Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6536/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh “xxxx” MTK tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-xx/18) iddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı müqavilə öhdəliyinin yerinə yetirilərək müqavilələrdə nəzərdə tutulmuş qeyri yaşayış sahələrinin faktiki sahiblik və istifadəyə verilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddiası, cavabdeh “xxxx” MTK-nın X1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və X1 cavabdeh X1 qarşı ayrıayrılıqda müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilərək, X1 ilə “xxxx” MTK arasında ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa edilmiş binanın “A” blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 650 kv.m olan qeyri-yaşayış sahəsi, eləcə də həmin ünvandakı binanın “B” blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 650 k v.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx xxx 2009-cu il tarixli müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən “xxxx” MTK-dan X1 xeyrinə ******* (bir milyon üç yüz min) ABŞ dolları məbləğində pulun tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaitinin “xxxx” MTK-dan tutulması və dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı X1 apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ilk iddianın rədd, üçüncü şəxslərin iddiasının təmin edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın təmin, üçüncü şəxslərin iddiasının isə rədd olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MTK da apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, yəni Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən “xxxx” MTK-dan Mikayılova (Mehdiyeva) Pərvin Aqil qızının xeyrinə ******* (bir milyon üç yüz min) ABŞ dolları məbləğində pulun tutulması hissəsində ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)xx/19) iddiaçı Mikayılova (Mehdiyeva) Pərvin Aqil qızı və cavabdeh “xxxx” MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin qismən - ilk iddianın təmin edilməməsi, 3-cü şəxslərin iddialarının təmin edilməsi hissələrində ləğv edilməsi, ilkin iddianın təmin edilməsi, 3-cü şəxslərin iddialarının təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MTK kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı X1 cavabdeh “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Nəqşibənd oğlu ilə “xxxx” MTK arasında bağlanmış xx xxx 2008-ci il tarixli və xx xxx 2008-ci il tarixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrin və həmin tarixli maliyyə arayış larının, Cavabdeh3 ilə “xxxx” MTK arasında bağlanmış xx xxx 2008-ci il tarixli və xx xxx 2008-ci il tarixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrin və həmin tarixli maliyyə arayışlarının, Cavabdeh4 oğlu ilə “xxxx” MTK arasında bağlanmış xx xxx 2008-ci il tarixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilənin və həmin tarixli maliyyə arayışının, Cavabdeh5 ilə “xxxx” MTK arasında bağlanmış xx xxx 2008-ci il tarixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, “xxxx” MTK ilə arasında bağlanmış xx xxx 2009-cu il tarixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən əldə etdiyi ünvan 1 ünvanında “xxxx” MTK tərəf indən inşa edilmiş binanın “A” blokunun 1ci mərtəbəsindəki ümumi sahəsi 650 kv.m olan qeyri-yaşayış sahəsinə, eləcə də həmin ünvandakı binanın “B” blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 650 kv.m olan qeyriyaşayış sahəsinə pay hüququ tanınaraq, həmin qeyri-yaşayış sahələrinin onun sahiblik və istifadəsinə verilməsi, qeyri-yaşayış sahələrinin açarlarının ona təqdim edilməsi, eləcə də qeyri-yaşayış sahəsində təmin işlərinin başlanmasına şərait yaradılması vəzifəsinin “xxxx” MTK-ya həvalə edilməsi və həmin qeyri-yaşayış sahələrinə sahiblik hüququnun həyata keçirilməsinə cavabdeh “xxxx” MTK və s. şəxslər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manatın, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 50000 manat pulun, ümumilikdə 50 030 manatın cavabdeh “xxxx” MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh “xxxx” MTK X1 qarşı qarşılıqlı iddia qaldıraraq, “xxxx” MTK ilə X1 arasında ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa edilmiş binanın “A” blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 650 kv.m olan qeyri-yaşayış sahəsi, eləcə də həmin ünvandakı binanın “B” blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 650 kv.m olan qeyri-yaşayış sahəsinə bağlanmış xx xxx 2009-cu il tarixli müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və X2 cavabdeh X1 qarşı ayrı-ayrılıqda iddia ərizələri ilə məhkəməyə müraciət edərək, X1 ilə “xxxx” MTK arasında ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa edilmiş binanın “A” blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 650 kv.m olan qeyri-yaşayış sahəsinə və “B” blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 650 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 oktyabr 2009-cu il tarixli müqavilələri və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri mübahisələndirilən hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili A.Muradov məhkəmə kollegiy asının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnamə sini kassasiya qaydasında işdə iştirak edən şəxslərdən yalnız iddiaçı Mikayılova (Mehdiyeva) Pərvin Aqil qızı və cavabdeh “xxxx” MTK mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız onların kassasiya şikayətlərinə münasibətdə və kassasiya qaydasında mübahisələndirilən hissələrdə yoxlayıb qiymət verir. Məruzəçinidinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakı ları nəzərə alır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh “xxxx” MTK arasında bağlanmış xx xxx 2009-cu il tarixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən ünvan 2 ünvanda “xxxx” MTK tərəfindən inşa edilmiş binanın “A” blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 650 kv.m olan qeyri-yaşayış sahəsi 650000 ABŞ dolları olmaqla və həmin ünvandakı binanın “B” blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 650 kv.m olan qeyriyaşayış sahəsi 650000 ABŞ dolları olmaqla X1 satılmışdır. “xxxx” MTK-nın adından tərtib olunmuş xx xxx 2009-cu il tarixli maliyyə arayışlarına əsasən həmin müqavilələrdə göstərilən məbləğlər iddiaçı tərəfindən tam ödənilmişdir. Cavabdeh4 ilə “xxxx” MTK arasında xx xxx 2008-ci il tarixli yaşayış binasında qeyriyaşayış sahəsinin tikintisi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “xxxx” MTK Bakı şəhəri, EV1 “A” blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 98 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş 157000 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. “xxxx” MTK tərəfindən verilmiş xx xxx 2008-ci il tarixli maliyyə arayışına əsasən müqavilədə göstərilmiş məbləğlər Cavabdeh4 tərəfindən tam olaraq ödənilmişdir. Cavabdeh2 ilə “xxxx” MTK arasında 24 yanvar xx xxx 2008-ci il tarixli və xx xxx 2008ci il tarixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən “xxxx” MTK Bakı şəhəri, EV2 “A” bloku nun 1-ci mərtəbəsində ümumi sahəsi 221 kv.m və “B” blokunun 1-i mərtəbəsində ümumi sahəsi 105 kv.m olan qeyri-yaşayış sahələrini alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahələrini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş 884000 və 157500 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. “xxxx” MTK tərəfindən verilmiş xx xxx 2008-ci il tarixli və xx xxx 2008-ci il tarixli maliyyə arayışlarına əsasən müqavilədə göstərilmiş məbləğlər Cavabdeh2 tərəfindən tam olaraq ödənilmişdir. Cavabdeh3 ilə “xxxx” MTK arasında xx xxx 2008-ci il tarixli və xx xxx 2008-ci il tarixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələr bağlanmış və həmin müqavilələrə əsasən “xxxx” MTK Bakı şəhəri, EV1 “A” blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 203 kv.m və 173 kv.m olan qeyri-yaşayış sahələrini alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahələrini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş 812000 və 259500 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. “xxxx” MTK tərəfindən verilmiş xx xxx 2008-ci il tarixli və xx xxx 2008-ci il tarixli maliyyə arayışlarına əsasən müqavilədə göstərilmiş məbləğlər Cavabdeh3 tərəfindən tam olaraq ödənilmişdir. Cavabdeh5 ilə “xxxx” MTK arasında xx xxx 2008-ci il tarixli yaşayış binasında qeyriyaşayış sahəsinin tikintisi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “xxxx” MTK Bakı şəhəri, EV2 “B” blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 303 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş 303000 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. “xxxx” MTK tərəfindən verilmiş xx xxx 2008-ci il tarixli maliyyə arayışına əsasən müqavilədə göstərilmiş məbləğlər Cavabdeh5 tərəfindən tam olaraq ödənilmişdir. X2 ilə “xxxx” MTK arasında xx xxx 2011-ci il tarixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “xxxx” MTK Bakı şəhəri, EV1 “B” blokunun 1-ci mərtəbəsindəki ümumi sahəsi 96 kv.m olan qeyriyaşayış sahəsini alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş 132130 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. “xxxx” MTK tərəfindən verilmiş xx xxx 2011-ci il tarixli maliyyə arayışına əsasən müqavilədə göstərilmiş məbləğ X2 tərəfindən tam olaraq ödənilmişdir. İddiaçı bildi rirmişdir ki, o, “xxxx” MTK-nin rəhbərliyinə müraciət edərək, aldığı qeyriyaşayış sahələrinin onun sahiblik və istifadəsinə verilməsini xahiş etmiş, lakin müraciətinə müsbət cavab verilməmişdir. Bundan sonra o, xx xxx 2017-ci il tarixli pretenziya məktubu ilə “xxxx” MTK-nə müraciət edilərək, şirkət tərəfindən inşa edilmiş və aralarında bağlanmış müqavilələrə əsasən əldə etdiyi qeyri-yaşayış sahələrinin 3 gün ərzində (xx xxx 2017-ci il tarixədək) onun sahiblik və istifadəsinə verilməsi, eləcə də həmin qeyri-yaşayış sahələrinin açarlarının ona təqdim olunmasını tələb etmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət edəcəyini bildirmişdir. Pretenziya məktubu poçt vasitəsilə cavabdeh təşkilatın hüquqi ünvanına çatdırılmış, lakin hər hansı bir cavab verilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh “xxxx” MTK isə iddiaya etiraz edərək bildirirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müqavilələr və maliyyə arayışları cavabdeh “xxxx” MTK tərəfindən verilməmişdir. Həmin müqavilələrin iddiaçının haradan əldə etməsi bəlli deyil. Ona görə ki, mübahisələndirilən qeyri-yaşayış sahələri 10 ilə yaxın bir müddətdə başqa şəxslərin istifadəsindədir və sahibləri tərəfindən əsaslı təmir olunmuşdur. İddiaçı isə 2009cu ildən hal-hazırkı dövrə qədər həmin sahələri tələb etməmişdir. Mübahisələndirilən qeyri yaşayış sahələri iddiaçıya deyil, başqa şəxslərə məxsusdur. Üçüncü şəxslər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X2 bildirmişlər ki, mübahisəli qeyri-yaşayış sahələrinin müvafiq hissələri onlara məxsusdur, həmin sahələri əsaslı təmir etdirmişlər və sahibkar kimi orada fəaliyyət göstərirlər. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddiaları əsassız, üçüncü şəxslərin iddialarını isə əsaslı saymışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamış və bu zaman aşağıdakıları nəzərə almışdır. Belə ki, iddiaçı xx xxx 2009-cu il tarixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə istinad edərək, mübahisəli qeyri-yaşayış sahələrinin onun sahiblik və istifadəsinə verilməsi tələblərini irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin müqavilələr mahiyyət etibarı ilə podrat müqavilələridir. Çünki, cavabdeh “xxxx” MTK mübahisəli qeyri-yaşayış sah ələrini inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin qeyri-yaşayış sahələrinin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyəti nə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı X1 ilə cavabdeh “xxxx” MTK arasında xx xxx 2009-cu il tarixli müqavilələr bağlanılan zaman həmin müqavilələrin predmetini təşkil edən və inşa edilməli olan mübahisəli qeyri-yaşayış sahələri cavabdeh “xxxx” MTK-ya məxsus olmamış və onun həmin qeyri-yaşayış sahələrinə dair müqavilələr bağlamaq səlahiyyəti olmamışdır. Belə ki, mübahisəli qeyri-yaşayış sahələri ilə bağlı i ddiaçı X1 ilə müqavilələr bağlanmamışdan təxminən 1 il 9 ay, 1 il 5 ay, 1 il 2 ay əvvəl, yəni xx xxx 2008-ci il, xx xxx 2008-ci il, xx xxx 2008-ci il, xx xxx 2008-ci il tarixlərdə “xxxx” MTK ilə müvafiq olaraq üçüncü şəxslər Cavabdeh4, Cavabdeh2 Nəqşibənd oğlu, Cavabdeh3, Cavabdeh5 arasında həmin qeyri-yaşayış sahələrinin tikintisi haqqında ayrı-ayrılıqda müqavilələr (ayrıayrı ölçüdə sahələr üzrə) bağlanmış və onlar həmin qeyri-yaşayış sahələrinin dəyərini tam olaraq ödəmişlər. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahələri iddiaçı X1 deyil, üçüncü şəxslər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 məxsusdur. Belə olan halda isə istər Mülki Məcəllənin 752.1-ci maddəsi, istərsə də Mülki Məcəllənin 157.2-ci maddəsi baxımından hazırkı iddianın cavabdeh “xxxx” MTK-ya qarşı irəli sürülməsi ə sassızdır. Belə ki, mübahisəli qeyri-yaşayış sahələrinə dair cavabdehlə üçüncü şəxslər arasındakı müqavilələr iddiaçıya münasibətdə daha əvvəl bağlandığı üçün iddiaçı həmin müqavilələri mübahisələndirmək üçün müvafiq subyektiv hüququ malik olan şəxs deyildir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzə rdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçının iddiası bir neçə tələbdən ibarətdir. Mübahisəli qeyri-yaşayış sahələrinin iddiaçı X1 istifadə və sahibliyinə verilməsi, qeyriyaşayış sahələrinin açarlarının ona təqdim edilməsi, eləcə də qeyri-yaşayış sahəsində təmin işlərinin başlanmasına şərait yaradılması vəzifəsinin “xxxx” MTK-ya həvalə edilməsi və həmin qeyri-yaşayış sahələrinə sahiblik hüququnun həyata keçirilməsinə cavabdeh “xxxx” MTK və s. şəxslə r tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddia tələbləri əsassızdır. Eyni zamanda iddiaçı tərəfindən irəli sürülmüş digər iddia tələbləri, yəni cavabdehlə üçüncü şəxslər arasında bağlanmış müqavilələrin və sonuncuların adlarına verilmiş maliyyə arayışlarının etibarsız hesab edilməsi tələbləri, həmçinin mənəvi zərərin ödənilməsi barədə tələblər də rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübah isənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək h üququ; müdafiə hüququ”. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, üçüncü şəxslərlə bağlanmış müqavilələrin və onların adlarına verilmiş maliyyə arayışlarının etibarsız hesab edilməsi tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, sübutlar araşdırılmadıan rədd olunmalıdır. Mənəvi zərərin ödənilməsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, zərərin ödənilməsi barədə tələblərin təmin edilməsi üçün ilk olaraq zərərin mövcud olması müəyyən olunmalıdır. Lakin hazırkı işin hallarını nəzərə alaraq müəyyən edilir ki, iddiaçıya mənəvi zərərin vurulması və həmin iddianın təmin edilməsi nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Məhkəmənin qənaətinə görə isə üçüncü şəxslərin iddiaları əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllə nin 337.1 və 337.4-cü maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “xxxx” MTK mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllənin yuxarıda qeyd olunan podrat müqaviləsinə aid şərtləri pozmaqla Mikayılova (Mehdiyeva) Pərvin Aqil qızı ilə etibarsız əqdlər bağlamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahələrinə dair “xxxx” MTK ilə Mikayılova (Mehdiyeva) Pərvin Aqil qızı arasında bağlanmış xx xxx 2009-cu il tarixli müqavilələr və onun adına verilmiş maliyyə arayışları et ibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, ilk iddianın rədd edilməsi və üçüncü şəxslərin iddialarının təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsi və Mülki Məcəllənin 337.5-ci maddələrinə əsasən restitusiyanın həyata keçirməsi barədə nəticəsi də düzgündür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə ( o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr etibarsız hesab edildiyindən ondan irəli gələn məsələlər həll edilməli, alıcının və satıcının hüquqi statusu ilkin vəziyyətə qaytarılmaqla, ödənilmiş ******* (bir milyon üç yüz min) ABŞ dolları məbləğində pul vəsaiti “xxxx” MTKdan tutularaq Mikayılova (Mehdiyeva) Pərvin Aqil qızına qaytarılmalıdır. Cavabdehin istinad etdiyi halların, yəni iddiaçının təqdim etdiyi müqavilələr və maliyyə arayışlarının “xxxx” MTK-nın direktoru tərəfindən imzalanmaması, həmin müqavilə və arayışların MTK tərəfindən verilməməsi barədə dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə-xətşünaslıq ekspertizasının xx xxx 2017-ci il tarixli 21187 saylı rəyi ilə həmin müqavilələr və maliyyə arayışlarında “xxxx” MTK-nın direktorunun adından olan imzaların X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən olunsa da, həmin sənədlərdəki möhür əksləri “xxxx” MTK-ya məxsusdur. Bu faktı cavabdehin nümayəndəsi mübahisələndirmir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə qeyd olunan müqavilə və maliyyə arayışlarında möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədlərin müqavilədə hüquqi şəxsin rəhbəri kimi adı göstərilmiş şəxs tərəfindən imzalanmaması həmin sənədlərin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Belə ki, sənədlərdə cavabdehin rəhbəri kimi göstərilmiş Q sənədlərin imz alandığı tarixdə “xxxx” MTK-nın rəhbəri olduğu işin mübahisəsiz halıdır. Sonuncu birinci instansiya məhkəməsində verdiyi izahatında möhürün MTK-nın ofisində olduğunu, onun oğurlanıb həmin sənədlərə vurulduğunu, ola bilsin ki, orada olmayanda iddiaçının qohumu Məhəmməd adlı şəxs tərəfindən vurulduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul o lan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə hallar ı sübuta yetirməlidir. Hazırkı iş üzrə mübahisələndirilən sənədlərdə olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan Əyyub Qarayevin “möhürün oğurlanıb həmin sənədlərə vurulduğunu, ola bilsin ki, orada olmayanda iddiaçının qohumu Məhəmməd adlı şəxs tərəfindən vurulduğu” barədə dəlili açıq-aşkar əsassızdır. Çünki, məhz sonuncu hüquqi şəxsin rəhbəri kimi möhürün üçüncü şəxslərin qanunsuz istifadəsinə yol verməməyə məsul olmuşdur. Bu baxımdan mübahisələndirilən sənədlərdə olan möhürün “xxxx” MTK-nın səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziy yətdə isə sənədlərdəki imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Belə ki, Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən tə sdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Yxarıda sadalananlara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətlərinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüş dürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər süb utlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymə tləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Mikayılova (Mehdiyeva) Pərvin Aqil qızı və cavabdeh “xxxx” MTK tərəfində n ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi mübahisələndirilən hissələrdə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6536/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6536/2019
29.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver