Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6548/2021 26.10.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Cavabdeh2 Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1968/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayət vəkil tərəfindən tərtib olunmamış və vəkilin kassasiya mərhələsində iştirakı barədə order əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şi kayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. MPM-in 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi əlavə olunur (maddə 407.4). Həmin Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, geri qaytarılır. MPM-in 408.2-ci maddəsinə əsasən 408.1.1 və 408.1.3-408.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 67, 408.1.3, 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh2 Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1968/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-6548/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6548/2021
26.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver