Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-657/2020 31.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh3 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh3 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçü n apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildə istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və evin boşaldılması” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Əkbərov, iş 2(003)-682/2019) iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşma çatmayan övladı X1 ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin evdən çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kər imli (sədrlik edən və məruzəçi), X.Cəmilova və E.Şamayev, iş № 2(103)-10217/2019) Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlə rin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları d üzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2015-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 28% hes ablanmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak ipoteka ilə yüklü edilmiş və bu barədə 11 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdehin qardaşı Cavabdeh3 notarial qaydada təsdiq edilmiş ərizə ilə qeydiyyatda olduğu mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmiş və tutma ipoteka predmetinə yönəldiyi təqdirdə yaşadığı evi qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan, iddiaçı təşkilat borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli qə tnaməsi ilə Cavabdeh1 29765,90 ABŞ dolları məbləğində əsas borc, 14061,97 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları cərimə, cəmi 43927,87 ABŞ dolları məbləğində pulun ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Bakı ünvan 1 ünvanında yerləşən 17 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, evin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən olunması qət edilmişdir. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin Hərracın yekunları barədə 20 oktyabr 2017-ci il tarixli Y-566 saylı protokoluna və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 20 oktyabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabde h1 məxsus ünvan 1 ünvanında olan fərdi yaşayış evi ipoteka saxlayan İddiaçı BOKT ASC tərəfindən satın alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19.11.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı BOKT ASC-nin adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1, 59.3-cü, həmin Qanunun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasından 59.4-cü maddələrini tətbiq etmişdir. Cavabdeh3 kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əs ası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004 -cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli Bakıldə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq n ormalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q
Məhkəmə qərarları › İş №2(102)-657/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-657/2020
31.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver