Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-659/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-659/2019 04 fevral 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı, onun vəkili X2, cavabdeh X və vəkili X1nun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən, evdən çıxarılma, tikilinin sökülməsi, torpaq sahəsi və evin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 08.09.2018-ci il tarixli 2(103)-7615/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış Massivində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa etdiyi fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsi ilə evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Z.Ə.Axundova) 24 iyul 2017-ci il tarixli 2(003)-3290/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən, evdən çıxarılma, tikilinin sökülməsi, torpaq sahəsi və evin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Q.Hüseynov, X.A.Cəmilova, İ.K.Xəlilov) 21 noyabr 2017-ci il tarixli 2(103)-10336/2017 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Quliyev, Ə.Mirzəyev, T.Qoldman) 26.04.2018-ci il tarixli 2(102)-3125/2018 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) 06.09.2018-ci il tarixli 2(103)-7615/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3290/2017 saylı 24 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək cavabdehlər X, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçı tərəfindən 2006-cı ildən yaşamaq üçün onların sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış Massivində yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikilidən çıxarılmaları və tikilinin İddiaç ı təhvil verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə dövlət büdcəsinə ödənilmiş 40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların vəkili S.Bayramov iş üzrə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.09.2018-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi qətnamə çıxararkən MPM-nin 386-cı maddəsinin tələblərinə zidd olaraq maddi hüquq normalarını pozmuş tətbiq olunmalı qanunu tətbiq etməmişdir. Mübahisəli tikili qırx ildən artıq bir müddətdir ki, mövcudd ur, əvvəllər çörəkbişirmə sexi kimi fəaliyyət göstərib. İddiaçının mübahisəli tikiliyə və yerləşdiyi əraziyə heç bir aidiyyəti olmadığı və onun tərəfindən tikilmədiyi halda məhkəmə əsassız olaraq mübahisəli tikilinin iddiaçı tərəfindən tikilməsi qənaətinə gələrək ədalətsiz qətnamə çıxarmışdır. İddiaçı mübahisəli sahə barəsində iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq edə bilmədiyi halda və yerli özünü idarə orqanlarının büdcəsinə vergilər ödədiyi barədə təqdim edilmiş sənədlərdə ona torpaq sahəsinin ayrılmasını və ödənişlərin məhz mübahisəli torpaq sahəsi üzrə edildiyini təsdiq edən heç bir sübut təqdim etməməsinə baxmayaraq məhkəmə buna əhəmiyyət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh X və vəkili X1 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək onun t əmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak İddiaçı və vəkili X3 apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparıldığını, sübutlara düzgün qiymət verildiyini qeyd edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7615/2018 nömrəli iş üzrə 06 sentyabr 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Digər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, hazırda cavabdehlərin faktiki sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış Massivində yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikili 2006-cı ildə iddiaçı tərəfindən yaşamaq üçün cavabdehlərin sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçı iddia ərizəsində həmin tikilinin 2002-ci ildə onun tərəfindən inşa edildiyini iddia edir, Cavabdeh1 isə məhkəmə iclasında iddiaya və apellyasiya şikayətinə etiraz edərək mübahisəli 1 otaqdan ibarət olmuş tikilinin iddiaçı tərəfindən 2006-cı ildə onlara yaşamaq üçün təmirsiz vəziyyətdə verildiyini təsdiq etsə də, həmin tikilinin iddiaçı tərəfindən inşa edilmədiyini göstərmiş, lakin etirazın əsasını təşkil edən hallarla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. 24.10.2011-ci il tarixli “Qiymətləndirmə rəyinə əsasən iddiaçının sifarişinə əsasən özbaşına tikili “xxxx” MMC tərəfindən qiymətləndirilmiş, həmin rəydə bir mərtəbəli, sahəsi 81 kv.m olan tikilinin inventar dəyərinin 15100 manat olduğu qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 2006-cı ilə kimi iddiaçı mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış Massivində yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli, 1 otaqdan ibarət olmuş özbaşına tikiliyə öz əmlakı kimi sahi blik etmiş, tikili 2006-cı ildə onun tərəfindən qaçqın ailə olan Cavabdeh1 və ailə üzvlərinə əvəzsiz olaraq müvəqqəti yaşamaq üçün verilmişdir. İddiaçının mübahisəli özbaşına tikilini əldə etməyə və həmin əmlak üzərində hüquqlarının qeydə alınması üçün müvafiq orqanlara müraciət etməyə hüququ (hazırda subyektiv hüquqla əhatə olunmayan maraqları) olduğundan iddia həmin tikilidən cavabdehlərin çıxarılması və iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməlidir. Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul edilmiş qərarında da öz əksini tapmışdır. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli özbaşına tikilinin ətrafındakı torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin ona qaytarılmasına dai r tələbləri təmin edilə bilməz. İddiaçı iddianın təmin edilməmiş hissəsindən kassasiya şikayəti vermədiyindən, qətnamənin qanuniliyi yalnız iddianın təmin edilmiş hissəsində cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsasında yoxlanılır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 218, 420-ci maddələrinin tələblərinə riayət edilmiş, iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında əks edilmiş maddi hüquq normaları işə tətbiq edilməklə iddianın qismən təmin edilməsi nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiy a şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi – mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.09.2018-ci il tarixli 2(103)-7615/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m inir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva Sədrlik edən: Elşanə Vəliyeva Hakimlər: Qürbət Əsgərov Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-659/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-659/2019
04.02.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver