Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6556/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh AR Təhsil Nazirliyi 8 saylı X1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6556/21 (Açar sözlər: işə bərpa) Bakı şəhəri, 28 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Təhsil Nazirliyi 8 saylı X1rşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1865/2021 nömrəli, 09.06.2021-ci il t arixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 02.02.2016-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi 8 saylı Ərazi X2 mühasib vəzifəsinə təyin edilmiş, onun mühasib işləməsi müddəti 30 dekabr 2017-ci il tarixdən 30 iyun 2018-ci il tarixədək, sonra isə 30 iyun 2018-ci il tarixdən 30 dekabr 2018-ci il tarixədək uzadılmışdır. Sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən 12.04.2019-cu il tarixdən ləğv edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli, 2(043)2281/2019 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 say lı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 12.04.2019-cu il tarixli 019/1 nömrəli əmri ləğv edilmiş, məcburi iş buraxma dövrü üçün əmək haqqı hesablanıb verilməklə İddiaçı əvvəlki işinə bərpa olunması qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.10.2019-cu il tarixli 2(104)-3974/2019 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli 2(043)-2281/2019 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.07.2020-ci il tarixli 2(102)-2223/2020 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.10.2019-cu il tarixli 2(104)3974/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 07.09.2020-ci il tarixli, k-111 nömrəli əmri ilə İddiaçı əvvəlki mühasib vəzifəsinə bərpa edilərək 12 aprel 2019-cu il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi əmr edilmişdir.
4. Mülki işin materiallarında olan arayışdan müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən İddiaçı əvvəlki mühasib vəzifəsinə bərpa edilərək 12 aprel 2019-cu il tarixdən başlamaqla 2020-ci ilin sentyabr ayınadək olan dövr üçün məcburi iş buraxmaya görə, cəmi 5690 (beş min altı yüz doxsan) manat əmək haqqı ödənilmişdir. 5. 10.09.2020-ci il tarixli, k-117 nömrəli əmrdən görünür ki, İddiaçı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinin 2-ci hissəsinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz hesab edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən müddətli əmək müqaviləsinə xitam verilməsi barədə 10.09.2020-ci il tarixli k-117 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün ona əmək haqqı hesablanıb ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında 07.09.2020-ci il tarixdə cavabdeh Mərkəzdə işə bərpa edilsə də, on a məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməmiş, 10.09.2020-ci il tarixdə üzrlü səbəb olmadan AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(043)272/2021 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd edilmişdir.
9. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti qurtardığı üçün işəgötürən tərəfindən müqaviləyə xitam verilmişdir. İddiaçının müqaviləyə xitam verilərkən qanunun normasının düzgün tətbiq olunmaması ilə bağlı məhkəmə razılaşmayaraq qeyd etmişdir ki, əmrin məzmununda müqaviləyə xitam verilməsinin səbəbi müddətin bitməsi ilə bağlı qeyd olunduğu üçün iddiaçını n göstərdiyi əsaslar müqavilənin ləğvi üçün əsas ola bilməz.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 73, 83-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 23 dekabr 1993-cü il tarixli, 5 Nömrəli Qərarına istinad etmişdir.
11. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər- Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) 09.06.2021-ci il tarixli, 2(104)-1865/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 2(043)-272/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən düzgün hüquqi qiymət verilməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə çıxarılmışdır.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericiliyin normalarını təkrarlamaqla, öz mövqeyini əsaslandırmışdır.
15. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və kass asiya şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.
20. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
21. Maddə. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Mü ddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
22. Maddə. 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
23. Maddə. 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi i şə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
24. Maddə. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. Kassasiya şikayətinin dəlilləri iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə eyniyyət təşkil edir ki, həmin hallara aşağı instansiya məhkəmələri tərəfindən ətraflı araşdırma aparılmaqla qiymət verilmişdir.
31. İşin mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçı işə bərpa olunmuş, ona məcburi iş buraxma dövrü üçün cəmi 5690 manat əmək haqqı hesablanmaqla ödənilmişdir.
32. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçıyla bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq xit am verilmişdir.
33. Belə olan halda, iddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər formal mülahizələr olmaqla, əsassızdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1865/2021 nömrəli, 09.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova