Məhkəmə qərarları › İş №2(102)-6578/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6578/2019

16.10.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6578/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev İddiaçı Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı X1 İddiaçı, üçün şəxs Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı X1 İddiaçı cavabdeh X3 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X1 İddiaçı və X3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2019-cu il ta rixli 2(103)-5561/2019 saylı qətnaməsindən 3-cü şəxs Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri daxilində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla cavabdeh X4 arasında birgə nikah dövründə alınmış X1-cü məhəllədə inşa edilmiş yüksək mərtəbəli binanın 2 otaqlı, 85,4 kv.m sahəsi olan 16 saylı mənzilinin, 1/2 hissəsi üzərində onun, qalan ½ hissəsi üzərində isə X2 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X1 İddiaçı və X3 qarşı iddia ərizəsi ilə və məhkəmə baxışında iddia tələbinin dəqiqləşdi rilməsi barədə ərizə təqdim edərək, oğlu X1 İddiaçı tərəfindən XXX-cü məhəllədə inşa edilmiş binanın 2 otaqlı, 85,4 kv.m sahəsi olan 16 saylı mənzilin alınması ilə əlaqədar borc kimi alınmış 9000 manat ilkin ödəniş vəsaitinin, mənzilin təmir edilməsi məqsədi ilə borc kimi alınmış 35000 manat vəsaitin, kredit müqaviləsi bağlandıqdan sonra bank ödənişi üçün borc kimi alınmış 22606,83 manat vəsaitin və 30 manat dövlət rüsumunun cavabdehlər X1 İddiaçı X1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.Əhmədov) 30.11.2018-ci il tarixli 2(007)3662/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş, ünvan 1 ünvanda yerləşən 105 saylı mənzilində iddiaçı X1 İddiaçı ilə cavabdeh X2 payları hər birinə 1 /2 (ikidə bir) hissədə olmaqla müəyyən edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X1 İddiaçı və X3 qarşı pul tələbinə dair iddia tələbi təmin edilmiş, cəmi 66606,83 manat borc məbləğinin 1/2 hissəsini təşkil edən 33303,42 manat hissəsinin X1 İddiaçı, digər 33303,42 manat hissəsinin isə X1 alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumuna görə 15 manat cavabdeh X1 İddiaçı və 15 (on beş) manat cavabdeh X1 alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov və F.Babayev) 04 iyun 2019-cu il tarixli 2(103)-5561/2019 saylı qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.11.2018-ci il tarixli 2(007)3662/2018 saylı qətnaməsi cavabdeh X1 münasibətdə ləğv edilmiş, 3-cü şəxs Cavabdeh iddia tələbi cavabdeh X3 münasibətdə rədd edilmişdir 3-cü şəxs Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli 2(103)-5561/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam və hər tərəfli araşdırma aparılmamış, işin halları düzgün qiymətləndirilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında 3-cü şəxs Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiy ası iclasında iddiaçı X1 İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Qətnamədən yalnız 3-cü şəxs kassasiya şikayəti verdiyindən qətnamənin qanuniliyi yalnız 3-cü şəxsin iddiasının cavabdeh münasibətdə rədd edilməsi hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, “xxxx” MMC ilə “Payçı” X4 arasında bağlanmış 12 fevral 2010-cu il tarixli 130 №-li tikilən yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, “xxxx” MMC X1-cü məhəllədə 85,4 m2 mənzili “Payçı”ya verməyi öz üzərinə götürmüşdür. “Payçı” mənzilin pay haqqını müəyyənləşdirən mərhələlər üzrə ödəməyə və son nəticədə mənzili qəbu l etməyi öz üzərinə götürmüşdür. Göstərilən mənzil 2 otaqdan ibarətdir. Müqavilənin qiyməti 38400 manat təklif edilmişdir. İlk pay haqqı mənzilin ümumi dəyərinin 30-50% həcmində ödənilir, qalan məbləğ isə on iki ay ərzində “Payçı” tərəfindən hər ay bölünmək şərti ilə hissə-hissə ödənilir. “xxxx-H” MTK-nin 16 mart 2018-ci il tarixli 138 №-li maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası “xxxx-H” MTK-ya məxsusdur. Bu binanın 2 giriş 4 mərtəbəsində ümumi sahəsi 85,4 kv.m, yaşayış sahəsi 45 kv.m olan, 2 otaqlı 105 saylı mənzilin pay dəyəri payçı X4 tərəfindən tam ödənilmişdir. X1 mənzili xüsusi mülkiyyət hüququ üzrə cavabdeh X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2842 nömrəli reyestr kitabının 265076 nömrəli vərəqində 13.04.2018-ci il tarixdə qeydiyya ta alınmışdır. Bundan başqa “xxxx” ASC ilə borc alan X4 arasında bağlanmış 25 fevral 2010-cu il tarixli 167/ZB №-li kredit müqaviləsinə əsasən, illik 8% olmaqla 29000 manat məbləğində 300 ay müddətinə kredit pul vəsaiti verilir. Kredit borcalana ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin alınmasına verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq iddiaçı S.X1 özünə məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsini ipoteka saxlayana ipotekaya vermişdir. İş üzrə müstəqil tələb irəli sürən Cavabdeh X1 İddiaçı mübahisəli mənzilin alınması ilə əlaqədar borc kimi alınmış 9000 manat ilkin ödəniş vəsaitinin, mənzilin təmir edilməsi məqsədi ilə borc kimi alınmış 35000 manat vəsaitin, kredit müqaviləsi bağlandıqdan sonra bank ödənişi üçün borc kimi alınmış 22606,83 manat vəsaitin, cəmi 66606,83 manat məbləğində borcun, tərəflərin birgə yaşadıqları dövrdə ailənin ehtiyacına sərf olunduğunu göstərərək, həmin borc məbləğinin ərarvad arasında paylara uyğun olaraq müəyyən edilməsi, həmin məbləğin 1/2 hissəsini təşkil edən 33303,42 manat hissəsinin X1 İddiaçı, digər 33303,42 manat hissəsinin isə X1 alınaraq onun xeyrinə ödənilməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsi 3-cü şəxsin iddiası üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı X1 İddiaçı anası, üçüncü şəxs Cavabdeh borc pul vəsaiti almasını təsdiq etsə də, həmin pul vəsaitini anasından hansı şərtlərlə və hansı müddətə alması, bundan başqa həmin pul vəsaitinin mübahisə predmeti olan mənzilin alınmasına və təmirinə xərclənməsinə dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Əksinə cavabdeh A.Abdullayeva tərəfindən bankdan kredit pul vəsaiti götürülmüş iddiaçı isə mülkiyyətində olan mənzili həmin kreditin təminatı olaraq ipoteka ilə yüklü etmişdir. Belə olan halda mənzilin əldə olunması üçün istifadə olunmuş pul vəsaitinin mənbəyi müəyyən olunur. İddiaçı S.X1un üçüncü şəxs Cavabdeh aldığı borc pul vəsaitinin mübahisə predmeti olan mənzilin alışına və təmirinə xərclənməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Üçüncü şəxs Cavabdeh, cavabdehlərin banka olan borcunun əvəzi olaraq, 101 ay ərzində hər ay 223.83 manat, ümumilikdə 22606 manat məbləğində pul vəsaiti ödəməsinə istisna etsə də, həmin ödənişləri həyata keçirməsinə dair məhkəməyə hər-hansı qəbz təqdim etməmişdir. İş materiallarına əlavə o lunmuş qəbzlərin surətindən isə ödənişlərin hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixədək Cavabdeh və ya digər şəxslər tərəfindən ödənilməsi təsdiq edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən istinad olunan sübut-şahid ifadəsi ilə bağlı qeyd etmişdir ki, o, üçüncü şəxs X1 işçisi olduğundan, natamam-ümumi ifadələr verdiyindən həmin ifadələrin hazırkı iş üzrə sübut qismində qəbul edilməsini istisna edir. Bundan başqa şahid banka ödənişlər edilməsini göstərsə də, pul vəsaitini ödəməsinə dair məhkəməyə qəbzlər təqdim edilməmiş, iş materiallarında olan qəbzlərdə isə onun adı qeyd edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun olduğundan və maddi hüq uq normaları düzgün tətbiq edildiyindən əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qeyd edilən normaların məzmunundan da aydın olur ki, qanun ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmənin onların ümumi əmlakına yönəldilməsini mümkün hesab edir. Həmçinin qanun yalnız ümumi borcun bölünməsinin mümkünlüyünü müəyyən edir. Göründüyü kimi, hər iki maddənin hazırki mübahisəyə tətbiq edilməsi üçün götürülmüş kreditin ümumi borc olması yaxud götürülən kreditin ailə ehtiyacları üçün istifadə olunması iş üzrə sübut olunmalıdır. Sübutetmə yükü isə 3-cü şəxs X2 üzərinə düşür. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanı lmalı və qiymətləndirilməlidir. İddiaçı S.X1un üçüncü şəxs Cavabdeh aldığı borc pul vəsaitinin mübahisə predmeti olan mənzilin alışına və təmirinə xərclənməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Kassasiya şikayətinin işin faktiki hallarına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arası ndakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli 2(103)5561/2019 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar