Məhkəmə qərarları › İş №2(102)-6580/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6580/2019

01.10.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6580/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Məmmədov Yunis Məhəmməd oğlunun, nümayəndəsi X13, Cavabdeh və onun vəkili Yaqubova Könül Rafiq qızının iştirakları ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasını n 29 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehə qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Misirzadə, iş 2(011)-348/2019) iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-5394/2019) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348 /2019 saylı mülki iş üzrə qəbul etdiyi 14 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan bir otaqlı mənzildən çıxarılması və həmin mənzilin İddiaçı təhvil verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Yaqubova Könül Rafiq qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Məmmədov Yunis Məhəmməd oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasi ya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə “xxxx” MMC arasında (“xxxx” MMC ilə İddiaçı arasında 303 saylı 04.11.2010-cu ildə bağlanmış müqaviləyə əlavə) 30.12.2012-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı “xxxx” MMC Bakı şəhəri, ünvan 1 ünvanında 12 mərtəbəli yaşayış evinin 1ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan, izolə olunmuş 1 otaqdan ibarət mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 29022,35 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 02.12.2012-ci il tarixli 38 saylı müqaviləyə əsasən icraçı “xxxx” MMC Bakı şəhəri, ünvan 1 ünvanında 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 10-cu mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan, izolə olunmuş 1 otaqda n ibarət mənzili payçı Cavabdeh təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 31608,50 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.08.2016-cı il tarixli 2(011)-186/2016 saylı qətnaməsi ilə iddiaçı X1 İddiaçı qarşı yaşayış sahəsindən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi barədə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzildən çıxarılmağı və mənzilin iddiaçıya təhvil verilməsi qət olunmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X1 qeyd olunan iddia tələbi ilə müraciət edər ək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, “xxxx” MMC ilə bağladığı 10.06.2008-ci il tarixli 238 saylı müqaviləyə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.m olan 1 otaqlı mənzili almış, dəyərini tam ödəmiş və mənzil üzərində mülkiyyət hüququ əldə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi eləcə də işə baxan yuxarı instansiya məhkəmələri qeyd olunan qətnamə və qərarları çıxararkən işdə olan ekspert rəyinə əsaslanmışlar. Ekspert rəy verərkən inşa edilən hündür mərtəbəli, çoxmənzilli binanın ilkin layihə sənədlərinə deyil, faktiki vəziyyətinə qiymət verərək rəy vermişdir. Ekspert öz rəyində birbaşa göstərir ki, ünvan 1 ünvanda inşa edilən binanın iki mərtəbəli qeyri yaşayış sahəsi 0,000 nöqtəsi ndən başlayan 12 mərtəbəli yaşayış mənzilləri kimi layihələndirildiyi, lakin binanın iki qeyriyaşayış mərtəbəsindən və 14 mərtəbəli mənzillərdən ibarət olduğu, yəni binanın eskizlayihə sənədlərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Buna görə də, onun istifadəsində olan mənzil 11-ci mərtəbədə deyil, 12-ci mərtəbədə yerləşmişdir. Bu da ondan irəli gəlmişdir ki, binanın qeyri-yaşayış kimi nəzərdə tutulmuş iki mərtəbəsinin bir mərtəbəsi yaşayış mənzilləri kimi vətəndaşlara qeyri-qanuni satılmışdır. Bunu əsas götürən məhkəmələr onun istifadəsində olan mənzilin 11-ci mərtəbədə deyil, 12-ci mərtəbədə yerləşməsi qənaətinə gəlmiş və onun istifadəsində olan mənzilin boşaldılması və təhvil verilməsi barədə qətnamə çıxarmışlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərarlarından müəyyən olun ur ki, ona məxsus 11-ci mərtəbədə 68-ci sahəsi 57,47 kv.m olan bir otaqlı mənzili Cavabdeh istifadəsindədir. Ona görə də cavabdeh həmin mənzildən çıxarılmalı, mənzil ona təhvil verilməlidir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11.01.2019-cu il tarixli 27312 saylı rəydə göstərilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən İddiaçı ilə “xxxx” MMC arasında 30.12.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən həmin ünvanındakı yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 54,47m2 olan İddiaçıa satılmış 1 otaqdan ibarət mənzil “xxxx” MMC-nin adına “xxxx” MMC-nin sifarişi ilə “xxxx” MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəsinə əsasən binanın 11-ci mərtəbəsində yerləşir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən Cavabdeh ilə “xxxx” MMC arasında 02.12.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən həmin ünvanındakı yaşayış binasının 1-ci blokunun mərtəbəsində yerləşən ümumi sahəsi 54,47 kv.m olan Cavabdeh satılmış 1 otaqdan ibarət mənzil “xxxx” MMC-nin adına “xxxx” MMC-nin sifarişi ilə “xxxx” MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəsinə əsasən binanın 10-cu mərtəbəsində yerləşir. Cavabdeh faktiki istifadəsində olan, sahəsi 57,47 kv.m olan 1 otaqdan ibarət mənzil “xxxx” MMC-nin adına “xxxx” MMC-nin ilə “xxxx” MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəsinə əsasən binanın 11-ci mərtəbəsində yerləşir. Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən İddiaçı və Cavabdeh satılan mənzillərin “xxxx” MMC-nin sifarişi ilə “xxxx” MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəsinə əsasən müxtəlif mənzillər olduğu və İddiaçı mənzil binanın 1 1-ci mərtəbədə və Cavabdeh satılan mənzil binanın 10-cu mərtəbəsində yerləşdiyi müəyyən edilir. Ekspert rəyi ilə İddiaçı və Cavabdeh satılan mənzillərin müxtəlif mənzillər olduğu və Cavabdeh faktiki istifadəsində olan, sahəsi 57,47 kv.m olan 1 otaqdan ibarət mənzilin binanın 11-ci mərtəbəsində yerləşdiyi, yəni müqavilə ilə məhz İddiaçı məxsus olan mənzil olduğu müəyyən olunmuşdur. Beləliklə, müəyyən olunur ki, 02.12.2012-ci il tarixli müqavilə üzrə iddiaçıya satılan mənzil məhz Cavabdeh sahibliyindədir. Həmin sahiblik isə qanunsuzdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 752.1, 752.2, 567-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanun suz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Cavabdeh kassasiya şikayətində apelyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Mübahisəli mənzillə bağlı hazırki işə baxılmazdan xeyli əvvəl mənim hüquqlarımı müəyyən edən məhkəmə qərarı artıq mövcud olmuşdur. Belə ki. Xətai Rayon Məhkəməsinin 25 aprel 2013-cü il tarixli, 2(011)-1471/2013 saylı qətnaməsi var. Qətnamənin “qət etdi” hissəsindən çıxarış: “xxxx və xxxx məhdud məsuliyyətli cəmiyyətlərinin inşa etdiyi Bakı şəhəri. ünvan 1 ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 57.47 kv.metr olan 68 saylı mənzilinə Cavabdeh istifadə və sahiblik hüquqları tanınsın, mənzilin açarları ona təhvil verilsin və maneələrin aradan qaldırılması vəzifəsi cavabdehlərə həvalə edilsin.” Sözügedən qətnamə üzrə cavabdehlər isə hazırki iş üzrə 3-cü şəxslər olan “xxxx və xxxx məhdud məsul iyyətli cəmiyyətləridir. Xətai rayon məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəsini almış və icra olunmuşdur. Bu gün də həmin qətnamə qüvvədədir! Yəni mübahisəli mənzil məhkəmə qərarına əsasən mənə verilmişdir.” Kassasiya şikayəti həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd olunan dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və apelyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Cavabdeh dəlilləri isə əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2013-cü il tarixli 2(103)-1471/2013 saylı və 05 iyun 2017-ci il tarixli 2(011)-2394/2017 saylı qətnamələri ilə müəyyən edilmiş halların hazırkı mülki işə heç bir aidiyyatı yoxdur və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə heç bir preyudisial əhəmiyyət kəsb etmir. Çünki həmin mülki iş üzrə tərəflər (müvafiq olaraq iddiaçı Cavabdeh və digərləri cavabdehlər “xxxx” MMC və “xxxx” MMC və iddiaçı X4 cavabdeh X5) hazırkı mülki işlə eyni deyildir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində isə təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2013-cü il tarixli 2(103)-1471/2013 saylı qətnaməsində mübahisəli ünvanda yerləşən yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsi, ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqdan ibarət mənzili deyil, 02 dekabr 2012-ci il tarixli 38 saylı müqaviləyə əsasən sahəsi 5 7,47 kv.metr olan 68 saylı mənzili qeyd olunmuşdur. Yəni mənzilin yerləşdiyi mərtəbə qeyd olunmamışdır. Cavabdehlə bağlanmış müqavilədə isə mənzilin 10-cu mərtəbədə yerləşməsi qeyd olunmuş, həmçinin mənzilin nömrəsi dəqiq müəyyən edilməmişdir. Eyni zamanda başqa mülki iş üzrə verilmiş ekspert rəyi məhz həmin mülki işdə sübut qismində qəbul edilə bilər. Hazırkı iş üzrə verilmiş ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün isə heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin q ərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin rəyin qiymətləndirilməsi zamanı ekspertiza tədqiqatını aparan ekspertin təhsili, vəzifəsi və ekspert iş stajı da nəzərə alınır. Həmçinin hazırkı apellyasiya baxışı zamanı rəyi vermiş ekspert məhkəmə iclasında dinlənilmiş və o, bir daha təsdiq etmişdir ki, eskiz layihəyə uyğun olaraq İddiaçı məxsus mənzil yaşayış binasının 11-ci mərtəbəsində, Cavabdeh məxsus mənzil isə binanın 10-cu mərtəbəsində yerləşir və hal-hazırda Cavabdeh faktiki olaraq yaşadığı mənzil eskiz layihəyə uyğun olar aq İddiaçı məxsus mənzildir. Həmçinin ekspert rəyində olan fotoşəkil əsasında da yaşayış binasındakı mənzillərin yerləşməsini müəyyən etmək mümkün olur, yəni ekspert rəyinin qiymətləndirilməsində hər hansı çətinlik mövcud deyildir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Çünki Cavabdeh ilə 02 dekabr 2012-ci il tarixdə bağlanmış 38 saylı müqavilədə mənzilin nömrəsi qeyd olunmamış, 57,47 kv. metrlik sahəsi olan mənzilin binanın birinci blokunun 10-cu mərtəbəsində yerləşdiyi öz əksini tapmışdır. Bundan əlavə Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 avqust 2016-cı il tarixli, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 oktyabr 2017-ci tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2018-ci il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanındakı yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinə hüququnun tanınması öz əksini tapmışdır. Məhkəmə həmin fakt əsasında İddiaçı binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 57,47 kv.m sahəsi olan bir otaqlı mənzildən məhkəmə aktlarına müvafiq olaraq çıxarılmışdır. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, “Digər tərəfdən nəzərə almaq lazımdır ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi onunla “xxxx” MMC arasında bağlanmış 30.12.2012-ci il tarixli, 238 saylı müqavilənin ümumiyətlə hüquqi qüvvəsi yoxdur və müqavilə özlüyündə etibarsız əqddir. Belə ki, mübahisəli mənzilə dair mənimlə “xxxx” MMC arasında 02.12.2012-ci il tarixdə, iddiaçı il ə isə bundan sonra 30.12.2012-ci il tarixdə müqavilə bağlanmışdır. Hər iki müqavilənin predmeti eyni mənzil hesab edilirsə, deməli 30.12.2012-ci il tarixdə iddiaçı ilə “xxxx” MMC arasında müqavilə bağlanan zaman həmin mənzilə dair əvvəl müqavilə bağlanmış şəxslərin, yəni mənim razılığımın olması mütləq şərtdir. Belə bir razılıq isə olmamışdır.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı “xxxx” MMC-nin həm onunla, həm də Cavabdeh ilə eyni mənzilə dair müqavilə bağlamasını iddia etmir. Əksinə göstərir ki, hazırda cavabdehin sahibliyində olan mənzil MMC tərəfindən ona satılmış, cavabdehə satılan mənzil isə onun yerləşdiyi 11-ci mərtəbədə deyil, 10-cu mərtəbədə yerləşir. Bu xüsusat məhkəmə aktları ilə və ekspert rəyi ilə də təsdiqini tapmışdır. On a görə də kassasiya şikayətinin həmin dəlili də əsaslı hesab edilmir. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, “iddiaçının həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməsi, yəni mənzilin dəyərinin onun tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı yoxdur. Bu hallar iddiaçının mənzil hüquqlarının olmamasını və dəyəri tam ödənilməyən əmlakı tələb etmək kimi hüququnun olmaması anlamına gəlir.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” şirkəti tərəfindən İddiaçı mənzilin dəyərini tam ödəməməsi barədə heç bir irad bildirilməmiş və əksinə mülki işin 10-cu vərəqində olan çıxarışda “xxxx” şirkəti qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanındakı yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilin mülkiyyətçisidir. Mülki işin 67-ci səhifəsində olan çıxarışı da sübut kimi məhkəməyə cavabdeh təqdim etmiş, “xxxx” şirkəti tərəfindən Cavabdeh verilmiş çıxarışda isə onun binanın 10-cu mərtəbəsində yerləşən 57,47 kv.m sahəsi olan bir otaqlı mənzilin mülkiyyətçisi olması öz əksini tapmışdır. Ona görə də işdə müvafiq maliyyə arayışının olmaması apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi qəbul edilmir. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, “apellyasiya məhkəməsi nədənsə nəzərə almamışdır ki, mübahisəli 68 saylı mənzillə eyni mərtəbədə yerləşən digər mənzillərin binanın 11-ci deyil, 10-cu mərtəbəsində yerləşməsi müəyyən olunur. Belə ki, hazırki mübahisə predmeti olan 68 saylı mənzillə eyni mərtəbədə olan Mustafayevə Sevincə məxsus 70 saylı mənzilə dair Məhkəmə Ekspertiza Mərkəzinin 26.04.2018-ci il tarixli ekspert rəyinə əsasən mənzilin 10-cu mərtəbədə yerləşməsi müəyyən olunur.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin binanın hansı mərtəbəsində yerləşməsi həmin iş üzrə təyin edilmiş ekspert rəyi ilə, həm də yuxarıda qeyd edildiyi kimi Bakı şəhəri Xərai rayon məhkəməsinin, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının müvafiq aktları ilə öz təsdiqini tapmışdır. İddiaçı binanın 12-ci mərtəbəsindəki sahəsi 57,47 kv.m olan bir otaqlı mənzilindən çıxarılmış və ona aldığı mənzilin bir mərtəbə aşağıda 11-ci mərtəbədə yerləşməsi izah olunmuşdur. Həmin iş üzrə Cavabdeh aldığı mənzil isə binanın 1-c i blokunun 10-cu mərtəbəsində yerləşir. Bu xüsusat mülki işin sənədləri ilə öz təsdiqini tapır. Ona görə də kassasiya şikayətinin qeyd olunan dəlili Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar