Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6571/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Ümumi birgə mülkiyyətdə olan əmlakın tələb edilməsi ilə bağlı iddia irəli sürülməsi. Subyektiv hüquq. Məhkəmənin iddia tələbindən kənara çıxması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1889/2021 nömrəl i iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 Xudaverdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Salyan rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı Uzeyir oğlu, X3, X5, X7, X6, X1 mülkiyyətinə Sarvan kəndi ərazisində 4,3655 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bundan sonra – torpaq sahəsi) verilmiş, Torpağa mülkiyyəti hüququna dair kod: 80910018, JN 401 nörməli Dövlət aktı tərtib edilmişdir. 2. 15 dekabr 2017-ci il tarixli etibarnamə ilə İddiaçı Uzeyir oğlu, X3, X5, X7, X6, X2, Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onların bütün əmlakını idarə e tməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq, ipotekanı qəbul etmək, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyə və yaxud ondan imtina etməyi, vərəsəlik işlərini aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə onlara çatası əmlakların, əmanətlərin, qiymətli kağızları, eləcədə sənədləri almağı və sair hüquqları həyata keçirməyi etibar etmişlər.
3. Torpaq sahəsinə dair mülkiyyətçilər İddiaçı Uzeyir oğlu, X3, X5, X7, X6, X1 adına 29 dekabr 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. 4. 15 dekabr 2017-ci il tarixli etibarnaməyə 29 oktyabr 2020-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra - birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra - ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Salyan rayonu 2 saylı Notariat ofisində bağlanmış 26 fevral 2020-ci il tarixli AN1№ ******* saylı alğı-satqı müqaviləsinin (bundan sonra – alğı-satqı müqaviləsi) etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, birinci cavabdehdən toy etmək üçün 3 il müddətinə 5000 manat borc almışdır. Lakin birinci cavabdeh borcun təminatı üçün girov kimi ona məxsus torpaq sahəsini istəmiş və onun və ailə üzvlərinin adından etibarnamə tələb etmişdir. 5000 manat pulu 3 ilə, yəni 2020-ci ilin sonuna qədər qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. 15 dekabr 2017-ci il tarixdə Salyan rayon 2 saylı Notariat ofisində özü və ailə üzvlərinə məxsus torpaq sahəsinə dair ailə üzvlərinin adından birinci cavabdehə etibarnamə vermişlər. 2020-ci ilin yay aylarında birinci cavabdehə borcunu qaytarmaq istədiyini demiş, lakin cavabdeh artıq torpağı satdığından, pulu istəmədiyini bildirmişdir. Bu məsələni araşdıran zamana ona məlum olmuşdur ki birinci cavabdeh onların verdiyi etibarnamə əsasında 29 dekabr 2017-ci il tarixdə torpaq sahəsinə onun və ai lə üzvlərinin adına çıxarış almış, 26 fevral 2020-ci il tarixdə isə torpağı qardaşı olan ikinci cavabdehə satmışdır.
7. Birinci instasniya məhkəməsində cavabdehlərin vəkili iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflər arasında borc müqaviləsi olmamış, aralarında torpağın alğı-satğısı olmuşdur. Torpağın çıxarış sənədi olmadığından, iddiaçı və ailə üzvləri birinci cavabdehə torpağa dair etibarnamə vermiş və həmin vaxt birinci cavabdeh onlara torpağa görə 5000 manat pul ödəmişdir. 15 dekabr 2017-ci il tarixdə iddiaçının adına çıxarış almış və sonra 26 fevral 2020-ci il tarixdə torpağı ikinci cavabdehə satmışdır. Birinci cavabdeh torpağa görə ola bilsin ki, 5000 manat deyil, 10000-15000 manat pul ödəmişdir. Hazırda iddiaçı yenidən pul tələb etmiş, lakin qarşı tərəf pul vermək dən imtina etdiyi üçün, qeyd olunan iddia ilə məhkəməyə müraciət olunmuşdur.
8. Məhkəməyə təqdim edilmiş 26 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı, X3, X5, X7, X6, X1 (satıcılar) adından 15 dekabr 2017-ci il tarixdə verilmiş etibarnamə əsasında çıxış edən birinci cavabdeh (təmsilçi) torpaq sahəsini 5400 manata alıcı – ikinci cavabdehə satmışdır.
9. Salyan Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(057)-229/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı birinci cavabdehə torpağı satmaması və verdiyi pulu borc olmasını qeyd etmiş olsa belə, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tərəflər arasında etiba rnamə və notariatda təsdiq olunmuş müqavilə, yəni etibarlı sənədlər olmuşdur. Həmin sənədlərin təkzib olunması üçün heç bir hal müəyyən edilməmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci cavabdeh etibarnamə əsasında iddiaçı və ailə üzvlərini üçüncü şəxs qarşısında təmsil etmiş və haqlı olaraq ona verilmiş hüquqlardan istifadə edərək torpaq sahəsini özgəninikiləşdirmişdir. Nəticədə torpaq sahəsini qanunla müəyyən olunmuş qaydada ikinci cavabdeh vicdanlı alıcı kimi əldə etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin İ və İİ bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - Mülki Məcəllə) 152, 146, 182, 359, 362, 646-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin (bundan sonra MPM) 218.3, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(106)-1889/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Tale Kərimov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov və İsmayıl Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilərək, torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv olunması və tərəflərin əvvəlki vəziyyətə gətirilərək, torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçı və ailə üzvlərinin sahiblik və istifadəsinə qaytarılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc deyil, alğı-satqı müqaviləsindən irəli gələn münasibətlərin olmasına dair cavabdeh tərəfin arqumentləri inandırıcı deyildir.
16. Belə ki, iddiaçı və onun ailə üzvləri tərəfindən birinci cavabdehin adına etibarnamənin verildiyi 15 dekabr 2017-ci il tarixdən torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın verildiyi 29 dekabr 2017-ci il tarixədək olan zaman ərzi cəmi 14 gün təşkil edir və tərəflərin həqiqi niyyəti torpaq sahəsinin alğı-satqı qaydasında özgəninkiləşdirmək olsaydı, tərəflər çıxarışın verilməsini gözləyərək, yaxud tezləşdirərək, birbaşa öz aralarında daşınmaz əmlakın alğı-satqı müqaviləsini bağlaya bilərdilər. Lakin cavabdeh tərəf torpaq sahəsinin həmin zaman alğı-satqı qaydasında rəsmiləşdirilməsində maraqlı olmamış, torpaq mülkiyyətçiləri tərəfindən adına verilən etibarnamənin mövcudluğu ilə kifayətlənmişdir.
17. Bundan başqa mövcud durum cavabdeh tərəfi qane edirdisə, iddiaçının torpağı tələb edəcəyi 3 ilin tamamınadək torpaq sahəsini alğı-satqı qaydasında özgəninkiləşdirməsi şübhə doğurmaqla, hansı məqsədə xidmət etməsi də müəyyən edilməli haldır. Çünki iddiaçının arqumentləri də məhz ondan ibaratədir ki, ikinci cavabdeh almış olduğu 5000 manat borc pulun müqabilində birgə mülkiyyətlərində olan torpaq sahəsini 3 il müddətinə sonuncunun istifadəsinə vermişd ir, 3 ilin tamamında aldığı pulu qaytarmalı və torpağını geri götürməli idi, 3 il ərzində ikinci cavabdehin torpaqdan götürəcəyi bəhər qazanc olaraq ona qalmalı idi.
18. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında formalaşan münasibətlər mübahisəli torpaq sahəsinin alğı-satqısından irəli gələn münasibtlər olsaydı, tərəflər münasibətləri yaranan 2017-ci ildə sərbəst şəkildə daşınmaz əmlakın alğı-satqısı müqaviləsini bağlaya bilərdilər. Lakin torpaq sahəsinin özgəninkilşdirilməsi barədə alqı-satqının 2020-ci ildə həyata keçirilməsi cavabdeh tərəfin deyil, daha çox iddiaçının arqumentlərinin inandrıcı olmasına dəlalət edir, çünki məhz 2020-ci ildə iddiaçı borca almış olduğu pulu qaytarmalı və torpaq sahəsini geri götürməli idi.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, torpaq sahəsi ilə əlaq ədar danışıqlar iddiaçı ilə Cavabdeh2 arasında getmiş, Cavabdeh2 tapşırığı ilə etibarnamə onun qardaşı Qafar Cəlilova verilmiş, Qafar Cəlilov isə rəsmi olaraq onun adından, həm də dolayısı ilə Cavabdeh2 adından çıxış etmişdir. Son nəticədə Cavabdeh2 özü barəsində əqd bağlamışdır (MM-nin 359.3-cü maddəsi).
20. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə, Mülki Məcəllənin 359.1, 359.3, 362.1, 362.2, 144.1, 324-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
21. İkinci cavabdeh kassasiya şikayəti verərək apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ olmamış, məhkəmə bu halı nəzərə almayaraq maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iddiaçının digər mülkiyyətçilərin adından iddia qaldırmağa hüququ olmasına dair işdə hər hansı bir sübut yoxdur. Bundan başqa iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edəcək hallar müəyyən edilmədiyi halda məhkəmə iddia tələbini əsassız olaraq təmin etmiş, iş üzrə düzgün olmayan nətic əyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçının vəkili kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Qətnamədən kassasiya şikayəti verən ikinci cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
28. Mülki Məcəllə: 28.1 Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 28.2 Maddə 213.2. Əşya mü lkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 28.3 Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
29. Mülki Prosessual Məcəllə: 29.1 Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.2 Maddə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r. 29.3 Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 29.4 Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 29.5 Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 29.6 Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillə r üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 29.7 Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı: “...mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ka ssasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
32. Apellyasiya məhkəməsinin qənaətinə görə tərəflər arasında ikinci cavabdehin iddiaçya verdiyi 5000 manat borcdan doğan münasibətlər olmuş, iddiaçı borcun təminatı kimi özünün və ailə üzvlərinin ümumi mülkiyyətində olan 4,655 ha torpaq sahəsinə dair borc verən Cavabdeh2 qardaşı Qafar Səfəra etibarnamə vermiş, sonuncular isə bundan istifadə edərək torpaq sahəsinə dair özləri üçün alqı-satqı müqaviləsi bağlamışlar. İddiaçının torpaq sahəsini satmaq niyyəti olmamış, torpaq sahəsini 3 il müddətinə aldığı borcun təminatı kimi Cavabdeh2 istifadəsinə vermişdir. Tərəflər arasında torpaq sahəsinin alqı-satqısı münasibətlə rinin olmasına dair cavabdeh tərəfin arqumentləri inandırıcı deyildir.
33. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün yalnız iddiaçının izahatında göstərilən hallara istinad etmiş, digər hallar isə həmin izahatdan doğan mülahizələr olmuşdur.
34. Belə ki, baxılan işin mübahisələndirilməyən halların görə, Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə iddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətinə 4,3655 ha torpaq sahəsi verilmişdir. İddiaçı və onun ailə üzvlərinin hər biri tərəfindən birinci cavabdehə 15 dekabr 2017-ci il tarixdə bütün əmlakları barədə sərəncam vermək hüququna dair etibarnamə verilmiş, həmin etibarnaməyə əsasən torpaq sahəsinə dair iddiaçı və onun ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrindən 29 dekabr 2017-ci il tarixli Çıxarış alınmışdır (§1-4).
35. Bundan sonra iddiaçı və onun ailə üzvləri adından verilmiş etibarnamə əsasında çıxış edən birinci cavabdehlə qardaşı – iş üzrə ikinci cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı barədə hazırkı iş üzrə mübahisələndirilən müqavilə bağlanmışdır.
36. İddiaçı və ailə üzvləri tərəfindən birinci cavabdehə verilmiş etibarnamə 29 oktyabr 2020-ci il tarixdə ləğv edilmişdir.
37. İddiaçı hazırda həmin alğı-satqı müqaviləsini mübahisələndirərək tələbinin əsası kimi iddia ərizəsində göstərilən hallara istinad edir (§6). Lakin tərəflər arasında alqı-satqı deyil, borc münasibətlərinin olması barədə hər hansı sübut təqdim etmir.
38. İddiaçının özünün məhkəmə icraatının müxtəlif mərhələlərində verdiyi izahatları arasında ziddiyətli hallar vardır. İddiaçı iddia əriz əsində 5000 manat borc barəsində birinci Cavabdeh1la danışdığını, borcu ondan aldığını və torpaq sahəsinin ona təhvil verdiyini göstərmiş, 28 yanvar 2021-ci il tarixli məhkəmə iclasında nümayəndəsi də eyni məzmunlu izahat vermişdir. İddiaçının apellyasiya şikayətində də eyni hallar göstərilmişdir. Artıq apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı, həmçinin on vəkili və nümayəndəsi fərqli izahatlar verərək birinci Cavabdeh1la heç bir söhbətinin olmadığını, bütün söhbətlərin ikinci Cavabdeh2la aparıldığını, borc pulu Mərndan aldığını, torpaq sahəsini də 3 illik istifadə üçün Mərdana verdiyini göstərmişdir.
39. İşdən görünür ki, iddiaçının nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlarında göstərdiyi halları, düzünə, yaxud yanakı təsdiq edən, həmçinin tərəflər arasına borc münasibətlərinin olmasına dəlalət edən hər hansı bir sübut yoxdur, iddiaçı tərəf belə bir sübut təqdim etməmiş, məhkəmə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyi barədə qanunvericiliyin tələblərini də nəzərə almamışdır.
40. İddiaçı tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsini mübahisələndirmiş və torpaq sahəsinin geri qaytarılmasını tələb etmiş, lakin bu tələbin ümumi mülkiyyətdə olan əmlakın digər mülkiyyətçilərinin iradəsinə uyğun olub-olmaması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmiş, iddiaçının digər cavabdelərin adından belə tələb irəli sürməkdə subyektiv hüququnun olub-olmamasına məhkəmələr qiymət verməmişlər (§30).
41. Mülki Məcəllənin istinad edilən normasına görə (§28.3), ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
42. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən iddiaçının tələbinin torpaq sahəsinin digər mülkiyyətçilərinin mənafeyinə uyğun olub-olmamasını müəyyən etməmiş, bu halı müəyyən etmək üçün həmin şəxslərin məhkəmə iclasında iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü iştirakını təmin edərək iddia tələbin münasibətini öyrənməmişdir.
43. Bundan başqa iddia tələbindən göründüyü kimi, iddiaçı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmişdir (§5).
44. Lakin apellyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verərək iddia tələbindən kənara çıxmış, iddia tələbindən kənara çıxmaq üçün müstəsna hal olmasını əsaslandırmamışdır (§29.4).
45. Belə ki, məhkəmə qətnamədə tərəflər arasında bağlanmış mübahisəli alğı-satqı müqaviləsi əsasında Dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunmasını da qət etmişdir (§14).
46. Lakin nə iddiaçının belə bir tələbi olmamış, nədə ki balanmış alğı-satqı müqaviləsindən sonra torpaq sahəsinə dair daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatın aparılması iş materiallarından müəyyən edilmir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli v ə iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.
48. MPM-nin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
49. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1889/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.