ay sonra, yəni 01 fevral 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət emişdir. Daha sonra kassator kassasiya şikayətində mənzilə dair iddiaçının atasının adına verilmiş sənədlərin həqiqəliyini şübhə altına alsa da, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahis əli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən iddiaçının atasının adına verilmiş sənədlərin həqiqliyinin etibarlılığı məsələsi hazırki işə baxılmasının predmeti olmamışdır. Mənzilə köçmək üçün iddiaçının atasının adına order verilərkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 109-cu maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan və təndaşlar mənzil-tikinti kooperativinə daxil olmaq və oradan mənzil almaq ixtiyarına malikdirlər. Həmin Məcəllənin 110-cu maddəsində göstərilir ki, mənzil-tikinti kooperativinə daxil olmaq istəyən vətəndaşlar uçota götürülməlidirlər. Onlar yaşayış yerində yerli xalq deputatları soveti icraiyyə komitəsinin qərarı ilə, yaxud iş yerində yanında kooperativ təşkil olunan müəssisəsinin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 115-ci maddəsinə görə, mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləği nə və mənzil-tikinti koooperativinin nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mənzil-tikinti kooperativi evində mənzillərə köçmək üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları sovetinin icraiyyə komitəsi order verir. Hazırki işdən, cinayət işi üzrə məhkəmənin hökmündən və işə əlavə edilmiş digər sübutlardan görünür ki, iddiaçının atasının mənzilə olan hüququ yuxarıda sadalanan sənədlərə əsasən əmələ gəlmişdir. İddiaçı isə ailə üzvləri ilə birlikdə 2004-cü ildən mənzilə daimi qeydiyyata alınmaqla, 2010-cu ilədək fasiləsiz və etirazsız olaraq həmin mənzildə yaşamaqla mənzildən istifadə hüququ əldə etmişlər. Digər tərəfdən iddiaçı, mərhum Mikayıl Babayevin birinci növbəli vərəsəsidir və s onuncudan miras qalmış Bakı şəhəri, x rayonu, x prospekti, 114 saylı evin 37-ci mənzilə dair onun adına notariat orqanı tərəfindən “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 158.1.2, 158.2, 158.4, 1243.3cü maddələrinin tələblərini nəzərə alıb hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayıldığından və iddiaçının mənzil üzərində əmlak hüququnun əmələ gəlməsi mülki iş materialları ilə istina edilmədiyindən, Cavabdeh1la birlikdə yaşayan ailə üzvlərini hazırki işə baxılmağa cəlb edib, iddia ərizəsini qismən təmin edib, mənzilin və payın onun adına keçirilməsinə dair “Bakı” Mənzil Kooperativinin 06 dekabr 2014-cü il tarixli, 03 sa ylı protokolunu etibarsız hesab edib, cavabdehlərin mənzildən çaxarılmalarını qət etməklə apellyasiya instansiyası məhkəməsi düzügün nəticəyə gəlmişdir. Beləliklə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normaları nın tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər x X8, X3 və x x oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)-3637/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar