Məhkəmə qərarları › İş №2(102)-655/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-655/2024

21.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-655/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, X1 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinin tərkib hissəsindən istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, X1 və X2 qarşı “istifadə hüququnun tanınması və evə köçürmə” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1474/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X6, X3 və X7 ilə Cavabdeh3 Vahəddin oğlu arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Abasovlar ailəsi JN 2287 nömrəli şəhadətnaməyə əsasən onlara məxsus olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 4 sot torpaq sahəsini Cavabdeh3 Vahəddin oğluna satmışdır.

2. Cavabdeh3 ilə İddiaçı arasında 26 dekabr 2014-cü il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan 30 oktyabr 2015-ci il tarixdə X9 doğulmuşdur.

3. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1421/2020 nömrəli iş üzrə 16 noyabr 2020- ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İdd iaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ilə birgə yaşadığı Xaçmaz rayonu Armudpadar kəndində yerləşən evdən istifadə hüququnu müəyyən etməklə onun və azyaşlı övladının 18 yaşı tamam olanadək həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə rəsmi olaraq ailə qurmuşdur. Hazırda ayrı yaşayır. Nikaha daxil olduğu gündən Cavabdeh3 ilə birgə təsərrüfatı olan Armudpadar kəndinə gəlin köçmüşdür. Cehiz əmlakları gəlin köçdüyü evdədir. Özü də hazırda həmin evdə qeydiyyatdadır. Birgə nikah dövründə 1 övladı anadan olmuşdur. Cavabdehlər uşağı ilə birlikdə onu evdən çıxarmış və o dəfələr evə qayıtmaq istəsə də onu evə buraxmamışlar. Valideynlərinə məxsus ev da rısqal olduğundan orada yaşaya bilmir. Ona görə də kirayədə yaşamaq məcburiyyətində qalmışdır

6. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan ev Cavabdeh3 məxsus torpaq sahəsində tikilib və evin əsas hissəsi 2014-cü ildə tikilib başa çatmışdır. Özü isə o evə 2014-cü ildə gəlin köçmüşdür.

7. Məhkəmə iclasında cavabdehlər iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişlər ki, mübahisə predmeti olan ev Cavabdeh3 məxsus torpaq sahəsində tikilmiş və evin əsas hissəsi 2014-cü ildə tikilib başa çatmışdır. 2014-cü ildə İddiaçı ilə Anarın toyları olmuş və iddiaçı həmin evə gəlin köçmüşdür.

8. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1551/2022 nömrəli iş üzrə xx.xx. 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddia təmin olunmamışdır.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh3 ilə nikaha daxil olduqdan sonra mübahisəli evə köçüb, orada yaşamağa başlamışdır, lakin hazırda isə həmin evdə yaşamır. Mübahisəli ev Cavabdeh3 məxsus torpaq sahəsində tikilmişdir. İddiaçı ilk dəfə 2014-cü ildə Cavabdeh3 ilə ailə həyatı quraraq Xaçmaz rayonu Armudpadar kəndində yerləşən mübahisəli evə köçmüşdür. İddiaçı mübahisəli evə ilk dəfə köçürüləndən sonra orada cavabdehlə birlikdə 2020-ci ilədək yaşamışdır.

10. Beləliklə, tərəflər arasında ailə hüquq münasibətləri 2009- cu ildən sonra yaranmışdır.

11. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan ev Cavabdeh3 məxsus torpaq sahəsində 2014-cü ilədək tikildiyindən və hazırda iddiaçı ilə Cavabdeh3 nikahlarına xitam verildiyindən iddia təmin oluna bilməz.

12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi AR Konstitusiyasının 25-ci, AR Mülki Məcəlləsinin 228.1, 228.2, 228.3, 228.4, 228.5-ci, AR Mənzil Məcəlləsinin 30.2, 30.3, 30.4, 30.5, 30.6, 30.7-ci, AR Mülki-Prosessual Məcəlləsinin 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahiəli ev 2014-cü ildə tikilib yaşayışa tam yararlı vəziyyətdə olmamış, birgə təsərrüfat apardıqları dövrdə təmir edilmişdir. Məhkəmədə verdiyi izahatında da bildirmişdir ki, həmin evdə 6 il müddətində yaşamış, evin sənədi olmadığından hər hansı bir notarial müqavilə bağlaya bilməmişdir. Mübahisəli ev qanunsuz tikilidir. Bu halda evə köçürülmə tələbi təmin edilməli idi. Eyni zamanda, işə baxan məhkəmə Cavabdeh3 bağladığı xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin həmin mübahisəli evə aid olub-olmamasını yoxlamamışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2089/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və İ.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında hazırkı mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri 26 dekabr 2014-cü il tarixdə (tərəflər arasında rəsmi nikahın bağlandığı və mübahisəli fərdi yaşayış evinə iddiaçının gəlin köçməsi tarixi) yaranmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisə həll edilərkən xx.xx.2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

17. Belə ki, hazırkı mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamaqla, Cavabdeh3 məxsus torpaq sahəsində onun valideynləri tərəfindən inşa edilmiş və ona məxsus olmuşdur. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehlə ailə qurarkən mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş və orada yaşamışdır. Başqa sözlə, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi iddiaçının həmin evə gəlin kö çməsindən əvvəl mövcud olmuş və yaşayış üçün yararlı olmuşdur.

18. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının köçmək istədiyi, Xaçmaz rayonu Armudpadar kəndində yerləşən Cavabdeh3 məxsus olan 4 sot torpaq sahəsində tikilmiş mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da Cavabdeh3 istifadəsində və sahibliyindədir. Başqa sözlə, sözügedən fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz ona məxsusdur.

19. İddiaçı köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin cavabdehlə birgə nikahda olduqları müddətdə tikilməsinə, habelə yaşayış evinin inşa edilməsində onun hər hansı maddi və sair xidmətlərinin olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçının köçürülməsini tələb etdiyi evin tikintisində onun maddi, yaxud digər formada heç bir rolu olmadığından, həmin evlə bağlı iddiaçının hər hansı iqtisadi marağından söhbət belə gedə bilməz.

20. Məhkəmə kollegiyası mövqeyini AR Mülki Məcəlləsinin 146.1, 159-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə onun ailə üzvü statusunun olma dığını qeyd etsə də, azyaşlı övladının onun himayəsində olduğunu nəzərə almamış, iddianı düzgün qiymətləndirməmiş, yalnış nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli ev 2014-cü ildə tikilib yaşayışa tam yararlı vəziyyətdə olmamış, birgə təsərrüfat apardıqları dövrdə təmir edilmişdir. Məhkəmədə də izahat verəndə qeyd etmişdir ki, həmin evdə 6 il müddətində yaşamış, evin sənədi olmadığından hər hansı bir notarial müqavilə bağlaya bilməmişdir. Mübahisəli ev qanunsuz tikilidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1666/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər Vidadi Məmmədov (məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş yenidən baxılmaq üçün həmi n məhkəməyə göndərilmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən, hazırkı mübahisəyə tətbiq edilə bilməz. Mübahisəli mənzil 2009-cu il oktyabrın 1-dən sonra inşa edildiyindən, ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvü olan iddiaçının həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

25. Həmçinin, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvl ərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinə dair əmlak hüquqlarının sahibi ilə birlikdə yaşamaq və bu hüquq sahibindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və onunla birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinə dair əmlak hüquqlarının sahibi ilə birlikdə yaşamaq və bu hüquq sahibindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

26. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üz vü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Lakin adıçəkilən normanın birbaşa tələbi bundan ibarətdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır.

27. Bu mənada, ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvü kimi yaşayış sahəsinə istifadə hüququnu itirən iddiaçı artıq Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyil və bu səbəbdən onun Mənzil Məcəlləsinin 30.2-ci maddəs i əsasında iddiaçının yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də itirilmiş olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi qətnaməsindən görünür ki, həmin məhkəmə bu qərarın 28-32-ci bəndlərində göstərilən xüsusatları araşdırmamış, Konstitusiya Məhkəməsinin Palatasının xx.xx.2015-ci il tarixli qərardadında şərh olunan hüquqi mövqeləri nəzərə almamış, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranmış mübahisələrə baxılarkən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, hər bir halda mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməli olduğunu diqqətdən qaçırmışdır. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1474/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, İddiaçı azyaşlı övladı 30 oktyabr 2015-ci il təvəllüdlü X9 ilə birlikdə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Hidayətli (Pirmuradova) Rabiyə Xanbala qızının istifadəsində olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququ 2 (iki) il müddətinə saxlanılmaqla köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

30. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyes trində qeydiyyata alınmamaqla Cavabdeh3 məxsus torpaq sahəsində yaşayış sahəsi kimi inşa edilmişdir. İddiaçı Cavabdeh3 ilə xx.xx.2014-cü il tarixdə ailə qurarkən həmin evə gəlin köçmüş və orada yaşamışdır. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X9 doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1421/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur.

31. İddiaçı tərəf məhkəməyə həmin evin cavabdehlə birgə nikahda olduqları müddətdə tikilməsinə, habelə yaşayış evinin inşa edilməsində onun hər hansı maddi və sair xidmətlərinin olmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli yaşayış sahəsi ilə bağlı hüquq münasibətlər i 2014-cü il tarixdə yarandığından hazırkı mübahisəyə 2009cu il oktyabrın 1-dən sonra qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

33. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülki yyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

34. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Lakin adıçəkilən normanın birbaşa tələbi bundan ibarətdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır.

35. Bu mənada, ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvü kimi yaşayış sahəsinə istifadə hüququnu itirən iddiaçı artıq Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyil və bu səbəbdən onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də itirilmiş olmuşdur.

36. İddiaçı mübahisəli torpaq və yaşayış sahəsinin sahibi Cavabdeh3 ailə üzvü olmuş, onunla birlikdə həmin evdə 2014-cü ildən yaşamış və ailə qanunvericiliyinə əsasən ondan özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxsdir. İddiaçının yanında qalan xx.xx.2015-ci il təvəllüdlü X9 isə onların ümumi uşaqlarıdır. İddiaçı başqa yaşayış sahəsinə malik deyildir, maddi vəziyyətinin və diqqətə layiq digər halların onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməsi isə iş materialları ilə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilməmişdir. İddiaçının köçmək istədiyi Xaçmaz rayonu Armudpadar kəndində yerləşən Cavabdeh3 məxsus olan torpaq sahəsində tikilmiş mübahisəli ev daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da Cavabdeh3 istifadəsində və sahibliyindədir. Başqa sözlə, sözügedən fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz ona məxsusdur.

37. Sadalanan xüsusatlara və qeyd olunan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh3 keçmiş ailə üzvü olan İddiaçı yetkinlik yaşına çatmayan övladı xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə mübahisəli Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən evə istifadə hüququ müəyyən müddətə saxlanılmaqla köçürülməlidir.

38. Məhkəmə kollegiyası mübahisə tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə həmin müddətin 2 il həddində müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir.

39. Məhkəmə kollegiyası mövqeyini AR Mülki Məcəlləsinin 27.2, 152, 157.2- ci, AR Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsini 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilərək və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun evə istifadə hüququnu tanımaqla evə köçürsə də, müddəti iki il təmin etməklə düzgün nəticəyə gəlməmiş, müddəti əsassız olaraq aşağı həddə təyin etmişdir.

42. Həmçinin, qətnamədə göstərilir ki, cavabdeh torpağa mülkiyyət hüququna dair sən ədin etibarsız hesab edilməsi üçün müvafiq məhkəməyə müraciət etmişdir. Belə olan halda, apellyasiya instansiya məhkəməsinin icraatın dayandırmalı idi.

43. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiyası

45. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

46. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayıl ır.

47. Maddə

152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

48. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

49. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

50. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmi n yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, b u pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

65. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “19” “sentyabr” “2023”cü il tarixli 2(105)-1474/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar