Məhkəmə qərarları › İş №2(102)-6593/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6593/2021

21.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6593/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X15 Zavodu” Məhdud Məsuliyyəli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi buraxdığı iş günlərinin əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.07.2021-ci il tarixli, 2(107)1143/2021 saylı qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilm iş kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsində 21 iyun 2007-ci il tarixdə 0707Y5455 nömrə ilə qeydiyyata alınmış nizamnaməsindən müəyyən edilir ki, MMC təsis olunan vaxt təşkilati forması məhdud məsuliyyətli cəmiyyət, təşkil edən müəssisənin hüquqi ünvanı Qəbələ şəhəri, E.Kərimov 34 olmuşdur. Cəmiyyətin təsisçisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 15.09.2005-ci il tarixdə 1105-T13-3907 nömrə ilə dövlət qeydiyyatına alınmış ünvan 2 ünvanı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

2. İddiaçı Cavabdeh MMC-də insan resursları şöbəsinin rəisi və zifəsində işləmişdir.

3. Cavabdeh MMC ilə «X6» MMC arasında 14 fevral 2020-ci il tarixdə bağlanmış 140 nömrəli "xxxx"nə əsasən icraçı şirkət tərəfindən verilmiş sifarişlərə əsasən bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən xidmətləri təmin etməyi, şirkət isə hazırkı müqavilənin şərtlərinə və müddətlərinə müvafiq olaraq icra edilən xidmətləri qəbul edib xidmət haqqını bu müqavilə ilə razılaşdırılmış vaxtda icraçıya ödəməyi öz üzərinə götürmüşdür. Bu xidmətlərə eyni zamanda insan resursları ilə bağlı funksiyalar aid edilmişdir.

4. «X6» MMC-nin direktoru X9 imzası ilə İddiaçı ünvanlanmış təklifdə ona MMC-nin PSC Qəbələ ofisində İnsan Resursları şöbəsinin rəisi vəzifəsi təklif olunmuşdur. Təklifdə başlanğıc tarix olaraq 23.04.2020-ci il göstərilmişdir. İddiaçı təklifdə «təklifi qeyri-səmimi hesab etdiyim üçün etiraz edirəm» qeydi apararaq imzalamışdır.

5. Cavabdeh MMC-nin direktorunun İddiaçı ünvanladığı 19.05.2020-ci il tarixli, 58/20 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC ilə «X6» MMC arasında 14 fevral 2020-ci il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyaları «X6» MMC tərəfindən həyata keçiriləcək, buna əsasən müəssisədə İnsan Resursları şöbəsi ştatının ləğv edilməsi qərara alınmışdır. Bu səbəbdən də işsi kimi müəssisənin Həmkarlar İttifaqı Komitəsi ilə razılaşaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ixtisar olunur. Cəmiyyətdə əmək stajının 12 ildən artıq olduğundan Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nə zərdə tutulmuş və həmin maddənin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət verilməsi qərarı verilmişdir. 19 may 2020-ci il tarixdən başlayaraq xəbərdarlıq müddəti 21 iyul 2020ci il tarixdə başa çatacaq. Bu müddət ərzində həftədə 1 gün olmaqla iş axtarmaq üçün vaxt veriləcək və həmin günlər əmək funksiyalarının icrasından azad olunacaqdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət götürə bilər. Bu halda əmək müqaviləsinə xitam veriləcək və xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır. Həmin tarixdə xəbərdarlıq məktubu İddiaçı təqdim olunmuş və onun tərəfindən qəbul edilmişdir.

6. Cavabdeh MMC-nin 08.05.2020-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinin sədri X4 ünvanladığı 54/20 saylı müraciətində Cavabdeh MMC ilə «X6» MMC arasında 14 fevral 2020-ci il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İnsan Resursları şöbəsinin bütün funksiyalarının cəmiyyətdə aparılan optimallaşdırma məqsədilə «X6» MMC tərəfindən həyata keçiriləcəyi, artıq İnsan Resursları şöbəsində olan işçilərə «X6» MMC tərəfindən iş təklifi edildiyi və işə qəbul edildikləri, lakin İddiaçı təklif olunan işi qəbul etmədiyi, İnsan Resursları şöbəsinin rəisi ştatının ləğv edildiyi göstərilməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq bu barədə əsaslandırılmış formada yazılı şəkildə məlumat göndərildiyi, əmək qanunvericiliyin əsasən 10 gün ərzində əsaslandırılmış yazılı qərarın işəgötürənə təqdim edilməli olduğu, sonuncunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı təqdimatın müzakirə edilərək qərarın təqdim olunması xahiş edilmişdir.

7. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsi sədrinin imzası ilə 12 may 2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda Cavabdeh MMC tərəfindən 08.05.2020-ci il tarixdə onun tutduğu vəzifədən azad olunması ilə bağlı təqdimata baxması üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət daxil olduğu nəzərinə çatdırılmaqla 12.05.2020-ci il tarixdə saat 15.00-da baxılacaq iclasda iştirakının mütləq olduğu bildirilmişdir. Məktub həmin tarixdə iddiaçıya təqdim edilmiş və o, məktubla tanış olduğuna dair qeyd aparmaqla məktubu imzalamışdır.

8. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı K omitəsinin yığıncağının 12 may 2020-ci il tarixli, 2 nömrəli protokoluna əsasən, sədr X2, üzvlər X5, X1, X3 və X7 iştirakları ilə keçirilən iclasın gündəliyini Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə müəssisənin Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilməsi barədə müraciətinə baxılması təşkil etmişdir. Yığıncaq çıxışları dinləyərək qərara almışdır ki, Həmkarlar İttifaqı Komitəsi Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin rəisi İddiaçı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işdən çıxarılmasına etiraz etmir.

9. Cavabdeh MMC-nin direktorunun 21.07.2020-ci il tarixli, Ş20/68 nömrəli «ştat vahidinin ləğv edilməsi edilməsi haqqında» əmrə əsasən 21.07.2020-ci il tarixindən etibarən müəssisənin ştat cədvəli üzrə İ nsan Resursları şöbəsində bir tam ştat vahidi «şöbə rəisi» vəzifəsi (peşəsi) ləğv edilmişdir. Əmrə əsasən müəssisənin ştat cədvəlinə müvafiq dəyişiklik edilməsi, müəssisənin müvafiq strukturları tərəfindən əmrin icrasının təmini və bütün aidiyyəti üzrə şöbələrin məlumatlandırılması nəzərdə tutulmuşdur.

10. Cavabdeh MMC-nin direktorunun 21 iyul 2020-ci il tarixli əmrlə cəmiyyətin İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 21.07.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (ştat ixtisarı) xitam verilmişdir. Əmrə əsasən son haqq hesab: 20 gün istifadə edilməmiş əsas məzuniyyət gününün pul əvəzinin ödənilməsi, Əmək Məcəlləsinin 77-3 maddəsinə əsasən 2 aylıq əmək haqqı məbləğində müavinət ödənilməs i nəzərdə tutulmuşdur. Əmrin verilməsinə əsas olaraq ştat ixtisarı və xəbərdarlıq məktubu qeyd edilmişdir. İddiaçı əmrlə tanış edilmiş və əmrin «tanış oldum» qeydinin qabağında onun tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun işdən azad etməyi barədə əmrin əsassız olduğu və əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən verildiyi nəzərə alınaraq ləğv edilməsi və vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-də 14 ildir çalışır. 12 ildir ki, İnsan Resursları şöbəsinə rəhbərlik edir. 2018-ci ildə müəssisəyə dire ktor təyin edilmiş Elşad Paşayev onun qanunsuz əməllərinə etiraz etdiyi üçün onunla açıq düşmənçiliyə başlamışdır. Bir ildən çox çəkən çəkişmələrdən sonra 2019-cu ilin may ayında müəssisə rəhbərliyi onu qanunsuz olaraq, ştat ixtisarı bəhanəsi ilə işdən azad etmişdir. O, işə bərpa olunması üçün məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə əvvəlki vəzifəsinə bərpa olunaraq 6 sentyabr 2019-cu il tarixdə işə başlamışdır. Lakin direktor ona qarşı qərəzli olmuşdur. Belə ki, elə birinci iş günü müəssisəyə daxil olan məktubları açıb qeydə alıb, direktora təqdim edən kimi ondan nə ixtiyarla məktubları açdığı barədə yazılı izahat tələb etmişdir. Bundan sonra E.Paşayev sanki İnsan Resursları şöbəsinin rəisi yoxmuş kimi şöbəyə aid tapşırıqları şöbə rəisinə deyil, şöbənin adi bir əməkdaşına verməyə başlamışdır. İşə bərpa olunduğu gündən direktor, kadrlar şöbəsinin möhürünü və künc ştampını özündə saxlayaraq şöbə rəisinə verməmiş, səbəbini soruşduqda «zəhmət çəkib gətirərsiniz sənədi mənim yanıma, burda imzalanar» deyə cavab vermişdir. Bu cılız hərəkət direktorun onu alçaltmaq üçün atdığı addımlardandır. Bu ilin fevral ayında müəssisə PSC MMC adlı şirkətlə xidmət müqaviləsi bağlayaraq, İnsan Resursları işlərini bu şirkətə həvalə etmişdir. Şöbənin işçilərinə öz xahişi ilə işdən azad olunaraq həmin şirkətə keçmələrini təklif etmişlər. Bununla belə müəssisədə İnsan Resursları şöbəsi ləğv edilməmişdir. O, könüllü ərizə yazmayacağını və heç bir başqa şirkətə keçməyəcəyini bildirdikdə onu yenidən «ixtisar» adı ilə işdən uzaqlaşdırmağa başlamışlar. Bunun üçün müəssisə h əmkarlar komitəsinin heç bir prosedura sığmayan iclasını keçirmişdir. İclasda cəmi 5 nəfər direktora yaxın işçilər iştirak etmişlər. Halbuki, həmkarlar komitəsinin həmin anda 70 üzvü olmuşdur. Nəhayət, 16.05.2020-ci il tarixdə ona PRS MMC-yə keçmədiyi üçün ixtisar ediləcəyi barədə xəbərdarlıq məktubu verilmişdir. Xəbərdarlıq müddəti 21.07.2020-ci il tarixdə bitmiş və o, direktorun imzaladığı əmrə əsasən işdən azad edilmişdir. Lakin hələ iyul ayının əvvəlində PSC MMC-nin fəaliyyətinə xitam verilməsi faktı nəzərə alınmamışdır.

13. Mülki işin məhkəmə baxışı mərhələsində Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinin tələblərinə əsasən iddiaya əlavə olaraq ərizə ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi də əlavə olunmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh MMC-nin nümayəndəsi X8 iddianı etiraf etməyərək verdiyi izahatında qeyd etmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi müəssisədə işin keyfiyyətinin yüksəldilməsi məqsədi və müəssisədə aparılan optimallaşdırılma ilə əlaqədar olaraq İnsan Resursları şöbəsinin (Kadrlar şöbəsinin) işi qənaətbəxş və işçilərin iş yükünün ştat vahidlərinin iş yükünə uyğun olmadığı qənaətinə gəlmişdir. Ona görə də Cavabdeh MMC-nin rəhbərliyi İnsan Resursları şöbəsinin gördüyü işi xidməti müqavilə ilə PSC (X6) MMC-yə həvalə etmək qərarına gəlmişdir. 14.02.2020-ci il tarixində Cavabdeh MMC ilə PSC (X6) MMC arasında Xidmə ti müqavilə bağlanmış və həmin müqavilə hazırda qüvvədə olmaqla xidmət göstərilməkdədir. Bununla əlaqədar Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin işçilərinə PSC (X6) MMC-də iş təklif olunmuşdur. Həmçinin, İddiaçı da iş təklif edilmişdir. Digər işçilərdən fərqli olaraq sonuncu həmin işdən imtina etmişdir. Ona görə də müəssisənin rəhbərliyi İnsan Resursları şöbəsində «şöbə rəisi» vəzifəsini ləğv etmək qərarına gəlmişdir.

15. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 28 avqust 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

16. Məhkəmə Əmək Məcəlləsinin 70, 83.1, 84.1, 42.1, 80.1, 80.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1,78.1, 80, 81, 217.4-cü maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin direktorunun 21 iyul 2020-ci il tarixli, X-20/15 nömrəli əmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» (ştat ixtisarı) bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur. Cavabdeh MMC tərəfindən 19.05.2020-ci il tarixdə İddiaçı xəbərdarlıq məktubu verilərək ona əmək stajına uyğun olaraq 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti verilməsi və həmin müddətin 21.07.2020-ci il tarixdə bitəcəyi iddiaçının nəzərinə çatdırılmaqla, ona həmin müddət ərzində hər həftənin 5-ci günləri iş axtarmaq üçün şərait yaradılması, xəbərdarlıq müddəti bitdikdən sonra 21.07.2020-ci il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi tam qanunidir. İşəgötürənlə işçi arasındakı əmək m üqaviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə əsaslanmaqla çıxarılmışdır. Buna görə də iddiaçının işə bərpa olunması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işə bərpa olunması və məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi tələbləri mahiyyət etibarı ilə bir-birinə əlaqəli tələblər olduğundan məntiqi baxımdan işə bərpa olunması tələbi təmin olunmadığı halda sonrakı iddia tələbi də rədd olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Şəki Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin eidlməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apellyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən iddia tələblərinin əsası kimi göstərilənlər əsaslı hesab edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)-2686/2021 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

23. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 14 fevral 2020-ci il tarixli 140 nömrəli "xxxx"nə və müqaviləyə əlavələrə əsasən Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin bütün funksiyaları «X6» MMC-yə keçmişdir. Bu müəssisələr biri digərinin struktur vahidi deyildir, müstəqil hüquqi şəxslərdir. Göstərilən xidməti müqavilədən sonra Cavabdeh MMC-də struktur dəyişikliyi, İnsan Resursları şöbəsinin ləğv olunması, yaxud ştatların ixtisarı barədə cəmiyyətin idarəçilik orqanları (ümumi yığıncaq, direktor) tərəfindən hər hansı qərar qəbul edilməmişdir. O cümlədən nə həmin müqavilədə, nə də müqaviləyə əlavə edmliş 3 nömrəli əlavədə cavabbeh MMC-nin İnsan resursları şöbəsinin ləğv olunması, yaxud şöbədəki ştatların ixtisarı barədə har hansı bir göstəriş olmamışdır.

24. Kassasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh MMC ilə «X6» MMC arasında 14 fevral 2020-ci il tarixdə bağlanmış "xxxx"sinin ştatların ixtisarı, yaxud MMC-də struktur dəyişikliyi barədə cəmiyyətin icra o rqanının qərarı kimi qəbul etməkdə məhkəmələr səhvə yol vermişdir. Müqavilə bağlanandan sonra müəssisədə struktur dəyişikliyi və ya ştat ixtisarı barədə MMC-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qərar qəbul olunmalı idi.

25. Kassasiya kollegiyası qeyd etmişdir ki, MMC-də struktur dəyişikliyi və ya ştat ixtisarı haqqında qərar olmadan, köhnə ştat cədvəlinin ləğv, yeni ştat cədvəli təsdiq edilmədən İnsan Resursları şöbəsinin rəisi, İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar tədbirlərə başlanmış, ona işlədiyi MMC-də deyil, kənar müəssisədə («X6» MMC) iş təklif olunmuş, Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilmiş, 9 həftə əvvəlcədən xəbərdarlıq edilməklə ona iş axtarmaq təklifi verilmiş, nəhayət 21.07.2020-ci il tarixdə «şöbə rəisi» ştatının ləğvi və əmək müqaviləsinə xitam olunması haqqında əmr verilmişdir. Halbuki MMC-də ştat ixtisarı, yaxud struktur dəyişikliyi haqqında işəgötürənin əmri olmadan İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yuxarıda göstərilən tədbirlərə başlana bilməzdi. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası pozlumuşdur.

26. Kassasiya kollegiyası həmçinin qeyd etmişdir ki, «X6» MMC-nin baş direktoru 25.06.2020-ci il tarixdə şirkətin bütün işçilərinə və müştəri müəssisələrə elektron məktubla müraciət edərək, şirkətin bundan sonra müştərilərinə xidmət göstərə bilməyəcəyini və işçilərin işdən azad olunaraq öz əvvəlki müəssisələrinə qayıdacağını göstərmişdir. Bu barədə ididaçı tərəfindən iş materiallarına sənəd əlavə olunmasına və və apellyasiya şikayətinin dəlillərində göstə rməsinə baxmayaraq apellyasiya məhkəməsi həmin dəlillərə hüquqi qyimət verməmiş, xidmət edən cəmiyyət fəaliyyətini dayandırdığı halda, Cavabdeh MMC-nin direktorunun təqribən bir ay sonra İnsan Resursları şöbəsində bir tam ştat vahidi-«şöbə rəisi» vəzifəsi ləğv edilməsi və şöbəsi rəisinin vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin «b» bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə 21.07.2020-ci il tarixli əmrlərin hansı zərurətdən irəli gəlməsini əsaslandırmamasını diqqətdən qaçırmışdır. 14 fevral 2020-cxi il tarixli "xxxx"ndə MMC-nin İnsan Resursları şöbəsinin bütün funksiyaları «X6» MMC-yə keçməsi, bununla da həmin şöbənin özü fəaliyyətini dayandırmalı idi. Cavabdeh MMC-nin direktorunun 21 iyul 2020-ci il tarixli əmri ilə “şöbə rəisi» ştatı ləğ v olunmuş, şöbənin ləğvi, şöbənin digər əməkdaşları ilə olan əmək müqaviləsinə xitam verilməsi halı baş verməmişdir. Lakin işə baxan məhkəmələr İnsan Resursları şöbəsi fəaliyyət göstərdiyi halda həmin şöbənin rəisi ştatının ləğv olunmasın səbəblərini, bu faktın formal xarakter daşıyıb daşımadığını müəyyən etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.07.2021-ci il tarixli, 2(107)1143/2021 saylı qətnaməsi ilə (hakimlər İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və G.Q.Abbasov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(025)-857/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı cavabdeh Cavabd eh MMC-yə qarşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh MMC-nin direktorunun 21 iyul 2020-ci il tarixli, X20/15 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də işlədiyi İnsan Resursları şöbəsinə müdir vəzifəsinə bərpa olunması qət edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 14 fevral 2020-ci il tarixli, 140 nömrəli "xxxx"nə və müqaviləyə əlavələrə əsasən cavabdeh “X15 Zavodu» MMC-nin İnsan Resursları şöbəsinin bütün funksiyaları «X6» MMC-yə keçmişdir. Bu müəssisələr biri digərinin struktur vahidi deyildir, müstəqil hüquqi şəxslərdir. Göstərilən xidməti müqavilədən sonra Cavabdeh MMC-də struktur dəyi şikliyi, İnsan Resursları şöbəsinin ləğv olunması, yaxud ştatların ixtisarı barədə cəmiyyətin idarəçilik orqanları (ümumi yığıncaq, direktor) tərəfindən hər hansı qərar qəbul edilməmişdir. O cümlədən nə həmin müqavilədə, nə də müqaviləyə əlavə edmliş 3 nömrəli əlavədə cavabbeh MMC-nin İnsan resursları şöbəsinin ləğv olunması, yaxud şöbədəki ştatların ixtisarı barədə har hansı bir göstəriş olmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh “X15 Zavodu» MMC ilə «X6» MMC arasında 14 fevral 2020-ci il tarixdə bağlanmış "xxxx"sinin ştatların ixtisarı, yaxud MMC-də struktur dəyişikliyi barədə cəmiyyətin icra orqanının qərarı kimi qəbul etməkdə birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Müqavilə bağlanandan sonra müəssisədə struktur dəyişikliyi və ya ştat ixtisa rı barədə MMC-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qərar qəbul olunmalı idi.

30. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, MMC-də struktur dəyişikliyi və ya ştat ixtisarı haqqında qərar olmadan, köhnə ştat cədvəlinin ləğv, yeni ştat cədvəli təsdiq edilmədən İnsan Resursları şöbəsinin rəisi, İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar tədbirlərə başlanmış, ona işlədiyi MMC-də deyil, kənar müəssisədə («X6» MMC) iş təklif olunmuş, Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilmiş, 9 həftə əvvəlcədən xəbərdarlıq edilməklə ona iş axtarmaq təklifi verilmiş, nəhayət 21.07.2020-ci il tarixdə «şöbə rəisi» ştatının ləğvi və əmək müqaviləsinə xitam olunması haqqında əmr verilmişdir. Halbuki MMC-də ştat ixtisarı, yaxud struktur dəyişikliyi haqqında işəgö türənin əmri olmadan İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yuxarıda göstərilən tədbirlərə başlana bilməzdi. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası pozulmuşdur.

31. Apellyasiya instansiyası məhkəməsi daha sonra göstərmişdir ki, «X6» MMC-nin baş direktoru 25.06.2020-ci il tarixdə şirkətin bütün işçilərinə və müştəri müəssisələrə elektron məktubla müraciət edərək, şirkətin bundan sonra müştərilərinə xidmət göstərə bilməyəcəyini və işçilərin işdən azad olunaraq öz əvvəlki müəssisələrinə qayıdacağını göstərmişdir. Göründüyü kimi, xidmət edən cəmiyyət fəaliyyətini dayandırdığı halda, Cavabdeh MMC-nin direktorunun təqribən bir ay sonra İnsan Resursları şöbəsində bir tam ştat vahidi-«şöbə rəisi» vəzifəsi ləğv edilməsi və şöbəsi rəisinin vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin «b» bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə 21.07.2020-ci il tarixli əmrlərin hansı zərurətdən irəli gəlməsi əsaslandırmamışdır.

32. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı bundan əvvəl də, yəni 2019-cu ilin may ayında qanunsuz olaraq işdən azad edilmiş və Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə əvvəlki vəzifəsinə bərpa olunaraq 06 sentyabr 2019cu il tarixdə işə başlamışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh Cavabdeh MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işdə olan mövcud sübutlar əsasında yeni qərar qəbul edilməsi ni xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə Ali Məhkəmə tərəfindən araşdırılma öhdəliyi qoyulmuş olan heç bir halı müzakirə belə etməmiş, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdilər.

37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin s əbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işə götürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə

76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan ya lnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə

77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 1.İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – az ı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübah isəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

39. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

40. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

41. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin (maddə 418.3).

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.

46. İşə baxmış məhkəmə kollegiyası müəyyən etmişdir ki, MMC-də struktur dəyişikliyi və ya ştat ixtisarı haqqında qərar olmadan, köhnə ştat cədvəlinin ləğv, yeni ştat cədvəli təsdiq edilmədən İnsan Resursları şöbəsinin rəisi, İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar tədbirlərə başlanmış, ona işlədiyi MMC-də deyil, kənar müəssisədə («X6» MMC) iş təklif olunmuş, Cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilmiş, 9 həftə əvvəlcədən xəbərdarlıq edilməklə ona iş axtarmaq təklifi verilmiş, nəhayət 21.07.2020-ci il tarixdə «şöbə rəisi» ştatının ləğvi və əmək müqaviləsinə xitam olunması haqqında əmr verilmişdir. Halbuki MMC-də ştat ixtisarı, yaxud struktur dəyişikliyi haqqında işəgötürənin əmri olmadan İddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yuxarıda göstərilən tədbirlərə başlana bilməzdi. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qaydası pozulmuşdur.

47. Digər tərəfdən təhlil edilən işdən aydın olur ki, «X6» MMC-nin baş direktoru 25.06.2020-ci il tarixdə şirkətin bütün işçilərinə və müştəri müəssisələrə elektron məktubla müraciət edərək, şirkətin bundan sonra müştərilərinə xidmət göstərə bilməyəcəyini və işçilərin işdən azad olunaraq öz əvvəlki müəssisələrinə qayıdacağını göstərmişdir. Göründüyü kimi, xidmət edən cəmiyyət fəaliyyətini dayandırdığı halda, Cavabdeh MMCnin direktorunun təqribən bir ay sonra İnsan Resursları şöbəsində bir tam ştat vahidi«şöbə rəisi» vəzifəsi ləğv edilməsi və şöbəsi rəisinin vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin «b» bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə 21.07.2020-ci il tarixli əmrlərin hansı zərurətdən irəli gəlməsi əsaslandırmamışdır.

48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır.

49. Kassatorun 17 iyul 2020-ci il tarixdən etibarən “Mars Overseas” şirkəti ilə müqavilə bağlanmasına istinadla irəli sürülən dəlil qətnamənin ləğvi üçün əsas deyildir. Çünki iddiaçıya “Mars Overseas” şirkətində işə keçməsi ilə əlaqədar təkliflər olmamışdr. İddiaçının barəsində işəgötürənin yazışmalarınd a yalnız «X6» MMC tərəfindən edilmiş təkliflərə istinad edilmişdir. İddiaçıya “Mars Overseas” şirkəti tərəfindən iş təklif olunması və iddiaçının orada işləməkdən imtina etməsi iş materialları ilə müəyyən olunmur.

50. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.07.2021-ci il t arixli, 2(107)1143/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar