Məhkəmə qərarları › İş №2(102)-6564/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6564/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6564/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər, icraata xitam verilməsi məsələsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamal oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər üzrə pul tələbinə dair mülki iş üzrə Naxçıvan Muxt ar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)133/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9964/2014 nömrəli qətnaməsi icraya yönəldilmiş və ipoteka predmeti olan “Kia Sportage” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılmışdır. Hərracın keçirilməsi ilə əlaqədar olan hərrac və icra ödənişləri iddiaçı tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 914,82 manat məbləğində icra ödənişi, 653,42 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 35,68 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir.

3. İddiaçı pul məbləğinin dəyərinin 5000 manatdan az olduğu üçün işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir.

4. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin e-2(110)-403/2022 nömrəli iş üzrə 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Mehdi Əliyev) iş üzrə icraata xitam verilmişdir.

5. Məhkəmə hesab etmişdir ki, hərrac keçirilən zaman çəkilmiş xərclərin tutulması icra məmurunun səlahiyyətinə aiddir və icra mərhələsində öz həllini tapmalıdır. Göründüyü kimi “İpoteka haqqında” və “İcra haqında” Azərbaycan Respublikasının Qanunlarına müvafiq olaraq icra ödənişlərinin icra icraatı prosesində borcludan tutulması nəzərdə tutulmuşdur. İddiaçıya təklif edilməsinə baxmayaraq icra üzrə icraata xitam verilibvərilməməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçıya izah etmişdir ki, əgər icraata xitam verilməyibsə, bu halda qeyd olunan xərclərin icra məmuru tərəfindən borcludan tutulmasını tələb etmək hüququna malikdir. İcra xərclərinin borcludan tutulmadan icraata xitam verildiyi təqdirdə isə iddiaçının icraata xitam verilməsi haqqında icra məmurunun qərarını məhkəmədə mübahisələndirmək hüququ vardır. Bu baxımdan qeyd olunan tələbə yenidən məhkəmədə baxılması yolverilməzdir.

6. Məhkəmə gəldiyi nəticəni İc ra haqqında qanunun 81.1, 41.2, İpoteka haqqında qanunun 47.2, 41., 41.5, 47.2.1, 47.2.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

7. Həmin qərardaddan narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə şikayət verərək Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(110)-403/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi Nümayəndə şikayətində göstərmişdir ki, Sumqayıt şəhər İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh məxsus «Kia Sportage» markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən, hərrac təşkilatçısı "xxxx" MMC-nin 17 yanvar 2022-ci il tarixli 636/21 saylı “Hərracın yekunla rı barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus «Kia Sportage» markalı, ağ metal rəngli, 2013-cü il buraxılışı olan 99FN-720 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 19 yanvar 2022-ci il tarixli 636/21 nömrəli hesab-fakturasında Cavabdeh məxsus avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 553,75 (beş yüz əlli üç manat yetmiş beş qəpik) manat məbləğində xidmət haqqı və 99,67 (doxsan doqquz manat altmış yeddi qəpik) manat məbləğində vergi ödənişinin (18 % ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ASC tərəfindən X1 hesabına 914,82 (doqquz yüz on dörd manat səksən iki qəpik) manat məbləğində məhkəmə ödənişi ödənilmişd ir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 653,42 (altı yüz əlli üç manat qırx iki qəpik) manat məbləğində hərracın keçirilməsi xərci və 914,82 (doqquz yüz on dörd manat səksən iki qəpik) manat məbləğində icra ödənişi borclunun əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Belə ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləc əyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə istinad edərək iş üzrə icraata xitam verməklə iddiaçının təkrar məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır, hansı ki, bu yolverilməzdir, belə ki, müxtəlif tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə; eyni tərəflər arasında, eyni predmet haqqında və başqa əsaslar üzrə mübahisəyə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsi mümkündür.

9. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin e-2(110)-403/2022 nömrəli iş üzrə 7 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Mehdi Əliyev) şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxıl ması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)133/2022 nömrəli iş üzrə 02 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Yusifəli Qurbanov (sədrlik edən və məruzəçi), Fərman Abbasov və Əhliman Xıdırov) şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanunverici icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar xərclərin ödənilməsi qaydasını müəyyən edərkən həmin xərclərin icra icraatı çərçivəsində icra məmurunun qərarı əsasında borcludan tutulm asını təsbit etmişdir. Ona görə də iddiaçının tələbində göstərdiyi icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsinə aid məsələyə mülki mühakimə icraatı qaydasında məhkəmədə deyil, icra hərəkətləri qaydasında icra icraatında baxılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9964/2014 nömrəli qətnaməsi 8 ilə yaxın müddət ərzində tam icra edilməmişdir və icra icraatına xitam verilməmişdir, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə qət edilən məbləği vaxtında banka qaytarmamaqla banka maddi ziyan vurmuş, bankın kredit məbləğini borcludan vaxtında qəbul edib onu yeni kredit müqaviləsinə əsasən başqa şəxsə verərək qanunla müəyyən edilmiş qaydada gəlir əldə edə bilmək imkanından məhrum etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutlara ümumiyyətlə qiymət verməmişdir. Həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilməli olduğu halda, tələbkar Bank tərəfindən ödənilmişdir, belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən “Başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır”.

14. İcra haqqında qanunun 81.4-cü maddəsi səhv tət biq edilib, belə ki, 81.4-cü maddə ilə 81.1-ci maddənin arasında qarşılıqlı əlaqə var. Onların ikisi birlikdə tamamlanmış normativ müddəanı ifadə edir. 81.1-ci maddədə qeyd olunub: “İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür”. Odur ki, İcra məmurunun qərarı ilə borcludan o xərclər tutulur ki, onlar xüsusi fonda köçürülməlidir. İcra sənədi üzrə icraat zamanı tələbkarın xeyrinə tutulması məsələsi icra məmurunun qərarı ilə həll edilmir. Avans istisnadır.

15. Apellyasiya instansiya məhkəməsi işdə olan sübutlara ümumiyyətlə qiymət verməmişdir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Yoxlama nəticəsində onun məz mununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi məhkəmə tərəfindən müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməs i) başa düşülür.

19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

23. Maddə 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Maddə 79.2.1. və 79.2.5. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına, icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir.

24. Maddə 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidmətinin icra məmurlarının xüsusi fonduna köçürülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsa sında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqı nda” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

31. Apellyasiya instansiya məhkəməsi MPM-in 261.0.1-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verərkən qeyd etmişdir ki, qanunverici icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar xərclərin ödənilməsi qaydasını müəyyən edərkən həmin xər clərin icra icraatı çərçivəsində icra məmurunun qərarı əsasında borcludan tutulmasını təsbit etmişdir. Ona görə də iddiaçının tələbində göstərdiyi icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsinə aid məsələyə mülki mühakimə icraatı qaydasında məhkəmədə deyil, icra hərəkətləri qaydasında icra icraatında baxılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsi barədə gəldiyi qənaət prosessual hüquq normalarının tələbllərinə uyğun olmamaqla aşağıdakılara əsasən qanuni və əsaslı sayıla bilməz.

33. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icr aya yönəldilmiş, icra tədbirləri zamanı hərracın keçirilməsi barədə icra ödənişi və borclu tərəfindən icra sənədinin könüllü icra edilməməsi nəticəsində alınması nəzərdə tutulmuş borcun 7 faiz məbləğində icra ödənişi tələbkar “Bank VTB (Azərbaycan” ASC tərəfindən ödənilmişdir.

34. Hazırkı iddia tələbinin dəlillərini də tələbkar tərəfindən ödənilmiş bu xərclərin borcludan tutularaq ona ödənilməsi təşkil edir.

35. İşə hər iki instansiya məhkəməsində baxılan zaman məhkəmələr MPM-in 261.0.1-ci maddəsinin tələbləri əsasında iş üzrə icraata xitam verilməsi barədə hüquqi nəticəyə gəlsələr də, kassasiya kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən gəlinən bu nəticə düzgün olmamışdır.

36. Məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xit am verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.

37. İş üzrə icraata xitam verilməsi hüquq və azadlıqlarının və ya qanuni mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılmasıdır.

38. Hazırki işdən isə görünür ki, tələbkar borclunun əvəzinə ödədiyi pul məbləğinin ondan geri tələb edilməs i barədə ərizə ilə müraciət edib.

39. Belə olan halda məhkəmələrin hazırki mübahisəyə ümumi məhkəmə icraatı qaydasında deyil, icra hərəkətləri qaydasında icra icraatında baxılmalı olması ilə mövqeləri işin ədalətli həlli üçün uğurlu olmamışdır.

40. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardad ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2022-ci il tarixli 2(108)-133/2022 saylı qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həm in məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar