Məhkəmə qərarları › İş №2(102)-6543/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-6543/2020

24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6543/2020 24.11.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Aqil Əzizağa oğlu Abbasov Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1988/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadında iddiaçı Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1988/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. “Dövlət rüsumu haqqında” Qa nunun 8.4.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olundu ki, iddiaçı Ərizəçi kassasiya şikayətinə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə edilməmişdir. İddiaçı Ərizəçi Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti versə də, şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sübutu əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 408.1.3-c ü maddəsinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllə nin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq, apelyasiya instansiya məhkəməsi kassasiya şikayətini qaytarmaq əvəzinə, baxılması üçün iş materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçü n mülki işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Ərizəçi Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1988/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Tel: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az ================================================================ “ 24 ” noyabr 2020-ci il № 2(1 02)-6543/2020 Zaqatala rayonu,Mazıx kəndi X1 Zaqatala rayonu,F.Əmirov küçəsi 1ğ Vəkil1 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2 (102)-5748/20 saylı qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad 02 vərəq kassasiya şikayəti 02 vərəq Ali Məhkəməsinin hakimi Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar