Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6587/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(005)1013/2019 saylı qətnaməsi ilə (hakim S.Ədilova) İddiaçı cavabdehlər Cavabdeh1 və 2 saylı Bakı şəhəri “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə qarşı iddianın təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-8525/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(005)- 1013/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 2 saylı Bakı şəhəri “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikahın pozulması barədə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 iyun 2018-ci i l tarixli 80 nömrəli qeydin (nikahın pozulması haqqında şəhadətnamənin) etibarsızlığı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə, eləcə də işin faktiki hallarının tam müəyyən edilməməsi ilə qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmadığından qətnamə işin faktiki halları ilə uyğunluq təşkil etmir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil iddiaçı tərəfin kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanıl-masa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normaların düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasi ya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, nikahın pozulması haqqında akt qeydinə əsasən İddiaçı Cavabdeh1 ilə birlikdə 27.05.2018-ci il tarixdə 2 saylı Bakı şəhəri ‘ASAN xidmət” Mərkəzi Qeydiyyat Şöbəsinə ərizə təqdim edərək, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən nikahlarının pozulmasını xahiş etmişlər. Nikahın pozulmasının qeydiyyatı da Ailə Məcəlləsinin 181.2-ci maddəsinin tələblərinə uyğun olaraq bu barədə ərizə verilən gündən 1 ay keçdikdən sonra, yəni 27.06.2018-ci il tarixə təyin olunmuşdur. Həmin akt qeydi qeydiyyat orqanının vəzifəli şəxsi Cavabdeh1 və İddiaçı tərəfindən imza edilmişdir. Ap ellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı nikahın pozulmasında “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən hər hansı qanunsuzluq olmamışdır. Belə ki, Mülki Məcəllənin 19-cu maddəsinin tətbiq edilməsi və həmin qeydin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı aldadılaraq nikahın pozulması barədə ərizə verdiyini bildirsə də, bu halı təsdiq edən mötəbər sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar, yəni fotoşəkil və mesaj yazışmaları isə bu halı təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Çünki mesajların mətnində nikahın pozulması barədə ərizə ilə bağlı hallar göstərilməyib. İddiaçı nın təqdim etdiyi sübutlar və istinad etdiyi hal, yəni ərizə verildikdən sonra onların birgə yaşaması halı iddianın əsaslı olmasını təsdiq etmir. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli: sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ona görə də, məcburiyy ət nikahın anlayışına ziddir, heç kəs nikahda qalmağa məcbur edilə bilməz. Ailə Məcəlləsinin 17.4-cü maddəsinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən ərizə əsasında nikahın pozulmasını ər-arvaddan və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır. Həmin Məcəllənin 181-ci maddəsində isə təsbit olunmuşdur ki, qarşılıqlı razılıq üzrə nikahın pozulması (bu Məcəllənin 17.1 -ci maddəsi) haqqında ərizədə ər-arvad onların yetkinlik yaşına çatmayan uşaqlarının olub-olmadığını təsdiq etməyə borcludurl ar. Nikahın pozulması bu barədə ərizə verilən gündən 1 ay keçdikdən sonra qeydə alınır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. İddiaçı kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumps iyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillərin iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlillərlə işin faktiki halları mübahisələndirilərək kassasiya şikayətində göstərilən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından həmin dəlillər əsaslı hesab edilə bilməz. Bu isə, qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Res publikasının MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. İş üzrə apellyasiya instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozması hallarına yol verməsi müəyyən edilməmiş, qətnamə məhkəmə iclasında, araşdırılmış sübutlar əsasında qəbul edilmiş, hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6587/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6587/2019
16.10.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver