Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6576/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağstafa rayon Notariat Ofisinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin Notariat ofisinin üzərinə qoyulması. Hüquqi müəyyənlik və dispozitivlik prinsipləri. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Maraqlı şəxs X13 vəkili X4 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2478/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* nömrəli çıxarışa əsasən Ağstafa rayonun Vurğun qəsəbəsində yerləşən, ümumi sahəsi 311,3 kvadrat metr olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında X5, X6, X9, X10 və X11 adına 07 fevral 2012-ci ildən qeydiyyata alınmışdır. 16.03.2012-ci il tarixli vəsiyyətnamə ilə X12 özünə məxsus Ağstafa rayonun Vurğun qəsəbəsində yerləşən yaşayış evinin ikinci mərtəbəsini oğul nəvəsi X15, birinci mərtəbəsini və həyətyanı sahəsini isə oğlu İddiaçı vəsiyyət etmişdir. X12 03 noyabr 2013-cü il tarixdə, X14 isə 14 fevral 2017-ci il tarixdə ölmüşlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağstafa rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 05 mart 2019-cu il tarixli məktubu ilə mərhum atası X3 miras qalmış əmlaka dair müddəti ötürdüyündən ona vərəsəlik şəhadətnaməsi verilməmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X7 məxsus Ağstafa rayonun Vurğun qəsəbəsində yerləşən iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinə və həyətyanı sahəsinə dair onun adına vəsiyyət üzrə vərəsəlik şə hadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atasının vəfatından sonra miras əmlakı faktiki qəbul etmiş və hal-hazıradək əmlakdan itsifadə edir. Mərhum anası X6 ödənilməmiş əmlak və torpaq vergilərini özü ödəmişdir. Müvafiq sənədlərini toplayıb vəsiyyət üzrə vərəsə kimi şəhadətnamə almaq məqsədi ilə cavabdeh notariat ofisinə müraciət etsə də, müddəti ötürdüyündən xahişi təmin edilməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın hərəkəti qanunsuzlur. Belə ki, atasından miras qalmış əmlakı faktiki qəbul etmiş və əməli idarəçiliyi həyata keçirir. Ağstafa Rayon Məhkəməsinin (hakim Zamiq Rəsulov) 2(015)-631/2019 saylı mülki iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, miras əmlaka daxil olan İddiaçı məxsus Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinə və həyətyanı sahəsinə İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağstafa rayon Notariat Ofisinə həvalə olunmasını qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul edə bilərdilər. İddiaçı tərəfindən mirasın qəbul edilməsi barədə ərizə verilməsə də, miras əmlaka faktiki sahiblik edilmiş, əmlakı idarə etməyə faktiki başlanmış, yəni iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddət ötürülməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, eyni zamanda X1 özünə məxsus Ağstafa rayonun Vurğun qəsəbəsində yerləşən yaşayış evinin ikinci mərtəbəsini oğul nəvəsi X15, birinci mərtəbəsini və həyətyanı sahəsini isə oğlu İddiaçı vəsiyyət etmişdir. Qətnamədən narazı qalan iş üzrə maraqlı şəxs X16 apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, üzərində tikilmiş əmlak bütövlüklə atası tərəfindən ailə qurmaq niyyəti ilə inşa edilmişdir və onun faktiki varisləri o, bacısı və anasıdır. Həyətyanı torpaq sahəsi ilə bağlı vərəsəlik hüququna gəldikdə isə torpaq sahəsinə də İddiaçı Məmməd oğlunun hər hansı hüququ əmələ gəlməmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılması, həmçinin, İddiaçı Məmməd oğlunun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq cinayət işinin başladılması üçün Ağstafa rayon prokurorluğuna göndərilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ədil Məmmədov - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Fikrət Mehtiyev) 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X5 yaşayış evinin ikinci mərtəbəsini oğul nəvəsi X15, birinci mərtəbəsini və həyətyanı sahəsini isə oğlu İddi açı vəsiyyət etmək səlahiyyəti olmamışdır. Belə ki, Məmməd Əliyevin həmin əmlakdakı payı ayrıca olaraq qeydə alınmamışdır. Belə olan, halda iddiaçının istinad etdiyi vəsiyyətnamə yalnız ümumi birgə mülkiyyətdə olan əmlakdan Məmməd Əliyevə çatası payın vərəsəlik qaydasında vərəsələrə verilməsi üçün əsas ola bilərdi bir şərtlə ki, həmin miras əmlak digər vərəsələrlə birlikdə, həm də iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş olsun. Hazırki işin faktiki halları isə ondan ibarətdir ki, iddiaçı öz atasından qalmış mirasın formal sənədləşdirilməsi üçün notariat orqanına müraciət etməmişdir. Mirasın faktiki qəbulunun fakt kimi müəyyən edilməsi isə məhkəmə tərəfindən müəyyən edilə bilər. Hazırki işdən isə iddiaçının öz valideynlərdən qalmış mirası faktiki qəbul etməsi fakt kimi müəyyən olunmu r. İddiaçı mərhum valideynlərindən qalmış mirasın onun tərəfindən faktiki qəbul edilməsini təsdiq edə bilən sübut növü kimi, Ağstafa rayon Vurğun Bələdiyyəsi tərəfindən verilmiş 21.01.2019cu il tarixli 02 saylı arayışı iddia ərizəsinə əlavə etmişdir ki, həmin arayışdan da görünür ki, mərhum X5 və X6 ödənilməmiş əmlak və torpaq vergilərini 11.01.2019-cu il tarixdə İddiaçı ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi bu arayışı iddiaçının mərhum valideynlərindən qalmış mirası faktiki qəbul etdiyini təsdiq edə bilən sübut növü kimi qəbul etməyərək qeyd etmişdir ki, bu hərəkət mirasqoyanlar - X5 ölümündən beş il və X6 ölümündən isə iki ilə yaxın müddət keçdikdən sonra edilmişdir ki, bu arayış iddiaçının mərhum valideynlərindən qalmış mirası mirasın açıldığı gündən qanunla müəyyən edilmiş müdd ət ərzində faktiki qəbul edildiyinin sübutu kimi qiymətləndirilə bilməz. Beləliklə iddiaçının mərhum valideynlərindən qalmış mirasın onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi üçün onun tərəfindən onun öz izahatından savayı, başqa sübutlar məhkəməyə təqdim edilməmişdir. Yalnız iddiaçı özü izahatında göstərmişdir ki, atasından miras qalmış əmlak onun tərəfindən faktiki qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi onun bu izahatına tənqidi yanaşaraq həmin izahatı iddiaçı tərəfindən irəli sürülən iddianın təmin edilməsi üçün əsas hesab etməmişdir. Çünki iddiaçı işin həllində birbaşa marağı olan şəxsdir və onun tərəfindən verilmiş izahatı iddianın təmin edilməsinə yönəlmişdir. İddiaçının izahatı əlaqəli olan başqa sübutlarla təsdiqini tapmamışdır. Digər tərəfdən iş mate riallarında olan ASAN 1 tərəfindən verilmiş 21.02.2018-ci il tarixli, AZE 17353224 seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən məhkəmə müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu S.Rəhimov küçəsi ev 131-də qeydiyyatdadır. Belə olan halda, iddiaçının bu izahatı irəli sürülən iddianın təmin edilməsinə əsas verən sübut növü kimi qəbul edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən miras əmlak nə formal sənədləşmə ilə, nə də ki faktiki qəbul edilmədiyi üçün onun mirasdan pay əldə etmək hüquqları itirilmiş sayılır, ona görə də miras əmlakda payların müəyyən edilməsi məsələsinə qiymət verilə bilməz. Çünki iddiaçının həmin tələblə bağlı artıq subyektiv hüququ yaranmır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həm vəsiyyət üzrə, həm də qanun üzrə məcburi pay hüququna malik birinci növbəli vərəsədir və miras əmlakı faktiki qəbul etməklə əməli idarəçilik həyata keçirdiyindən onun miras əmlaka dair hüquqları məhdudlaşdıra bilməz. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasından, eləcə də, təqdim edilmiş sübutlardan göründüyü kimi iddiaçı mirası faktiki qəbul etmiş və əməli idarə etmişdir. Mirasın bir hissəsini faktiki qəbul etmiş şəxs, mirası bütünlüklə qəbul edilmiş sayılır. Bu səbəbdən iddiaçıya mirasın qəbulu ilə bağlı hər-hansı müddət tətbiq edilə bilməz. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli oları normaları düzgün tətbiq etməmişdir. İddiaçının mərhum at ası X2 rayonu, Vurğun qəsəbəsində yerləşən daşınmaz əmlakm digər ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətçi olmuş və mülkiyyətçi kimi öz əmlakının üzərində sərəncam vermək hüququ olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Maraqlı şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərb aycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia t ələblərindən kənara çıxa bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticəl ənə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməlidir. İşin mübahisələndirilməyən hallarına görə, Ağstafa rayonun Vurğun qəsəbəsində yerləşən ümumi sahəsi 311,3 kvadrat metr olan fərdi yaşayış evi ümumi mülkiyyət hüququ əsasında X5, X6, X9, X10 və X11 adına daşınmaz əmlakın dövlər reyestrində qeydə alınmış, X12 03 noyabr 2013-cü il tarixdə, X14 isə 14 fevral 2017-ci il tarixdə ölmüşlər. İddiaçı həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat orqanına müraciət etmiş, Ağstafa rayon Notariat Ofisinin 05.03.2019-cu il tarixli məktubu ilə mərhum atası X3 miras qalmı ş əmlaka dair müddəti ötürdüyündən ona vərəsəlik şəhadətnaməsi verilməmiş və məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Hazırki tələbində iddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasınə xahiş etmişdir. İddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi tələbin vərəsəlik şəhadətnaməsinin verilməsinin Notariat Ofisinin üzərinə öhdəlik qoyulmasından ibarət olmasına baxmayaraq iddia tələbinin predmetinə aid olmayan məsələlər barədə yoxlama aparmış, vərəsəlik şəhadətnaməsinin etibarlılığını, iddiaçının miras əmlakı faktiki olaraq qəbul etməməsi barədə məsələri araşdırmışdır. Halbuki cavabdeh orqanının imtinası iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə olmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəm əsi iddia tələbinin predmeti olmayan məsələlərə hüquqi qiymət verərək hüquqi müəyyənəlik və dispozitivlik prinspinin tələblərini pozmuş, iddiaçının başqa əsaslarla iddia tələbinin irəli sülüməsinin qarşısını almışdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun ola raq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, “...Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətiril məli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır”. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət görməyərək qeyd edir ki, Mülki Məcəlləyə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəs əliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1243.2, 1256-cı maddələr). Baxılan işdə iddiaçının qanunla müəyyən edilmiş notariat orqanına müraciət etməməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı tələbində vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, qanunla müəyyən edilmiş müddəti ötürdüyündən cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilməlidir. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. MPM-nin 417.1 və 417.1.4-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2478/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Ağstafa rayonun Vurğun qəsəbəsində yerləşən iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinə və həyətyanı sahəsinə dair onun adına vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh Ağstafa rayon Notariat Ofisinin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Kassasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6576/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6576/2021
20.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver