Məhkəmə qərarları › İş №2(102)-6574/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6574/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6574/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mövcud bocun etirafı haqqında mücərrəd müqavilə. Sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Guləhməd oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2293/2021 nömrəli mülki iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən cavabde h tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, İşin halları

1. İddiaçı ilə Cavabdeh qızı arasında 14 dekabr 2015-ci il tarixdə Şəmkir rayonu 1 saylı Notariat ofisində manat pulun verilməsinə dair borc müqaviləsi bağlanmışdır. 2. 14 aprel 2016-cı il tarixli borcun etirafı müqaviləsinə əsasən cavabdeh iddiaçıya 35000 ABŞ dolları ekvivalentində borcunun olmasını etiraf etmişdir. 3. 11 iyul 2019-cu il tarixli borcun etirafı müqaviləsinə əsasən cavabdeh iddiaçıya 40800 manat borcun konvertasiya ediləndən sonra 24000 ABŞ dolları ekvivalentində borcunun olmasını etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24000 ABŞ dolları məbləğndə pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 14 dekabr 2015-ci il tarixdə kredit müqaviləsi əsasında 26250 manat borc pul vermiş, cavabdeh isə həmin borcu razılaşdığı vaxta, yəni 31 mart 2016-cı ildək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin borcunun bir qismini ödəmiş, nəticədə 11 iyul 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçıya 24000 ABŞ dolları borcu olmasını etiraf etmişdir. Cavabdehdən həmin borc tələb olunsa da, sonuncu öhdəliyini icra etməmişdir.

6. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, o, borcunun bir qismini ödəmiş və hazırda iddi açıya 5000 manat borcu qaldığını bildirmişdir. Odur ki, iddianının həmin hissədə təmin olunmasını xahiş etmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-798/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Ş.İmanov) iddia tələbi təmin edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, nəticədə notariat orqanında bağlanmış mövcud borcun etirafı müqaviləsin əsasən cavabdeh iddiaçıya 24000 ABŞ dolları borcu qaldığını etiraf etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya 5000 manat borcu qaldığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. 8.1 Məhkəmə hesab etmişdir ki, araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya 5000 manat borcun qalması təsdiqi ni tapmamış, cavabdeh MPM-nin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 8.2 Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 385.1, 427.3, 425.1, 442.1, 739.1, 739.2, 882.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-2293/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi, R.Ş.Muradov, F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdeh şikayətində latın qrafikasında yazıb-oxumağı bilmədiyindən, müqavilədə nə yazıldığını bilmədiyini, təzyiq altında o qəbzə imza atdığını, eyni zamanda iddiaçıya borcdan hissə-hissə ödədiyini, 5000 manat borcunun qaldığını bildirsə də, bunlar mülahizələrdən ibarət olmaqla sübuta yetirilmir.

12. Digər tərəfdən tərəflər müqavilənin məzmunu və şərtləri ilə tanış olduqdan sonra notariusun iştirakı ilə imza ediblər. Belə olan halda iddiaçı iddia etdiyi məbləğdə cavabdehin ona borcunun olmasını sübut etmiş olur.

13. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsini n istinad etdiyi eyni normalara istinadla əsaslandırmış, əlavə olaraq da MPM-in 385.2-ci maddəsinə istinad etmişdir.

14. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə etiraz dəliləri, məhkəmə prosesi iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəliləri

15. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

16. Kasassiya şikayəti Mülki Məcəllənin 337.1, 337.4, 339.1, 339.2, 339.3, 339.4, maddlərinə, MPM-nin 417.0.1, 418.1, 418.3-cü maddələrinə i stinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə prosesi iştirakçılarının izahatları

18. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri

20. Qanunvericiliyə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamaq zərurıtindən irəli gələrək aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş, işə əlavə edilmiş və araşdırılmış sübutlara və faktiki hallara istinad edilməsi kassasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması kimi qiymətləndirilməməlidir.

21. Baxılan işdə yeganə kassator olan cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

22. Mülki Məcəllə: 22.1 Maddə 381.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.2 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 22.3 Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 22.4 Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Mülki Prosessual Məcəllə: 23.1 Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 23.2. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.3 Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 23.4 Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 23.5 Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 23.6 Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 23.7 Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəm əsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilmir. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbinin əsası kimi notarial qaydada bağlanmış müqaviləyə istinad edir. Tərəflər arasında notariusun iştirakı ilə yazılı qaydada bağlanaraq imzalanmış və notarius tərəfindən təsdiq edilmiş müqavilənin məzmunun həqiqiliyi prezumpsiyası qüvvədədir. Həmin müqavilənin məzm unun cavabdehin iradəsinə uyğun olmamasını sübutetmə yükü cavabdehin üzərinə düşür.

26. Həmçinin həmin müqavilə üzrə cavabdehin iddiaçıya borcunun olmaması, aldığı borcunun ödəməsini sübutetmə yükü də cavabdehin üzərinə düşür. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi hallara dair nə birinci instansiya məhkəməsinə, nədə ki apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir.

27. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

29. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

30. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır.

31. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas görmür. 3

2. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 419-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə kollegiyası, Qərara alır: Cavabdeh qızının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2293/2021 nömrəli mülki iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar