Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-654/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5824/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5824/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərardadı ilə k assasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazov 11 yanvar 2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, İddiaçı tərəfindən verilmiş ərizəyə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsinə baxılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı kassasiya şikayətinin sonunda tələbini göstərməmiş, şikayət verdiyi qətnamə üzrə hansı qərar qəbul edilməsi ilə bağlı mövqeyini qeyd etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə və həmin Məcəl lənin 3 saylı Əlavəsində şikayət verən şəxsin tələblərinin aydın göstərilməli olması qeyd edilmişdir. Bu baxımdan, kassasiya şikayəti həm də səhvən icraata götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. İddiaçının ərizəsinə Bakı Apellyasiya Məhkəməsində baxıldıqdan sonra şikayəti verən şəxs yenidən prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini n əzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırıb təkrarən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənləri əsasən və Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5824/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)6826/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş ərizəyə baxılması və onun kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanıl ması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-654/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-654/2023
19.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver