Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6569/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X18 oğlunun katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçıxxx oğlununcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli 2(107)-1924/2019 saylı qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxx oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən onun mülkiyyətində olan xxx kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(033)-19/2019 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan xxx kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları və İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən – X7, məruzəçi - X10, hakim X4) 30 may 2019-cu il 2(107)-1924/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(033)-19/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il 2(107)-1924/2019 saylı qətnaməsinin tamamilə ləğv edilib işə yenidən baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamədə müəyyən faktlar, işin halları sübut olundu və qətnamə ilə müəyyən edilmiş hallar eyni tərəflər arasında yenidən müəyyən edilməyə ehtiyacı yoxdur. Belə ki, Zaqatala rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 2(033)- 138/2018 saylı qətnaməsində iddiaçılar X1 və digərlərinin iddia ərizələri və məhkəmədə verdiyi ifadələrlə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsini ilk dəfə qeyri rəsmi X2 satmışlar, X1 onunla ailə həyatı qurduqdan sonra həmin torpaq sahəsində ev tikmişik və evdə yaşamışlar. Sonradan torpağı notarius vasitəsilə İddiaçı satmışlar. Ev cavabdeh və əri tərəfindən tikilmi şdir. Ən əsası da odur ki, mübahisəli torpaq sahəsində yaşayış evi vardır. Yaşayış evindən əlavə həmin torpaq sahəsində tikililər də (ayaqyolu, toyuq hini, su hovuzu və sair) vardır. Qətnamədə isə cavabdehin yaşayış evindən çıxarılması qeyd edilməmişdir. Belə olan halda icra məmuru qətnaməni icra edə bilməyəcək. Bu hal qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunması deməkdir. Məhkəmə qətnamə qəbul edərkən mübahisəli torpaq sahəsində olan, iddiada cavabdehin çıxarılması iddia edilən tikilinin hansı tikilidən ibarət olmasını, həmin tikilinin kim tərəfindən inşa edilməsini, tikili üzərində iddiaçının hansı hüquqları olduğunu, tikili üzərində iddiaçının sərəncam vermək hüququnun olub olmamasını aydınlaşdırmamışdır. Bu da qətnamə qəbul edilərkən mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilərək qətnamənin ləğvi üçün əsasdır. Qətnamədə tikili adlandırılmış daşınmaz əşya yaşayış evidir və həmin yaşayış evi X1la birgə nikahda olduqları dövrdə öz vəsaitləri hesabına inşa edilmişdir. Məhkəməyə tikilinin nədən ibarət olmasını iddiaçı sübut etməli idi və həmin tikilinin yəni yaşayış evinin üzərində sərəncam vermək ya mülkiyyət hüququnun olmasını iddiaçı məhkəmədə sübut etməli idi. Bu hallar sübuta yetirilmədiyinə görə qətnamə ləğv oluna bilər. Mülki Məcəllənin tələblərinə görə daşınmaz əmlak üzərində sərəncamı yalnız mülkiyyətçi və əmlakın sahibi verə bilər. Həmin yaşayış evi kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində tikildiyinə görə evə mülkiyyət hüququnu müəyyən edən sənəd ala bilməmişlər. İddiaçı isə evin yerləşdiyi, yəni evin oturduğu torpaq sahəsi istisna olmaqla evin ətrafındakı torpağı X1 və qızlarından almışdır. İddiaçı X1 və qızlarından yaşayış evini və ya qətnamədə göstərilən tikilini almamışdır. Torpağın alqı satqısına dair müqavilə imzalandığı zaman torpaq üzərində hansı yüklülüklər vardırsa iddiaçı da həmin torpağı həmin vəziyyətdə almışdır. Əmlakın mülkiyyətçisinin dəyişməsi orada yaşayan və tikilmiş evin üzərində mövcud olan hüquqları dəyişməyə səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 158-ci maddəsinə əsasən torpaq sahəsi digər şəxslərə satılsa da cavabdehin evdən istifadə hüququna xitam verilə bilməz ona görə ki, torpağı alan İddiaçı torpağı alarkən bilirdi ki, həmin torpaq sahəsində yaşayış evi inşa edilib və həmin evdə o, uşaqları ilə yaşayır. Cavabdehin hə min ev üzərində əmlak hüquqları olduğundan, mülkiyyətçi olmasa da və hətta həmin hüquqları mülkiyyətçi tərəfindən pozularsa məhkəmə tərəfindən müdafiə edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər.. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən işin faktiki hallarından görünür ki, xxx kəndində yerləşən 0,1290 hektar torpaq sahəsi X2, X8, X5 və X3 ümumi birgə mülkiyyətləri kimi adlarına qeydə alınmışdır. Onlar ümumi birgə mülkiyyətlərində olan X1 kəndində yerləşən 0,1290 hektar torpaq sahəsini 04.10.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 3000 manata İddiaçı satmışlar. Zaqatala Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 və digərlərinin cavabdeh X6 və digərlərinə qarşı torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. xxx kəndində y erləşən 0,1290 hektar torpaq sahəsi tam olaraq İddiaçı adına qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 152.1, 157.2, 180, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə və “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 №-li qərarının 3 və 6-cı bəndlərinə istinadən gəldiyi nəticələrə əsasən İddiaçı xxx kəndində yerləşən 0,1290 hektar torpaq sahəsinin xüsusi mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir əsas olmadan iddiaçıya məxsus olan torpaq sahəs ini zəbt etmişlər. Onların həmin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Təqdim olunmuş iş materiallarından da görünür ki, mübahisə predmeti olan torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmaqla onun tam mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə həmin evdən istifadə hüquqlarının qalması üçün hər hansı bir hüquqi əsası yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı sözügedən 0,1290 ha torpaq sahəsini alarkən mübahisəli tikili torpaq sahəsinin üzərində mövcud olmuş, ona nəzarət etməyi əvvəlki mülkiyyətçilərə həvalə etmişdir. Cavabdehlər isə həmin torpaq sahəsi və tikilini qanunsuz olaraq zəbt etmişlər. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən və t ikilidən könüllü olaraq çıxmalarını xahiş etməsinə baxmayaraq, cavabdehlər qərəzli olaraq həmin torpaq sahəsindən və tikilidən çıxmayacaqlarını bildirmişlər. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan xxx kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən aşağıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməsini iddianın iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərin çıxarılması hissəsində əsaslandırsa da, həmin torpaq sahəsi üzərində mövcud olan tikilid ən cavabdehlərin çıxarılmalı olması hissəsində gəldiyi nəticəni əsaslandırmamış, bu hissə ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırlmamış, işdə olan sübutlara düzgün qiymət verməmiş və bu hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 iddiaya olan etirazının əsası və apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, keçmiş əri X2sözügedən torpaq sahəsini 2005-ci ildə X1 1.500.000 AZM pula almışdır. X2həmin torpaq sahəsində ev tikmişdir. Sonra o, X2 ailə həyatı qurmuşdur. Həmin ev tam hazır olmadığından, onlar evləndikdən sonra Rusiya Federasiyasına getmiş, uşaqları yaş yarım olduğu zaman onlar qaynatasının evinə qayıtmışlar. X17 əri X2ilə birgə evin tikinti və təmirini başa çatdırmışlar. Ümumilikdə mübahisəli torpaq sahəsində tikilən tikililə r o və əri tərəfindən tikilmişdir. 09.09.2015-ci ildə əri ilə boşanmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi alqısatqı müqaviləsi əsasında iddiaçı xxx oğluna satılmışdır. Hazırda həmin torpaq sahəsində inşa edilmiş evdə uşaqları ilə birgə yaşayır və həmin evdən başqa həyətdə köməkçi tikililər də vardır. Məhkəmə cavabdehlərin tikilidən çıxarılmalarını qət edərkən qarışıq bir situasiya yaranmışdır. Tikili ifadəsi dedikdə birinci instansiya məhkəməsi konkret nəyi, hansı tikilini nəzərdə tutduğuna aydınlıq gətirməmişdir. Məhkəmə qətnamə qəbul edərkən mübahisəli torpaq sahəsində olan tikililərin kim tərəfindən inşa edilməsini, tikili üzərində iddiaçının hansı hüququnun mövcud olduğunu, onun bu tikili ilə bağlı sərəncam hüququnun olub-olmamasını araşdırmamışdır. Azərbaycan Resp ublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktların da işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsini üzərində mövcud olan tikililərlə birlikdə alması və həmin tikilinin cavabdehlər tərəfindən zəbt edilməsi faktının cavabdeh tərəfindən mübahisələndirilməsinə və belə olan halda, bununla bağlı sübutların araşdırılmali olmasına, iddiaçının bu izahatının işdə olan hər hansı sübutla təsdiq edilməməsinə diqqət yetirməmiş, iddiaçının yalnız torpaq sahəsinin mülkiyyətçisi olduğuna, üzərində mövcud olan yaşayış evi və digər tikililərinin cavabdeh və keçmiş həyat yoldaşıX2 tərəfindən inşa edilməsi və 2007-ci ildən həmin evdə yaşaması barədə işdə olan sübutlara hüquqi qiymət vermədən Azərbaycan Mülki Məcəlləsinin 157.2 və 239.2-ci maddələrinin tikililərə münasibətdə işə tətbiq edilməsi qanuni və əsaslı olmamışdır. Belə ki, işin materiallarından görünür ki, X1 kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində X1, X7, X8 və X9 adına qeydə alınmış, 27 iyul 2017-ci il tarixli etibarnaməyə əsasən iddiaçılar sözügedən torpaq sahəsi üzərində bütün hərəkətləri etməyə, o cümlədən onun üzərində sərəncam verməyə dair 21 iyul 2017-ci il tarixədək qüvvədə olmaqla cavabdeh İddiaçı adına etibarnamə vermiş, 04 oktyabr 2017-ci il tarixli no tarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçılar ümumi birgə mülkiyyətlərində olan, X1 kəndində yerləşən 0,129 ha torpaq sahəsini 3.000 (üç min) manata cavabdeh İddiaçı satmışlar. Başqa sözlə, mübahisəli torpaq sahəsində yerləşən evin və ya digər tikilinin alqı-satqı predmeti olması işin materiallarından görünmür. Həmçinin torpaq sahəsinin keçmiş mülkiyyətçiləri X10 və digərləri cavabdeh X3 vəX2a qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair verdikləri iddia ərizəsində torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evinin cavabdeh və keçmiş həyat yoldaşıX2 tərəfindən inşa edilməsi və 2007-ci ildən həmin evdə yaşamasını təsdiq etmiş, bu barədə X1kənd inzibati ərazi dairəsi 04.04.2019-cu il tarixli arayış vermişdir. Azərbaycan Respublikası MM-ni n 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnı z mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırki mübahisənin düzgün həlli üçün məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına, qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğunun iddiaçıya münasibətdə mövcud olub-olmaması müəyyənləşdirilməli, mübahisəyə düzgün maddi hüquq normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmasını yoxlamaq üçün araşdırılmalı olan hallar cavabdehin çıxarılması iddia edilən tikilinin hansı konkret tikilidən ibarət olması, həmin tikilinin kim tərəfindən inşa edilməsi, tikili üzərində iddiaçının hansı hüquqlarının, o cümlədən sərəncam vermək hüququnun olub-olmaması, çıxarılması iddia edilən mübahisələndirilən tikilinin cavabdehin əri ilə birgə nikah dövründə inşa edilib-edilməməsi, cavabdehin həmin tikilidə nə vaxtdan, hansı hüquqla istifadə etməsi, onun hazırda həmin tikiliyə münasibətdə istifadə hüququnun olması, iddiaçının torpaq sahəsini alarkən həmin sahə üzərinə tikililərin mövcudluğunu və orada kimlərin yaşamasını bilib-bilməməsindən ibarətdir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkə mə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il tarixli qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsini n 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxarkən yuxarıda qeyd edilən Konstitusiya məhkəməsinin qərarlarının tələblərinə əməl etməmiş, mübahisənin cavabdehlərin tikilidən çıxarılması hissəsində tam və obyektiv həlli baxımından apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini davam edərək hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 152.1, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 №-li qərarının 3 və 6-cı bəndlərinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən cavabdehin mülkiyyətində olan xxx kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasına dair nəticəsi işin araşdırılmış halları və sadalanan qanun normalarının tələblərinə uyğun olduğu halda, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan X1 kəndində y erləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən yerləşən tikilidən çıxarılmaları hissəsində gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə bu hissədə ləğv edilməli, iş həmin hissə üzrə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, işə ləğv edilmiş hissə üzrə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli 2(107)-1924/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan xxx kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları hissəsində ləğv edi lsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6569/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6569/2019
16.10.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver