Məhkəmə qərarları › İş №2(102)-654/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-654/2025

11.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-654/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə iddiaçı X2 Cavabdeh1 qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər X3 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb olunduğu) iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi, əqdin etibarsızlığı, təmsil Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 iba rət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4492/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Cavabdeh2 və X6 27 sentyabr 2005-ci ildə nikah bağlamışlar. Bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X7 və 11.07. 2008-ci il təvəllüdlü X8 doğulmuşdur;

3. Bakı şəhəri 28 saylı Notariat Kontorunda təsdiq edilmiş 7 iyun 2014-cü il tarixli, 7E6116 reyestr nömrəli etibarnamə ilə Cavabdeh1 bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməklə bağlı bütün hərəkətləri (o cüml ədən almaq, satmaq, bağışlamaq və s. haqqında əqdləri bağlamaq) etməyə dair Cavabdeh2 1 il 1 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixədək səlahiyyətlər vermişdir;

4. Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış 9 iyun 2014-cü il tarixli, 4-Ə3/814 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə, Cavabdeh2 dövlət reyestrində xx.xx.2009-cu ildə aparılmış qeydə əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilini X2 mülkiyyətinə vermişdir. İddiaçı tərəfindən alqı-satqı ilə bağlı notariusun depozit hesabına 105000 manat köçürülmüşdür;

5. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh2 7 iyun 2014-cü il tarixli, 7E-6116 reyestr nömrəli etibarnamə əsasında ərizə verərək bildirmişdir ki, Cav abdeh1 ünvan 1 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmir, bununla əlaqədar bütün məsuliyyəti üzərinə götürür;

6. Qeyd edilən müqavilə əsasında həmin mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İlkin iddiaçı X5 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzili x x.xx.2014-cü ildə alqı-satqı müqaviləsinə əsasən almış və hazırda mülkiyyət hüququ ona məxsus olmuşdur. Cavabdeh alqı-satqı etdikdən sonra 5-6 ay həmin evdə qalmalarını xahiş etmiş və o da buna razılıq vermişdir. Hal-hazırda isə özünün mənzilə ehtiyacı olduğundan cavabdehin evdən çıxmasını tələb etsə də, lakin cavabdeh həmin fərdi yaşayış evindən çıxmadığı üçün məhkəməyə müraciət etmişdir.

9. Cavabdeh1 cavabdehlər X3 və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə dövlət reyestrində xx.xx.2014-cü il tarixdə aparılmış qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilə dair mülkiyyət hüququnun yaranmasına əsas olmuş müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından etibarsız hesab edilməli, cavabdehin mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarış ləğv edilməli və qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər əvvəlki vəziyyətə gətirilməlidir. Mübahisəli mənzil birgə ailə təsərrüfatı hesabına deyil, qarşılıqlı iddiaçının valideynlərinin vəsaiti hesabına 2007-ci ildə əldə edilmişdir. Şübhəsiz ki, mənzilin yaşayış üçün yararlı vəziyətə gətirilməsində birgə təsərrüfat hesabına formalaşmış ailə vəsaitinin mühüm rolu olmuşdur. 2009-cu ildə mənzilə dair Cavabdeh2 adına mülkiyyət hüququ qeydə alınmış və ona çıxarış verilmişdir. Mənzil əldə edildikdən sonrakı bütün müddət ərzində orada yaşam ışlar. Mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsi cavabdehin valiedeynlərinin istəyi ilə baş tutumuşdur. Çünki onlar adətlərə uyğun olaraq evin ailə başçısının adına olmasını daha məqsədəuyğun hesab etmişlər. Detalları dəqiq məlum olmasa da, belə görünür ki, digər Cavabdeh2 hazırkı mülkiyyətçi və digər şəxslərə borcu olmuş, yaxud da digər əsaslarla borc kimi formalaşmış məbləğ yaranmışdır. Cavabdeh2 isə bunu qarşılaya bilmədiyi üçün mənzili onların adına rəsmiləşdirmişdir. Mənzilin satılması, daha sonra başqa mənzilə və yaxud yaşayış sahəsinə köçmə ilə bağlı ər-arvad arasında heç bir söhbət olmamışdır. Hazırkı vəziyyət (cavabdehin-qarşıqlılı iddiaçının) həmin mənzildən istifadə etməsi də bunu təsdiq etmişdir. Cavabdeh2 mənzilin satılmasından sonra başqa yaşayış sahəsi ilə təmin olunmaq üçü n hər hansı tədbir gördüyü və yaxud ailə üzvlərinə başqa variant təklif etdiyi müəyyən olunmamışdır. Bu isə bir faktı, mənzilin həqiqətən satılmasını istisna edir. Notariat qovluğundan əməliyyatlar formal baxımdan qanuni görünsə də, son nəticədə mənzilin alqısatqısı üzrə ödənilmiş pulun məhz Cavabdeh2 verildiyi məlum deyildir. Mənzil müqavilənin bağlandığı tarixdən bir qədər əvvələ bankın xeyrinə girov qoyulmuşdur. Cavabdeh dəfələrlə çıxarışın taleyini soruşanda Cavabdeh2 hər dəfəsində gətirəcəyəni, maşında olduğunu bildirmiş, bir sözlə baş tutmuş əməliyyatı ailəsindən gizlətmişdir. Mənzil 2014-cü ilin iyun ayında satılmışdır. Cavabdeh2 təklifi və təkidi ilə evlərinə yaxın yerdə fəaliyyət göstərən notariusa getmişlər və ona etibarnamə vermişdir Bir neçə gün sonra da Cavabdeh2 həmin etibarn amədən istifadə edərək mənzilə dair alqı-satqı müqaviləsini həyata keçirmiş və cavabdehin əvəzindən guya onun razılığı olmasına dair təminat vermişdir. Yuxarıda göstərilənlərə (Cavabdeh2 hansısa borcun əvəzində və yaxud digər məsələ üzrə mənzili satmaq məcburiyyətində qalması) faktı həm də o baxımdan əsaslıdır ki, sonrakı müddətdə evdə olan qiymətli əşyalar yoxa çıxmağa başlamış, yəni satılmışdır. Cavabdeh mənzilin satılmasından yalnız 2018-ci ildə xəbər tutmuşdur. Belə görünür ki, iddiaçı 2018-ci ildə artıq mənzilə dair rəsmiləşdirmələri (komunal xidmətlər üzrə müqavilələr və sair) təmin etmişdir. Bundan xəbər tutan və binaya xidmət göstərən MTKnın təmsilçisi təsadüfən mənzilin satıldığını soruşmuş, cavabdeh bundan sonra bilmiş və ərindən bununla bağlı məlumat tələb etsə də, sonuncu konkr et heç bir şey deməmiş, “mənzil mənim idi, özüm bilərəm” deməklə işini bitmiş saymışdır. Cavabdeh bundan sonra ərizə ilə notariat ofisinə müraciət edərək, verdiyi etibarnamənin surətini tələb etmiş və notariat ofsinin məktubuna əlavə edilməklə göndərildikdən sonra bilmişdir ki, etibarnamə məhz mənzilə görə verilmişdir. 2018-ci ildə iddiaçının anası mənzildə olan ev nömrəsinə zəng etmiş, bu məsələ ilə bağlı cavabdehi (qarşılıqlı iddiaçını) məlumatlandırmış, cavabdehin valideynləri iddiaçının qohumları ilə dəfələrlə görüşmüş, ümumilikdə çoxsaylı müzakirə və danışıqlar olmuş, məsələnin nədən qaynaqlandığı və necə yoluna qoyulacağı müzakirə edilmiş, əvvəlcə işin həlli vəd edilsə də, sonradan cavabdeh və onun ailəsinin mənzildə qalması üçün aylıq kirayə haqqı tələb olunmuşdur. Beləliklə, cavabd eh mənzilin satılmasına dair birbaşa (alqı-satqı prosesində iştirak etməklə) razılıq verməmiş, onun mənzilin satılmasından məlumatı olmamış, yalnız 2018-ci ildə bundan xəbər tutmuş, həmin müddətə qədər onları heç kim narahat etməmiş, 2018-ci ildən bu yana isə mənzilə dair müxtəlif məzmunlu müzakirələr getmiş, lakin bir nəticə əldə olunmamışdır. Bu baxımdan, mənzilin alqı-satqısı üzrə iradə ifadəsi mövcud olmadığından müqavilə əhəmiyyətsiz əqd olmaqla hüquqi nəticə yarada bilməz.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2024 nömrəli, 08 may 2024-cü il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Bad amdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilinə dair Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 09 iyun 2014-cü il tarixli, 4- Ə-3/814 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014cü il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2024 nömrəli, 24 may 2024-cü il tarixli əlavə qətnaməsi (hakim Mədinə Bağırova) ilə qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilinə dair Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 09 iyun 2014-cü il tarixl i, 4- Ə-3/814 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014cü il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh2 09 iyun 2014-cü il tarixli, 4-Ə-3/814 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş 105000 (yüz beş min) manat məbləğində vəsaitin tutularaq cavabdeh İddiaçı qaytarılması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi üzrə Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 hərəkəti hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir, deməli qanunvericiliklə müəyyən olunmuş şərtlər pozulmaqla həyata keçirildiyindən qanunsuzdur. Mübahisəli əqd in həyata keçirilməsinə Cavabdeh1 belə yazılı razılığı alınmamış, o bu əqd barədə ümumiyyətlə məlumatlı olmamışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissələrinə, Ailə Məcəlləsinin 32, 33.1, 33.3 və 33.4-cü, Mülki Məcəllənin 225, 337.1 və 384.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarına, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İlkin İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 56.1, 58.1, 58.4, 58.5-ci maddələrinin tələblərini nəzərə almamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının anasının 2015-ci ildə onlara gələrək mənzilin boşaldılmasının tələb edilməsinə, mənzilin çıxarışının oğlunun adına olmasını bildirsə də, məhkəmə tərəfindən həmin hallara heç bir münasibət bildirilməmişdir. Hətta məhkəmə iclasında cavabdehin özünün vəkilinin ona verdiyi suala cavabdan da məlum olmuşdur ki, İddiaçı anasının 2015-ci ilin yay aylarında onlara gəldiyini və evin onun oğluna məxsus olduğunu bildirmişdir. Lakin məhkəmə bu hala da qiymət vermədən, sadəcə cavabdehin fərziyyələrlə dolu fikirlərini qətna mədə sadalamaqla kifayətlənmişdir. Mənzil satılanda Cavabdeh1 bu barədə məlumatlandırılmış və bundan xəbəri olmuş dəfələrlə məhz mənzilin satılması barədə söhbətləri olmuşdur. Cavabdeh1 da həmin puldan istifadə etmişdir. Bu səbəbdən də qarşılıqlı iddia tələbi əsassız olmuşdur. Siyavuş İntiqamın ailəsinə qarşı humanistlik edib, 10 il ərzində onları evdən çıxarmamışdır. İntiqam dəfələrlə Siyavuşdan ailəsinin evdə qalması üçün xahiş etmişdir. Alqı-satqıdan sonra İntiqamın işləri ilə bağlı vəziyyəti ağırlaşmış və Siyavuş buna görə onun evdə yaşamasına razılıq vermişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu halları barədə heç bir araşdırma aparmamışdır. Ə.Aqilə məhkəmə çıxışlarında mənzilin bütün ödənişlərinin onlar tərəfindən ödənildiyini bildirmişdir. Məhkəməyə təqdim olunmuş "xxxx"ASC-nin Səbail rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində mənzilin abonenti İddiaçı olmuşdur. "xxxx" ASC-nin nümayəndələri tərəfindən ödəniləcək məbləğlərlə bağlı mənzillərə göndərilən bildirişlərdə də mənzil mülkiyyətçisi kimi İddiaçı adı qeyd olunmuşdur. Bu da onu göstərir ki, Cavabdeh1 etibarnaməni məhz alqı-satqı üçün vermiş və mənzilin satılmasından hələ o vaxtdan məlumatı olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı tərəfinizdən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə də münasibət bildirilməmişdir. Cavabdeh1 mənzilin satılmasından 2014-cü ildən məlumatı olmuş, müqaviləni bəyəndiyi üçün mübahisləndirməmiş, yalnız ona qarşı iddia qaldırıldıqdan sonra formal olaraq qanunvericilikdə nəz ərdə tutulmuş iddia müddətini ötürməklə alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Ona görə də həmin qətnamə apellyasiya qaydasında ləğv edilməli və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

17. Cavabdeh2 da apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi "Cavabdeh1 izahatında bildirmişdir ki, o, həyat yoldaşı Cavabdeh2 uşağının təhsili ilə bağlı etibarnamə verməyə razı olmuş, mənzilin satılmasına dair etibarnamə verməmiş, Cavabdeh2la aralarında başqa mən zilə köçmələri ilə bağlı heç vaxt heç bir söz olmamış, o, mənzilin satılması ilə bağlı heç bir sənədə imza atmamış və ümumiyyətlə evin satılmasına razılıq verməmişdir" qənaəti sadəcə Cavabdeh1 ifadəsindən başqa bir hal ilə sübut olunmamışdır. Belə ki, iş üzrə tam sübut olunmuşdur ki, Cavabdeh1 mənzilin satışından tam xəbəri olmuşdur və nümayəndəsi məhkəmə iclasında verdiyi ifadələrində mənzilin satışından 2015-ci ilin əvvəllərindən, (yəni 7 aylıq müddət bitdikdən sonra) xəbər tutmalarını bildirsələr də, Cavabdeh1 əvvəldən mənzilin satılması barədə Cavabdeh2 ilə razılığı olmuş, onlar bu barədə aralarında məsləhətləşmişlər, etibarnamə məhz evin satışı ilə bağlı verilmidir. Cavabdeh1 evin satılmasından 2015-ci ildə xəbər tutmuş olmuşdursa, 9 il ərzində bu halı mübahisələndirməmişdir. Qeyd etd iyim kimi məhkəmə Cavabdeh1 öz ifadəsinə uyğun olaraq 2015-ci ildən evin satılmasını bilməsinə rəğmən bu halı mübahisələndirməməsi halına diqqət yetirməmişdir. Qarşılıqlı iddiaçı iddiasının əsasını təşkil edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddiaçının etibarnaməni oxumamışam, notarius tərəfindən mənə mahiyyəti izah edilməmişdir dəlilini də araşdırmamışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4492/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Fuad Talışınski) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2024 nömrəli, 8 may 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı C avabdeh1 qarşı mənzildən çıxarılma tələbinin təmin edilməsi, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilindən çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayanan məhkəmə kollegiyası ilkin və qarşılıqlı iddia tələblərinin əsası ilə bağlı qeyd etmişddir ki, İddiaçı iddiasına görə Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə onun qanuni əsaslarla mülkiyyətinə keçirdiyi mənzildən çıxmamış, onun mülkiyyət hüququnu pozaraq mənzili tərk etməmişdir. Bu səbəblə cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən evin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsini tələb edən ilk idd iaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət haqqındakı müddəalarına və bilavasitə 152.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh1 isə qarşılıqlı iddiasını belə əsaslandırmışdır ki, onun Cavabdeh2la birgə nikah dövründə əldə etdikləri mənzilin satılmasından məlumatı olmamış, mənzilin satılmasına dair birbaşa (alqı-satqı prosesində iştirak etməklə) razılıq verməmişdir, mənzilin alqısatqısı üzrə iradə ifadəsi mövcud olmadığından, mənzilə dair müqavilə əhəmiyyətsiz əqd olmaqla hüquqi nəticə yarada bilməz. Bu səbəbdən də, həmin alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edən Cavabdeh1 qarşılıqlı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə istinad etmişdir.

21. İş materiallarında da göründüyü kimi, İddiaçı iddiası onun qanunvericiliklə qorunan mülkiyyət hüquqlarının müdafiəsindən irəli gəlir. Cavabdehlərin iddiaçıya məxsus evdə yaşamaları iddiaçının həmin ev üzərindəki mülkiyyət hüququnu həyata keçirməsinə mane olur.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilə dair bağlanmış 9 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə satıcı qismində çıxış edən ilkin iddia üzrə cavabdehin həyat yoldaşı olan Cavabdeh2 mübahisəli əmlakın özgəninkiləşdirilməsinin qanunvericiliyin tələblərinə uyğun olmasını təsdiq etmişdir. Hazırkı mülki iş üzrə mübahisələndirilən məqam Cavabdeh2 və Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri əmlakın özgəninkiləşdirilməsi zamanı Cavabdeh1 daşınmaz əmlakın özgəninkiləşdirməsinə razılığının olmaması ilə bağlı olmuşdur. Razılığın olun-olmamasının aydı nlaşdırılması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri 28 saylı Notariat Kontorunda təsdiq edilmiş 7 iyun 2014-cü il tarixli etibarnamə ilə Cavabdeh1 bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməklə bağlı bütün hərəkətləri (o cümlədən almaq, satmaq, bağışlamaq və s. haqqında əqdləri bağlamaq) etməyə dair Cavabdeh2 1 il 1 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixədək səlahiyyətlər vermişdir. Cavabdeh1 etibarnamənin onun bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməklə bağlı bütün hərəkətləri (o cümlədən almaq, satmaq, bağışlamaq və s. haqqında əqdləri bağlamaq) etməyə dair verilməsinin övladlarının təhsili ilə bağlı olduğunu qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Həmçinin, valideynlər uşaqlarının tə rbiyəsi, sağlamlığı, psixi, fiziki, mənəvi inkişafına və təhsil sahəsində vəzifələri həyata keçirərkən bərabər hüquqlara malikdirlər və onlar tərəfindən uşaqların maraqlarına uyğun hər hansı vəzifələri icra edərkən birinin digərinə etibarnamə əsasında səlahiyyət verilməsi qanunda nəzərdə tutulmamışdır.

23. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, Cavabdeh1 2018-ci ildə kommunal xidmətlərin İddiaçı adına rəsmiləşdirilməsindən sonra mənzil mülkiyyətçisi kimi sonuncunun olduğunu bildirmişdir. Belə olan halda kollegiya hesab etmişdir ki, Cavabdeh1 Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti də ötürmüş olur ki, bu da qarşılıqlı iddia tələbinin təmin edilməməsi üçün əsas hesab edilməlidir.

24. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 8.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4, 178.1, 203.1, 354.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 tərəfindən mənzilin satılmasına dair etibarnamə verilmiş və həmin etibarn amədə bütün səlahiyyətlər öz əksini tapmışdır. Ailə Məcəlləsinin 56, 58-ci maddələrinin tələblərinə əsasən valideynlərin uşaqlar üzərində bərabər hüquqları mövcud olduğudan, uşaqların təhsil müəssisəsinə verilməsi və yaxud təhsil müəssisəsi üzrə yerdəyişmə üçün etibarnaməyə ehtiyac yoxdur. Kollegiyanın bu mövqeyi əsassızdır. Cavabdeh1 əri Cavabdeh2 etibarnaməni ondan hansı məqsədlə aldığını məhkəmənin diqqətinə çatdırmış və əlavə olaraq göstərmişdir ki, onların arasında mənzlin satılmasına dair ümumiyyətlə müzakirə aprılmadığından, etibarnamənin mənzillə bağlı verilməsi mümkün deyildir. Cavabdeh1 tərəfindən notariat qaydasında etibarnamə verilməsi, həmin etibarnamənin məhz mənzilin satılmasının təmin edilməsi üçün verilməsi, o cümlədən Ailə Məcəlləsinin 56 və 58-ci maddələrinin tələbləri b axımından etibarnamənin təhsillə bağlı məsələdə istifadəsinin istisna olunmasına dair nəticə çıxarmaq qüsurlu yanaşmadır və bu düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Həmçinin, mübahisənin obyektivhəllində xüsusi əhəmiyyət kəsb etməsinə baxmayaraq nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi Cavabdeh1 atasının şahid qismində ifadə verməsinə dair vəsatəti təmin etməmişlər.

27. Məhkəmə ilkin iddiaçının qarşılıqlı iddiaya iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini əsaslı hesab etməklə idda müddətinin ötürülməsi barədə də əsassız nəticəyə gəlmişdir. Belə ki, əgər şəxsin həqiqətən də mənzilin satılmasından xəbəri olmamışdırsa, belə olan vəziyyətdə əqdin subyekt tərkibi natamamdır və dolayısı ilə əqd əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqdə münasibətdə b ir illik iddia müddəti şamil edilə bilməz. Əhəmiyyətsiz əqdlə bağlı iddia müddətinin şərtləri mülki qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Əhəmiyyətsiz əqd mübahisələndirildikdə iddia müddəti əhəmiyyətsiz əqdə münasibətdə deyil, onun yaratdığı hüquqi nəticələrə münasibətdə tətbiq edilir. Məhkəmə isə hazırkı əqdi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən mübahisələndirilən əqd kimi qəbul edərək iddia müddətini iddiaya şamil etməklə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı X4 və Cavabdeh2 kasassiya şikayətinə ayrı-ayrılıqda etiraz ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-4492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kasasiya şikayətinin təmin edilməməsin i xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

30. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

31. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövl ət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

32. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

33. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

34. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə ə sasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur.

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

37. Maddə 178.1. daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

38. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

39. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

40. Maddə 359.1. Əqd təmsilçi vas itəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

41. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

42. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

43. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

44. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. İlkin iddiaçı bildirir ki, onun mülkiyyət hüququ cavabdeh tərəfindən pozulur. Belə ki, cavabdeh uşaqları ilə birlikdə onun iradəsinə zidd şəkildə mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, Badamdar şosesi ev 5, mənzil 22-də yaşayır və bununla da onun mülakiyyət hüquqlarına qanunsuz müdaxilə edilir.

54. Qanuna əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi s ahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (§ 35).

55. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (§ 36).

56. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qanunsuz qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.

57. Mübahis əyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, Badamdar şosesi ev 5, mənzil 22 daşınmaz əmlakın dövlət reytestrində xx.xx.2014-cü il tarixdə aparılmış qeydə əsasən ilkin İddiaçı xüsusi mülkiyyətindədir (§ 6).

58. Göründüyü kimi, ilkin iddiaçının mübahisə obyekti olan mənzil üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reystrindəki qeydə əsaslanır.

59. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (§ 29).

60. Deməli, ilkin iddianın qanuni əsasının ilk şərti məhkəmələr tərəfindən müəyyən edilmişdir.

61. Eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh1 həmin mənzildə yaşaması işin mübahisəsiz halıdır. İlkin iddiaçı bildirir ki, bununla da Cavabdeh1 mülkiyyətində olan əşyadan sərbəst istifadə etməsinə maneələr törədir.

62. Cavabdeh1 isə qarşılıqlı iddia irəli sürərək bildirir ki, İddiaçı mənzilə dair mülkiyyət qeydi əsassızdır və ona düzəliş aparılmalıdır. Qarşılıqlı iddiaçı hesab edir ki, həmin qeydin aparılmasına əsas olan, Cavabdeh2 və İddiaçı arasında bağlanmış 9 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsızdır. Çünki, mənzil nikah dövründə ərinin adına alınsa da, onların ümumi birgə mülkiyyətində olmuşdur. O isə mənzilin satılmasına razılıq verməmişdir.

63. Qanuna əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir (§ 30-32).

64. Belə olan halda, ilkin iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnu qanuni əsaslarla əldə edib-etməməsi, o cümlədən qarşılıqlı iddia üzrə cavabdehlərin bağladıqları 9 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlıl ığı işin araşdırma predmetini təşkil etmişdir.

65. Kassasiya məhkəməsi vurğulayır ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun qazanılması üçün: 1) əldə edənin adına dövlət reyestrində qeydiyyat aparılmalı; 2) müvafiq razılıq mövcud olmalı; 3) həmin əşyaya səlahiyyətli şəxs tərəfindən sərəncam verilməlidir. Bu şərtlər qanunda aşağıdakı kimi təsbit olunmuşdur.

66. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir (§ 3 3-34, 37, 44).

67. İlkin iddiaçının mənzil üzərindəki mülkiyyət qeydinin mövcudluğu işin mübahisəsiz halıdır. Razılıq isə Cavabdeh2la İddiaçı arasında bağlanmış 9 iyun 2014-cü il tarixli alqısatqı müqaviləsidir. Ümumi mülkiyyətçi Cavabdeh2 həmin müqaviləni öz imzası ilə təsdiqləmişdir. Digər ümumi mülkiyyətçi Cavabdeh1 isə buna razılığının olmadığını bildirir.

68. Bu tələbin qanuni əsası kimi Mülki Məcəllənin 225.6-cı maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir (§ 39).

69. Məhkəmələr müəyyən etmişlər ki, satıcı Cavabdeh2 alqı-satqı müqaviləsi bağlanarkən həmin etibarnamə əsasında arvadı Cavabdeh1 sözügedən mənzil in satılmasına etiraz etmədiyini yazılı ərizə ilə bəyan etmişdir. Onun bu səlahiyyəti müqavilənin bağlanmasından iki gün əvvəl Cavabdeh1 ərinin adına verdiyi etibarnaməyə əsaslanmışdır. Belə ki, Bakı şəhəri 28 saylı Notariat Kontorunda təsdiq edilmiş 7 iyun 2014-cü il tarixli, 7E-6116 reyestr nömrəli etibarnamə ilə Cavabdeh1 bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməklə bağlı bütün hərəkətləri (o cümlədən almaq, satmaq, bağışlamaq və s. haqqında əqdləri bağlamaq) etməyə dair Cavabdeh2 1 il 1 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixədək səlahiyyətlər vermişdir (§ 3).

70. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzi fələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (§ 40, 43).

71. Qarşılıqlı iddiaçı Cavabdeh1 verdiyi təmsil səlahiyyətinin mübahisəli müqavilənin bağlanmasını əhatə etmədiyini, etibarnaməni uşağın təhsili ilə bağlı verdiyini bildirsə də, məhkəmlər iş materiallarını araşdıraraq bu nəticəyə gəlmişlər ki, etibarnamədəki səlahiyyətlərin əmlaka sərəncam verilməsi barədə olduğu açıqca qeyd edilmişdir. Eyni zamanda qarşılıqlı iddiaçı həmin iradə bəyanının digər səbəblərdən etibarsız olmasını sübuta yetirə bilməmişdir.

72. Kassasiya məhkəməsi qarşılıqlı iddiaya Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddətin tətbiqinə dair apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Ona görə ki, hə min maddədəki müddətlər bəyan edilmiş iradənin zədələnməsi ilə bağlanmış əqdlərin mübahisə olunması ilə bağlıdır.

73. Cavabdeh1 isə bildirir ki, müqavilənin bağlanmasına ümumiyyətlə razılığı olmamışdır. Bu hal müvafiq razılığın verilməməsinə görə bağlanmış əqdin etibarsızlığı növünə aiddir (Mülki Məcəllə, maddə 225.6).

74. Məhkəmə tərkibi nəzərə alır ki, Cavabdeh1 özünün deməsinə görə 9 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsindən 2018-ci ildən xəbər tutmuşdur. Hazırkı iddia isə xx.xx.2024-cü ildə qaldırılmışdır. Bu hal ona dəlalət edir ki, Cavabdeh1 bildirdikləri təsdiq olunsaydı belə, o, sözügedən əqdi xəbərdar olduğu vaxtdan ağlabatan müddət ərzində mübahisələndirməmişdir. Qarşılıqlı iddiaçının istinad etdiyi etibarsızlıq halında müvafiq razılıq verilmədiyinə görə etibarsız olan əqd maraqlı şəxsə məlum olduqdan sonra ağlabatan müddətdə mübahisə olunmadıqda (bəyənildikdə) etibarlı hala gəlir.

75. Qanuna əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir (§ 41-42).

76. Bununla belə, kassasiya məhkəməsi hesab edir ki, apelyasiya məhkəməsinin qeyd edilə n nöqsanı işin nəticəsinə təsir etmədiyindən həmin hal qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir.

77. Beləliklə, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, ilkin İddiaçı mülkiyyət qeydinin əsasında dayanan müqavilə, o cümlədən mülkiyyət hüququnun ona keçməsinə dair verilmiş sərəncamlar etibarlıdır.

78. Bu hal ona dəlalət edir ki, ilkin iddiaçının adına olan qeydə düzəliş aparılması üçün hüquqi əsaslar mövcud deyil və Cavabdeh1 mənzilə dair yaratdığı maneçilik qanunsuz xarakter daşıyır.

79. Belə olan halda, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən ilkin iddianın təmin edilməsi qanuni və əsaslı olmuşdur.

80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və qarşılıqlı iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

81. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının ara şdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

83. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4492/2024 nömrəli, 9 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar