Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-655/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1895/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı (bundan sonra-iddiaçı) və Cavabdeh (bundan sonra-cavabdeh) 2001-ci ildə faktiki nikah münasibətlərinə daxil olmuş, bu münasibətdən övladları-15 iyun 2002-ci il təvəllüdlü X2, 12 dekabr 2003-cü il təvəllüdlü X1 və 29 noyabr 2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH Seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci ildə iddiaçının adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində yerləşən özba şına tikili olan fərdi yaşayış evini isə tərəflərin faktiki ər-arvad münasibətlərində olduğu dövrdə tikilmişdir.
4. Tərəflər üç övladları ilə birgə həmin mübahisə predmeti olan fərdi yaşayış evində birgə yaşamış, birgə təsərrüfat idarə etmiş, sonradan münasibətləri korlandığı üçün iddiaçı könüllü olaraq fərdi yaşayış evini tərk etmiş, cavabdeh isə böyük qızı ilə mübahisə predmeti olan evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində evi olmuşdur. O, həmin evi satıb Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsini almış, fərdi yaşayış evini tikmişdir. Cavabdehin onun evinə dair heç bir hüququ yoxdur. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin tərəflərin arasında heç bir ər-arvad münasibəti yoxdur. Bu səbəbdən hesab edir ki, cavabdeh ona məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliy i həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci inst ansiya məhkəməsi) 2(012)-1817/2022 nömrəli iş üzrə 2 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, özbaşına tikili olan fərdi yaşayış evini tərəflərin faktiki ər-arvad münasibətlərində olduğu dövrdə tikilərkən hər iki tərəf yaşayış yerinə malik olmağı arzulamış və bu işin faktiki halları ilə təsdiqini tapır. Ona görə də məhkəmə yuxarıda qeyd olunan bütün faktiki hallara istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən hüquqdan sui-istifadə edilməsi nəticəsində cavabdehin hüquqlarının pozulması ilə nəticələnməməlidir.
9. Həmçinin məhkəmə hesab etmişdir ki, hazırkı halda Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə iddiaçının hüquqdan sui-istifadə etməsi cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
10. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 25.1, 25.3, 43.1, Ailə Məcəlləsinin 56.1, 59.1, 60.1, 60.2, Mülki Məcəllənin 164.1, 164.2, 560.3.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH Seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci ildə iddiaçının adına qeydiyyata alınmışdır. Göründüyü kimi torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır və o həmin torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi tikmişdir. Cavabdehlə iddiaçı arasında rəsmi nikah yoxdur və cavabdeh heç bir əsas olmada n həmin mənzildə yaşayır. Cavabdeh iddia edir ki, evin tikilməsinə o, pul vəsaiti qoymuşdur. Cavabdeh mənzilin tikintisi üçün pul vəsaiti qoyması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə onun dediklərini əsas götürmüşdür. Halbuki MPM-nin 77-ci maddəsinin tələbinə görə cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Lakin cavabdeh məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə həmin torpaq sahəsini iddiaçının vəsaiti hesabına aldığını etiraf etmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh evin tikilməsi üçün heç bir vəsait qoymamışdır. Bütün vəsaitləri iddiaçı ödəmiş və evi tikmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, hazırkı vəziyyətdə mübahisə predmeti olan evə dair mülkiyyət hüquqları qeydə alınmış olmasa da, həmin əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqlar onun adına qeydə alınmışdır. Fərdi yaşayış evi iddiaçının istifadə və sahibliyindədir. Mülki Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırkı halda iddiaçı həmin evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə” malikdir. Bu isə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İddiaçı və cavabdeh arasında olan münasibətlərə bu konteksdən yanaşma Avropa Məhkəməsinin presidentlərində formalaşan hüquqi mövqeyə uyğundur və qeyd olunan xüsusatlar mövcud m übahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Qeyd olunanlara əsasən, mübahisəyə oxşar, yəni, mülkiyyətçi ilə yaranan münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq olunmalıdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1895/2022 nömrəli iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Zahid Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası işin faktiki hallarına və tətbiq olunan maddi hüquq normalarına əsasən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmişdir.
15. Apellyasiy a şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin dəlili ilə bağlı iddiaçı Mülki Məcəllənin 180.3-cü maddəsinə istinad edir. Həmin maddənin tələbləri baxımından iddiaçının ona məxsus torpaq sahəsindəki özbaşına tikilmiş evə gözlənilən mülkiyyət hüququ olsa da, cavabdehin də qanunun analogiyası qaydasında Mülki Məcəllənin 11.1 və 157.7-ci maddəsinə əsasən özünün digər yaşayış sahəsi ilə təmin edilməsi üçün həmin tikiliyə çəkilmiş xərclərin özünə aid hissəsinin geri qaytarılmasını tələb etmək hüququ vardır. Belə ki, tərəflər rəsmi nikah münasibətlərində olmasalar da, onların övladları olan üç uşaqları ilə bir yerdə yaşamaq məqsədi ilə birgə razılıq əsasında həmin evi tikmişlər. Buna görə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən evin tikilməsinə çəkilmiş xərclərin ödənilməsi şərti ilə cavabdehin Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasını tələb edə bilər.
16. Məhz yuxarıda qeyd olunan işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 560.3.4-cü maddəsinə düzgün istinad edərək göstərmişdir ki, iddiaçı digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi məqsədi ilə hazırkı iddianı qaldırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, fərdi yaşayış evi tərəflərin birgə təsərrüfatı hesabına tikilmişdir. Məhkəmənin bu yanaşması tamamilə əsassızdır. Məhkəmə belə nəticəyə gəlməklə iddiaçının mülkiyyət hüququna əsassız olaraq müdaxilə etmişdir.
19. Cavabdeh qeyd etmişdir ki, guya fərdi ev onun tərəfindən tikilib. Lakin bu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh spirtli içki düşkünü olan, hətta bəlkə də xroniki xəstəliyi olan bir şəxsdir. Onun hazırda iddiaçıya kifayət qədər aliment borcu var. Belə olan halda məhkəmənin bu cür yanaşması tamamilə əsassızdır. Cavabdeh iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir.
20. İşin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 560.3.4cü maddəsinə düz gün istinad edərək göstərmişdir ki, iddiaçı digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi məqsədi ilə hazırkı iddianı qaldırmışdır. Məhkəmənin bu mövqeyi tamamilə qanunsuz, əsassız və məntiqsizdir. Məhkəmənin məntiqi ilə (iddiaçı cavabdeh tərəfindən evin tikilməsinə çəkilmiş xərclərin ödənilməsi şərti ilə Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, 0,025 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasını tələb edə bilər.) yanaşsaq belə çıxır ki, evin tikilməsi üçün pul vəsaiti qoymayan cavabdehin evin tikilməsinə pul qoymasını biz etiraf etməliyik və ona pul vəsaiti təklif etməliyik. İddia tələbində, apellyasiya və kassasiya şikayətində qeyd edilmişdir ki, əgər iddiaçı hesab edirsə ki, evin tikintisi üçün pul vəsaiti qoyub o zaman o, iddiaçıya qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etsin. Bu onun hüququdur. Hazırkı vəziyyətdə bu əsasla iddiaçının hüququ pozula bilməz!!! b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:
22. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, o na mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
25. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
26. Maddə 560.1. Mülki hüquqlar hüquqa u yğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
27. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
28. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Mülki Prosessual Məcəllə:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Hazırkı işdə məhkəmələr cavabdehin yaşadığı tikilinin iddiaçıya məxsus torpaq sahəsində faktiki ailə münasibətləri dövründə və sonuncunun razılığı ilə inşa edildiyini müəyyən etmiş, həmin tikiliyə çəkilmiş xərcin yarı dəyərinin cavabdehə ödənilmədən onun tikilidən çıxarılması barədə tələbi hüquqdan sui-istifadə saymışlar.
40. Kollegiya işə mahiyyəti üzrə baxan məhkəmələrin qənaəti ilə razılaşaraq qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
41. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır (§ 23). Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.
42. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir (§ 22-23, 26-28).
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm alıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1895/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.