Məhkəmə qərarları › İş №2(102)-658/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-658/2024

29.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-658/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1rşı “mənzilə köçürülmə” tələbinə dair ilk və iddiaçı X4 Yuryevnanın cavabdeh İddiaçı qarşı “payın naturada ayrılması və ya cavabdehin payına mütənasib olaraq kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyət hüququnun xitamının əsasları, mülkiyyətdən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)5372/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 125, 28 saylı mənzil üzərində İddiaçı payı 1/4 hissədə və X4 Yuryevnanın pay 3/4 hissədə olmaqla, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilin giriş qapısının məcburi açılması, mənzildən istif adəyə törədilən maneələrin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil tərəflərin anası X2 xüsusi mülkiyyətində olmuş, analarının vəfatından sonra vərəsəlik qaydasında mənzilin 1/4 hissəsi iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, iddiaçı qanunla müəyyən edilmiş hüquqlardan istifadə edə bilmir, cavabdeh buna maneələr yaradır, iddiaçını mənzilə buraxmır.

4. İddiaçı X4 Yuryevna cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin paylı mülkiyyətində olan mübahisəli mənzilin ümumi paylı mülkiyyətdə olan paylara mütənasib tərəflər arasında nat urada bölünməsi mümkün olmadığından və əmlakın iştirakçılar arasında hərracdan satılması məqsədəmüvafiq olmadığından mənzilin müəyyən edilmiş real bazar qiymətindən cavabdehin payına mütənasib olaraq kompensasiya ödənilməklə, mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli ekspert rəyi ilə mübahisəli mənzilin texniki cəhətdən bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Əmlak Ekspert Mərkəzinin 28 noyabr 2022-ci il tarixli ekspert rəyi ilə mübahisəli mənzilin bazar qiyməti 130000 manat, likvid qiyməti isə 123000 manat dəyərində müəyyən edilmişdir. Ekspert rəyinə müvafiq olaraq, cavabdeh tərəfindən idd iaçıya təklif olunmuşdur ki, mənzilin bazar dəyərinin 1/4 hissəsini ödəməklə iddiaçının mülkiyyət hüququna xitam verilsin. Lakin, iddiaçı cavabdehin bu təklifi ilə və mənzilin qiyməti ilə razılaşmadığını bildirərək, təkrar ekspertiza təyin edilməsini tələb etmiş, məhkəmə tərəfindən təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı üzrə mənzilin real bazar qiyməti 141000 manat, likvid dəyəri isə 127000 manat müəyyən edilmişdir. Mübahisəli mənzilin hərracdan satılması hər iki tərəf üçün müvafiq xərclərin çəkilməsi ilə nəticələnəcəyindən, iddiaçının payına mütənasib olaraq, mənzilin müəyyən edilmiş real bazar qiymətinə uyğun kompensasiya ödənilməklə iddiaçının mənzil üzərindəki mülkiyyət hüququna xitam verilməlidir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(005)146/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) ilk iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilin giriş qapısının məcburi açılması, mənzildən istifadəyə törədilən maneələrin aradan Cavabdeh üzərinə qoyulması, ilkin iddia üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilə köçürülməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “payın naturada ayrılması və ya cavabdehin payına mütənasib olaraq kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manat məbləğində pul vəsaitinin ilkin iddia üz rə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilməsi, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilməsi, keçirilmiş məhkəmə ekspertizalarının xərci olaraq 100 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, mübahisəli əmlakın naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiz a Mərkəzinin 30 dekabr 2022-ci il tarixli ekspert rəyində mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı göstərilmişdir.

8. Məhkəmə, ilkin iddia üzrə iddiaçının payının dəyərinin ilkin iddia üzrə cavabdeh tərəfindən ona ödənilməsi (kompensasiya vermək) ilə bağlı qeyd etmişdir ki, tərəflər paylı mülkiyyətçilər olmaqla, qeyd edilən əmlakın mülkiyyətdə olan hissəsinin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisinə təklif edilmiş, lakin tərəflər bu məsələdə razılığa gələ bilməmişdir. Hətta məhkəmə proseslərində X4 Yuryevna mülki iş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizasında müəyyən edilmiş əmlakın bazar dəyərinin İddiaçı ödənilməsinə razı olduğunu göstərsə də, sonuncu bu təklif i qəbul etməmişdir.

9. Məhkəmə qarşılıqlı iddia tələbinin “cavabdehin payına düşən hissədə pulu ödəməklə evdən mülkiyyət hüququna xitam verilməsi” hissəsi ilə bağlı belə qeyd etmişdir ki, iddiaçı bu tələblərlə iddia qaldırmaq hüququnun subyekti deyil, iddiaçı paylı mülkiyyətçi olmaqla gələcəkdə tam olaraq mənzilin mülkiyyətçisi olduğu halda cavabdehin istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququ ola bilər. Həmin hüquq isə gələcəkdə keçirilən hərracdan sonra olan mənzilin yeni mülkiyyətçisinə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir.

10. Məhkəmə ilkin iddia tələbinin mübahisəli mənzilin giriş qapısının məcburi açılması, mənzildən istifadəyə törədilən maneələrin aradan qaldırılması və iddiaçının həmin mənzilə köçürülməsi hissəsi ilə bağlı qeyd et mişdir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ilə müəyyən olur ki, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzil hazırda Cavabdeh qızı tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 125, mənzil 28 ünvanında yerləşən əmlak ¼ hissədə İddiaçı mülkiyyətindədir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, ilkin iddia üzrə İddiaçı mənzildə yaşamağa maneə yaradır.

11. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilə dair verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çı xarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 125, mənzil 28 ünvanında yerləşən əmlak ¼ hissədə İddiaçı mülkiyyətində olması onun həmin mənzilə köçüb oradan yaşayış sahəsi kimi istifadə etmək hüququnu ehtiva edir. Bu hüququn ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsi tələbi əsaslıdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 152.5, 157.4, 213.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası m əhkəməsində icraat

13. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4 Yuryevna apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(005)-146/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-5372/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(005)-146/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəl diyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli rəyindən göründüyü kimi, mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının 1/4 hissədə payının dəyərinin ödənilməsi (kompensasiya vermək) ilə bağlı təklif irəli sürsə də, təklifdən imtina olunmuşdur. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli mənzilin tam mülkiyyətçisi olmadığı üçün və paylı mülkiyyətçilərdən biri olan qarşılıqlı iddia üzrə cavabdehin əmlak üzərində paylı mülkiyyət hüququ olduğundan qarşılıqlı iddia əsassız hesab edilir.

16. Belə olan halda, rayon məhkəməsi ilk iddi a üzrə iddiaçının cavabdehin ona etdiyi təklifdən imtina etməsini və mənzilə köçürülməsini tələb etməsini, habelə mənzilin tərəflərin paylı mülkiyyətində olmasını nəzərə alaraq, qarşılıqlı iddianı rədd etməklə və ilk iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4 Yuryevna kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-5372/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə, onunla əsaslandırılmışdı r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 220.2, 220.3, 220.4-cü, Mülki Prosessual Məcəllənin 88-ci maddələri pozulmuşdur.

19. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı mənzilin müəyyən edilmiş bazar qiymətinə, yəni 141000 manata uyğun olaraq həmin tələb üzrə cavabdehə 1/4 hissə payına görə kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin kompensasiya ilə razılaşmamasını əsas götürərək qarşılıqlı iddianın təmin edilməməsi qərarına gəlmişdir. Belə olan halda, məhkəmə tərəfindən Mülki Məcəllənin 220.4-cü maddəsi düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddədə kompensasiya ödənilməsinə mülkiyyətçinin razılığı ilə yol verildiyi göstərilməklə yanaşı, həmçinin, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilməsi göstərilmişdir. Qeyd edilməsi zəruridir ki, məhkəmə 2 ayrı ailənin bir mənzildə yaşamasını münasib hesab etsə də, bu həmin ailələr arasında digər münaqişələrin yaranmasını istisna etmir. Qanunvericilik yol verdiyi halda, payı cüzi olan və ailə həyatı qurduqdan sonra öz ailəsi ilə birlikdə ayrı yaşayan və yaşayış sahəsinə malik olan mülkiyyətçinin payına mütənasib olaraq kompensasiyadan imtina etməsi və məhkəmənin bu vəziyyətlə razılaşması düzgün deyildir. Belə ki, son nəticədə bu mübahisəli mənzilin açıq hərracdan satılması və əldə edilən vəsaitin paylara mütənasib olar aq mülkiyyətçilər arasında bölüşdürülməsi ilə nəticələnəcəkdir.

20. Həmçinin, məhkəmə qətnaməsi ilə kassatordan əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin və təkrar əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Baxmayaraq ki, təkrar qiymətləndirmə ekspertizası keçirilməsi barədə vəsatət ilkin iddiaçı tərəfindən verilmiş və məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək təkrar ekspertiza təyin edilmişdir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərb aycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüqu qlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiy yət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrıla n mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220. 6-cü maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə aza lmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcl əri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır.

30. K assasiya şikayətinin dəlilləri maddi hüquq normasının düzgün tətbiq edilməməsinə yönəldilmişdir. Kassator hesab edir ki, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) mübahisəli əmlakda payı cüzidir və onun bu hüququna kompensasiya verilməklə xitam verilə bilər.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmır. Belə ki, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) mənzildə payı (1/4 hissə) kassatorun payından (3/4 hissə) az olsa da, bu pay heç bir halda cüzi hesab oluna bilməz. Belə olan halda, kassatorun Mülki Məcəllənin 220.4-cü maddəsinin 3-cü cümləsinə istinad etməklə, sonuncunun mənzilin ekspert rəyi ilə müəyyən olunmuş dəyərinin qarşılıqlı iddia üzrə cavabdehin payına uyğun kompensasiya verilməklə, mülkiyyət hüququna xitam verilməs i tələbi əsassızdır. 32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.

33. Beləliklə, məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdehin razılığı olmadan ona payının dəyərinə uyğun kompensasiya verilməklə, paylı mülkiyyət hüququna xitam verilməsinin mülkiyyət hüqu qunun pozulması ilə nəticələnəcəyini nəzərə alaraq, kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir.

34. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ilk iddiaçının mübahisəli mənzildə mülkiyyət hüququ olduğundan, Mülki Məcəllənin 152.3, 152.5 və 222.1-ci maddələrinə əsasən onun həmin tələb üzrə cavabdehlə birgə bu mənzildən istifadə hüququ vardır. Odur ki, işin faktiki hallarını araşdıran məhkəmələr ilk iddianı təmin etməklə də maddi hüquq normaların pozulmasına yol verməmişlər.

35. Nəhayət, məhkəmə xərcləri ilə bağlı kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, ilk iddia tələbi tam olaraq təmin, qarşılıqlı iddia isə rədd olunduğundan, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin məzmununa uyğun olaraq iş üzrə alınmış ekspertiza və mütəxəssis rəylərinin dəyərləri kassator a aid edilməlidir.

36. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X4 Yuryevna tərəfindən verilmiş kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-5372/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar