Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-659/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin çatışmayan sahəsinə görə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2(103)-3096/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə 28 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 07 dekabr 2013-cü il tarixli 07 və 08 saylı müqavilələrə görə İddiaçı həmin MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli 8 saylı yaşayış binasının 25 və 27 saylı mənzillərini almışdır.
2. Müqavilədə mənzilin 1 kvadrat metrinin qiyməti 750 manat olmaqla 25 saylı mənzilin ümumi sahəsi 67,06 kvadrat metr, 27 saylı mənzilin ümumi sahəsi isə 141,11 kvadrat metr göstərilmişdir.
3. İddiaçı həmin MTK-ya 25 saylı mənzilə görə 50.295 manat, 27 saylı mənzilə görə 105.830 manat pul ödəmişdir.
4. Cavabdeh MTK tərəfindən verilmiş 05 may 2017-ci il tarixli maliyyə arayışlarına əsasən İddiaçı 25 və 27 saylı mənzillərin dəyərini tam ödəmişdir.
5. İddiaçı hər iki mənzilə görə mülkiyyət hüququnu təsdiq edən daşınmaz ə mlakın dövlət reyestrindən 04 may 2021-ci il tarixli çıxarışlar almış, çıxarışlarda 25 saylı mənzilin ümumi sahəsi 62,40 kvadrat metr, 27 saylı mənzilin ümumi sahəsi 126,90 kvadrat metr göstərilmişdir.
6. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda mənzillərə yeni ünvan verilərək 25 və 27 saylı mənzillər müvafiq olaraq Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəsi, 122 M5 mənzil 1 və mənzil 3 kimi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı mənzilə görə artıq ödənilmiş 3.495 manat, 3 saylı mənzilə görə artıq ödənilmiş 10.657,50 manat, cəmi 14.152,50 manat pulun cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi iş in yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mənzillərin ümumi sahəsi müəyyənləşdirilərkən şəhərsalma və tikinti qanunvericiliyinin müddəaları kobud şəkildə pozulmuş, müqavilələrdə bilərəkdən mənzillərin ümumi sahəsi artıq göstərilmiş, bu səbəbdən ondan artıq ödəniş alınmışdır.
9. Məhkəmə tikinti-texniki ekspertizasının 17 fevral 2022-ci il tarixli, 10/6743 saylı rəyinə əsasən, Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 1 saylı mənzil düzbucaqlı formasında olmaqla həmin mənzilin eni 7,1 metr, uzunluğu 9,5 metr təşkil edir və 1 saylı mənzilin daxili parametrləri (içdən-içə) üzrə sahəsi 67,45 m2 (7,1x9,5) təşkil edir. Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 3 saylı mənzilin daxili arakəsmələrinin yerləşdiyi sahə 9,5 m2, həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə sahəsi 141,7 m2 (132,2+9,5) təşkil edir. Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 1 saylı mənzilə dair bağlanmış xx.xx.2013-cü il tarixli 07 saylı müqavilədə göstərilmiş (67,06 kv.m) sahənin həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə (67,45 m2 ) sahəsindən 0,39 m2 az olduğu, Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 3 saylı mənzilə dair bağlanmış xx.xx.2013-cü il tarixli 08 saylı müqavilədə göstərilmiş (141,11 kv.m) sahənin həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə (141,7 m2 ) sahəsindən 0,59 m2 az olduğu müəyyən olunmuşdur.
10. Ekspertin rəyinə görə, mənzilin daxili parametrləri ( içdən-içə arakəsmələrin sahəsi, şaxtaların sahəsi daxil olmaqla) üzrə ümumi sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələblərinə uyğun deyil.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, tərəflər arasında mübahisəli mənzillər üzrə müqavilələr bağlanmış və sözü gedən mənzillər iddiaçıya təhvil verilmişdir. Cavabdeh müqavilələr üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Belə ki, müqavilədə nəzərdə tutulmuş sahələr olduğu kv.m nisbətində iddiaçıya təhvil verilmişdir. Tərəflər arasında 1 nömrəli mənzil üzrə bağlanmış müqavilədə mənzilin ümumi sahəsi 67.06 kv.m, 3 nömrəli mənzil üzrə isə 141.11 kv.m göstərilmişdir. Ekspert rəyində isə 1 nömrəli mənzil üzrə ümumi sahənin müqavilədə göstərilmiş sahədən 0.39 kv.m, 3 nömrəli mənzil üzrə isə 0.59 kv.m az olduğu müəyyən edilmişdir. Həmin sahələrdə çox cuzi fərq ilə yaranmış sahələrdi. Bildirir ki, ümumiyyətlə tərəflər arasında bağlanılmış müqavilə podrat müqaviləsi, yəni mənzilin tikilərək təhvil verilməsinə dair müqavilədir. Qeyd olunan müqavilələrdə də, tikilərək təhvil verilməsi nəzərdə tutulmuş mənzillərin ümumi sahələri qeyd edilmişdir. Bildirir ki, tikinti sahəsi dedikdə bu, mənzilin tam sahəsini, o cümlədən də, daxili arakəsmələrin əhatə etdiyi sahələri əhatə edir. Yəni əgər MTK daxili tikililəri tikməsə idi, o zaman evin faktiki sahəsi elə ümumi sahəsi ilə eynilik təşkil edəcəkdi ki, hansı ki, ekspertin rəyində də arakəsmələr daxil olmaqla mənzilin daxili sərhədləri çərçivəsində ümumi sahəsinin müqavilə üzrə tikilərək təhvil verilməsi nəzərdə tutulmuş ümumi sahə ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Yaranmış cüzi fərq isə tikinti zamanı baş verə biləcək texniki səbəblərdən yarana biləcək fərqlərdi.
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-328/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia qismən təmin edilmiş, 07 dekabr 2013-cü il tarixli 07 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəsi, 122 M5 mənzil 1 üçün artıq ödənilmiş 292,50 manat, 07 dekabr 2013-cü il tarixli 08 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəs i, 122 M5 mənzil 3 üçün artıq ödənilmiş 442,50 manat, cəmi 735 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, 1 saylı mənzilin sahəsi daxili parametrləri üzrə (içdən-içə) sahəsindən 0,39 kv.metr, 3 saylı mənzilin sahəsi isə 0,59 kv.metr azdır. Buna görə də 1 saylı mənzilə görə artıq ödənilmiş 0,39x750=292,50 manat, 3 saylı mənzilə görə artıq ödənilmiş 0,59x750=442,50 manat pul maddi ziyanın əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 21, 752.1, 762.2, 773 və 775-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzillərin sahəsi hesablanarkən balkon, lociya, terras, şüşəbənd və eyvanların sahəsinə azaltma əmsalları tətbiq olunmamış, mənzillərin sahəsi əsassız olaraq içdən-içə hesablanmış, nəticədə “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələbləri pozulmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 avqust 2022-ci il tarixli, 2(103)-4594/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə birinci instansiya məhkəməsinin qət naməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bildirmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mövcud məhkəmə təcrübəsinə də uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir.
19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 752.1, 762.2, 773 və 775-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
20. İddiaçı kassasiya şikayəti və ona əlavə ərizə verərək qətnamənin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etm işdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyası icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı səbəbə görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilmədiyini əsaslandırmamışdır. Məhkəmə müqavilə şərtlərində “ümumi sahə” anlayışına qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun müəyyən edilən və “tərəflərin iradə ifadəsinin həqiqi mənası” baxımından yanaşmamışdır. Qanunvericilikdə mənzilin ümumi sahəsinin hesablama qaydası açıq və aydın nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası buna məhəl qoymamışdır. Bundan əlavə, məhkəmə kollegiyası icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların han sı səbəbə görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilmədiyini əsaslandırmamışdır. Cavabdehin vəkili birinci instansiya məhkəməsində bildirmişdir ki, MTK daxili tikililəri tikməsə idi, o zaman evin faktiki sahəsi elə ümumi sahəsi ilə eynilik təşkil edəcəkdi. Bu yanaşma düzgün deyildir. Belə ki, 1) MTK mənzilin daxili tikililərini (arakəsmələri) tikməsə idi, onda mənzilin neçə otaqlı olması bilinməzdi. 2) Mənzillərin çöl divarlarından kənarda yerləşən açıq balkonların sahəsinin mənzilin ümumi sahəsinə bərabər tutulması(qəbul edilməsi) absurddur. İddiaçı mənzillərdə balkonların olmasını bilərəkdən və buna görə əvvəlcədən əldə edilən anlaşmaya uğun olaraq, cavabdehlə bağladığı müqa vilələrdə mənzilin layihə üzrə ümumi sahəsi (tikinti altı sahə) anlayışı deyil, məhz qanunvericilikdə nəzərdə tutulmuş mənzilin ümumi sahəsi anlayışı nəzərdə tutulmuşdur. Mənzilin layihəsi iddiaçıya aid deyildir. Cavabdeh MTK iddiaçıya mənzilin layihə üzrə ümumi sahəsinin (tikintialtı sahə) təhvil verilməsini deyil, qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanan müqavilədə nəzərdə tutulmuş mənzilin ümumi sahəsini təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. İddiaçı kassasiya şikayətinə əlavə ərizə ilə müraciət edərək, mübahisənin işgüzar adətlərə uyğun deyil, qanunvericilikdə müəyyən edilmiş hüquq normalarına uyğun həll edilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)459/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
23. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi işdə olan ekspert rəyinə istinad etməklə mübahisəni həll etmişdir. Lakin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqat hissəsində hər iki mənzilin ayrı-ayrı tikililərinin (otaq və digər sahələrin) ölçüləri üzrə birinci mənzilin sahəsini 64,9 kv.m, 2-ci mənzilin sahəsini 132,2 kv.m müəyyən etmiş, lakin məhkəmə tərəfindən ekspert qarşısında mənzi llərin müqavilədə göstərilən sahəsi ilə mənzillərin faktiki sahəsinin işdəniçə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqlar da daxil olmaqla, arasındakı fərqin müəyyən edilməsi barədə sual qoyulduğundan bu qaydada hesablama ilə fərqin bir mənzil üzrə 0,39 kv.m, digər mənzil üzrə 0,59 kv.m olmasını müəyyən etmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzillərin faktiki sahələrinin bu qaydada hesablanması formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla, həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun deyil.
25. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd etmişdir ki, məhkəmə ekspertiza rəyinin alınması zamanı sualların qoyuluşunda mənzillərin ümumi sahəsinin otaqların, yerləşg ələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanmalı olması barədə qanunvericiliyin tələblərini nəzərə almamış, mənzillərin faktiki sahəsinin içdən-içə arakəsmələr daxil olmaqla hesablanması formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
26. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 26 iyul 2023-cü il tarixli, 10/4009 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Tofik Abbasov küçəsi-122, mərtəbə 5, ünvanında yerləşən 1 saylı mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardı ğı tikinti altı sahə istisna olmaqla) 64,9 m2 təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin ayrı-ayrı tikililərinin sahəsi aşağıdakı kimidir: 1) dəhlizin sahəsi 5,5 m2, 2) holl-mətbəxin sahəsi 31,5 m2, 3) yaşayış otağının sahəsi 17,9 m2, 4) sanitar qovşağının sahəsi 6,1 m2, 5) lociyanın sahəsi 3,9 m2, cəmi 64,9 m2, ünvan 5 ünvanında yerləşən 3 yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla)) 132,71 m2 təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin ayrı-ayrı tikililərinin sahəsi aşağıdakı kimidir: 1) dəhlizin sahəsi 20,2 m2, sanitar qovşağın sahəsi 5,2 m2, 3) sanitar qovşağın sahəsi 2,3 m2, 4) yaşayış otağının sahəsi 18,4 m2, 5) yaşayış otağının sahəsi 25,1 m2, 6) mətbəxin sahəsi 13,6 m2, 7) yaşayış otağının sahəsi 14,5 m2, 8) yaşayış otağının sahəsi 16,7 m2, 9) dəhlizin sahəsi 4,0 m2, 10) balkonun sahəsi 3,5 m2, lociyanın sahəsi 8,7 m2, layihədən kənar qaydada inşa edilmiş divarın altında qalan sahə 0.51 m2 olmaqla cəmi 132,71 m2, Bakı şəhəri, Nizami rayonu, Tofik Abbasov küçəsi-122, mərtəbə 5, ünvanında yerləşən 1 saylı mənzildə arakəsmə divarlarının, dəhliz və eyvanların sahəsi, habelə şaxtaların, sütunların altında qalan sahə daxil edilməklə ümumi sahənin 67,45 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Tofik Abbasov küçəsi-122, mərtəbə 5, ünvanında yerləşən 3 saylı mənzildə arakəsmə divarlarının, dəhliz və eyvanların sahəsi, habelə şaxtaların, sütunların altında qalan sahə daxil edi lməklə ümumi sahəsinin 141,7 m2 təşkil etdiyi müəyyən edilmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3096/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(004)328/2022 saylı qətnaməsi dəyişdirilmiş, iddianın qismən təmin edilməsi, cavabdehdən cəmi 7.252,5 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya mənzillərin sahəsinin həcmi baxımından qüsurlu mal verdiyi iş üzrə sübutetmənin pred meti olmuşdur. Yəni, ekspertiza rəyində də iddiaçının göstərdiyi kimi təhvil verilən sahənin az həcmdə olması müəyyən edilmişdir.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdə olan mənzilin texniki pasportuna əsasən müəyyən edildiyi kimi mənzilin sahəsi az verilməklə mənzilin sahəsinin həcmi baxımından qüsurlu mal verilmişdir. Bununla da iddiaçı mənzilin sahəsinin az olması halını sübuta yetirmişdir. Belə ki, ekspert rəyini, eləcə də texniki pasportda qeyd edilən sahələri hesabladıqda belə nəticəyə gəlinir ki, hazırda 25 saylı mənzilin sahəsi qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alınmaqla 64,9 kv.m edir (5,5+31,5+17,9+6,1+3,9). Bu da müqavilə üzrə qeyd edilən sahədən çıxıldıqda mənzil sahəsinin 2,16 kv.m (67,06-64,09=2,16) az olduğunu, 27 saylı mənzilin sahəsi qeyd edi lən qanunvericiliyin tələbləri nəzərə alınmaqla 133,6 kv.m edir. Bu da müqavilə üzrə qeyd edilən sahədən çıxıldıqda mənzilin sahəsinin 7,51 kv.m (141,11-133,6=7,51) az olduğunu təsdiq edir.
30. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, 25 saylı mənzilin sahəsinin az olan hissəsi 7,51 kv. metrə görə müqavilə üzrə 1 kv.metr sahəsinin 750 manata hesablanması nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə 1.620 manat (2,16 kv.m x 750 manat=1620 manat), 27 saylı mənzilin sahəsinin az olan hissəsi 7,51 kv. metrə görə müqavilə üzrə 1 kv.metr sahəsinin 750 manata hesablanması nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə 5.632,5 manat (7,51 kv.m x 750 manat=5632,5 manat) pul iddiaçının xeyrinə tutulmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri
31. İddiaçı (Vəkil2 Məhsum oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı səbəbə görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilmədiyini əsaslandırmamışdır. Cavabdeh müqavilədən əmələ gələn öhdəliyini qismən yerinə yetirməmişdir. Cavabdehin mənə verdiyi mənzillərin qüvvədə olan qanunvericilin tələblərinə uyğun hesablanan ümumi sahəsi müqavilədə nəzərdə tutulmuş ümumi sahəsindən 1 saylı mənzil üzrə 4,66 kv.metr az, 3 saylı mənzil üzrə 14,21 kv.metr az olmasına baxmayaraq, məhkəmə məndən artıq alınmış pulun tələbi barədə iddiamı təmin etməmişdir. Məhkəmə kollegiyası 2-ci dəfə ekspertiza rəyinin alınması zamanı sualların qoyuluşunda mənzillərin ümumi sahəsinin müvafiq azalma əmsallarının tətbiq olunmadan hesablanmalı olmasını göstərməklə qanunvericiliyin tələblərini nəzərə almamışdır. Qanunvericilikdə mənzilin ümumi sahəsinin hesablama qaydası açıq və aydın nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyaları buna məhəl qoymamışdır. Hesab edirəm ki, müqavilə üzrə mənzil təhvil verilərkən mənzilin çöl divarlarından kənarda yerləşən açıq balkonların sahəsinin tam nəzərə alınması, yəni mənzilin ümumi sahəsinə bərabər tutulması sadəcə absurddur. Mənzilin çöl divarlarından kənarda yerləşən açıq balko nlar və lociyalar mənzilin tərkib hissəsi deyildir. Mənzil sahibinin həmin balkonları və lociyaları bağlamaq və istədiyi kimi istifadə etmək hüququ yoxdur. Çünki, onların bağlanması binanın ümumi xarici mənzərəsini pozur. Bu məsələyə Konstitusiya Məhkəməsinin şərhi ilə aydınlıq gətirilməsini məqsədəuyğun hesab edirəm. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamışdır.
1. Qətnamənin 35-ci bəndində qeyd edilmişdir ki, təkrar apellyasiya baxışı zamanı keçirilmiş tikinti-texniki ekspertizanın 26 iyul 2023-cü il tarixli rəyinə əsasən ünvan 6 ünvanında yerləşən 3 nömrəli mənzilin faktiki ümumi sahəsi (müvafiq azalma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla)) 132,71 m2 təşkil etdiyi müəyyən edilmişdir. Lakin, məhkəmə kollegiyası mənzilin Texniki pasportda qeyd edilmiş göstəriciləri əsas götürərək Qətnamənin 36-cı bəndində “....27 nömrəli (yeni ünvanla 3 nömrəli) mənzilin sahəsi qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alınmaqla 133,6 kv.m təşkil edir” göstərilmişdir. Halbuki, məhkəmələrin təşəbbüsü ilə iki dəfə keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ekspert rəylərində ünvan 6 ünvanında yerləşən 3 nömrəli mənzilin faktiki ümumi sahəsi faktiki olaraq müvafiq azalma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 132,2 m2 təşkil etdiyi; - iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla - 132,71 m2 təşkil etdiyi göstərilmişdir Nəticədə, qətnaməd ə həmin mənzilin ümumi sahəsinin müqavilədə göstərildiyindən (141,11– 132,71)= 8,4 m2 az olduğu əvəzinə, düzgün olmayaraq (141 – 133,6) = 7,51 m2 az olduğu və həmin mənzilə görə cavabdehdən mənim xeyrimə tutulmalı olan məbləğ (8,40 x 750 manat)= 6.300 manat əvəzinə, düzgün olmayaraq (7,51 x 750 manat) = 5.632,50 manat göstərilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli ərizəmlə məhkəməyə müraciət etməyimə baxmayaraq, məsələ öz həllini tapmamışdır. Lakin, məhkəmə kollegiyasının ekspertin rəyi ilə razılaşmaması iş üzrə qətnamədə əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmənin qətnaməsi əsaslı olmamışdır. Həmçinin MPM-in 119.1-ci maddəsinin tələbi pozulmuşdur və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olmamışdır.
33. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti v erərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdırki, iddiaçının cavabdehdən artıq ödənilmiş pul tələbinə dair iddiası əsassızdır, tərəflər arasında bağlanmış müqavilələrdə tikilərək təhvil verilməsi nəzərdə tutulmuş mənzillərin ümumi sahələri qeyd edilmişdir. Tikinti sahəsi dedikdə bu mənzilin tam sahəsini, o cümlədən də daxili arakəsmələrin əhatə etdiyi sahələri əhatə edir. Yəni əgər MTK daxili tikililəri tikməsə idi, o zaman evin faktiki sahəsi elə ümumi sahəsi ilə eynilik təşkil edəcəkdi ki, hansı ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6743 saylı ekspert rəyində arakəsmələr daxil olmaqla mənzilin daxili sərhə dləri çərçivəsində ümumi sahəsinin müqavilə üzrə tikilərək təhvil verilməsi nəzərdə tutulmuş ümumi sahə ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş üzrə əlavə tikinti texniki ekspertizası təyin edərək ekspertlər qarşısında mübahisəli mənzillərin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan nə qədər təşkil etməsi, eyni zamanda həmin mənzillərin ayrı-ayrılıqda göstərilməklə divarlarının və arakəsmələrinin dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin nə qədər təşkil etməsi sual edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində tədqiqatın nəticəsi müəyyən olunaraq qərardadın 1-ci sualı üzrə 1 saylı mənzilin faktiki ümumi sahəsi 64, 9 kv.m, 3 saylı mənzilin faktiki ümumi sahəsi 132,71 kv.m təşkil etmişdir. Qərardadın 2-ci sualı üzrə isə 1 saylı mənzilin ümumi sahəsi 67,45 kv.m 3 saylı mənzilin ümumi sahəsi 141,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Çox təəssüf ki, məhkəmə kollegiyası öz qətnaməsində yuxarıda qeyd olunan ekspertiza rəyinin iddiaçının mövqeyinə uyğun hissədə qərar çıxarmışdır. Bununla da məhkəmə kollegiyası yuxarıda qeyd etdiyim kimi tərəflər arasında bağlanmış həm müqavilə şərtlərini, həm də Mülki Məcəllənin müvafiq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrin i vicdanla həyata keçirməyə borcludurlar.
37. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
40. Maddə 762.1 Podratçı sifarişçi üçün podratı el ə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
41. Maddə 762.2 Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
42. Maddə 59.1 Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
43. Maddə 59.2 Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi d ə daxil olmaqla hesablanır.
44. Maddə 59.3 Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.4. Məhkə mə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. Tərəflər ayrı-ayrılıqa verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini və sair göstərsələr də, kassasiya instansiyası məhkəməsi tərəflərin bu dəlilləri ilə razılaşmır.
55. Belə ki, apellyasiya instansiyası məhkəməsi mülki iş materiallarına istinadən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıya sahəsi 67,06 kv m və 141,11 kv.m olan 2 mənzil verməyi öhdəsinə götürsə də, təhvil verilən mənzillərə dair verilmiş çıxarışlarda mənzillərin sahəsi 62,4 kv və 126,9 kv.m göstərilmişdir.
56. İşin faktiki hallarından görünür ki, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzillərin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir.
57. Cavabdeh isə, iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzillər vermişdir.
58. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqd an sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
59. Belə ki, mənzil sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən hesablanır və həmin normativ hüquqi aktların tələblərinə riayət edilməsi şəhərsalma və tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir. 60. 05.05.2017-ci il tarixli, 07 və 08 nömrəli maliyyə arayışlarına əsasən ünvan 7 ünvanda yerləşən yüksək mərtəbəli tikilən yaşayış kompleksi Cavabdeh MTK-y a məxsusdur. Bu kompleksin 8 saylı yaşayış binasının ümumi sahəsi 67,06 kv m. olan bir otaqlı 25 saylı mənzilin və ümumi sahəsi 141,11 kv.m. olan üç otaqlı 27 saylı mənzilin pay dəyəri payçı- iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir və onun cavabdehə borcu yoxdur.
61. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya mənzillərin sahəsinin həcmi baxımından qüsurlu mal verdiyi iş üzrə sübutetmənin predmeti olmuşdur. Yəni, işə əlavə edilmiş ekspert rəyində iddiaçının göstərdiyi kimi təhvil verilən sahənin az həcmdə olması müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdə olan mənzilin texniki pasportuna əsasən müəyyən edild iyi kimi mənzilin sahəsi az verilməklə mənzilin sahəsinin həcmi baxımından qüsurlu mal verilmişdir. Bununla da iddiaçı mənzilin sahəsinin az olması halını sübuta yetirmişdir.
63. Belə ki, ekspert rəyini, eləcə də mənzillərin texniki pasportlarında qeyd edilən sahələri hesabladıqda belə nəticəyə gəlinir ki, hazırda 25 saylı mənzilin sahəsi qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alınmaqla 64,9 kv.m edir (5,5+31,5+17,9+6,1+3,9). Bu da müqavilə üzrə qeyd edilən sahədən çıxıldıqda mənzil sahəsinin 2,16 kv.m (67,06-64,09=2,16) az olduğunu, 27 saylı mənzilin sahəsi qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alınmaqla 133,6 kv.m edir. Bu da müqavilə üzrə qeyd edilən sahədən çıxıldıqda mənzil sahəsinin 7,51 kv.m (141,11-133,6=7,51) az olduğunu təsdiq edir.
64. Belə olan halda apellyasiy a instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 25 saylı mənzilin sahəsinin az olan hissəsi 7,51 kv.metrə görə müqavilə üzrə 1 kv.metr sahəsinin 750 manata hesablanması nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə 1.620 manat (2,16 kv.m x 750 manat=1620 manat), 27 saylı mənzilin sahəsinin az olan hissəsi 7,51 kv. metrə görə müqavilə üzrə 1 kv.metr sahəsinin 750 manata hesablanması nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə 5.632,5 manat (7,51 kv.m x 750 manat=5632,5 manat) pul iddiaçının xeyrinə tutulmalıdır.
65. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri, Yasamal Rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilməli, cavabdehdən ümumilikdə 7.252,5 manat pul və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin əvəzi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, məhkəmə tikinti-texniki ekspertizasının aparılmasına sərf edilmiş 100 manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
66. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi tərəflərin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edərkən düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti tə min edilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2(103)-3096/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.