Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6566/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Respublikası X6 “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası X6 vəkili Vəkil1 və cavabdeh Azərbaycan Respublikası X6 “Yuxarı Baş” M illi tarix-memarlıq qoruğunun nümayəndəsi X4 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1342/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun 10 sentyabr 2015-ci il tarixli, 3 nömrəli əmrindən görünür ki, İddiaçı 10 sentyabr 2015-ci il tarixdən xüsusi vəsait üzrə bağban işinə təyin edilmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ilə İddiaçı arasında 05 yanvar 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 05 yanvar 2017-ci il tarixdən Şəkixanovların evində gözətçi vəzifəsin ə təyin edilmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun 01 aprel 2019-cu il tarixli, 12 nömrəli əmrindən görünür ki, qoruğun ştat cədvəlində gözətçi ştatı ləğv edildiyindən İddiaçı 01 aprel 2019-cu il tarixdən bağban işinə keçirilmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun 03 dekabr 2019-cu il tarixli, 48/k nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası X6 X1 əməkdaşına qarşı qeyri-etik davranış göstərdiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Yusif Məmmədov tərəfindən Dövlət X2 İdarəetmə Mərkəzinə ünvanlanmış 11 mart 2020-ci il tarixli, 37 nömrəli xidməti məlumatdan görünür ki, İddiaçı ona verilən tapşırıqlara ə məl etməməkdə, vəzifə öhdəliklərinə məsuliyyətsiz və biganə yanaşmaqda, dövlət əmlakına etinasız və laqeyd davranmaqda, Qoruq rəhbərliyi, eləcə də X6 dolayısı ilə X1 müvafiq səlahiyyətli işçilərinin əleyhinə xoşagəlməz ifadələr və nalayiq sözlər işlədərək problem yaratmaqdadır. İddiaçı tutduğu qanunsuz əməlləri və davranışları haqqında Dövlət X2 İdarəetmə Mərkəzinə xidməti məlumat təqdim etmişdir. İddiaçı Qoruq rəhbərinin verdiyi tapşırıqlara əməl etməyərək turizm obyektinin şəffaf, hesabatlı işinə məhəl qoymayaraq süni maneələr törətməkdə, populist fikirlərlə çaxnaşma və ayrımcılıq yaradaraq Qoruğun düzgün işləmə tərzinə və normal xidməti fəaliyyətin aparılmasına maneə törətməkdədir. İddiaçı vəzifə öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşdığına, dövlət əmlakına təlimat və qaydalar a uyğun davranmadığına, mərkəzi icra orqanı olan X6 dolayısı ilə X1 əməkdaşları ilə qeyri-etik münasibət yaratdığına görə, Qoruğun 03 dekabr 2019-cu il tarixli, 48 nömrəli əmri ilə intizam tənbehinə cəlb edilərək töhmət verilmişdir. Lakin buna baxmayaraq İddiaçı inzibati tənbeh tədbirindən nəticə çıxarmayaraq qeyri-adekvat davranışlarını nümayiş etdirməkdə davam etməkdədir. İddiaçı intizam tənbehinə cəlb edildikdən sonra, işdən çıxarılacağı təqdirdə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini, fərdi yaşayış evi ilə yanaşı olan “Şəki xanlarının ev muzeyi”nə xəsarət yetirərək ziyan vuracağını dəfələrlə ifadə etmişdir. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Yusif Məmmədov tərəfindən Dövlət X2 İdarəetmə Mərkəzinə ünvanlanmış xasiyyətnamədən görünür ki, İddiaçı inzibati tənbe h tədbirindən nəticə çıxarmamış və qeyri-adekvat davranışlarını nümayiş etdirməkdə davam edir. 29 may 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı həmin tarixdə etik davranış qaydalarını pozmuş, rəhbər heyəti təhqir və tənqid etmiş, bu barədə izahatı istənilsə də sonuncu izahat yazmaqdan imtina etmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun 29 may 2020-ci il tarixli, 25/k nömrəli əmrindən görünür ki, Qoruğun rəhbərliyinə qarşı qeyri-etik davranış göstərdiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tərəfindən Dövlət X2 İdarəetmə Mərkəzinə ünvanlanmış 29 may 2020-ci il tarixli, 59 nömrəli xidməti məlumatdan görünür ki, həmin tarixdə baş fond mühafizəçisi Nərgiz Ağayeva ilə iş müzakirəsi zamanı qoruğun bağbanı İddiaçı icazəsiz otağına daxil olmuş, ona yüksək səs tonu ilə “sən” deyə müraciət edərək həyat yoldaşı Rumella Məmmədovanın “Şəkixanovların evi”ndə muzey baxıcısı olduğu üçün Xan sarayına işə gəlməyəcəyini, əks halda həyat yoldaşı ilə birgə gəlib oturacağını bildirmişdir. Xan sarayının muzey baxıcısı Cavanşir Muxtarlı 01 iyun 2020-ci il tarixdən əmək məzuniyyətinə buraxıldığından və Xan sarayında başqa muzey baxıcısı olmadığından “Şəkixanovların evi”ndə muzey baxıcısı vəzifəsində işləyən Rumella Məmmədovaya ehtiyac yaranmış və “Şəkixanovların evi” təmir işləri ilə əlaqədar fəaliyyət göstərmədiyindən X10 sarayında işə çağırılmışdır. İddiaçı rəhbərlik tərəfindən şiddətli töhmət verilməsinə baxmayaraq hələ də rəhbərliyi müxtəlif instansiyalara şikayət edəcəyi ilə hədələmiş, tapşırığını rədd etmiş, eyni zamanda işdən çıxarılacağı təqdirdə rəhbərliyi məhkəməyə verəcəyini dəfələrlə vurğulamışdır. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tərəfindən X7 ünvanlanmış 31 may 2020-ci il tarixli, 61 nömrəli xidməti məlumatdan görünür ki, İddiaçı Qoruq rəhbərliyi, eləcə də X6 dolayısı ilə X1 müvafiq səlahiyyətli işçilərinin əleyhinə xoşagəlməz ifadələr və nalayiq sözlər işlədərək problem yaratmaqdadır. İddiaçı Qoruq rəhbərinin verdiyi tapşırıqlara əməl etməyərək turizm obyektinin şəffaf, hesabatlı işləməsinə məhəl qoymayaraq süni maneələr törətməkdə, çaxnaşma və ayrımcılıq yaradaraq Qoruğun normal xidməti fəaliyyətin aparılmasına maneə törə tməkdədir. İddiaçı qaydalara uyğun davranmadığına, mərkəzi icra orqanı olan X6 X1 əməkdaşları ilə qeyrietik münasibət yaratdığına görə Qoruğun 03 dekabr 2019-cu il tarixli, 48 nömrəli əmri ilə intizam tənbehinə cəlb edilərək töhmət verilmişdir. Lakin buna baxmayaraq İddiaçı inzibati tənbeh tədbirindən nəticə çıxarmayaraq qeyri-adekvat davranışlarını nümayiş etdirməkdə davam etmiş və 29 may 2020-ci il tarixdə ona yenidən şiddətli töhmət verilmişdir. İddiaçı intizam tənbehinə cəlb edildikdən sonra işdən çıxarılacağı təqdirdə hüquq-mühafizə orqanlarına şikayət edəcəyini, fərdi yaşayış evi ilə yanaşı olan “Şəkixanovların ev muzeyi”nə xəsarət yetirərək ziyan vuracağını dəfələrlə ifadə etmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tərəfindən Şəki ŞRPŞ-yə ünvanlan mış 01 iyun 2020-ci il tarixli, 64 nömrəli ərizədən görünür ki, İddiaçı qoruq əməkdaşlarını təhdid etmiş və tarixi abidəyə ziyan vuracağını bildirmişdir. Odur ki, onunla bağlı müvafiq tədbir görülməsi xahiş olunmuşdur. Şəki Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 3(075)-352/2020 nömrəli qərarının surətindən görünür ki, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədovun şikayəti əsasında İddiaçı Şəki ŞRPŞ-ə çağırılmış, polis şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlətmiş, həmin vaxt orada xidmət aparan polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, buna görə də onun barəsində protokol tərtib edilmiş və məhkəmə tərəfindən İXM-nin 510 və 535.1- ci maddələri ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun 01 iyun 2020-ci il tarixli, 27/k saylı əmrindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə əsasən 01 iyun 2020-ci il tarixdən xitam verilmiş və ona axırıncı haqq-hesab ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun işdən azad edilməsi barədə əmrinin ləğv edilməsi, orada işlədiyi bağban işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xa hiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Şəkixanovların evində 2015-ci ildən bağban kimi çalışır. Həmin muzey illərlə qəzalı vəziyyətdə olmuşdur. X11 illərlə bu evə təmənnasız qulluq etmiş və həmin evə nəzarət etmişdir. Anası həmin evin qəzalı vəziyyəti ilə bağlı müxtəlif dövlət orqanlarına məlumat vermişdir. Bu muzeyin bərpasına Mehriban xanımın təşəbbüsü ilə 2011-ci ildə başlanmış və 2013-cü ildə bərpa işləri yekunlaşmışdır. Muzeyin açılışında bilavasitə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Həmin evin muzey kimi fəaliyyəti 2014-cü ilin mart ayından başlanmışdır. Muzey fəaliyyətə başlandıqdan sonra onların evdən iki nəfər işsiz şəxs həmin muzeydə çalışmağa başlamışdır. Altı ildir ki, o və arvadı həmin muzeydə işləyərək fəaliyyətlərini dava m etdirmişlər. Həmin müddət ərzində hər hansı narazıcılıq baş verməmişdir. Turistləri arvadı üç xarici dildə qarşılayaraq yola salmışdır. O isə bağda bağban işləmiş, həmçinin abidənin mühafizəsini təmin etmişdir. Müdiriyyət və gələn turistlər heç vaxt onların işindən narazı qalmamışlar. O, bağban kimi həmin muzeydə çalışsa da əlavə olaraq həmin muzeyin mühafizəçisi kimi də işləmişdir. 2018-ci ildən həmin qoruq ərazisi və digər ölkə qoruqlarının bəziləri X5 hesabına verilmişdir. Elə bütün qarışıqlıq bundan sonra başlamışdır. Şəkixanovların sanitar qovşağında olan su çəni illərlə nasaz olduğundan öz pulu hesabına təmir etmişdir. Agentlik işə başlayandan sonra ona şəxsi büdcəsi vasitəsilə heç bir təmir işi aparmaması, lazım olarsa agentliyə məlumat verməsi bildirilmişdir. Bununla bağlı o, həm in su çəninin dəyişdirilməsini bildirmişdir. Agentlik plastmas su çənini götürüb yeni su çəni qoymuşdur. Ancaq qoyulan həmin su çəni əvvəlkindən kiçik olmuşdur. Bununla bağlı o, agentlikdə çalışan Ülkər xanıma zəng edib məlumat vermiş, qoyulan kiçik su çəninin həm hovuzu, həm sanitar qovşağı, həm də bağı sulamaq üçün kifayət etməyəcəyini bildirmişdir. Bunu bildirəndən sonra Ülkər xanım əsəbləşmiş və aqresiv şəkildə telefonu söndürmüşdür. Bu hadisədən sonra, yəni 03 dekabr 2019-cu il tarixdə ona müdiriyyət tərəfindən töhmət verildiyi bildirilmişdir. Həmin töhmətin nə səbəbə verilməsindən, ümumiyyətlə, məlumatı olmamış və bununla bağlı ondan hər hansı şəkildə yazılı izahat alınmamışdır. Həmin ay maaşla yanaşı, ona mükafat da verməmiş, Azadə xanımın e-mail vasitəsi ilə verdiyi əmr olduğunu bi ldirmişlər. Onlar ailəliklə 13 mart 2020-ci il tarixdən Şəkixanovların evinə işə gedə bilməmişlər. Belə ki, həmin tarixdən muzeydə mühafizə xidməti işə başlamış, onlarda olan bütün açarlar Azadə xanım tərəfindən əllərindən alınmışdır. Daha sonra ölkədə pandemiya ilə əlaqəli karantin rejimi başlamış, digər müəssisə və idarələr kimi onlar da evdə qalaraq maaşlarını almışlar. May ayında muzeydə təmir bərpa işləri başlanılmış, 06 may 2020-ci il tarixdə Məmməd Əhmədov yeni müdir təyin edilmişdir. Onlar təqdimatda iştirak etmişlər. Yeddi ay ərzində qoruqda üç müdir dəyişilmişdir. Müdir ilk iş günündən başlayaraq hər kəsi (kim ki müddətsiz müqavilə ilə işləyir) çağırıb üç aylıq, yəni müddətli müqaviləyə keçməyi təklif etmişdir. O və digər müddətsiz müqavilə ilə işləyənlər buna etiraz edərək ota ğı tərk etmişlər. Həmin vaxtı müdir Məmməd Əhmədov otağı tərk edən işçilərə “ona da bu lazım olduğunu” bildirmişdir. Bunun üzərindən bir neçə gün keçmiş müdirin köməkçisi Nərgiz xanım onlara zəng edərək ailəcə baxdıqları illərdə olduğu kimi muzeyin təmizliyini onun arvadına təklif etmiş, həmçinin boşuna durub maaş aldıqlarını, heç olmasa bir işə yaramaqlarını bildirmişdir. Nərgiz xanım onların vəzifə təlimatına uyğun öz işləri olduğunu, digər işlərin görülməsinin təlimat üzrə onlara aid olmadığını bildirmişdir. Bundan sonra o, müdirin qəbuluna gedərək, niyə belə bir təklif etməsini soruşmuş, müdir onun sualına kəskin şəkildə cavab verərək “işləmək istəmirsənsə ərizəni yaz, işdən çıx get” demişdir. Müdirin bu qanunsuz hərəkətləri ilə bağlı Azadə xanıma məlumat vermişdir. Azadə xanım bununla bağlı Məmməd müəllimə zəng edərək hadisəni yoluna qoymağı tələb etmişdir. Bundan sonra Məmməd müəllimin yanına gedərək ondan məqsədinin nə olduğunu öyrənmək istəmiş, sonuncu isə “hər şeyi zəng edib Bakıya çatdırma” demişdir. O isə müdirə “sən işini düzgün işlə” demişdir. Bu sözdən hirslənən Məmməd müəllim onun üstünə gəlməyə başlamış, bu vaxt otaqda olan Nərgiz xanım onu otaqdan çölə çıxarmışdır. Yoldaşı bununla bağlı aralarında olan bütün söhbətlərin şahidi olmuşdur. Bu hadisədən sonra katibə yoldaşına mesaj göndərək onun aprel ayında məzuniyyətə çıxmalı olduğunu, lakin məlum karantin səbəbi ilə məzuniyyətə çıxmadığına görə 01 iyun 2020-ci il tarixdən məzuniyyətə çıxaracaqlarını bildirmiş, o da bununla bağlı məzuniyyət ərizəsi yazıb 01 iyun 2020-ci il tarixdə Ziyafət adlı xanıma təhvil v ermişdir. Hesab edir ki, təqdim etdiyi məzuniyyət barədə ərizəsi müdir tərəfindən məhv edilmiş və ya qərəzli olaraq gizlədilmişdir. Belə ki, səhəri gün işdən azad edildiyini öyrənmişdir. Bununla bağlı ona töhmət verilməsi və ya işdən azad edilməsi barədə heç bir sənəd verilməmişdir. Dəfələrlə bununla əlaqədar Məmməd müəllimin yanına gedib işdən hansı səbəbdən azad edilməyini soruşmuş və işdən azad olunmasına dair sənədlərin təsdiq edilmiş surətlərini istəmişdir. Hər dəfə müdir onu otağından qovmuşdur. Bundan sonra sorğu tərtib edilmiş və həmin sorğunu Məmməd müəllimə təqdim etmək istəyəndə sorğunu onun üstünə atmışdır. Ona 01 iyun 2020-ci il tarixdə növbəti əmək məzuniyyətinə çıxması ilə bağlı ərizə yazdırılmış, lakin səhəri gün qərəzli olaraq işdən azad edildiyi ona məlum olmuşdur. Cənab Prezident dəfələrlə dövlət məmurlarına xəbərdarlıq etmişdir ki, məlum pandemiya ilə bağlı heç kim işindən azad edilməsin. Pandemiya dövründə dövlət işləməyən minlərlə vətəndaşlara sosial yardımlar etmişdir. Ancaq qoruq müdiri Məmməd müəllim bu halları nəzərə almadan saxtakarlıq edərək qərəzli olaraq onu işdən azad etmişdir. 29 may 2020-ci il tarixdə onun barəsində 25/k saylı əmr verilmiş, həmin əmrlə ona şiddətli töhmət verilmişdir. Həmin əmrdən sorğu verib cavab alarkən məlumatı olmuş, əmr verilərkən, ümumiyyətlə, izahatı alınmamış, əmrlə tanış olmamış və həmin əmrə imza da etməmişdir. Bütün bunlar müdiriyyət tərəfindən olan saxtakarlıq və özbaşınalıqlardır. Bundan sonra onu 01 iyul 2020-ci il tarixli, 27/k saylı saxta və qanunsuz əmrlə bağban işindən azad etmişlər. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Əmək Məcəlləsinin müvafiq normalarına, eləcə də idarənin daxili nizam-intizam qaydalarının pozulmasına formal olaraq istinad edilsə də bilavasitə qərəzlilik münasibətlərinə söykənmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun müdiri Məmməd Əhmədov müxtəlif üsullarla ona süni təzyiqlər edərək istəyinə nail olmağa çalışmışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev, iş № 2(075)-988/2020) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğuna qarşı işdən azad edilməsi barədə əmrinin ləğv edilməsi, orada işlədiyi bağban işinə bərpa edilməsi və məcburi iş buraxma müd dəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına, əmək qanunvericiliyinin tələblərinə əməl etməmiş, buna görə də barəsində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun 03 dekabr 2019-cu il tarixli, 48/k nömrəli əmri ilə töhmət verilmişdir. İddiaçı həmin intizam tənbehindən nəticə çıxarmamış, altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə “Yuxarı Baş” Milli TarixMemarlıq Qoruğunun 29 may 2020-ci il tarixli, 25/k nömrəli əmri ilə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı işdən çıxarılacağı halda Qoruq rəhbərliyini dövlətə məxsus muzeyi yandırmaqla hədələmiş, barəsində Şəki ŞRPŞ tərəfindən araşdırma aparılması üçün izahatı alınarkən xırda xuliqanlıq və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamış, barəsində Şəki Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 3(075)-352/2020 nömrəli qərarı ilə 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu haqlı olaraq 01 iyun 2020-ci il tarixli, 27/k saylı əmrlə İddiaçı ilə arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə əsasən 01 iyun 2020-ci il tarixdən xitam vermişdir. İddiaçı tərəfindən həmin əmrin əsassızlığı ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Sübutetmə yükünün iddiaçının üzərinə düşdüyü nəzərə alınaraq onun qanunsuz ola raq işdən çıxarılması öz təsdiqini tapmamışdır. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli, 27/k saylı əmri verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamış, iddia ərizəsində həmin əmrin qanunsuz və əsassızlığını göstərən hallar öz təsdiqini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Mahmudov (sədrlik edən və məruzəçi), hakimlər Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-2011/2020) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(075)-988/2020 nömrəli qətnaməsinin tam ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, İd diaçı işdən azad edilməsinə dair Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun 01 iyun 2020-ci il tarixli, 27/k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işlədiyi bağban vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən işdən çıxarılması qanunsuz olmuşdur. Apellyasiya qaydasında işə baxılarkən məhkəmə kollegiyası mübahisələndirilən 01 iyun 2020-ci il tarixli, 27/k nömrəli əmrin rəsmiləşdirmə prosedurlarına və əmrin məzmununa xüsusi diqqət yetirməyi zəruri hesab etmişdir. Bu zaman müəyyən edilmişdir ki, sözüg edən mübahisəli əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. İş materiallarından müəyyən edilir ki, işəgötürən tərəfindən İddiaçı işdən azad edilməsi barədə 01 iyun 2020-ci il tarixli, 27/k nömrəli əmr verilərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad edilmişdir. Halbuki işçi bu kimi pozuntularla işdən azad olunanda Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən azad olunur. Konkret halda da isə İddiaçı əməlində Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin tərkibi sübut olunduğu halda, həmin Məcəllənin 70-ci maddəsinin tələblərinə istinad edilməklə əmək müqaviləsinə xitam verilə bilərdi. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, heç bir pozuntu törətmədiyini, əmək funksiyalarını lazımınca yerinə yetirdiyini sübut etmək işçinin vəzifəs i olmamaqla, bunun əksini, eləcə də verdiyi əmrin qanuniliyini və zəruriliyini sübutetmə vəzifəsi işəgötürənin üzərinə düşür. Bundan əlavə kollegiya qeyd edir ki, əgər işəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla ləğv edərkən həmin Məcəllənin 80-ci maddəsinin tələblərinə riayət etməsini də xatırladır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Z.Əliyev və İ.Xələfov, iş № 2(102)-2878/2021) cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli TarixMemarlıq Qoruğu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı onun barəsində ilk intizam tənbehi tətbiq edildikdən sonra altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Bununla bərabər, apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 80-ci maddəsinə istinad edərək hesab etmişdir ki, əmr verilərkən qanunvericiliyin Həmkarlar İttifaqı Komitəsinin müvafiq razılığının alınması barədə imperativ normasının tələblərinə riayət edilməmişdir. Halbuki, apellyasiya məhkəməsi tərəfindən istinad edilən normanın tələblərinə görə, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarla r ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının həmkarlar ittifaqının üzvü olub-olmaması müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Eyvazov (sədrlik edən və məruzəçi), hakimlər İ.Şükürov və G.Abbasov, iş № 2(107)-1342/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(075)-988/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Dəlillərə hüquqi qiymət verərək və Ali Məhkəmənin göstərdiyi xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işəgötürən, yəni cavabdeh “Yuxarı Baş” Milli Tarix-Memar lıq Qoruğu tərəfindən verilmiş 01 iyun 2020-ci il tarixli, 27/k saylı əmr qanuni və əsaslı olduğundan İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğuna qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddiası təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, apellyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şik ayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli 2(107)-1342/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində istinad olunan dəlillərlə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası X6 vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iş tirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası X6 “Yuxarı Baş” Milli tarix-memarlıq qoruğunun nümayəndəsi X4 izahatını dinləməmişdir. İddiaçı və vəkili məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanır. apellyasiya instansiya Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçi nin əsas vəzifələri aşağıdakılardır: əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəfləri ndən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsini nəzərə almaqla qeyd ki, işçi ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməsi üçün onun yol verdiyi pozuntunun konkret mənfi nəticələrə (əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya zərərin vurulmuş olması) səbəb olması tələb edilir. Maddədəki “zərər” ifadəsi “maddi zərər” olaraq qəbul edilməməlidir və maddədə mənfi nəticə dedikdə, yalnız zərər vurulması deyil, həm də əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının başa düşüldüyü öz əksini tapmışdır. 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəl lənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitab çasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmi şdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1342/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6566/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6566/2021
16.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver