Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-656/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyətinə qaşı ilk, iddiaçı Cavabdeh1 İddiaçınə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüququna müdaxilənin qadağan edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, X19 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyətinə qarşı mənzildən çıxarılma tələbinə dair ilk, iddiaçı Cavabd eh1 İddiaçınə qarşı mülkiyyət hüququna müdaxilənin qadağan edilməsi tələbi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)28/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi, ev 6 X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 243 saylı reye str kitabının 22596 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç küçəsi, ev 8, mənzil 1 Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1252 saylı reyestr kitabının 114012 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın təsdiq olunmuş surətinə əs asən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç küçəsi, ev 10 Cavabdeh3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 168 saylı reyestr kitabının 15399 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
4. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 280 saylı sərəncamına əsasən “Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1731 saylı, xx.xx.2016-cı il tarixli tikintiplanlaşdırma eskizini nəzərə alaraq, İddiaçı MMC-yə Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Ə limərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir.
5. Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Q.S.İsmayılov ilə İddiaçı MMCnin direktoru F.N.Xəlili arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikilə cək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC cavabdehlər X3 və qeyrilərinə qarşı, Nəsimi Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə “tikiləcək binada müvafiq yaşayış sahəsi ilə təmin edilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ünvan 1 ünvanında faktiki sahəsi 376,32 kv metr olan mənzilin mülkiyyətçisidir. Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X24 isə həmin ü nvanda qeydiyyatdadırlar. Cavabdeh2 ünvan 2 ünvanında faktiki sahəsi 52 kv metr olan mənzilin mülkiyyətçisidir, Cavabdeh9, X15, Cavabdeh11, Cavabdeh12, Cavabdeh10, X16, X13 həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh3 ünvan 3 ünvanında faktiki sahəsi 111,62 kv metr mənzilin mülkiyyətçisidir. Cavabdeh13, X14, X8, X7 isə həmin ünvanda qeydiyyatdadırlar. ünvan 4 ünvanlarındakı tikililər 20-ci əsrin əvvələrində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 03 noyabr 2018-ci il tarixli 280 saylı sərəncamı ilə 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən mövcud yaşayı ş və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirməsi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 20 faiz artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni, tam təmirli, abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kirayə haqlarının verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügüdən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin iş üzrə ilkin cavabdeh X4 ona edilən ədalətli təkliflərə baxmayaraq, (mülkiyyətində olan faktiki sahəsi 376,32 kv metr 20 faiz əlavə etməklə 451,58 kv metr olan əvəzinə təmirli mənzil təklif olunur), ikinci cavabdehə Cavabdeh2 (mülkiyyətində olan faktiki sahəsi 52 kv metr, 20 faiz əlavə etməklə 62,4 kv metr olan təmirli mənzil təklif olunur), üçüncü cavabdehə Cavabdeh3 (mülkiyyətində olan faktiki sahəsi 111,62 kv metr 20 faiz əlavə etməklə əvəzinə 133,94 kv metr olan təmirli mənzil təklif olunur) onlara edilən ədalətli təkliflərə baxmayaraq, qeyri-real (yalnız pul) kompensasiyaların verilməsini tələb edərək i crası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş onlarla ailənin hüquqlarının pozulması davam edir və İddiaçı MMC Nəsimi Rayon İcra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrinin ünvanlarında yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək 03 mart 2018- ci il tarixli müvafiq akt tərtib etmişlər. Tərtib edilmiş akta əsasən həmin ünvanlarda yerləşən binanın dam konstruksiyaları, eyvanlar və ağac materiallarından olan mərtəbəarası örtüklərin aşınaraq tökülməsi armaturların ciddi ko rroziyaya uğramasına səbəb olmuşdur. Mərtəbəarası örtükləri ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədirlər. Dam örtüyü istismar nəticəsində yararsız hala düşmüş, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəsələrinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafizə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcüd şəhərsalma tələblərinə cavab vermir. İddiaçı tərəfindən müvafiq akt alındıqdan sonra 41 saylı MKİS vasitəsi ilə 3-cü və 4-cü Kərpiçni küçələrinin ünvanlarında yerləşən yaşayış evlərinin mülkiyyətçiləri ilə əlaqə saxlanılıb və real vəziyyət, yəni onlara məxsus mənzillərin qəzalı vəziyyətdə olması barədə dəfələrlə məlumat verilmişdir. Lakin cavabdehlər yaşadıqları mənzillərdən çıxmaqdan imtina etməklə külli miqdarda kompensasiya tələb edir və qəzalı vəziyyətdə olan mənzillərindən çıxmayaraq, öz həyatlarını təhlükəyə atırlar. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 ünvanında mülkiyyətçi X3 (ailə üzvləri ilə birlikdə Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X24) İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 451,58 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi, 4-cü Kərpiçni kü çəsi, ev 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 (ailə üzvləri ilə birlikdə Cavabdeh9, X15, Cavabdeh11, Cavabdeh12, Cavabdeh10, X16, X13) İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 62,4 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi, 4-cü Kərpiçni küçəsi, ev 10 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 (ailə üzvləri Cavabdeh13, X14, X8, X7 ilə birlikdə) İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 133,94 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Sonradan ilkin iddia üzrə iddiaçının nümayəndəsi məhkəməyə iddia təl əbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən Cavabdeh1 qarşı ona məxsus yaşayış evinin əvəzində 500 kv metr sahəli mənzillə və aylıq 1000 manat kirayə haqqı verməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini, eyni zamanda digər cavabdehlərə qarşı isə ilkin iddia tələbinin olduğu kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Öz növbəsində, X4 İddiaçı MMC-yə qarşı “mülkiyyət hüququna müdaxilənin qadağan edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən 295 kv metr torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir, onun üzərində yerləşən ümumi sahəsi 470 kv metr olan fərdi yaşayış evi isə xüsusi mülkiyyətindədir. İddiaçının evi qəzalı vəziy yətdə deyil və 20-ci əsrin əvvəllərində də tikilməmişdir. Ev iddiaçı tərəfindən 2010-cu ildə yenidən tikilmişdir və yaşayış üçün bütün sanitar və gigiyenik, habelə müəyyən edilmiş müvafiq tikinti norma və qaydalarına tam cavab verir, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər iddiaçının evinin fotoşəkilləri deyil. İddiaçı ailə üzvləri ilə birlikdə 20 ilə yaxındır ki, həmin ünvanda yaşayır. Övladları həmin ünvanda böyüyüb boya-başa çatıblar və həmin ev iddiaçının övladlarının ata yurdudur. İddiaçı da, həyat yoldaşı da ali təhsilli mütəxəssislərdir. Hər ikisi uzun illər ərzində işləyib, min bir əziyyətlə ailə üçün ev düzəltmişlər. Bu günə qədər qazandıqlarını neçə illərdir ki, bu evin yenidən inşa edilməsinə və təmirinə vermişlər. Son bir neçə il idi ki, təmir-tikinti işlər ini bitirib sakit yaşamağa başlamışdılar. Lakin 2017-ci ilin noyabr ayından etibarən İddiaçı MMC adlı bir şirkət iddiaçının evinin də yerləşdiyi ərazidə bir çox fərdi yaşayış evlərini köçürüb həmin ərazini çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün hazırlamağa başladı. Həmin şirkətin müxtəlif nümayəndələri müxtəlif vaxtlarda onlara yaxınlaşaraq evin sökülməli olacağını bildirib onların köçürülmələri üçün söhbətlər aparmağa başladılar. Lakin həmin şəxslərin iddiaçının evinə görə təklif etdikləri müxtəlif məbləğlər evin heç yarı qiymətini də təşkil etmədiyindən, onların təkliflərinə razı olmamışlar. Evin real bazar dəyərindən aşağı məbləğdə edilən təkliflərinə razı olmadıqlarını gördükdə isə İddiaçı MMC-nin nümayəndələri onlara təzyiq göstərməyə, zorla evdən çıxarmaq üçün müxtəlif vasit ələrə əl atmağa başladılar. Belə ki, onlar əvvəlcə buna heç bir zərurət olmadığı halda, yəni yalnız onlara təzyiq göstərmək məqsədilə yolunu, qonşunun hasarını yola uçurmaqla kəsdilər. Bundan sonra gecə saatlarında, yəni 01:00-02:00 radələrində gizlicə evin hasarına bitişik olan dəmir çardağın üstünə çıxaraq çardağı və hasarı əllərində olan dəmir alətlərlə uçurmağa cəhd etdilər. Lakin, səs-küyə çıxıb mane olduqdan sonra çardaxdan və hasardan düşüb getməyə məcbur oldular. İddiaçı ailə üzvləri ilə birlikdə qorxu içində yaşayırlar. Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evini dəfələrlə qanunsuz yollarla söküb-dağıtmağa cəhdlər etmiş, lakin iddiaçının əməkdaşlarının qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə özünün və ya ailə üzvlərinindən hər dəfə birinin daimi olaraq evd ə olmağı səbəbindən bu qanunsuz niyyətlərini həyata keçirə bilməmişdir. Mülkiyyətində olan fərdi yaşayış evi yenidən inşa edilmişdir, bütün texniki norma və standartlara, habelə yaşamaq üçün zəruri olan sanitar və gigiyenik tələblərə tam cavab verir. Sadəcə, MTK iddiaçının evinin yerləşdiyi ərazidə öz biznes fəaliyyətiı zaman iddiaçıya evinin real bazar dəyərini ödəmək əvəzinə, onu məhkəmənin əli ilə “qəzalı” adlandırmaqla son nəticədə iddiaçını məhkəmə yolu ilə mülkiyyətindən zorla, qanunsuz olaraq çıxarıb, bunun da nəticəsində iddiaçıya evinin real bazar dəyərindən dəfələrlə aşağı məbləğdə pul ödəyib, qalan məbləği özününküləşdirmək istəyir. Göstərilənlərə əsasən ilk iddia tələblərinin qanunsuz hesab edilməsinə və iddiaçının ünvan 5 ünvanda qanuni istifadəsində olan 295 kv metr torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 470 kv metr olan fərdi yaşayış evi üzərindəki xüsusi mülkiyyət hüququna müdaxilə edilməsinin ilk iddiaçıya qadağan edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5652/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) ilk iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsi İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 (ailə üzvləri ilə birlikdə Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X24) İddiaçı MMC tərəfindən aylıq 1000 manat məbləğində kirayə haqqı ödənilməkl ə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 500 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə, ünvan 2, mənzil 1-in mülkiyyətçisi Cavabdeh2 (ailə üzvləri ilə birlikdə Cavabdeh9 Zülfiqar oğlu, X15, Cavabdeh11, Cavabdeh12, Cavabdeh10, X16, X13) İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 62,4 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə, ünvan 3 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 (ailə üzvləri Cavabdeh13, X14, X8, X7 ilə birlikdə) İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 133,94 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə çıxarılmaları, qarşılıqlı iddia tələblərinin rədd olunması qət etmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehlərin mülkiyyətində olan mənzillərin sökülməsi dövlət əhəmiyyətli layihə çərçivəsində həyata keçirildiyinə görə ilkin iddia üzrə cavabdehlərin həmin mənzillərdən çıxarılması ilə bağlı tələb əsaslıdır.
13. Məhkəmə onu da qeyd etmişdir ki, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Nəsimi RİH ilə İddiaçı MMC rasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən iddia tələbi mənzilin dövlət reyestrində qeydə al ınmış qanuni sahələrinə 20 faiz əlavə edilərək ilkin iddia üzrə cavabdehlərə mənzil sahələri verilməsi hissəsdə təmin edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 16.1, 560.1, 560.2 və 560.3.5.1-ci maddələrinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5652/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, sözügedən evdə yaşayır. İddiaçının qeyd etdiyi kimi ev yaşama ğa yararsız vəziyyətdə deyil, tam təmirli, kifayət qədər yaşayış üçün bütün zəruri şərait mövcuddur. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, mülkiyyət hüququnünü məhdudlaşdırılması yalnız qanunla müəyyən edilmiş hallarda və dəyəri ödənilməklə həyata keçirilə bilər. Həmçinin, mənzillərin sökülüb yerində hündürmərtəbəli binanın tikilməsi dövlət layihəsi deyildir. Mənzillərin sökülməsi İddiaçı MMC-nin biznes layihəsidir və sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Həmin ərazidə heç bir dövlət əhəmiyyətli obyektin tikintisinin aparılması da müzakirə olunmur. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən istinad etdiyi halların heç biri iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Eyni zamanda qeyd edilməsi zəruridir ki, mülkiyyətində olan mənzi lin faktiki sahəsi 140 kv metrdir. Nəzərə alınsa ki, 20 faiz daha artıq sahəsi olan mənzil verilməlidir, o zaman ona 133 kv metr deyil daha böyük sahəsi olan mənzil verilməlidir. Həmçinin, mənzilin zirzəmi sahəsi də mövcuddur ki, kompensasiya verilən zaman iddiaçı tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş və nəticədə hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hazırki işə mahiyyəti üzrə baxakən maddi və prosessual hüquq normalarının tətbiq və təfsirində yalnışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
17. Qətnamədən həmçinin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edi lməsini və ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun mülkiyyətçi kimi malik olduğu mülkiyyət hüququnun həm Konstitusiya, həm Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi, həm də mülki qanunvericiliklə qorunduğu, onun mülkiyyət hüqunun toxunulmaz olduğu barədə qətnamədə bir kəlmə belə yer verməmişdir. Belə ki, bu cür əsaslandırma yalnız o zaman və o şərtlə mümkündür ki, 1) onun mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət etsin, yəni qanuni məqsəd daşısın, 2) müdaxiləyə qarşıya qoyulan məqsədə mütənasib olsun, başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə onun əsas hüquqlarının müdaf iəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlasın; 3) müdaxilə hüquqi müəyyənlik və ya qanunilik prinsipinin tələblərinə cavab versin. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən və işin həqiqi hallarından görünür ki, qeyd edilən 3 halın heç biri mülki iş üzrə müəyyən edilməmişdir. Əksinə, mülki işdən görünür ki, onun mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət etmir. Belə ki, ilkin iddiaçının fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarətdir. İlk iddiaçının və Nəsimi rayon İcra Hakimiyyətinin istinad etdikləri Nazirlər Kabinetinin 86 saylı qərarında isə yalnız qəzalı və yaşayış üçün yararsız olan evlərin (mənzillərin) sökülərək həmin evlərin sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yerində yeni yaşayış binalarının tikilməsi nəzərə də tutulmuşdur. Mülki işə əlavə edilmiş evin fotoşəkillərdən görünür ki, onun evi 1) qəzalı vəziyyətdə deyildir, 2) yaşayış üçün yüksək səviyyədə yararlıdır, 3) tamamilə yenidən tikilmiş və təmir edilmişdir. Beləliklə, aydın olur ki, Nazirlər Kabinetinin 86 saylı qərarında onun evinin və onun evi ilə eyni vəziyyətdə olan yaşayış binalarının sökülməsi nəzərdə tutulmamışdır. Burdan isə o aydın olur ki, onun mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət etmir, yəni qanuni məqsəd daşımır. Onun evi qanuni istifadəsində olan ayrıca torpaq sahəsindən, ayrıca giriş-çıxışı olan fərdi yaşayış evidir. Onun iradəsi əleyhinə təklif olunan yeni mənzillə təmin olunması ilə bağlı təklifin dəyəri, onun evinin real bazar dəyərindən dəfələrlə aşağıdır. Hətta qəzalı evlərin sakinlərinin istifadəsi ndə olan torpaq sahələrinin həmin sakinlərinin razılığı ilə mülki qanunvericiliyə uyğun olaraq dəyəri ödənilməklə əldə edilməsi və ya əvəzləşdirilməsi Nazirlər Kabinetinin 86 saylı qərarının 1.2-ci bəndində nəzərdə tutulmuşdur. Birinc instansiya məhkəməsi isə onu qanuni istifadəsində olan torpaq sahəsindən əvəzsiz və qanunsuz olaraq məhrum etmişdir. Bu konteksdən yanaşdıqda ilk iddiaçı tərəfindən ona edilmiş təklifin ədalətsiz olduğu aşkardır. Nə qədər ki, Nazirlər Kabinetinin 86 saylı qərarında yalnız qəzalı və yaşayış üçün yararsız olan evlərin (mənzillərin) sökülərək həmin evlərin (mənzillərin) sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yerində yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur, belə bir vəziyyətdə onun xüsusi mülkiyyətində olan qəzalı olmayan və y aşayış üçün tam yararlı olan evinin birinci instansiya məhkəməsi tərəfindən Nazirlər Kabinetinin 86 saylı qərarına istinad edilərək zorla əlindən alınıb sökülməsi üçün ilk iddiaçıya verilməsi, onun isə evindən çıxarılmağının qət edilməsi hüquqi müəyyənlik və ya qanunilik prinsipinin tələblərinə, əlbəttə ki, cavab vermir. Birinci instansiya məhkəməsi sözügedən qərarı mülki mübahisəyə onunla bağlı hissədə tətbiq etməli olmadığı halda, qanunsuz və əsassız olaraq tətbiq etmişdir. Eynilə, həmin qərarın icrası ilə bağlı xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini ilə İddiaçı MMC-nin direktoru arasında bağlanmış müqavilənin müddəaları da mülki işə onunla bağlı hissədə tətbiq oluna bilməzdi. Çünki həmin müqavilədə də Nazirlər Kabinetinin qeyd edilən qərarında göstər ildiyi kimi yalnız qəzalı vəziyyətdə olan evlərin, binaların sökülməsindən bəhs olunur. Onun evinin qəzalı vəziyyətdə olmadığını artıq qeyd edilmiş və bu iş üzrə mübahisəsiz olaraq müəyyən olunmuş haldır. Birinci initansiya məhkəməsi Azərbaycan Respublikası FHN-nin Tikintidə X10 Agentliyinin 12 yanvar 2017ci il tarixli 34/00074 saylı tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş akta istinad edərək hesab etmişdir ki, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşoıv küçələrinin kəsişmələrində yerləşən yaşayış evlərinin normativ istismar müddəti bitmişdir. Birinci instansiya məhkəməsinin nəzərinə çatdırılmışdır ki, həmin akt qanunsuz və əsassızdır. Həmin aktda yazılanların onun evinə heç bir ai diyyəti yoxdur. Aktda yazılanlarla onun evinin fotoşəkilləri arasında kəskin ziddiyyət vardır. Belə olan halda birinci instansiya məhkəməsi həmin ziddiyyəti aradan qaldırmaq üçün əvvəla, yerində müayinə etməli, əgər bununla kifayətlənməzdisə, evin həqiqətən qəzalı və ya qəzalı olmayan olduğunu müəyyən etmək üçün mütləq iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etməli idi. Yalnız bundan sonra məhkəmə mübahisəli evin hansı vəziyyətdə olduğuna dair nəticə çaxara bilərdi. Lakin birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq mülki iş üzrə ekspertiza təyin etmədən, evin real vəziyyətini əks etdirən fotoşəkillərinə hər hansı hüququ qiymət vermədən, “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri tərəfindən evə yalnız kənardan və uzaqdan nəzər salmaql a tərtib edilmiş həqiqəti əks etdirməyən, saxta akta istinad edərək onun da evinin qəzalı vəziyyətdə olduğu, bu səbəbdən də sökülməli olması qənaətinə gəlmişdir ki, bu da qanunsuz və əsassız olmuşdur. Birinci instansiya məhkəməsinin özünün də müəyyən etdiyi kimi qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti birmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yeri icra hakimiyətinin hesabına həyata keçirilməlidir. Lakin nə qədər ki, onun evinin uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evi deyildir, onun köçürülmə kimi bir problemi, yerli icra hakimiyyəti orqanın da onu köşürmək kimi bir vəzifəsi yoxdur. Belə olan halda isə yerli icra hakimiyyəti orqanın hansısa şəxslə bağladığı müqavilə əsasında onun evinin sökülməsini və onun köçürülməyini hansısa şəxsə həvalə edə bilməz, bununla bağlı hər hansı müqavilə bağlaya bilməz və hər hansı şəxs də mülkiyyətçinin xəbəri, razılığı olmadan üzərinə belə bir öhdəlik götürə bilməz. Birinci instansiya məhkəməsinin onun mənafeyini nəzərə alaraq onun yeni mənzil sahəsi ilə təmin olunmağınadək İddiaçı MMC tərəfindən ona 1000 manat məbləğində kirayə haqqı ödənilməli olması ilə bağlı gəldiyi qənaət də, buna nə qədər qanuni və ədalətli don geyindirilməyə çalışılsa da, qanunsuz və əsassızdır. O, mülkiyyətçidir, evi qəzalı deyildir, yenidən tikilimiş və tam təmir olunmuşdur, uçmaq təhlükəsi yoxdur və yaşayış üçün tam yararlıdır. Belə olan halda, o, yaşayış üçün tam yararlı olan evini hansısa şirkətə, onun mülkiyyətindən məhrum olmağı hesabına gəlir əldə etməsi üçün nə səbəbd ən təhvil verib kirayədə qalmalıdır. Qarşılıqlı iddianı rədd edərkən birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi normaların heç bir hüquqi əsası yoxdur. Həmin normalar hüquqdan sui-istifadə ilə bağlı normalardır. Məhkəmə həmin maddi hüquq normalarına istinad etməklə sanki qeyd etmişdir ki, ilk iddiaçı deyil, o, qarşılıqlı iddia verməklə hüququndan sui-istifadə etmişdir. Lakin mülki işdən görünür ki, Nazirlər Kabinetinin qərarına tamamilə yanlış istinad etməklə qanunsuz və əsassız ilk iddia tələbləri ilə məhkəməyə müraciət etmiş ilk iddiaçı iddia qaldırmaq hüququndan sui-istifadə etmişdir. Sadəcə, birinci instansiya məhkəməsi ilk iddiaçının mənafeyini nəzərə alaraq, ilk iddianı qanunsuz və əsassız olaraq təmin, qarşılıqlı iddianı isə rədd etmişdir. Mülki işdən görünür ki, mülki işdə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 imzası ilə məhkəməyə ünvanlanmış və xx.xx.2018-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraz başlıqlı bir yazılı müraciət vardır. Həmin müraciətdə ilk iddia üzrə cavabdeh iddiaçının iddia tələbinin rədd edilməsini, barəsində xüsusi qərardad çıxarılmasını, evin dövlət ehtiyacları üçün deyil, tikinti şirkəti tərəfindən yerində çoxmərtəbəli binanın tikilməsi məqsədilə alınmasının nəzərə alınmasını, ev satılmalı olduqda həmin ərazidə evlərin bazar qiyməti və tikinti altında olan torpaqdan əlavə istifadəsində olan 60 kv metr torpaq sahəsi nəzərə alınmaqla evin yerində hər biri 140 kv metr olmaqla 2 ayrı-ayrı təmirsiz mənzil (ümumi sahəsi 280 kv metr olan) və ******* manat pul verilməsinin təmin olunmasını, ilk iddiaçının razılaşmadığı halda mülkiyyətçi olaraq evin satılmasını, normal yaşayışın təmin edilməsi məqsədilə təcili olaraq evin ətrafına çəkilmiş hasarın sökülməsi, həyətə avtomobilin daxil olmasının təmin edilməsi, keçilməz vəziyyətə salınmış küçənin abadlaşdırılması, dağıdılmış gül-çiçək bağçasının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini, qətnamə qəbul edilərkən iddia ərizəsinə qarşı verilmiş etirazın nəzərə alınmasını xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə mülki iş materiallarında olan həmin yazılı müraciəti və müraciətdə göstərilənləri hər hansı formada müzakirə etməmiş və hər hansı hüquqi qiymət verməmişdir.
19. Qətnamədən həmçinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 Soltan qızı birgə apellyasiya şikayə ti verərək qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X2 apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsinin xahiş etdi hissəsində onlara qarşı tələb irəli sürülmüş olduğundan, onların da həmin iddia tələbi üzrə cavabdehlər olduğu, digər tərəfdən isə iddia ərizəsində onların adlarının və poçt ünvanlarının göstərilmədiyindən, ilk iddiaçı tərəfindən iddia ərizəsinin formasına riayət edilmədiyi müəyyən olunur. Məhkəmə ilk iddia ərizəsini geri qaytarmalı olduğu halda, bunu etməmiş, sonradan da kobud prosessual pozuntuları davam etdirərək, o cümlədən onlara qarşı irəli sürülmüş tələblər üzrə mülki işə onları işdə iştirak etməyə cəlb etmədən baxmış, nəticədə onların hüquqlarının pozulması ilə qətnamə qəbul edidlmişdir. Mülki işdə olan sənədlərdən görünür ki, ünvan 5 ünvanda yerləşən 295 kv metr torpaq sahəsi mülkiyyətçi Cavabdeh1, deməli mülkiyyətinin ailə üzvləri olaraq həm də onarın qanuni istifadəsindədir. Onun üzərində yerləşən ümumi sahəsi 470 kv metr olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətində, onların da istifadəsindədir. İstinad edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, onların qanuni istifadəsində olan ünvan 5 ünvanda yerləşən 295 kv metr torpaq sahəsi yalnız dövlət ehtiyacları tələb etdikdə və yalnız qanunvericilikdə müəyyən edilmiş qaydada və müvafiq dövlət orqanı tərəfindən geri alına bilər. Lakin mübahisəs iz olaraq müəyyən edilir ki, onların da mülkiyyətçinin ailə üzvləri olaraq qanuni istifadəsində olan torpaq sahəsi dövlət ehtiyacları tələb etmədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız olaraq onlardan alınmışdır. Mülki işdə olan fotoşəkillərdən görünür ki, yaşadıqları ev qəzalı vəziyyətdə deyildir, əksinə yaşayış üçün tam yararlı olmaqla yenidən tikilmiş və əla təmir olunmuş fərdi yaşayış evidir. Bu əsasla, birinci instansiya məhkəməsinin münahisənin həllinə tətbiq etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarı ilk iddiaçı ilə onların arasında olan mübahisəyə tətbiq oluna bilməzdi. Birinci instansiya məhkəməsi sözügedən qərarı mülki mübahisəyə onunla bağlı hissədə tətbiq etməli olmadığı halda, qanunsuz və əsassız olaraq tətbiq etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinə də, artıq xüsusi mülkiyyət hüququ əldə edilmiş və çıxarış alınmışdır.
22. Məhkəmə iclasında iştirak edən Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh3 mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinə də, artıq xüsusi mülkiyyət hüququ əldə edilmiş və çıxarış alınmışdır.
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətlərini müda fiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 onun həyat yoldaşıdır. Cavabdeh1 mülkiyyətində və onların da istifadəsində olan evin yerləşdiyi torpaq sahəsinə də, artıq xüsusi mülkiyyət hüququ əldə edilmiş və çıxarış alınmışdır.
24. Məhkəmə iclsında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını (hakimlər X30 (sədrlik edən və məruzəçi), X27 və X9) 2(103)-28/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)5652/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il t arixli qətnaməsi qismən, yəni “ilkin iddia tələbinin Cavabdeh1 (ailə üzvləri Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X20) və Cavabdeh3 (ailə üzvləri Cavabdeh13, X14, X8, X6) aid hissədə təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, ilk iddia tələbi Cavabdeh1 (ailə üzvləri Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X20) və Cavabdeh3 (ailə üzvləri Cavabdeh13, X14, X8, X6) aid hissədə rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, ünvan 6 ünvanda X2 mülkiyyətində olan 295 kv metr torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 470 kv metr olan fərdi yaşayış evi üzərindəki xüsusi mülkiyyət hüququna müdaxilə edilməsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qadağan olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya məhkəməsi apellyasiya şikayəti verən cavabdehlərə münasibətdə hesab etmişdir ki, iş materiallarında olan və apellyasiya icraatı zamanı tədqiq edilmiş reyestr nömrəsi **********00-10301 olan, xx.xx.2022-ci il tarixli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarışdan” görünür ki, 368,7 kv metrlik Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi, ev 6 və həmin evin yerləşdiyi 0,029430 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Həmçinin, iş materiallarında olan və apellyasiya icraatı zamanı tədqiq edilmiş reyestr nömrəsi **********94-10301 olan, xx.xx.2022-ci il tarixli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarışdan” görünür ki, 86,5 kv metrlik Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi, ev 10 və həmin evin yerləşdiyi 0,0165 ha torpaq sahəsi Cavabdeh3 xüsusi mülkiyyətindədir. Göründüyü kimi, iddiaçının sökülməsini tələb etdiyi Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsində yerləşən 6 və 10 nömrəli evlərin yerləşdiyi torpaq sahələri müvafiq olaraq Cavabdeh1 və Cavabdeh3 xüsusi mülkiyyətində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini ilə İddiaçı MMC-nin direktoru arasında bağlanılmış müqavilənin müddəaları hazırkı iddia üzrə cavabdehlərə ümumiyyətlə tətbiq oluna bilməz.
27. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ilk iddia üzrə cavabdehlərin yaşadıqdarı Bakı şəhəri, N əsimi rayonu, 4-cü Kərpiç döngəsində yerləşən 6 və 10 nömrəli evlərin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olduğundan, hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə torpağa və evə münasibətdə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə edə bilməmişdir.
28. Cavabdehlərin iddiaçı MMC ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
29. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, ilk iddiaçının və məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin 86 saylı qərarında yalnız qəzalı və yaşayış üçün yararsız olan evlərin (mənzillərin) sökülərək həmin evlərin sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yerində yeni yaşayış binalarının tikilməsi nəzərədə tutulmuşdur. Mülki işə əlavə edilmiş fotoşəkillərdən və Azərbaycan Respublikası FHN-nin Tikintidə X10 Agentliyinin Dövlət Layihə İnstitunun “Azərdövlətsənayelayihə”-nin 14 may 2019-cu il tarixli evlərin te xniki vəziyyəti haqqında baxış aktından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsində yerləşən 6 nömrəli və Cavabdeh3 mülkiyətində olan həmin ünvanda yerləşən 10 nömrəli evlər qəzalı vəziyyətdə deyil və yaşayış üçün tam yararlıdır. Hətta Cavabdeh1 mülkiyyətində olan ev yenidən tikilmiş və təmir edilmişdir. Göründüyü kimi Cavabdeh3 və Cavabdeh1 məxsus evlər yaşayış üçün yararlı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarına istinad etməklə qeyd edilən şəxslərin yaşadığı evlərin sökülməsi və onların ailə üzvləri ilə birlikdə evdən çıxarılması üçün əsas yoxdur.
30. Məhkəmənin qənaətinə görə ilkin iddiaçı fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya şirkətidir. İlk iddiaçı tərəfindən mənfəət əldə edilməsi məqsədi ilə cavabdehlərin mülkiyyət hüququna müdaxiləsini dövlətin və cəmiyyətin maraqlarına xidmət kimi qiymətləndirilə bilməz. İddiaçı MMC tərəfindən Cavabdeh1 mülkiyyət hüququna hər hansı müdaxilə yol verilməzdir. Belə ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, mülkiyyət hüququnun müdafiəsinə dövlət təminat verir. Qeyd olunanlara əsasən Cavabdeh1 qarşılıqlı iddia tələbi əsasılıdır və təmin edilməlidir.
31. Apellyasiya instansiyası Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını 2(103)-28/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC (vəkil X23) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti iddia ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi iddia ərizəsində istifadə edilən normalara istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını 2(103)-28/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə cavabdehlər(Vəkil2) etiraz verərək kassasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Etirazlar apellyasiya şikayətlərində qeyd edilən dəlillərə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
35. Maddə 13.1 və 13.2 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
36. Maddə 29.1, 29.2, 29.3 və 29.4 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşın maz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas Konvensiyasının 1 saylı Protokolu” azadlıqlarının müdafiəsi haqqında” Avropa
37. Maddə
1. Mülkiyyətin müdafiəsi: hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaql a, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bi lər.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi nin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində İddiaçı MMC qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiril məsi üçün əsas yoxdur.
51. Kassasiya şikayəti iddia ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış və şikayətin hüquqi əsası kimi iddia ərizəsində istifadə edilən normalara istinad edilmişdir. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmşidir, Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurut görmür.
52. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdehlər Məhəbbət Xudaveyrdiyeva və Cavabdeh3 mülkiyyətlərində olan yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin özəlləşdiriliməsi, artıq torpaq sahələrinə də mülkiyyət h üququ əldə etmələri barədə sənədlər təqdim etmişdir. Belə olan halda Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 280 saylı sərəncamı ilə İddiaçı MMC-nin icarəsinə dövlət mülkiyyətində olan torpaq sahəsinin verilməsi nəzərə alındıqda həmin sərəncamın cavabdehlərə şamil olunması ümumiyyətlə istisna olunur, cavabdehlərin toopaq sahəsinə mülkiyyət hüququna xitam verilmədən ilk iddianın təmin olunması mümkün deyildir. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-28/2022 nömrəli,