Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-659/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı İddiaçı vəkili Qulamov Ağazahid Şirzad oğlunun, ilkin iddia üzrə Cavabdeh, vəkili X6 iştirakları ilə, ilkin iddia üzrə İddiaçı və vəkili Qulamov Ağazahid Şirzad oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)-2822/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumq ayıt Şəhər Məhkəməsinin 2(060)-517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov, iş № 2(060)-517/2019) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh XXX mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh XXX mənzilindən çıxarılması, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)-2822/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi L.M.Məmmədova, S.A.Qafari və F.Ə.Məmmədov, iş № 2(105)-2822/2019) ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)517/2019 saylı, 08 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olu nması, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilkin iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış AN-İ ******* saylı, 17 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 19.06.2014-cü il tarixli, seriya RX, ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh XXX mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə və mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, XXX mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair iddiaçı ilə Cavabdeh arasında 17.06.2014-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra mənzil Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir. İddiaçı onun qızı, cavabdeh isə bacısıdır. İddiaçının atası ilə onun arasında olan nikah pozulmuşdur.Bundan sonra iddiaçıya atası tərəfindən Sumqayıt şəhə rində bir otaqlı mənzil verilmişdir. Onun hazırda Rusiya Federasiyasında yaşayan qardaşının problemləri olduğundan iddiaçıya məxsus həmin bir otaqlı mənzil satılaraq qardaşının problemlərinə xərclənmişdir. Bunun əvəzi olaraq qardaşı da Saray qəsəbəsindəki özünə məxsus torpaq sahəsinin satılaraq mübahisəli mənzilin alınmasını həll etmişdir. Cavabdeh iddiaçının xalası olduğundan, cavabdehə mənzildə yaşamasına və qeydiyyatda qalmasına müvəqqəti icazə vermişlər. Hazırda isə cavabdeh mübahisəli mənzildən çıxmayaraq iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək XXX mənzilinə dair onunla İddiaçı arasında Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda bağlanmış 17.06.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında alınmış çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh onun bacısı qızıdır. Onun Rusiya Federasiyasında yaşayan qardaşı Saray qəsəbəsində özünə məxsus olan torpaq sahəsini sataraq mübahisəli evi ona almışdır. Həmin vaxt mənzil X1 etibarnamə əsasında alınmışdır. Mənzilin pulunu o, ödəsə də etibarnamə bacısı X3 verilmişdir. Səbəb isə ona etibarnamə verilsə idi, o, daha sonra həmin mənzili öz adına keçirə bilməyəcəkdi. 12.02.2013-cü il tarixdə o, bacısı ilə formal şəkildə alqı-satqı etmişdir. Aynurənin özü və anası borca düşdüklərindən ona demişlər ki, evi banka girov qoyu b pul götürsünlər. O, da bacısı qızına ürəyi yanaraq evin banka girova qoyulmasına razılıq vermişdir. Bu zaman ona demişlər ki, o, heç bir yerdə işləmədiyi üçün ona kreditə pul verilə bilməz. İddiaçı isə işləyir bu zaman bacısı ona təklif etmişdir ki, mənzili qızının adına keçirərək ipoteka qoyub pul götürərək öz borclarını bağlasın. O, da bacısı olduğundan buna etiraz etməmişdir.17.06.2014-cü il tarixdə o, bacısının qızı ilə mənzili formal olaraq alqı-satqı etmişdir. Həmin alqı-satqının formal olduğu elə mənzilin dəyərinin 25.000 manat göstərilməsində də öz əksini tapır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyası na kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib ilkin iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İlkin iddia üzrə iddiaçı İddiaçı və vəkili Qulamov Ağazahid Şirzad oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclas ında ilkin iddia üzrə İddiaçı vəkili Qulamov Ağazahid Şirzad oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh və vəkili X8 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq ilkin iddia üzrə iddiaçı İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Məhkəmə kollegiyası iş üzrə mə ruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə iddiaçı İddiaçı vəkili Qulamov Ağazahid Şirzad oğlunun, ilkin iddia üzrə Cavabdeh, vəkili X6 izahatlarını dinləyib, iş materiallarını və ilkin iddia üzrə iddiaçı İddiaçı kassasiya şikayətinin dəllilərini araşdıraraq aşağıdakı göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qan uni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(105)-2822/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-659/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-659/2020
11.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver