Məhkəmə qərarları › İş №2(102)-655/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-655/2022

05.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-655/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh iş üzrə QƏRARİ iş № 2(102)-655/2022 (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi, sübutların qiymətləndirilməsi ) Bakı şəhəri, 05 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7682/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı pros essual hüquq varislərinin kassasiya şikayətinə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ şossesi küçəsi, ev 2 A, mənzil 12 Azərbaycan SSR Bakı Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin Mənzil sahələrinin uçotu və bölüşdürülməsi idarəsi tərəfindən 21 may 1986-cı ildə 199811 saylı order əsasında İddiaçı anası X1 verilmişdir.

2. İddiaçının atası X4 17.04.1996-cı il, anası X2 31.07.2003-cü il tarixdə vəfat edib.

3. Cavabdeh iddiaçının qardaşıdır.

4. Mübahisə cavabdehin mənzildə yaşamaması səbəbindən onun mənzildən istifadə hüququ ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsini, sonradan isə iddiasını dəqiqləşdirərək, cavabdehin qeyd edilən ünvanda istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh 1986-cı ildən ünvan 2 ünvanında yaşamır. Belə ki, cavabdeh 14 oktyabr 1997-ci ildə Rusiya Federasiyasının Moskva vilayətinin Orexovo-Zuyevo şəhərində ailə həyatı qurmuşdur və orada yaşayır.

7. Bu səbəbdən 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən cavabdeh həmin mənzilə istifadə hüquqlarını itirmişdir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 53, 60 və 89-cu maddələrinə istinad etmişdir.

9. İş üzrə dindirilmiş iki nəfər şahid iddiaçının istinad etdiyi halları təsdiq etmişlər.

10. Bakı şəhəri Suraxanı Ra yon Məhkəməsinin 2(010)-3307/2019 nömrəli, 07 avqust 2019-cu il tаrixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. (hakim Tural Məmmədov)

11. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən şahid ifadələrinə istinadən müəyyən edib ki, mübahisəli mənzil iddiaçının anasına 1986-cı ildə yaşayış sahəsi kimi verilmiş, iddiaçının anası həmin sahədə həyat yoldaşı, qızı – İddiaçı və oğlu – Cavabdehla icarədar kimi məskunlaşmışdır. İddiaçının atası və anası vəfat etmiş, qardaşı olan cavabdeh həmin mənzildə qeydiyyatda olsa da, işin hallarına və şahid ifadələrinə əsasən orada yaşamamışdır, yaşamışdırsa da, uzun müddət əvvəl, doxsanıncı illərdə həmin yaşayış sahəsini tərk etmişdir.

12. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə istinad edərək hesab edib ki, mübahisəli mənzillə bağlı münasibətlər 1986-cı ildən yarandığı, başqa sözlə, mübahisəli mənzillə bağlı, tərəflər arasında yaranan və sona çatan münasibətlər 2009-cu ilədək baş verdiyi üçün hazırkı mübahisəyə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.

13. Birinci instansiya məhkəməsi qeyd edib ki, həmin Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Belə olan halda Cavabdeh qeyd edilən mənzilə istifadə hüquqlarının saxlanılması üçün əsaslar yoxdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 61-ci, Mülki Prosessual Məcəl lənin 14.2, 77.1 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh 14 iyun 20121-ci il tarixdə apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.

16. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh xx.xx.1973-cü ildə anadan olmuşdur. Belə olan halda 1986-cı ildə onun 13 yaşı var idi. Həmin zaman o, məktəbdə 6-cı sinifdə oxuyurdu və valideynindən ayrılaraq, başqa ünvanda yaşaya bilməzdi; - cavabdeh 1997-ci ildə Rusiya Federasiyasına getmiş, 2 ildən sonra qayıtmışdır. 2016-cı ildən 2021-ci ilədək cinayət törətdiyinə görə, cəzaçəkmə müəssisəsində olmuşdur; - birinci instansiya məhkəməsi bu hallara qiymət verməmişdir.

17. İddiaçı vəfat etdiyinə görə apellyasiya instansiyası iddiaçının əri Əlibəyov Roman Ali ullyaeviçi, övladları – X3 və Əlibəyov Tofik Roman oğlunun prosessual hüquq varisi kimi işə cəlb etmişdir.

18. İddiaçının prosessual hüquq varisi əri xxx apellyasiya şikayətinə etiraz olaraq göstərib ki, cavabdeh 1986-cı ildən mübahisədə adı keçən mnəzildə deyil, nənəsinin yanında yaşayıb, mənzilə gəlməyib, mənzildə formal qeydiyyatda olub.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7682/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2019-ci il tarixli, 2(010)-3307/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Fuad Babayev)

20. Apellyasiya instansiyası birin ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, cavabdehin mübahisə predmeti olan ünvan 1 ünvanından daimi əsaslarla köçməsi iş materialları ilə öz təsdiqini tapmadığı üçün 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarına və “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 16 oktyabr 1992-ci il tarixli 2 №-li Qərarına əsasən iddia rədd edilməlidir. a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçının prosessual hüquq varisləri (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilib, yeni qərar çıxarılması və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.

22. Kassasiya şikayətinin dəlilləri: - Mülki Prosessual Məcəllənin 8.1 və 9-cu maddələrinin tələbləri pozulmuş, məhkəmə həmin maddələri əsassız yerə, yalnız cavabdehin izahatı əsasında cavabdehin xeyrinə təfsir və tətbiq etmişdir; - qanunvericiliyə görə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, cavabdehin konkret sübut təqdim edə bilmədiyi iş üzrə apellyasiya məhkəməsi cavabdbehin şikayətini təmin etmişdir; - məhkəmə qətnaməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırılmayıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdı r. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (1982) Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87.İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı” Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik akt larında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apell yasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Hazırkı kassasiya şikayətində iddiaç ının prosessual hüquq varisləri apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.

28. Belə ki, apellyasiya instansiyası iddianı rədd edərkən cavabdehin mübahisə predmeti olan ünvan 1 ünvanından daimi əsaslarla köçməsi iş materialları ilə öz təsdiqini tapmamasına istinad etmişdir. Məhkəmə kollegiyası bununla razılaşmır. Çünki apellyasiya məhkəməsi bu nəticəyə gələrkən yalnız cavabdehi n etirazının dəlilinə istinad etmiş, onun bu etirazının əsası kimi istinad etdiyi hallara dair hansı sübutu tədqiq etməsini qətnamədə göstərməmiş, iddiaçının istinad etdiyi sübutlara isə, ümumiyyətlə, qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsi isə tələb edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

29. İddiaçı cavabdehin mənzildə yaşamamasını, onun 1997-ci ildə Moskva şəhərində nikaha girərək, orada da yaşamasını demiş, bununla bağlı iş materiallarına cavabdehin nikah haqqında şəhadətnaməsini əlavə etmiş və məhkəməyə istinad etdiyi halları təsdiq edən şahidlər gətirmişdir. Cavabdeh özü də apellyasiya şikayətində 1997-ci ildə Rusiya Federasiyasına getməsini etiraf etmiş, eləcə də iddiaya etiraz olaraq RF-də 2 ilə yaxın yaşamasını, 2016-cı ildə həbsə alınmasını, həbsdən 11 may 2021-ci ildə azad edilməsini göstərmişdir.

30. Apellyasiya məhkəməsi cavabdehin etirazının əsası kimi istinad etdiyi dəlillərlə bağlı heç bir araşdırma aparmamış, cavabdehin RF-də neçə il yaşamasını, 2016-cı ildə həbs edilənədək harada yaşamasını, ümumiyyətlə, qeydiyyatda olduğu mənzildə yaşayıbyaşamamasını, yaşamayıbsa, bunun səbəblərini və bu illər ərzində mənzildən istifadə etmək üçün hər hansı cəhd edib-etməməsini, edibsə, bunu hansı formada etməsini, etməyibsə, bunun səbəblərini, cavabdehin mübahisədə adı keçən m ənzillə bağlı hər hansı əlaqəsinin mövcudluğu və mübahisənin düzgün həlli ilə bağlı sair halları yoxlamamışdır. Hətta məhkəmə iclas protokolundan görünür ki, cavabdeh yalnız apellyasiya şikayətini müdafiə etdiyini göstərmiş, cavabdehə etirazının əsası kimi istinad etdiyi hallarla bağlı ən azı bir sual belə verilməmişdir. (i.v.98)

31. Başqa sözlə, apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətində iddiaya etirazını, bu etirazı təsdiq edəcək sübutlar kontekstində qiymətləndirmədən iddianı rədd etməklə əsaslı nəticəyə gəlməmişdir.

32. Halbuki qeyd edilən halların araşdırılması Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin tələbi baxımından iddianın əsaslı olaraq təmin və ya rədd edilməsi üçün mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarına görə də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalı olan hal Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsasların (şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi) müəyyən edilib-edilməməsidir.

33. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin l əğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, şərh edilən halları prosessual qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı prosessual hüquq varisləri Əlibəyov Roman Aliullyaeviç, X3 və xxxx kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7682/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qay

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar