Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6583/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı prosessual hüquq varisi X2 vəkili Vəkil2, cavabdeh X3 və vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2(103)3582/2019 saylı qətnaməsindən cavabdeh X3nın kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(005)-2967/201 8 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.B.Əliyev) İddiaçı cavabdeh X1 və qeyrilərinə qarşı “qeyri-yaşayış binasından, həmin binanın yerləşdiyi torpaq sahəsindən çıxarılma, qeyri-yaşayış binasının boşaldılaraq təhvil verilməsi, dəymiş maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə 50.000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehin və qeyrilərinin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasından və həmin binanın yerləşdiyi 0,01165 ha torpaq sahəsindən çaxarılması və qeyri-yaşayış binasının boşaldılaraq iddiaçıya təhvil verilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2(103)3582/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi iddia ərizəsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və qeyrilərinə qarşı “qeyri-yaşayış binasından, həmin binanın yerləşdiyi torpaq sahəsindən çıxarılma, qeyri-yaşayış binasının boşaldılaraq təhvil verilməsi, dəymiş maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə 50.000 manat pul tələbinə dair” iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 25 yanvar 2012ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, XXX küçəsində y erləşən 45 saylı qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,01165 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə adına qeydə alınıb. Qeyri-yaşayış binasının tikintisi 2012-ci ilin dekabr ayından başlayıb və 2013-cü ilin may ayınadək davam edib, çöl hissənin şüşələnməsi isə 2013-cü ilin avqust ayında başa çatıb. Qeyri-yaşayış binasının təmiri üçün zəruri xərclərə ehtiyac yarandığına görə bir neçə banklara müraciət edib, lakin kredit götürə bilməyib. Bundan sonra qeyri-yaşayış binasında təmir-tikinti işlərini aparan, qohumluq münasibətində olduğu Səbuhi Behbudovun vasitəsilə cavabdehdən 200.000 manat faizə borc pul almaq barədə razılığa gəlib. Lakin, cavabdeh əvvəlcə öhdəliyin təminatı kimi ipoteka müqaviləsi bağlamaq şərti ilə borc verəcəyini bildirsə də, sonradan fikrini dəyişərək, sözüg edən qeyri-yaşayış binasını alqı-salqı müqaviləsi əsasında onun adına rəsmiləşdirildikdən sonra borc olaraq 200.000 manat pul verə biləcəyini bildirib. Bundan sonra qeyri-yaşayış binasına dair alqı-salqı müqaviləsi bağlanıb və cavabdehdən 200.000 manat borc pul alınıb. Alqı-satqı müqaviləsini bağlamaqda məqsəd müqavilədə göstərilən, lakin faktiki olaraq mövcud olmayan əmlakı satmaq deyil, həmin əmlakın yerində inşa edilən 3 mərtəbəli qeyri-yaşayış binasının təmir işlərini başa çatdırmaq idi. Alqı-satqı müqaviləsi bağlanarkən 1 mərtəbəli qeyri yaşayış sahəsi faktiki olaraq sökülüb və yerində 3 mərtəbəli qeyri-yaşayış binası tikilmiş vəziyyətdə olub. Eyni zamanda qeyri-yaşayış binasında təmir işləri də onun tərəfindən aparılıb. Alqı-satqı müqaviləsi bağlandığı 06 iyun 2013-cü il tarixdən 3 i lə yaxın vaxt keçdikdən sonra 16 yanvar 2016-cı il tarixdə cavabdeh qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu qeydə aldırıb. 2016-cı ilin mart ayında o, 200.000 manat borcu geri qaytarıb qeyri-yaşayış binasını tələb etdikdə isə cavabdeh 600.000 ABŞ dolları müqabilində həmin qeyri-yaşayış binasını geri qaytaracağını bildirib. Belə olan halda onun tələbinə əsasən Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 11 avqust 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış 06 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına verilmiş 16 yanvar 2016-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın ləğv edilməsi qət edilib. Sonradan həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb və onun qeyri-yaşayış binası üzrəndə mülkiyyət hüququ bərpa edilib. Qeyri-yaşayış binası barəsində məhkəmə mübahisəsi davam etdiyi bir vaxtda cavabdeh qeyri-yaşayış binasının pəncərəsini sındıraraq, binaya daxil olub və qapının açarlarını dəyişib. Dəfələrlə açarı, binanı boşaldaraq təhvil verməsini tələb etsə də, cavabdeh onun qanuni tələblərinə məhəl qoymayıb. Hətta Ali Məhkəmənin qərarından sonra şəxsiyyəti ona məlum olmayan və özünü “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvləri kimi təqdim edən şəxsləri qeyriyaşayış binasına buraxaraq, binanı faktiki olaraq onlara təhvil verib. 2018-ci ilin aprel ayında ona məlum olub ki, həmin şəxslər qeyri-yaşayış binasında təmir işləri aparırlar. Əslində həmin şəxslər qeyri-yaşayış binasında kosmetik təmir işləri aparmaqla həmin qeyri-yaşayış binasını t ərk etməyəcəklərini nümayiş etdiriblər. Belə olan halda cavabdeh və qeyriləri qeyri-yaşayış binasından məcburi qaydada çıxarılmalıdırlar. Bu şəxslərin qeyri-yaşayış binasından uzun müddət qanunsuz istifadə etmələri onun hüquq və mənafelərini pozur, qeyri-yaşayış binasından istifadə, onun üzərində sərəncam verməsinə mane olur. Eləcə də qeyri-yaşayış binasında təmir işlərini yekunlaşdıraraq oradan istifadə və gəlir əldə edə bilmir. Qeyri-yaşayış binasını cavabdehin qanunsuz istifadəsində olduğu müddətdə icarəyə vermiş olsaydı ən azından 100.000 manat gəlir əldə etmiş olardı. Lakin, cavabdehin və onun binaya gətirdiyi şəxslərin təqsiri üzündən əldən çıxmış fayda şəklində gəlirlərindən məhrum olub. Bu isə son nəticədə ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarıb. Ona görə də iddia əri zəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi, eləcə də əməlində cinayətin əlamətləri olan şəxslər barəsində xüsusi qərardad çıxarılması xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏ N ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh XXX və vəkili XXX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı prosessual hüquq varisi XXX vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs “X7 Birliyi” məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilmələdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli qeyri-yaşayış binasına dair tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməklə həmin qeyri yaşayış binası na dair cavabdehin adına verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın ləğv edilməsinə, həmin mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların hazırki işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinə yol verilməməsinə, iddiaçının mübahisəli qeyriyaşayış binasının mülkiyyətçisi olmasının mülki iş materialları ilə öz təsdiqini tapmasına, işin həqiqi hallarına görə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasına faktiki sahiblikdən məhrum olmasına, həmin qeyri-yaşayış binasının, eləcə də onun altında yerləşən torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olmaqla iddiaçının sahibliyindən çıxmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarını n tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla işdən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, 28 noyabr 2018-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 423,7 kv.metr olan qeyri-yaşayış binası və həmin ünvanda mülkiyyətdə olan 0,01165 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alındıqdan sonra, sonuncu həmin qeyri-yaşayış binasını və 0,01165 ha torpaq s ahəsini notarial qaydada təsdiq edilmiş 06 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə və 07 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 500.000 manata Məhbubə Xudiyevaya satdığı halda, apellyasiya instansiyası məhkəməsi 14 mart 2019-cu il tarixdə işə mahiyyəti üzrə baxarkən, sonuncunu işdə iştirak etməyə cəlb edib onun hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, mübahisəli qeyri-yaşayış binasının boşaldılaraq İddiaçı təhvil verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Göründüyü kimi mübahisəli qeyri-yaşayış binası və 0,01165 ha torpaq sahəsi üzərində sahiblik və istifadə hüqüqu onların barəsində əqdin notariat qaydasında təsdiq edildiyi 07 dekabr 2018-ci il tarixdən, həmin qeyri-yaşayış binası və torpaq sahəsinə isə mülkiyyət hüququ qeyd olunan alqı-satqı müqaviləsinə əsasən onların verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan Məhbubə Xudiyevaya keçdiyi halda, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə onu işə baxılmağa cəlb etmədən 14 mart 2019-cu il tarixli qətnaməsi ilə keçmiş mülkyyətçi İddiaçı tələbinə əsasən cavabdehin və qeyrilərinin mübahisəli qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxaralmalarını və qeyri-yaşayış binasının boşaldılaraq İddiaçı təhvil verilməsini qət etmiş birinci instansiya məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Digər tərəfdən iddiaçı tələbində cavabdehlə yanaşı, qeyrilərinin də mübahisəli qeyriyaşayış binasından və torpaq sahəsindən çıxarılmalarını iddia etsə də, iddia ərizəsində ümumiyyətlə qeyrilərinin kimlərdən ibarət olmasını, onların adlarını, poçt ünvanlarını və sair göstərməmiş, birinci instansiya məhkəməsi isə iddia ərizəsinin məzmumuna diqqət yetirmədən iddia ərizəsini bütövlükdə təmin etmişdir. Apellyasiya instansiyas ı məhkəməsi bu hala diqqət yetirmədən, MPM-nin 149.2, 220.5, 223.1, 365-ci maddələrinin tələblərini pozaraq birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə dəyişdirilmədən saxlamışdır. Halbuki, həmin maddələrin mənasına görə, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər və sair göstərilməlidir. Eləcə də məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərməlidir. Bundan başqa işdən görü nür ki, mübahisəli qeyri-yaşayış binası və torpaq sahəsi 06 iyun 2013-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 16 yanvar 2016-cı il tarixdə mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alındıqdan sonra, sonuncu 06 fevral 2016-cı il tarixli icarə müqaviləsinə əsasən qeyri-yaşayış binasını 5 il müddətinə, yəni 06 fevral 2021-ci il tarixədək “Qarabağ Qaziləri” İctimai Birliyinə icarəyə verib və bu gün də həmin müqavilə qüvvədədir. Eyni zamanda işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, İddiaçı işə apellyasiya qaydasında baxıldıqdan sonra, yəni 13 may 2019-cu il tarixdə ölüb. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 54.1, 54.2-ci maddələrinin mənasına görə, iddia tələb hüquq olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Eləcə də həmin Məcəllənin 261.0.7, 391-ci maddəsində göstərilir ki, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə işə baxan məhkəmə iş üzrə icraata xitam verə bilər. Ona görə də, kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, işə yenidən apellyasiya qaydasında bax ılarkən mübahisəli qeyri-yaşayış binasının və torpaq sahəsinin yeni mülkiyyətçisi Məhbubə Xudiyeva işə baxılmağa cəlb edilməklə, onun hazırki mübahisəli məsələyə münasibəti öyrənilməli, qeyri-yaşayış binasından 06 fevral 2016-cı il tarixli icarə müqaviləsinə əsasən istifadə edən “Qarabağ Qaziləri” İctami Birliyinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməklə həmin Birliyə qarşı iddia tələbinin əsaslılığına hüquqi verilməli və iş üzrə tərəflərdən biri olan İddiaçı öldüyü üçün onun barəsində mübahisə edilən hüquq münasibətində hüquq varisliyinə yol verilib-verilməməsi, ona münasibətdə iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması bir daha araşdırılmaqla, bütövlükdə iddia tələblərinin əsaslılığına düzügün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-n in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh X3nın kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli, 2(103)-3582/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6583/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6583/2019
05.11.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver