Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6541/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" KB X1rşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş məhkəmədə baxılmalı deyilsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7804/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2015-ci il tarixli 2(005)3815/2015 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin İddiaçı qarşı iddia tələbi təmin edilmiş, İddiaçı 4731,40 ABŞ dolları əsas borc, 273,55 ABŞ dolları faiz, 19,59 ABŞ dolları cərimə olmaqla, cəmi 5024,54 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması, çatışmayan 10 manat dövlət rüsumunun İddiaçı dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra, İddiaçı ümumi borc məbləğinin bir hissəsin i özü banka ödəmiş, problemli kreditlərə dair Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən "xxxx" KB ASC-dən aldığı kreditə görə ona 2428,92 manat kompensasiya məbləği ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" KB ASC-yə (bundan sonra cavabdeh və ya bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, problemli kreditlərin restrukturizasiyasına dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixdə təsdiq olunmuş qaydalarına əsasən onun kredit borc məbləğinin düzgün hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixdə təsdiq olunmuş qaydalarının 5.2.1-ci bəndində qeyd edilir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Lakin bank tərəfindən Fərmana əsasən qalıq borcu düzgün hesablanmamışdır. Belə ki, hesablanmış faiz və dəbbə pulları tam silinməmişdir. 3726,26 manat borcu qalmalı olduğu halda, ona 4313,60 manat, sonradan isə 2483,98 ABŞ dolları borc qalığı göstərilmişdir. Məhkəmə qətnaməsinə əsasən əsas borc qalığı, məhkəmə qətnaməsindən sonra ödənilmiş məbləğ, restrukturizasiya qərarından sonra hesablanmış kompensasiya və ödənilməli qalan borc qalığı haqqında hesablama aşağıdakı qaydadadır: məhkəmə qətnaməsindən sonrakı dövr ərzində 1887 manat 84 qəpik ödəniş etmişdir. Əsas borc – 8043 manat 38 qəpik; Ödənilmiş məbləğ – 1815 manat 15 qəpik; Borcun azaldılmasına yönəldilən məbləğ – 2.428 manat 92 qəpik. Qalıq borc: 8043,38 - 1815,15 - 2428,92 = 3799,31 manat. ABŞ dolları ilə müvafiq olaraq 4731 ABŞ dolları 40 sent; 1.110 ABŞ dolları 49 sent; 1.428 ABŞ dolları 72 sent. Qalıq borc: 4731,40 - 1110,49 - 1428,72 = 2192,19 ABŞ dolları (3726,72 manat). Bununla əlaqədar, Maliyyə Bazarlarına Nəzarət Palatasına və banka rəsmi müraciət etməsinə baxmayaraq, heç bir dəqiqləşmə aparılmamış və kredit borcunun dəqiq nə qədər qalması barədə düzgün cavab verilməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışd ır. Cavabdehin nümayəndəsi göstərmişdir ki, iddiaçı tərəfindən düzgün hesablama aparılmır. İddiaçının fikrincə qalıq borc məbləği düzgün hesablanmamışdır. Lakin, bank tərəfindən hər hansı yanlışlığa, hesab səhvinə yol verilməmişdir və iddiaçının qalıq borcu 24.12.2019-cu il tarixdə verilmiş maliyyə arayışında qeyd olunan həddədir. Məhkəməyə təqdim edilmiş 24 dekabr 2019-cu il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, iddiaçının banka 16 mart 2020-ci il tarixinə 2483,98 ABŞ dolları məbləğində borcu qalmışdır. Qeyd olunan məbləğ əsas kredit borcu üzrə qalan borcdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) 16 yanvar 2020-ci il tarixli, 2(006)-1203/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ban k tərəfindən ödənişlərin və nəticə etibarı ilə qalıq borcunun düzgün hesablanmadığını iddia etməklə, borc qalığının düzgün hesablanması barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddiasının əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan göründüyü kimi, iddiaçının özünün etdiyi ödənişlər və kompensasiya məbləğinin ödənilməsi ilə bağlı bütün əməliyyatlar, hesablanmış borc məbləğləri və qalıq barədə məlumatlar müfəssəl şəkildə əks olunmuşdur. Məhkəmə öz mövqeyini, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiy asının (hakimlər: Rafael Eyvazov-sədrlik edən və məruzəçi, və Ziya Şirinov və Fuad Talışinski) 2(103)-3210/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanına əsasən faizlərin və dəbbə pulunun tam silinməli olmasını bildirsə də, işdə olan sübutlardan görünür ki, Fərmanın qəbulu vaxtı iddiaçının faiz və dəbbə borcu mövcud olmamış, müvafiq kompensasiya məbləği əsas borcun azaldılmasına yönəlmişdir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi ist inad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər: Ələsgər Əliyev -sədrlik edən və məruzəçi, və Mehparə Əhmədova və İsmayıl Xəlilov) 2(102)-2163/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericilikdə nəzər də tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Eyni zamanda borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Ona görə də bu cür iddialara baxılan zaman ilk öncə həmin iddianın məhkəmədə baxılmalı olub-olmaması məsələsi araşdırılmalıdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etməyinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və hüquqi qiymət verməmişdir. Ona görə də işə təkrara baxan apelyasiya instansiyası məhkəməsi hazıkı iddianın məhkəmədə baxılmalı olub- olmamasını araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. Bundan başqa qeyd edilməlidir ki, əgər araşdırma nəticəsində hazırkı iddianın məhkəmədə baxılmalı olması müəyyənləşdirilərsə bu zaman müvafiq bor cun düzgün müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli və verilmiş ekspert rəyi iş üzrə digər sübutlarla birgə qiymətləndirilərək müvafiq qərar qəbul edilməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Xəyal Sarıyev) 19 avqust 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 16.01.2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzr ə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə kassasiya məhkəməsinin qərarında ifadə edilmiş hüquqi mövqeyi və göstərişləri nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1 -ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin müstəqil iddia kimi iddia icraatı qaydasında baxılmasının qeyri-mümkün oldu ğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, iş üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın məzmunundan aydın olur ki, onun tələbi borcun dəqiqləşdirilməsi yox, Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının Qaydalarına əsasən hesablama zamanı kredit borcunun düzgün müəyyən edilməməs idir. Yəni o, güvvədə olan məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş məbləğdən sonra geyd edilən fərmana əsasən kredit borcunun yenidən hesablanması zamanı yol verilmiş səhvin aradan qaldırılmasını xahiş edir. Bu isə artiq qüvvədə olan məhkəmə qətnaməsinə əsasən kredit borcunun dəqiqləşdirilməsi yox, fərmana əsasən restrukturizasiya olunacaq vaxtı kecmiş əsas borcun düzqün hesablanmasıdır. Bu baxımdan onun tələbi kredit borcunun yenidən hesablanaraq dəqiqləşdirilməsindən ibarətdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclas ının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. (maddə 2.1) Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (maddə 4.1) Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (maddə 5.1) İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. (maddə 151.1) Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri i lə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən hallara apellyasiya instansiyası məhkəməsi qiymət vermiş, iddiaçının hazırki tələbinə ayrıca icraatda baxılmasını qeyri-mümkün olması qənaətinə gəlmişdir. İddiaçı kassasiya şikayətində ümumi sözlərlə maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etmiş, lakin bu qənaətə gəlməkdə məhkəmə tərəfindən hansı hüquq normasının pozulmasını və ya düzgün tətbiq edilməməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7804/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6541/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6541/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver