Məhkəmə qərarları › İş №2(102)-6598/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6598/2019

31.10.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6598/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Qoldman Tatyana Aleksandrovna və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X3, cavabdehin vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-1219/2018, hakim E.E.Rəhimov) İddiaçı cavabdeh Azərbaycan Resp ublikası Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa, buraxılmış müddət üzrə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7502/2018, hakimlər F.Ş.Talışinski, S.F.Hacıyev, R.Ə.Eyvazov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş,qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-1007/2019, hakimlər Q.A.Əsgərov, E.R.Vəliyeva, V.Ə.İbayev) İddiaçı kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)- 5986/2019, hakimlər N.Ş.Cəfərov, Ş.A.Məmmədova, V.T.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 07 fevral 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh rektoru tərəfindən verilmiş 28.11.2017-ci il tarixli əmrin ləğv edilməsi, onun əmək fəaliyyətinin bərpa edilməsi və məcburi iş buraxılmağa görə kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayət inə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, o iddia müddətini bilərəkdən deyil, obyektiv səbəblərdən buraxmışdır. Buna görə də Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən məhkəmə iddia müddətinin buraxılmasının üzürlü səbəblərdən olduğunu müəyyənləşdirməli və iddia müddətini bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxmalı idi. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsasız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 01.09.2000-ci il tarixdən Azərbaycan Respublikası Cavabdehndə rus dili müəllimi kimi pedoqoji fəaliyyətini göstərmiş, 02.05.2016-cı il tarixdə müsabiqə yolu ilə 0,5 ştat müəllim vəzifəsinə təyin edilmiş, 28 noyabr 2017-ci il tarixli əmrlə ilə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin buraxılması ilə bərabər iddia tələbinin əsassız olmasını da göstərərək iddia tələbinə etiraz etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi əsassız olduğundan və iddia müddəti buraxıldığından iddia təmin edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən azı iki ay əvvəl işçiyə rəsmi xəbərdar edilməli, orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün əmə k haqqı ödənilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh İddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada onu məlumatlandırmış, müavinətlərin ödənilməsi vaxtında təmin edilmiş, iddiaçı da bunun əksini ümumiyyətlə mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin Məcəllənin 79-cu maddəsi ilə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və halların dairəsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı çalışdığı Azərbaycan Respublikası Cavabdehndə aparılan çtatların ixtisarı zamanı Əmək Məcəl ləsinin 78, 79-cu maddələri ilə müəyyən edilən üstünlük hüququnu, eyni zamanda işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinə, qanunveriiclikdə müəyyən edilən hər hansı qadağanın olması aşkar edilməmişdir. Bununla bərabər, Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinin əsaslarını müəyyən edən 296-cı maddəsinin tələblərinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşdən azad edilməsi barədə əmr 06 dekabr 2017-ci il tarixdə iddiaçıya təqdim edilmiş, iddiaçı 07.02.2018-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, 27.12.2017-ci il tarixdə iddiaçı bundan əvvəlki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin ərizə baxılmamış saxlanılmışdır. Bu isə iddiaçının həmin vaxtdan hüququnun pozulduğunu bildiyini təsdiq edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki işdə müddətin üzürlü səbəblərdən ötürülmüş hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar da mövcud deyildir. Beləliklə, birinci intansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsi tərəfind ən gəlinən nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar